Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-828/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı ilk, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqavi ləsi üzrə borcun tutulması” tələbinə dair ilk, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “kredit müqaviləsi üzrə tələbin təminata yönəldilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-47/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC tərəfindən Cavabdeh: 05 dekabr 2014-cü il tarixli, 1568 nömrəli kredit müqaviləsi ilə illik 6,5 faizlə 12 ay müddətinə 2.000.000 manat məbləğində; 14 yanvar 2015-ci il tarixli, 1651 nömrəli kredit müqaviləsi ilə illik 6,5 faizlə 12 ay müddətinə 530.000 manat məbləğində; 16 yanvar 2015-ci il tarixli, 1663 nömrəli kredit müqaviləsi ilə illik 6,5 faizlə 12 ay müddətinə 1.000.000 manat məbləğində; 25 fevral 2015-ci il tarixli, 1792 nömrəli kredit müqaviləsi ilə illik 6,5 faizlə 12 ay müddətinə 920.000 manat məbləğində və 10 mart 2015-ci il tarixli, 1830 nömrəli kredit müqaviləsi ilə illik 6,5 faizlə 12 ay müddətinə 201.000 manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh "xxxx" ASC-yə ünvanladığı 10 mart 2015-ci il tarixli ərizə ilə, o, biznesin genişləndirilməsi ilə əlaqədar "xxxx" ASC-dən götürdüyü 502.500 manat məbləğində kredit vəsaitinin təminatı olaraq "xxxx" ASC-də yerləşdirilmiş əmanətin girov qoyulmasını xahiş etmişdir. 3. "xxxx" ASC və "xxxx" ASC arasında depozit münasibətlərinin rəsmiləşdirilməsini əks etdirən SWİFT 190 və 320 formatına aid elektron çıxarışlara əsasən "xxxx" ASC tə rəfindən Cavabdeh verilən kreditin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə yerləşdirdiyi depozit və ona hesablanacaq faizlər çıxış etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920.000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 49.466,66 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213.392,60 manat, cərimə borcu üzrə 175.247,10 manat olmaqla, c əmi 1358106,36 manat; 5. 1651 nömrəli 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 1703,11 manat, cəmi 1703,11 manat; 6. 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 3430,55 manat, cərimə borcu üzrə 541,71 manat, cəmi borc 3972,26 manat; 7. 201İNNW150690003 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 502500 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 32662,50 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 115502,45 manat, cərimə borcu üzrə 94.358,28 manat, ümumilikdə 745.023,23 manat; 8. 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqavil əsinə əsasən əsas borc üzrə 201000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 11.239,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46.207,60 manat, cərimə borcu üzrə 38.469,17 manat, ümumilikdə 296.915,94 manat; 9. 1568 nömrəli 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 77.638,90 manat, cərimə borcu üzrə 4.333,29 manat, ümumilikdə 81.972,19 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqavilələrinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faiz lər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir.
11. Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli, 25 fevral 2015-ci il tarixli və 10 mart 2015-ci il tarixli müqavilələr üzrə pul tələblərinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş depozitlərə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk tələbin əsasını təşkil edən kredit borcları təminatlı borclardır. Kredit müqavilələrinin 4.1-ci bəndində onların təminatı göstərilmişdir: 05 deka br 2014-cü il tarixli müqavilə üzrə ayrılmış kredit ******* manat, təminat - bank qarantiyası; 14 yanvar 2015-ci il tarixli müqavilə üzrə ayrılmış kredit: 500000 manat, təminat - 500000 manat məbləğində depozit; 16 yanvar 2015-ci il tarixli müqavilə üzrə ayrılmış kredit: ******* manat, təminat - ******* manat məbləğində depozit; 25 fevral 2015-ci il tarixli müqavilə üzrə ayrılmış kredit: 920000 manat, təminat ******* manat məbləğində depozit; 10 mart 2015-ci il tarixli müqavilə üzrə ayrılmış kredit: 201000 manat, təminat - 11000000 manat məbləğində depozit. Belə olan halda, iddiaçının tələbi təminatlı olduğuna görə həmin tələb təminata yönəldilməlidir. "xxxx" ASC-yə sorğu verilmiş və sorğuya cavab olaraq "xxxx" ASC ilə "xxxx" ASC arasında depozit münasibətlərinin rəsmiləşdirilməsi SWİFT 19 0 və 320 formatı vasitəsilə həyata keçirildiyi bildirilmiş və buna dair elektron çıxarışlar təqdim edilmişdir. "xxxx" ASC-yə sorğu verilmiş və 24 avqust 2020-ci il tarixdə sorğuya cavab olaraq kredit müqavilələri üzrə borc məbləğlərinin bir hissəsinin depozit məbləğləri hesabına ödənildiyi bildirilmişdir. Lakin depozit məbləğlərinin borc məbləğlərindən çox olduğunu nəzərə aldıqda, hal-hazırda borc mövcud olmamalıdır.
13. Həmçinin, Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, 1568 nömrəli 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin icra müddəti 05 dekabr 2015-ci il tarixədək, 1651 nömrəli 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin icra müddəti 07 yanvar 2016-cı il tarixədək müəyyən edilmişdir. İddiaçının sözügedən kredit müqavi ləsi üzrə pul tələbinə dair iddia ərizəsi isə 08 yanvar 2019-cu il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İddia müddətinin keçməsi ilə əlaqədar iddiaçı "xxxx" ASC (ləğv prosesindədir) ona qarşı kredit müqavilələri üzrə pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və 21 avqust 2020-ci il tarixli rəyə əsasən: 15. 05 dekabr 2014-cü il tarixli, 1568 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində qeyd edilmişdir ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan kredit müqaviləsinin 4.1. bəndində qeyd edilən "xxxx" ASC tərəfindən verilmiş Bank Qarantiyası təqdim olunmadığından, borcalan Cavabdeh borcunu müəyyən etmək mümkün olmadı. B undan başqa, iş materiallarında olan məlumatlardan göründüyü kimi "xxxx" ASC tərəfindən təqdim olunmuş SWİFT məktubunda aşağıdakılar qeyd edilmişdir: "xxxx" ASC tərəfindən X1 05 dekabr 2014-cü il tarixində 1 il müddətinə ******* AZN məbləğində verilən kreditin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx" tərəfindən "xxxx" ASCyə yerləşdirdiyi 500000 manat məbləğində depozit və ona hesablanacaq faizlər çıxış edəcəkdir. Mərkəzi Xəzinədarlıq Departamenti.” 16. 14 yanvar 2015-ci il tarixli 1651 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində qeyd edilmişdir ki, hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan kredit müqaviləsinin 4.1. bəndində qeyd edilən "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş 500000 manat məbləğində depozit müqaviləsi təqdim olunmadığın dan, borcalan Cavabdeh borcunu müəyyən etmək mümkün olmadı. Bundan başqa, iş materiallarında olan məlumatlardan göründüyü kimi "xxxx" ASC tərəfindən təqdim olunmuş SWİFT məktubunda aşağıdakılar qeyd edilmişdir: "xxxx" ASC tərəfindən X1 14 yanvar 2015 il tarixində 1 il müddətinə 500.000 AZN məbləğində verilən kreditin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx" tərəfindən "xxxx" ASC-yə 07 yanvar 2015-ci il tarixində yerləşdirdiyi 500.000 manat məbləğində depozit və ona hesablanacaq faizlər çıxış edəcəkdir. Mərkəzi Xəzinədarlıq Departamenti.” 17. 16 yanvar 2015-ci il tarixli 1663 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində qeyd edilmişdir ki, hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan kredit müqaviləsinin 4.1. bəndində qeyd edilən "xxxx" ASC tərəfindən " xxxx" ASC-də yerləşdirilmiş ******* manat məbləğində depozit müqaviləsi təqdim olunmadığından, kredit müqaviləsi üzrə borcalan Cavabdeh borcunu müəyyən etmək mümkün olmadı. Bundan başqa, iş materiallarında olan məlumatlardan göründüyü kimi "xxxx" ASC tərəfindən təqdim olunmuş SWİFT məktubunda aşağıdakılar qeyd edilmişdir: "xxxx" ASC tərəfindən X1 16 yanvar 2015-ci il tarixində 1 il müddətinə ******* AZN məbləğində verilən kreditin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx" tərəfindən "xxxx" ASC-yə 16 yanvar 2015ci il tarixində yerləşdirdiyi ******* manat məbləğində depozit və ona hesablanacaq faizlər çıxış edəcəkdir. Mərkəzi Xəzinədarlıq Departamenti.” 18. 10 mart 2015-ci il tarixli 1830 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində qeyd edilmişdir ki, hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan kredit müqaviləsinin 4.1. bəndində qeyd edilən "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş 11000000 manat məbləğində depozit müqaviləsi təqdim olunmadığından, kredit müqaviləsi üzrə borcalan Cavabdeh borcunu müəyyən etmək mümkün olmadı. Bundan başqa, iş materiallarında olan məlumatlardan göründüyü kimi "xxxx" ASC tərəfindən təqdim olunmuş SWİFT məktubunda aşağıdakılar qeyd edilmişdir: "xxxx" ASC tərəfindən X1 10 mart 2015 il tarixində 1 il müddətinə 201.000 AZN məbləğində verilən kreditin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx"ı tərəfindən "xxxx" ASC-yə 21 may 2014-cü il tarixdə yerləşdirilmiş 11.000.000 manat məbləğində depozit və ona hesablanacaq faizlər çıxış edəcəkdir. Mərkəzi Xəzinədarlıq Departamenti.” 19. 25 fevral 2015-ci il tarixli 1792 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində qeyd edilmişdir ki, hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan kredit müqaviləsinin 4.1. bəndində qeyd edilən "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş ******* manat məbləğində depozit müqaviləsi təqdim olunmadığından, 25 fevral 2015-ci il tarixli 1792 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh borcunu müəyyən etmək mümkün olmadı. Bundan başqa, iş materiallarında olan məlumatlardan göründüyü kimi "xxxx" ASC tərəfindən təqdim olunmuş SWİFT məktubunda aşağıdakılar qeyd edilmişdir: "xxxx" ASC tərəfindən X1 25 fevral 2015-ci il tarixində 1 il müddətinə 920000 AZN məbləğində verilən kreditin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx" tərəfindən "xxxx" ASC-yə 25 fevral 2015 il tarixin də yerləşdirdiyi ******* manat məbləğində depozit və ona hesablanacaq faizlər çıxış edəcəkdir. Mərkəzi Xəzinədarlıq Departamenti.”
20. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 16 oktyabr 2020-ci il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh: 21. 1568 nömrəli 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 0 manat əsas borcu, müqavilə müddətinə hesablanmış 77638,90 manat faiz borcu, 4333,29 manat cərimə borcu, cəmi 81972,19 manat borcu; 22. 1651 nömrəli 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 0 manat əsas borcu, müqavilə müddətinə hesablanmış 1703,11 manat faiz borcu, cəmi 1703,11 manat borcu; 23. 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 0 manat əsas borcu, müqavilə müddətinə hesablanmış 3430,55 manat fa iz borcu, 541,71 manat cərimə borcu, cəmi 3972,26 manat borcu; 24. 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 920000 manat əsas borcu, müqavilə müddətinə hesablanmış 49466,66 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış 213392,60 manat faiz borcu, 175247,10 manat cərimə borcu, cəmi 1358106,36 manat borcu; 25. 201İNNW150690003 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 502500 manat əsas borcu, müqavilə müddətinə hesablanmış 32662,50 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış 115502,45 manat faiz borcu, 94358,28 manat cərimə borcu, cəmi 745023,23 manat borcu; 26. 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 201000 manat əsas borcu, müqavilə müddətinə hesablanmış 11239,17 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış 46207,60 manat faiz borcu, 38469,17 manat cərimə borcu, cəmi 296915,94 manat borcu vardır.
27. Abşeron Rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli, 2(012)-40/2021 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) ilkin iddia tələbinin qismən təmin edilməsi, 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 3430,55 manat, cərimə borcu üzrə 541,71 manat olmaqla, cəmi 3972,26 manat borcun; 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 49466,66 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213392,60 manat, cə rimə borcu üzrə 175247,10 manat olmaqla, cəmi 1358106,36 manat borcun; 201İNNW150690003 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 502500 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 32662,50 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 115502,45 manat, cərimə borcu üzrə 94358,28 manat olmaqla, cəmi 745023,23 manat borcun; 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 201000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 11239,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46207,60 manat, cərimə borcu üzrə 38469,17 manat olmaqla, cəmi 296915,94 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması, ilkin iddia tələbinin “1568 nömrəli 0 5 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 77638,90 manat, cərimə borcu üzrə 4333,29 manat, cəmi 81972,19 manat borcun və 1651 nömrəli 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 1703,11 manat, cəmi 1703,11 manat borcun Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair hissədə iddia müddəti keçdiyindən təmin edilməməsi, Cavabdeh “16 yanvar 2015-ci il tarixli, 25 fevral 2015-ci il tarixli və 10 mart 2015-ci il tarixli müqavilələr üzrə pul tələblərinin üçüncü şəxs tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş depozitlərə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
28. Birinci i nstansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı 05 dekabr 2014-cü il, 14 yanvar 2015-ci il, 16 yanvar 2015-ci il, 25 fevral 2015-ci il və 10 mart 2015-ci il tarixli kredit müqavilələri üzrə götürdüyü öhdəliklərə əməl edib kreditləri və onlara hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuş və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada ilkin iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Məhkəmə nəzərə almışdır ki, 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin icra müddə ti 05 dekabr 2015-ci il tarixədək, 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin icra müddəti isə 07 yanvar 2016-cı il tarixədək müəyyən edilsə də, ilkin iddiaçı tərəfindən həmin müqavilələr əsasında pul məbləğlərinin tutulmasına dair iddia ərizəsi ilə yalnız 08 yanvar 2019-cu il tarixdə məhkəməyə müraciət edilmişdir. Cavabdeh hazırkı tələb üzrə həmin kredit müqavilələrinə münasibətdə iddia müddətinin ötürüldüyünü qeyd edib, bu barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir.
30. Belə olan halda, məhkəmə hesab etmişdir ki, kredit borcunun tutulması ilə bağlı ilkin iddia 05 dekabr 2014-cü il və 14 yanvar 2015-ci il tarixli kredit müqavilələri üzrə iddia tələbinə münasibətdə təmin edilməməli, 16 yanvar 2015-ci il, 25 fevral 2015-ci il v ə 10 mart 2015-ci il tarixli kredit müqavilələri üzrə iddia tələbi isə əsas borcun, müqavilə müddətinə hesablanmış faiz borcunun tutulması hissələrində əsaslı hesab olunaraq təmin edilməlidir.
31. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının tələb etdiyi cərimələr (dəbbə pulu) əsas borclara münasibətdə və borc məbləğlərinin gecikdirilərək indiyədək ödənilməməsi nəzərə alındıqda, tənasübsüz surətdə yüksək hesab oluna bilməz, ona görə həmin məbləğlərin azaldılması üçün qanuni əsaslar yoxdur, cərimə borcunun tutulması hissəsində də ilkin iddia əsaslı hesab olunaraq təmin olunmalıdır.
32. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, sözügedən kredit müqavilələrinin təminatı qismində hər hansı zaminlik, ipoteka (girov) müqaviləsi və ya qarşı lıqlı iddiaçının qeyd etdiyi depozitlər çıxış etməmiş, bununla bağlı ayrıca da müqavilə imzalanmamışdır. Nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçının göstərdiyi əmanətlərə dair sənədlər 2014 və 2015-ci illərdə imzalanmış, cavabdehin əvəzləşdirmə tələb etdiyi əmanətlər hüquqi şəxsə, yəni "xxxx" ASC-yə məxsus olduğuna görə “Banklar haqqında” Qanunun müddəalarına uyğun olaraq qorunan əmanət hesab olunmur. Bununla yanaşı işə cəlb edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmədə göstərmişdir ki, depozit qoyulan pulun qarşısında girov öhdəliyi kimi qoyulduğu deyilən pul əslində girov öhdəliyi kimi deyil, qarantiya öhdəliyidir. Cavabdehin təqdim etdiyi sübutlarda isə belə yazılı öhdəliyə dair sənədlər mövcud deyil, istinad edilən girov müqavilələri cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu nunla da məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddianın təmin edilməsi üçün qanuni əsaslar yoxdur.
33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.2, 376, 377.2, 445.7, 449.1, 449, 460.1, 478-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
34. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borc məbləğini müəyyən edərkən prosessual pozuntulara yol verərək düzgün olmayan qətnamə qəbul etmişdir. İş üzrə ekspert rəylərində borcun olmaması müəyyən edilsə də, məhkəmə ekspert rəylərinə qətnamədə münasibət bildirməmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşmamasını əsaslandırmalı və ya iş üzrə təkrar ekspertiza təyin etməklə borcun hansı həcmdə olmasını müəyyənləşdirməli idi. Kredit müqaviləsi üzrə hesabdan çıxarışlar da məhkəməyə təqdim edilmişdir. Bu halın özü də iddiaçının təqdim etdiyi maliyyə arayışlarının mötəbərliliyini şübhə altına alır. Məhkəmə borc məbləğini müəyyən edərkən prosessual pozuntulara yol verərək düzgün olmayan nəticəyə gəlmişdir.
36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(105)-1850/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmə də bu ilkin iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsinə gəldikdə isə qeyd etmişdir ki, cavabdeh göstərdiyi hallara dair hər hansı bir sübut təqdim edə bilmədiyindən, bir inci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
40. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 460.1 və 478-ci maddələrini tətbiq etməli olduğu halda bunu etməmiş, sübut qismində təqdim olunmuş "xxxx" ASC-nin məktubu nəzərə alınmamışdır. Həmin məktubda "xxxx" ASC və "xxxx" ASC arasında depozit münasibətlərinin rəsmiləşdirilməsi SWİFT 190 və 320 formatı vasitəsilə həyata keçirildiyi bildirilmiş və buna dair elektron çıxarışlar təqdim edilmişdir. Həmin elektron çıxarışların təyinatı hissəsində depozit məbləğinin hansı müqavilə üzrə təminat qismində çıxış etdiyi göstərilmişdir. Eyni zamanda, qanunvericilikdə yazılı öhdəliyin konkret olaraq nümunəvi forması müəyyən edilməmişdir. Buna görə də, elektron çıxarışlar cavabdehin borcunun iddiaçı tərəfindən ödənilməsi barədə yazılı öhdəliklərdir.
42. Bundan başqa, məhkəmə borcu müəyyən edərkən iddiaçının təqdim etdiyi maliyyə arayışlarına istinad etmişdir. Lakin məhkəmə maliyyə arayışlarının real vəziyyəti əks etdirmədiyini nəzərə almamış, ekspert rəylərinə qətnamədə münasibət bildirilməmişdir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3182/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
44. Məhkəmə kollegiyası ilk olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 269-cu maddəsinə əsasən girov - girov saxlayanın əşya hüququdur və borclunun girov saxlayan qarşısında başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Yəni borclunun öhdəliyi icra etmədiyi halda tələbin girov əmlaka yönəldilməsi kreditorun vəzifəsi deyil, hüququdur və o, həmin hüquqdan istifadə etməyə də bilər.
45. Lakin hazırkı iş üzrə cavabdehin həm birinci instansiya, həm də apellyasiya məhkəməsində mübahisələndirdiyi məsələlərdən biri ondan ibarətdir ki, cavabdehin iddiaçı banka olan kredit borcları qismən girov olan "xxxx" ASC-nin "xxxx" ASC-də (İddiaçı ASC-də) olan depozit məbləğləri hesabına ödənilmiş və iddiaçı tə rəfindən tələb olunan borc düzgün müəyyən edilməmişdir.
46. Məhz cavabdehin həmin dəlilləri ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən iki dəfə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi, ekspert depozit müqavilələrinin təqdim edilməməsini əsas gətirməklə borcu hesablamaqdan imtina etmişdir. Məhkəmələr də, iddiaçının təqdim etdiyi maliyyə arayışlarını əsas götürərək, iddianı qismən təmin etmişlər.
47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmağı cəhd etməmiş, iş materiallarında kredit müqavilələri üzrə hesabdan çıxarışlar əlavə olunduğu halda, təkrar ekspertiza keçirilməsi məsələsini tərəflərlə müzakirə etməmişdir.
48. Digər tərəfindən nəzər ə alınmalıdır ki, ekspert rəyində də qeyd olunduğu kimi, "xxxx" ASC tərəfindən təqdim olunmuş SWİFT məktublarında "xxxx" ASC tərəfindən X1 verilən kreditlərin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə yerləşdirdiyi depozitlər və ona hesablanacaq faizlər çıxış etmişdir. Yəni üçüncü şəxsin depozit hesablarının cavabdehin kreditinin təminatı olması həmin sənədlərlə öz təsdiqini tapdığı halda, qeyd olunan depozitlərin hansı hissəsinin mübahisələndirilən kredit müqavilələrinin ödənilməsinə yönəldilməsini "xxxx" ASC-yə sorğu verməklə də müəyyən etmək olar.
49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88, 101.7, 103.1-ci maddələrini pozaraq işdə olan ekspert rəyini düzgün qiymətləndirməmişdir.
50. Digər tərəfdən qeyd olu nmalıdır ki, ilk iddiaçı 6 kredit müqaviləsi (1792 nömrəli, 25 fevral 2015-ci il tarixli; 1651 nömrəli, 14 yanvar 2015-ci il tarixli; 1663 nömrəli, 16 yanvar 2015-ci il tarixli; 201İNNW150690003 nömrəli, 10 mart 2015-ci il tarixli; 1830 nömrəli, 10 mart 2015-ci il tarixli və 1568 nömrəli, 05 dekabr 2014-cü il tarixli) üzrə borcun tutulmasını məhkəmədən xahiş etsə də, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri qətnamələrində yalnız 5 müqaviləyə istinad etmişlər. İş materiallarından görünür ki, 201İNNW150690003 nömrəli, 10 mart 2015-ci il tarixli müqavilə üzrə tələb MPM-in 53-cü maddəsinə əsasən 29 noyabr 2019-cu il tarixdə əlavə olunmuş, lakin həmin müqavilə və ya surəti nə ərizə ilə birgə, nə də ki, sonradan məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə təqd im olunmamış kredit müqaviləsi üzrə yalnız iddiaçının tərtib etdiyi maliyyə arayışını əsas götürməklə borc məbləğini tutmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
51. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-47/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213.392,60 manat, cərimə borcu üzrə 175.247,10 manatın, 201İNNW150690003 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 502.500 manat, müqa vilə müddətinə hesablanmış faiz borcu üzrə 32.662,50 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 115.502,45 manat, cərimə borcu üzrə 94.358,28 manat olmaqla, cəmi 745.023,23 manat borcun; 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46.207,60 manatın Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920.000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 49.466,66 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213.388,89 manat, cərimə borcu üzrə 60.000 manat olmaqla, cəmi 1.242.855,55 (bir milyon iki yüz qırx iki min səkkiz yüz əlli beş manat əlli beş qəpik) manat; 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 201.000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 11.239,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46.202,08 manat, cərimə borcu üzrə 38.469,17 manat olmaqla, cəmi 296.910,42 (iki yüz doxsan altı min doqquz yüz on manat qırx iki qəpik) manat; 10 mart 2015-ci il tarixli məxaric orderi ilə verilmiş 499.000 (dörd yüz doxsan doqquz min) manat pulun Cavabdeh alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
52. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, tərəflər arasında 6 kredit müqaviləsi bağlanmışdır. İlk iddia üzrə iddiaçı həmin kredit müqavilələri üzrə yaranmış borc məbləğlərini tələb etmiş, xx.xx.2015-ci il tarixli 1651 nömrəli və xx.xx.2014-cü il tarixli 1568 nömrəli müqavilələr üzrə iddia müddəti tətbiq edilərək, həmin müqavilələr üzrə tələblər birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Qətnamə bu hissədə mübahisələndirilməmişdir.
53. Təkrar apellyasiya icraatı zamanı depozitlərin hansı hissəsinin mübahisələndirilən kredit müqavilələrinin ödənilməsinə yönəldilməsi barədə məhkəməyə məlumat verilməsi üçün "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli sorğu göndərilmişdir. 54. "xxxx" ASC sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli HD-97 nömrəli məktubla bildirmişdir ki, "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə müvafiq vəsaitlərin köçürülməsi SWİFT 190 və 320 formatı vasitəsilə həyata keçirilmiş və buna dair elektron çıxarışlar tərəflərindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmçinin qeyd etmişdir ki, müvafiq vəsaitlərin hansı hissəsinin mübahisələndirilən kredit müqavilələrinin ödənilməsinə yönəldilməsi barədə məlumatın İddiaçı ASC tərəfindən verilməsi məqsədəmüvafiq olar.
55. Ali Məhkəmənin qərarında olan göstərişlər əsasında məhkəmə kollegiyası tərəfindən yenidən araşdırma aparılarkən xx.xx.2022-ci il tarixli qərardad ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2 may 2023-cü il tarixli, 9/8403 nömrəli rəyində qeyd edilmişdir ki, iş material larında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1568 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2015-ci il tarixə əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 78,000,01 manat, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC (“borcalan”) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1651 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2016-cı il tarixə əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 1793,42 manat, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1663 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit bo rcu xx.xx.2016-cı il tarixə əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 3611,11 manat, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015ci il tarixli, 1830 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2016-cı il tarixə əsas borc üzrə 201.000,00 manat, faiz borcu üzrə 13282,75 manat, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1792 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2016-cı il tarixə əsas borc üzrə 920.000,00 manat, faiz borcu üzrə 49.632,77 manat müəyyən olunur.
56. Qeyd olunan ekspert rəyi mübahisənin həlli üçün kifayət qədər aydın və tam olmadığından, xx.x x.2023-cü il tarixli qərardad ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 9/4871 nömrəli rəyində qeyd edilmişdir ki, birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırkı məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi haqqında məhkəmə qərardadında ekspert qarşısında qoyulmuş birinci sualın həlli üçün aşağıdakı sənədlərin olması vacibdir: kredit müqaviləsinin və kredit ödəmə qrafiki barədə məlumatın (ödəniş cədvəli) əsli (“Banklarda kredit risklərinin idarə edilməsi Qaydalarına” Əlavə №1, “Kredit dosyesi” 12 və 25 bəndlərinə əsasən). Lakin hazırkı ekspertiza tədqiqatına məhkəmə tərəfindən təqdim edilmiş “02” cild mülki iş materiallarında eks pert qarşısında qoyulmuş sualda qeyd edilən xx.xx.2015-ci il tarixli 201İNNW150690003 kredit müqaviləsi üzrə həmin müqavilənin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti, kredit ödəmə qrafiki mövcud deyildir. Bu səbəbdən, xx.xx.2015-ci il tarixli 201İNNW150690003 nömrəli kredit müqaviləsi üzrə ekspertiza tədqiqatının aparılması mümkün deyil. İkinci sual üzrə: xx.xx.2015-ci il tarixli, 1663 saylı kredit müqaviləsi - rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1663 saylı kredit müqaviləsi üzrə borcalanın kredit müqaviləsi müddətinin bitdiyi tarixə əsas borcu olmadığından xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün əsas borca illik 5% dərəcəsi ilə faiz borcu hesablanmır. xx.xx.2015-ci il tarixli, 1792 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1792 saylı kredit müqaviləsi üzrə kredit müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% dərəcəsi ilə hesablanmış faiz məbləği aşağıdakı kimi müəyyən olunur: xx.xx.2016cı il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5% dərəcəsi ilə faiz borcu 213388,89 manat. Qeyd edilir ki, iş materialları ilə təqdim edilmiş ******************** nömrəli hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2015-ci il tarixli, 1792 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün xx.xx.2016-cı il tarixdə 1.000.000,00 manat və 50.166,66 manat, cəmi 1.050.166,66 manat məbləğində ödəniş aparılmışdır. Lakin ödənilmiş pul vəsaitləri kredit üzrə silinməmiş və hesabda saxlanılmışdır. Həmin pul vəsaitləri xx.xx.2016-cı il tarixdə kredit borcu üzrə silindikdə, 80.533,89 (920.000 əsas + 49.632,77 faiz 1.050.166,66 ödəniş) manat məbləğində artıq ödəniş yaranır. xx.xx.2015-ci il tarixli, 1830 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1830 saylı kredit müqaviləsi üzrə kredit müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% dərəcəsi ilə hesablanmış faiz məbləği aşağıdakı kimi müəyyən olunur: xx.xx.2016-cı ildən tarixdən xx.xx.2020-ci il tarix ədək illik 5% dərəcəsi ilə faiz borcu 46202,08 manat.
57. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 аvqust 2024-cü il tarixli, 9/2101 nömrəli rəyində birinci və ikinci suallar üzrə qeyd edilmişdir ki, iş materiallarında olan "xxxx" ASC-nin "xxxx" ASC-də olan depozit hesabından çıxarışlardan göründüyü kimi, "xxxx" ASC və Cavabdeh ilə bağlanmış 1663 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə 2.333,33 manat, xx.xx.2015-ci il tarixdə 4666,67 manat, xx.xx.2015-ci il tarixdə 5333,33 manat, xx.xx.2015-ci il tarixdə 5.000,00 manat xx.xx.2016-cı il tarixdə 43.291,67 manat, xx.xx.2016-cı il tarixdə 541,67 manat və xx.xx.2016-cı il tarixdə 1.000.000,00 manat olmaqla ümumilikdə 1.061.166,67 manat; 58. 1792 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-cı il tarixdə 5.333,34 manat xx.xx.2015-cı il tarixdə 5.000,00 manat olmaqla ümumilikdə 10.333,34 manat; 59. 1830 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 1.100,00 manat silinmələr olmuşdur. 60. 201İNNW150690003 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə hazırkı məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi haqqında məhkəmə qərardadında ekspert qarşısında qoyulmuş sualın həlli üçün aşağıdakı sənədlərin olması vacibdir: 61. kredit müqaviləsinin və kredit ödəmə qrafiki barədə məlumatların (ödəniş cədvəli) əsli (“Banklarda kredit risklərin in idarə edilməsi Qaydalarına” Əlavə №1, “Kredit dosyesi” 12 və 25 bəndlərinə əsasən).
