Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8250/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli 2(103)-8408/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Ə.Məmmədov, iş № 2(011)-337/2018) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası tə min edilərək ünvan ünvanı üzrə ********** saylı abonent koduna itirilmiş qazın bərpasına görə Cavabdeh tərəfindən hesablanmış 3329 manat məbləğində borcun silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov, iş № 2(103)10649/2018) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.K.Kalbalıyev, V.Ə.İbayev və Ə.Ə.Əliyev, iş № 2(102)2086/2019) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 o ktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: 10 noyabr 2017-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən istixanada təbii qazdan qanunsuz, sayğacdan kənar istifadə edilməsi faktının müəyyən olunması barədə akt tərtib olunmmuş və bununla əlaqədar ona 3329 manat məbləğində c ərimə hesablanmışdır. 2017-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qazdan qanunsuz istifadə ilə əlaqədar tərtib olunmuş aktın və hesablanmış 3329 manat məbləğində borcun həqiqətə uyğun olmamasını əsas göstərməklə həmin borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavab dehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya məxsus evin darvazasının qarşısındakı qaz xəttinin üzərində diametrinin müəyyən edilməsi mümkün olmayan qaynaqla aparılmış birləşmə yeri müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə sayğa cdan kənar çəkilmiş qaz xəttindən iddiaçı tərəfindən istifadə olunmuş 3329 manat dəyərində qaz itkisi iddiaçının qanunsuz istifadəsi nəticəsində yaranmışdır. “İstehsalçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına görə qazdan istifadə qaydalarının pozulmasına yol verilməsi aşkar edildikdə qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabat müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Na zirlər Kabinetinin 12 may 2011-ci il tarixli “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Müəyyən olunmuş hallar və göstərilən normalar iddianın rədd edilməsi üçün əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının hazırkı iş üzrə olan 05 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8250/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8250/2019
26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver