Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-828/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-537/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı xxxx (Azərbyacan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 13.02.2015-ci il tarixli “Nağd pul krediti müqaviləsi” ilə iddiaçı Cavabdeh 24%-lə, 36 ay müddətinə 10000 ABŞ dolları kredit verilmişdir. 13.04.2015-ci il tarixdə Cavabdeh 50 ay müddətinə 24 faizlə 10000 ABŞ dolları kredit verilmişdir. 03.09.2015-ci il tarixli razılaşmaya əsasən 13.04.2015-ci il tarixli müqavilə üzrə borc kapitallaşdırılaraq 9771 ABŞ dolları müəyyən edilmiş, 02.02.2016-cı il tarixli razılaşma ilə 13.04.2015-ci il tarixli müqavilə üzrə borc məbləği kapitallaşdırılaraq 10100 ABŞ dolları müəyyən edilmişdir. 13.02.2015-ci il tarixli kredit xətt müqaviləsi ilə cavabdehə bank tərəfindən 13.02.2017-ci il tarixədək 32 faizlə 1900 ABŞ dolları kredit xətti açılm ışdır. Maliyyə arayışları ilə müəyyən olunur ki, 02.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 9904,64 ABŞ dolları əsas, 1303,15 ABŞ dolları faiz, 88,95 ABŞ dolları cərimə olmaqla 11,296,74 ABŞ dolları borc mövcuddur. 13.02.2015-ci il tarixi kredit müqaviləsi üzrə 1895,44 ABŞ dolları əsas, 183,67 ABŞ dolları faiz, 90,56 ABŞ dolları cərimə olmaqla 2.169,67 ABŞ dolları borc mövcuddur. Birinci instansiya məhkəməsində təyin olunaraq alınmış 24.05.2019-cu il tarixli ekspertiza rəyi ilə müəyyən olunur ki, 13.04.2015-ci il tarixli kredit müqaviləsinin, eləcədə 03.09.2015-ci il tarixli və 02.02.2016-cı il tarixli əlavə razılaşmanın şərtlərinə müvafiq olaraq hesablanmaqla cavabdehin borcu 11.10.2017-ci il tarixə 9690,50 ABŞ dollar əsas, 3374,27 ABŞ dolları faiz, 22.11.2017-ci il tarixə 9690,50 AB Ş dolları əsas, 3572,92 ABŞ doları faiz borcu olması müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunaraq alınmış 02.04.2020-ci tarixli 2537 saylı ekspert rəyinə əsasən 13.04.2015-ci il tarixli 141345-1-14550 №-li nağd pul krediti müqaviləsi üzrə iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən «xxxx» (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 13.04.2015-ci il tarixli kredit müqaviləsinin, eləcə də 03.09.2015-ci il və 02.02.2016-cı il tarixli əlavə razılaşmaların şərtlərinə müvafiq olaraq hesablanmaqla 22.11.2017-ci il tarixə borcu aşağıdakı kimi müəyyən edilir. 22.11.2017-ci il tarixə əsas borc kimi 9690,50 ABŞ dolları və faiz borcu kimi 2991,49 ABŞ dolları, 13.02.2015-ci il tarixli 141345-1-13921 №-li “kredit xətti müqaviləsi” üzrə iş materialla rında olan hesabdan çıxarış məlumatlarına əsasən «xxxx» (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 13.02.2015-ci il tarixli 141345-113921 №-li “kredit xətti müqaviləsinin şərtlərinə müvafiq olaraq hesablanmaqla 22.09.2017-ci il tarixə borcu aşağıdakı kimi müəyyən edilir. 22.09.2017-ci il tarixə əsas borc kimi 1895,85 ABŞ dolları və faiz borcu kimi 334,13 ABŞ dolları. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” (Azərbaycan) ASC iddia ərizəsi (iddia tələbinin azaldılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək, “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 02.02.2016-cı il tarixli 141315-1-14550/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 22 noyabr 2017-ci il tarixə Banka borclu olduğu 9904,64 ABŞ dolları məbləğində əsa s borcun, 1303,15 ABŞ dolları faiz borcunun və 55,95 ABŞ dolları cərimənin, cəmi 11263,74 ABŞ dolları məbləğində borcun, 13.02.2015-ci il tarixli 141345-113921 saylı “Kredit xətti müqaviləsi”nə əsasən 22 sentyabr 2017-ci il tarixə Banka borclu olduğu 1895,44 ABŞ dolları məbləğində əsas borcun, 183,67 ABŞ dolları faiz borcunun və 90,56 ABŞ dolları cərimənin, cəmi 2169,67 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş № 2(001)-189/2019) iddia təmin edilərək, Cavabdeh 02.02.2016ci il tarixli, 141345-1-14550/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 22.11.2017-ci il tarixə 9904,64 ABŞ dolları əsas borc, 1303,15 ABŞ dolları faiz borcu, 55,95 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11263,74 ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və 13.02.2015-cü il tarixli, 1413451-13921 saylı “Kredit xətti müqaviləsi”nə əsasən 22.09.2017-ci il tarixə 1895,44 ABŞ dolları əsas borc, 183,67 ABŞ dolları faiz borcu, 90,56 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2169,67 ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat dövlət rüsumu alınaraq iddiaçı “xxxx” (Azərbaycan) ASCyə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini qət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında qanunla müəyyən olunmuş qaydada kredit müqaviləsi və kredit xətt müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetrməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov, iş № 2(103)537/2020) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-189/2019 saylı işi üzrə 03 iyul 2019-cu il tarixli qətnaməsi (02.02.2016-cı il tarixli 141315-1-14550/2 say lı “Nağd pul krediti müqaviləsi”nə əsasən 22 noyabr 2017-ci il tarixə Banka borclu olduğu 9904,64 ABŞ dolları məbləğində əsas borc hissəsində) dəyişdirilmiş, “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 02.02.2016-cı il tarixli 141315-1-14550/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən əsas borc 9690,50 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya məhkəməsi hesab etmişdir ki, yekun ekspertiza üzrə tələb həddində olan uyğunsuzluq 02.02.2016-cı il tarixli müqavilə üzrə əsas borc hissəsindədir və səbəbdən həmin müqavilə üzrə əsas borc məbləği 9904,64 ABŞ dolları həddində müəyyən olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” (Azərbaycan) ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)537/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsinin dəyişdirilərək 141315-114550/2 saylı müqavilə üzrə əsas borc məbləğinin 9904,64 ABŞ dolları həddində müəyyən edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı“xxxx” (Azərbaycan) ASC vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməm iş, prosessual qanun pozuntularına yol verilmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-537/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsini xahiş etmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermiş, 141315-1-14550/2 saylı müqavilə üzrə əsas borc məbləğinin dəyişdirilməsini xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azə rbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıq da bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsa sən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, ekspert rəyindən göstərilən nəticənin işin hallarına uyğun gəlməməsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi məhz iddiaçı tərəfindən təqdim olunmuş sübutlar əsasında ekspertiza təyin etmiş və rəy məhz həmin sənədlər əsasında verilmişdir. Belə olan halda isə məhkəmə haqlı olaraq həmin rəydə olan məlumatları əsas götürərək müvafiq nəticəyə gəlmişdir. İddiaçı isə göstərdiyi qaydada məhkəmə qətnaməsinin dəyişdirilməli olmasına dair hər hansı sübuta malik deyil. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkə mə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib- edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” (Azərbaycan) ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5 37/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-828/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-828/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver