Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-828/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı “ iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı QƏRARİ iş № 2(102)-828/22 (Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi, müddətin keçməsi, işgüzar nüfuzun müdafiəsi) Bakı şəhəri, 05 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilk, Cavabdeh ASC-nin İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsinə dair” qar şılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3001/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh ASC-nin hüquqi varisi olduğu “X6” ASC arasında 03 fevral 2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsi imzalanıb.
2. İddiaçı həmin müqaviləni etibarsız hesab edir, bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin hüquqi varisi olduğu “X6” ASC ilə rəsmiləşdirilmiş 03 fevral 2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredi t müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 2017-ci ildə fiziki şəxs olaraq heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. 07.06.2017-ci il tarixdə 2 təsisçisindən biri və direktoru olduğu "xxxx" MMC-nin ərizəsi əsasında iddiaçı həbs, 15 sentyabr 2017-ci il tarixdə isə həbsdən azad olunub.
5. İddiaçı həbsdə olduğu müddətdə “İdeal Kompani“ MMC-nin digər həmtəsisçisi X1 təsisçisi olduğu “X6”ASC ilə iddiaçının adına 03 fevral 2017-ci il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Bu kredit müqaviləsi iddiaçı həbsdə olduğu dövrdə, lakin əvvəlki tarixə rəsmiləşdirilmişdir. Bu müqaviləyə əsasən iddiaçı guya “X6” ASC-dən 5 milyon məbləğində heç bir təminat olmadan kredit almışdır.
6. İddiaçının bu kredit mü qaviləsindən məlumatı olmamış və həmin 5 milyon məbləğində krediti də almamışdır. Müqavilədə və məxaric qəbzlərində iddiaçının imzası saxtalaşdırılmışdır. İddiaçı sonradan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına bu məsələnin dəqiqləşdirilməsindən ötrü dəfələrlə müraciətlər etmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının 18 oktyabr 2019-cu il tarixli məktubu ilə əvvəllər “X6” adlanan hazırda isə “Premium Bank“ ASC-yə ünvanlanmış məktub barədə iddiaçıya məlumat verilib. 7. "Premium Bank” ASC-nin 25.10.2020-ci il tarixli məktubu ilə iddiaçıya və Maliyyə Bazarlarına Nəzarət Palatasına bildirilmişdir ki, sözügedən 010/BV-K.M-0017 saylı 03 fevral 2017-ci il tarixli kredit müqaviləsinə aid sənədlər palataya təqdim edilmişdir və həmin kredit müqaviləsi üzrə guya iddiaçı öhdəliklərini tam icra etmişdir. Bununla bağlı iddiaçıya Maliyyə Bazarlarına Nəzarət Palatasından eyni məzmunlu məktub göndərilmişdir. Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən mübahisələndirilən 01Q/BVKM-0017 saylı kredit müqaviləsi və kassa məxaric qəbzi iddiaçıya təqdim edilmişdir.
8. İddiaçı bildirir ki, 03 fevral 2017-ci il tarixli 010/BV-KM-OOİ7 saylı kredit müqaviləsi və kassa məxaric qəbzindəki imza ona məxsus deyil. İddiaçı bu bankla göstərilən tarixdə kredit müqaviləsi bağlamamış və həmin vəsaiti bankdan almamışdır. Bundan əlavə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxsə bu qədər yüksək məbləğdə kredit məbləğinin təminatsız olaraq verilməsi də ağılabatan deyil.
9. İddiaçı həbsdə olduğu müddətdə "xxxx" MMC-də həmtəsisçi olan X3 təsisçilik payının əlind ən alınması üçün iddiaçıya qarşı müxtəlif məcburiyyət tədbirləri tətbiq edirdi. Belə ki, göstərilən tarixdə ‘‘İdeal Kompani’’ MMC-nin əsas təsisçilik payı X2 məxsus idi.
10. İddiaçının “İdeal Kompani" MMC-nin direktoru kimi guya bu MMC-nin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham edərək həbs etdirdilər. 07 iyun 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçildi.
11. İddiaçı cəzaçəkmə müəssisəsində olarkən X1 nümayəndələri onunla danışıqlar aparmağa başladılar. Onun həbsdən azad olmağı müqabilində qarşısına bir sıra şərtlər qoyuldu. Bu şərtlər təsisçilik payının, iddiaçıya məxsus olan əmtəə nişanlarının onlara verilməsi və bir sıra digər sənədlərə imza etməkdən ibarət idi. 12.09.2017-ci il tarixdə həmtəsisçi Zərifə Həmzəyevanın tapşırığı ilə Məharət Hüseyni adlı şəxs Süleyman adlı notarius və X6 ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədovla birlikdə penitensiar xidmətin müalicə müəssisəsinə iddiaçının yanına gəldilər. Burada məcburiyyət qarşısında iddiaçıya bir sıra sərədləri imzalatdırdılar. Bu sənədlər "xxxx" MMC-də olan təsisçilik payının və iddiaçıya 100 % məxsus olan əmtəə nişanının verilməsinə dair sənədlər idi. Həmçinin bəzi kredit sənədlərini də iddiaçıya imzalatdırdılar. İddiaçı bu zaman məcburiyyət qarşısında idi. Həbsdən azad olmağının başqa yolu yox idi.
12. Bütün bu sənədləri imzalatdıqdan sonra 15.09.2017-ci il tarixdə iddiaçı həbsdən azad edildi. İndi iddiaçıya məlum olub ki, həmin vaxt 03 fevral 2017-ci il tarixli 010/BV-KM0017 saylı kredit müqaviləsi də ona imzalatdırılıb. Lakin bu vaxta qədər rəsmiləşdirilən və iddia ərizəsinə əlavə etdiyi kr edit müqaviləsindəki imzası saxtalaşdırılıbmış.
13. Sonradan bu saxtakarlığı pərdələməkdən ötrü həmin müqaviləyə və məxaric sənədinə iddiaçıya məcburiyyət qarsışında imza etdiriblər. Nəticə etibarı ilə eyni kredit üzrə iki müqavilə və iki məxaric orderi var. Bunlardan biri iddiaçının imzasının saxtalaşdırılması ilə olan Maliyyə bazarlarına Nəzarət Palatasındakı 4 vərəqli, yalnız sonuncu vərəqində imzasının skan üsulu ilə saxtalaşdırılmaqla əks olunduğu kredit müqaviləsi və eyni müqaviləyə əlavə olunan yenə də imzasının saxtalaşdırıldığı xəzinə məxaric orderidir. Digəri isə iddiaçıya cəzaçəkmə müəssisəsində 12.09.2017-ci il tarixdə imzalatdırılan və bütün vərəqlərində imzasının olduğu 3 vərəqdən ibarət kredit müqaviləsi və ona aid kassa məxaric orderi və ödəniş cədvəlidir.
14. İmzasının sax talaşdırıldığı müqavilə və kassa-məxaric orderi iddiaçıya Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilmişdir. Eyni zamanda məlum olmuşdur ki, bu kredit 25 sentyabr 2017-ci il tarixdə guya iddiaçının tərəfindən tam olaraq ödənilmişdir. İddiaçı 15.09.2017-ci il tarixdə həbsdən buraxılmışdır. Həbsdən çıxdıqdan cəmi 10 gün sonra 5 milyon məbləğində kredit vəsaitini vaxtından əvvəl ödəməyi mümkünsüz idi. Yəni əgər bu kredit real olsaydı belə, guya həmin kredit vəsaitini 03 fevral 2018-ci il tarixədək ödəməli idi. Hələ kreditin müddətinin bitməsinə 5 ay qalmış iddiaçının guya krediti vaxtından əvvəl ödəməsi heç bir məntiqə sığmır və bu, kredit məbləğinin iddiaçının adına saxta olaraq rəsmləşdirilməsini bir daha sübut edir.
15. Bundan başqa, iddiaçı 07.02.2017-ci il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyster Xidmətindən kredit hesabatı ilə bağlı çıxarış almışdır. Doğrudan da 03.02.2017-ci il tarixdə bu kredit məbləği iddiaçıya verilmişdirsə, onda bu məbləğ həmin çıxarışda əks olunmalı idi. Lakin həmin kredit məbləği göstərilən çıxarışda əks olunmayıb. Bu faktın özü də kreditin iddiaçının adına formal olaraq rəsmləşdirildiyini bir daha sübut edir.
16. Göründüyü kimi mübahisələndirilən əqd iddiaçı üçün hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, adına kredit müqaviləsinin rəsmiləşdirilməsi və bu müqavilə üzrə ayrılmış kreditin hansısa məqsədlə istifadə edilməsi olmuşdur. Buna görə də bu kredit müqaviləsi etibarsız hesab olunmalıdır.
17. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinə istinad etmişd ir.
18. Cavabdeh ASC də qarşılıqlı iddia verərək, İddiaçı üzərinə özünün Facebook səhifəsində yaydığı məlumatlara “həqiqətə uyğun deyil” məzmununda təkzib verməsi vəzifəsinin qoyulması, İddiaçı Cavabdeh ASC-nin işgüzar nüfuzunu ləkələyən məlumatları yayması nəticəsində vurduğu zərərin əvəzi olaraq 500.000 (beş yüz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğin alınıb Cavabdeh ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılıb ki, ilk iddiaçının tələbinə görə onunla bank arasında bağlanmış kredit müqaviləsində və məxaric qəbzində onun imzaları saxtalaşdırılmışdır, əslində onunla bank arasında belə bir kredit müqaviləsi bağlanmamışdır. O, bankdan həmin müqavilədə göstərilən ******* manat məbləğində kre dit götürməmişdir və onu banka geri qaytarmamışdır. Eyni tarixli başqa kredit müqaviləsini və məxaric qəbzini isə o, həbsxanada olarkən ona hədə-qorxu altında imza etdiriblər. İlk iddiaçı ilk iddia ərizəsində, həmçinin göstərmişdir ki, 07.02.2017-ci il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Resyestri Xidmətindən kredit hesabatı ilə bağlı çıxarış almışdır, həmin çıxarışda müqavilədə göstərilən kredit əks olunmamışdır, bu da onu təsdiq edir ki, ona kredit verilməmişdir. İlk iddiaçı həm də onu göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxsə bu qədər yüksək məbləğdə kredit məbləğinin təminatsız olaraq verilməsi də ağlabatan deyil.
20. İlk iddiaçının iddia ərizəsində göstərdiklərinin heç bir əsası yoxdur. Belə ki, ilk iddiaçının özü tərəfindən məh kəməyə təqdim edilmiş 03 fevral 201 7-ci il tarixli OİO/BVKM-0017 saylı kredit müqaviləsindən də göründüyü kimi həmin müqaviləni və həmin müqavilə ilə bağlı verilmiş məxaric sənədini ilk iddiaçı özü imzalamışdır. Həmin kredit müqaviləsinin və ya sair hər hansı sənədin imzalanması üçün bank tərəfindən ilk iddiaçıya hər hansı təzyiq göstərilməmiş, hədə-qorxu gəlinməmişdir. Bunun bir mənası da yoxdur. Çünki bank kiminsə ondan kredit götürməsi üçün kiməsə hədə-qorxu gəlmir, təzyiq göstərmir. Kredit ayrılması üçün banka müraciət edildikdə, bank bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada hərəkətlər edir və əgər müraciət edən şəxsə kreditin verilməsi mümkündürsə və bankın mənafeyinə uyğundursa, kredit ayrılır.
21. Eyni zamanda yalnız ayrılmış kredit faizləri ilə birlikdə geri qaytarıl dığı halda, borcluya kreditin həqiqətən geri qaytarıldığını təsdiq edən sənəd verilir. 03.02.2017-ci il tarixdə ayrılmış kreditə dair məlumatın 07.02.2017-ci il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Resyestri Xidmətindən ilk iddiaçıya verilmiş çıxarışda əks olunmaması isə onunla bağlıdır ki, həmin məlumat Mərkəzi Kredit Resyestri Xidmətində kreditin ayrıldığı tarixdən etibarən 1 (bir) ay müddətində qeydiyyata alınır. İlk iddiaçının həmin xidmətə müraciət etdiyi tarixdə reyestrdə belə bir məlumatın olmaması kreditin ayrılmaması kimi başa düşülməməlidr.
22. Həmçinin ilk iddiaçı sıradan bir fiziki şəxs olmamışdır. Belə ki, o, kreditin ayrıldığı tarixdə kifayət qədər uğurla fəaliyyət göstərən "xxxx" MMC-in həm direktoru, həm də təsisçilərindən biri olmuşdur. Bu isə onu təsdiq edir ki, o, 5.000.000 manat məbləğində kreditin ayrılması mümkün olan sahibkar və həmin məbləğdə krediti qaytarmaq imkanında olan şəxs olmuşdur. Digər tərəfdən ilk iddiaçı ilə bank arasındakı mövcud olmuş qarşılıqlı etibara və etimada əsaslanan münasibətlər də ilk iddiaçıya həmin məbləğdə kreditin ayrılmasının mümkün olduğuna təminat vermişdir.
23. Qarşılıqlı iddia üzrə cavabdeh özünün «Faeebook» səhifəsində Cavabdeh ASC barəsində bankın işgüzar nüfuzuna xələl gətirən məlumatlar yaymışdır. (həmin məlumatların məzmunu qarşılıqlı iddia ərizəsində göstərilib.)
24. İlk iddiaçı tərəfindən Cavabdeh barəsində yayılmış məlumatlar həqiqətə uyğun deyil və yalan məlumatlardır. Yalan və həqiqətə uyğun olmayan həmin məlumatların yayılması nəticəsində isə Cavabdehın işgüzar nüfuzuna olduqca mühü m zərər vurulmuşdur. Göründüyü kimi, ilk iddiaçı qanunvericiliklə yol verilməməsinə baxmayaraq, yalan olduğunu bilə-bilə Cavabdeh ASC barəsində həqiqətə uyğun olmayan məlumatları kütləvi olaraq yaymış, bunun nəticəsində isə Cavabdehın işgüzar nüfuzunu ləkələmişdir.
25. Buna görə də qarşılıqlı iddia ərizəsində qeyd edilən yalan məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada təkzib edilməli, Cavabdeh ASC-dən üzr istənilməli, Cavabdehın işgüzar nüfuzunun ləkələnməsi nəticəsində Cavabdeh ASC-nin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq ilk iddiaçıdan 500.000 (beş yüz min) manat məbləğində pul alınaraq Cavabdeh ASC-yə ödənilməlidir.
26. Qarşılıqlı iddianın hüquqi əsas kimi Mülki Məcəllənin 23-cü, Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10, 44 və 45-ci maddələrinə istinad ed ilmişdir.
27. Cavabdeh ASC-nin nümayəndəsi ilk iddiaya iddia müddətini tətbiqi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılıb ki, iddiaçının göstərdikləri ilə də təsdiq edilir ki, iddiaçı mübahisələndirdiyi əqdin mövcudluğundan guya əqdin bağlandığı 03 fevral 2017də deyil, 12 sentyabr 2017-ci ildə xəbərdar olub. Hansı tarixdə xəbərdar olmasını bildirməsindən asılı olmayaraq, ilk iddiaçı iddia qaldırmaq üçün müddəti ötürüb.
28. Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
29. Cavabdeh ASC-nin məktubuna əsasən İddiaçı öhdəliklərini tam icra etmiş, Banka heç bir borcu qalmamış və bu barədə müştəriyə rəsmi Arayış verilmişdir.
30. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1970/2020 nö mrəli, 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. (hakim Solmaz Ədilova)
31. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən edib ki, İddiaçı ilə “X6” ASC arasında bağlanmış 03.02.2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsinə əsasən İddiaçı illik 8 faizlə 12 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Cavabdeh ASC-nin 25 oktyabr 2020-ci il tarixli məktubuna əsasən 25.09.2017ci il tarixdə sözügedən kredit müqaviləsi üzrə borc öhdəliyi ilkin iddia üzrə İddiaçı tərəfindən tam şəkildə icra edilib və sonuncunu hazırda bank qarşısında hər hansı borc öhdəliyi qalmayıb.
32. Birinci instansiya məhkəməsi ilk iddia tələbi üzrə qeyd edib ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müqavilənin etibarsızlığın a dair tələblərə qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Yəni maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Buna görə də iddia müddətini n tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
33. Birinci instansiya məhkəməsi hesab edib ki, ilk iddiaçı mübahisələndirdiyi müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir.
34. Birinci instansiya məhkəməsi vurğulayıb ki, qanunvericiliyin tələbinə əsasən maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddiaçı mübahisəli kredit müqaviləsini həbsdə olduğu müddətdə hədə-qorxu nəticəsində imzaladığını iddia edir, iddia müddətindən fərqli olaraq kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Belə olan təqdirdə İddiaçı mübahisəli kredit müqaviləsindən (AR MBNP-nın 03.07.2017-ci il tarixli məktubu) 2017-ci ildən məlumatı olsa da, həmin müqaviləni yalnız məhkəmə müstəvisində 07.05.2020-ci il tarixdə mübahisələndirmişdir.
35. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə mövqeyi belə olub ki, hər bir cəmiyyətin müəyyən olunmuş birgəyaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümum iyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan, şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir.
36. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 46, Mülki Məcllənin 23.1, 23.4 və 23.6-cı madd ələrinə istinadən göstərib ki, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə isə yayılmış hesab edilir.
37. Birinci instansiya məhkəməsi hesab edib ki, qeyd edilən xüsusatlarla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə, ilkin iddia üzrə İddiaçı sosial şəbəkədə, kütləvi informasiya vasitələrində əks olunmuş məlumatların mövcudluğu müəyyən edilmişdir. Göründüyü kimi, Mülki Məcəllənin müvafiq normaları ilə tənziml ənən hallar, yəni iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması və belə məlumatların yayılma hallarının mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması, o cümlədən həmin məlumatların yayılması nəticəsində “Bankın işgüzar nüfuzuna olduqca mühüm zərər vurulduğu”nu qeyd etsə də, məhkəmə araşdırması zamanı iddia tələblərini əsaslandırdığı hallara dair mötəbər sübutları təqdim edə bilməmişdir.
38. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 23, 337.1-337.5, 339.3, 339.6, 347.1, 354.1, 354, 375.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı və "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
39. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv və həmin hissədə ilkin iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. Apellyasiya şikayətinin dəlilləri: - ilkin iddianın təmin edilməməsi hissəsində qətnamə qanunsuz və əsassızdır. İş materiallarından görünür ki, mübahisələndirilən 4 vərəqdən ibarət müqavilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən iddiaçıya 19.11.2019- cu il tarixdə göndərilmişdir: - məhkəmə iddia müddətinin ötürülməsi qənaətinə gəlmiş olsa da, iddianı araşdırmalı, işin faktiki hallarını qiymətləndirməli idi; - Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilmiş müqavilə, məxaric qəbzinin ekspertizaya göndərilməsini xahiş etsə də, vəsatəti təmin edilməmişdir.
41. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ASC apellyasiya şikayəti verib, qətnamənin qismən – qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
42. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, ilk iddiaçı qarşılıqlı iddiada təkzib edilməsi tələb olunan məlumatları yaydığını təkzib etmir, yəni, məlumatın yayılmış olduğu məhkəmə tərəfindən müəyyən olunmuşdur.
43. Apellyasiya in stansiyası 16 mart 2021-ci il tarixli qərardadı ilə kompleks sənədlərin texniki və məhkəmə xətşünaslıq ekspertizaları təyin etmiş, ekspertiza qarşında mübahisələndirilən kredit müqaviləsi ilə bağlı müvafiq suallar qoymuşdur.
44. Məhkəmə Ekspertizası Mərkəzinin 14.06.2021-ci il tarixli 5/392 nömrəli rəyinə əsasən təqdim edilmiş “Windows” əməliyyat sistemi ilə təchiz olunmuş “HP Spectre Pro G12 markalı “8260D2W” modelli “notebook” tipli komputer hal-hazırda işlək vəziyyətdədir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən təqdim edilmiş “HP Spectre Pro G12 markalı “8260D2W” modelli “notebook” tipli komputerin yaddaşında mövcud olan “X4” təminatında quraşdırılmış ismayıElektron ünvan 1 adlı elektron poçtun “Gələnlər qutusu bölməsində mövcud olan məktublara ekspert tərəfindən baxış zaman ı 3 iyul 2017-ci il saat 16:13 (4:13 PM)-da Elektron ünvan 2 ünvanından daxil olmuş məktub (Maliyyə Bazarlarına Nəzarət Palatası) və həmin məktuba əlavə olunmuş daxilində 03.02.2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsi və kassa məxaric orderi olan “PDF” formatlı fayl müəyyən olundu (akt rəyə əlavə olunur).
45. Məhkəmə Ekspertizası Mərkəzinin 08.07.2021-ci il tarixli 4/694 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən İddiaçı elektron poçt ünvanına göndərilmiş məktuba qoşma olaraq əlavə olunan 03.02.2017-ci il tarixli 010/BV-KM-0017 nömrəli kredit müqaviləsinin kserosurətində “Borcalan” qrafasından aşağıda yerləşən “İddiaçı” yazılanın altında əks olunmuş imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən İddiaçı elektron poçt ünvanına göndərilmiş məktuba qoşma olaraq əlavə olunan 03.02.2017-ci il tarixli kassa məxaric orderinin kserosurətində “Alanın imzası” qrafasında əks olunmuş – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində isə qeyd edilmişdir ki, müqayisəedici tədqiqat zamanı müəyyən edilmiş uyğunluqlar sabit və dəyərli olub, elə bir fərdi (təkrarolunmaz) məcmu təşkil edirlər ki, bu da tədqiq olunan imzanın İddiaçı tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir.
46. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3001/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1970/2020 saylı iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Azad İmanov)
47. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd edib ki, ilk iddiaçı hazırki iddianı bir illik müddəti ötürməklə qaldırmışdır.
48. Apellyasiya instansiyası 08.07.2021-ci il tarixli 4/694 nömrəli ekspert rəyindəki ziddiyyətə aydınlıq gətirərək qeyd edib ki, 03.02.2017-ci il tarixli kassa məxaric orderinin kserosurətində “Alanın imzası” qrafasında əks olunmuş imzanın İddiaçı və ya başqa şəxs tərəfindən icra olunması ilə bağlı ekspert tədqiqatın əsaslandırıcı hissəsində də ekspert həmin imzanın İddiaçı tərəfin dən icra olunmaması barədə gəldiyi nəticəni əsaslandırmış, lakin əsaslandırıcı hissəsinin sonuncu cümləsində «müqayisəedici tədqiqat zamanı müəyyən edilmiş uyğunluqlar sabit və dəyərli olub, elə bir fərdi (təkrarolunmaz) məcmu təşkil edirlər ki, bu da tədqiq olunan imzanın İddiaçı tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir» kimi gəlinmiş nəticəyə zidd fikir bildirmişdir. Göstərilən qüsur texniki yanlışlıq nəticəsində baş vermişdir, çünki rəyin həm tədqiqat, həm də nəticə hissəsindən aydın şəkildə müəyyən olunur ki, ekspertin gəldiyi nəticə ondan ibarətdir ki, həmin sənəddəki (kserosurətindəki) imza İddiaçı tərəfindən icra olunmamışdır. Bankın nümayəndəsi bildirdi ki, ekspertiza tədqiqatına 03.02.2017-ci il tarixli kredit müqaviləsi və kassa məxaric orderinin əsli yox, kserosurətləri təqdim olunmuşdur və belə vəziyyətdə verilmiş rəy ümumilikdə obyektivlikdən uzaqdır. Digər tərəfdən isə ilkindən olaraq onlar iddiaçı ilə yalnız bir müqavilə rəsmiləşdirildiyini, kserosurət olan müqavilədən isə bankın məlumatı olmadığını bildirmişlər.
49. Apellyasiya instansiyası vurğulayıb ki, 03.02.2017-ci il tarixli kassa məxaric orderinin kserosurətindəki imzanın İddiaçı məxsus olub-olmamasının hazırki işin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Belə ki, iddiaçı 03.02.2017-ci il tarixdə onunla adıçəkilən kredit müqaviləsi rəsmiləşdirilmədiyini, həmin müqavilənin və aidiyyəti sənədlərin ona 12.09.2017-ci ildə cəzaçəkmə müəssisəsində təqdim olunaraq imzalatdırıldığını bildirir və bunu ona göstərilən təzyiq, hədə-qorxu nəticəsində etməsi ilə əsaslandırır. Belə olan halda İddiaçı Mülki Məcəllənin 339.4 və 354.2-ci maddələrinə əsasən əqdin məcburetmə (zorakılıq və ya hədələmə) nəticəsində bağlanması əsası ilə bir il müddətində məhkəmədə iddia qaldıra bilərdi. Mübahisə doğura bilməz ki, iddiaçı təzyiqə məruz qaldığını 12.09.2017-ci ildə, yəni özünün də bildirdiyi kimi, müqaviləni və aidiyyəti sənədləri imzaladığı gün bilmiş, 15.09.2017-ci ildə isə ev dustaqlığına buraxılmışdır. Lakin hazırki iddia məhkəməyə 07.05.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
50. Apellyasiya instansiyası qarşılıqlı iddia tələbinə aid hissədə də birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı sayaraq göstərib ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin işgüzar nüfuzuna xələl gəlməklə iqtisadi və maliyyə vəziyyətində hər hansı itkilərə məruz qalması, o cü mlədən təsərrüfat fəaliyyətinin nüfuzdansalınması və təqlidi, istehlakçıların çaşdırılması, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.
51. Apellyasiya instansiyası mövqeyini Mülki Məcəllənin 1166, 1179.1, 1180.1, 1225.1-1225.3-cü maddələri ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
52. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianını rədd edilməsi hissəsində ləğv, ilk iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
53. Kassasiya şikayəti iddia ərizəsini və apellyaisya şik ayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
54. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər t ərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndi rilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən h alları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Kassasiya şikayətində ilk iddiaçı apellyasiya instansiyasının qətnaməsini ilkin iddianın t əmin edilməyən hissəsində mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini həmin hissədə yoxlayır.
57. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
60. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
61. İddia tələbi kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə olub. İddiaçı iddia tələbinin əsası kimi həmin müqaviləni məcburiyyət qarşısında imzaladığına istinad etmişdir.
62. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə isə İddiaçı Mülki Məcəllənin 339.4 və 354.2-ci maddələrinə əsasən əqdin məcburetmə (zorakılıq və ya hədələmə) nəticəsində bağlanması əsası ilə bir il müddətində məhkəmədə iddia qaldıra bilərdi. Mübahisə doğura bilməz ki, iddiaçı təzyiqə məruz qaldığını 12.09.2017-ci ildə, yəni özünün də bildirdiyi kimi, müqaviləni v ə aidiyyəti sənədləri imzaladığı gün bilmiş, 15.09.2017-ci ildə isə ev dustaqlığına buraxılmışdır. Lakin hazırki iddia məhkəməyə 07.05.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
63. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi əqdlə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməmişdir.
64. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin ilk iddia ilə bağlı hazırki qərarın 47-49-cu bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Bu baxımdan, kassasiya şikayəti ilə bağlı əlavə şərhə zərurət görmür.
65. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3001/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.