62. Lakin hazırkı ekspertiza tədqiqatına məhkəmə tərəfindən təqdim edilmiş “02” cild mülki iş materiallarında ekspert qarşısında qoyulmuş sualda qeyd edilən xx.xx.2015-ci il tarixli 201İNNW150690003 kredit müqaviləsi üzrə həmin müqavilənin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti, kredit ödəmə qrafiki mövcud deyildir.
63. Bu səbəbdən, xx.xx.2015-ci il tarixli 201İNNW150690003 nömrəli kredit müqaviləsi üzrə ekspertiza tədqiqatının aparılması mümkün deyildir.
64. Üçüncü sual üzrə məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 9/4871 nömrəli rəyində qeyd edilmiş xx.xx.2015-ci il tarixli, 1792 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün xx.xx.2016-cı il tarixdə 1.000.000,00 m anat və 50.166,66 manat, cəmi 1.050.166,66 manat məbləğində ödəniş "xxxx" ASC-nin "xxxx" ASC-də olan depozit hesablarından aparılan ödənişlərdir (cild İİ, vərəq 200, cədvəl məlumatları, sətir 588-589).
65. Dördüncü və beşinci suallar üzrə iş materiallarında olan Cavabdeh məxsus hesab çıxarışlarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh ilə bağlanmış kredit müqavilələri üzrə borcalanın hesablarından hər hansı kredit ödənişləri aparılmamışdır. Başqa cavabdeh və ya digər şəxslər tərəfindən ödənişlərin olub-olmamasını hazırkı ekspertiza tədqiqatına təqdim edilmiş məlumatlar əsasında müəyyən etmək mümkün olmadı.
66. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında kredit müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaran mışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçının tələb etdiyi kredit borcunun məbləği iş üzrə təyin edilərək keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyləri ilə müəyyən edilmişdir.
67. Məhkəmə iclasında tərəflərin nümayəndələrinin izahatları ilə müəyyən edilmişdir ki, götürülmüş kredit vəsaitlərinə görə cavabdeh tərəfindən hər hansı ödəniş olmamış, o cümlədən tərəflər arasında ayrıca qarantiya müqaviləsi də bağlanmamışdır. Lakin kredit müqavilələri üzrə edilmiş ödənişlər yalnız göstərilən depozit hesabından silinmələr əsasında həyata keçirilmişdir.
68. Həmçinin, məhkəmə iclasında tədqiq edilmi ş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" ASC Bakı İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)1541/2016 nömrəli qərarı ilə müflis elan olunmuşdur. Ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixli, 1792 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün xx.xx.2016-cı il tarixdə cəmi 1.050.166,66 manat məbləğində ödəniş aparılmışdır. Lakin ödənilmiş pul vəsaitləri kredit üzrə silinməmiş və hesabda saxlanılmışdır. Belə ki, "xxxx" ASC-nin depozit hesabında olan vəsaitlər "xxxx" ASC müflis elan olunduğu tarixdən sonra kreditor borcları kimi qeydiyyata alınmışdır. İddiaçı bankın nümayəndəsinin verdiyi yazılı məlumata əsasən müəyyən olunmuşdur ki, hal-hazırda "xxxx" ASC-nin Banka qarşı 2.152,206,00 manat kreditor tələbləri mövcuddur. Həmin tələblər “Banklar haqqında” qanunun 82.1.8-mad dəsinə uyğun olaraq növbəlilik qaydasında ödəniləcəkdir.
69. Göründüyü kimi kredit öhdəliklərinin icrasının təminatı qismində çıxış edən depozitlər qorunan əmanət statusunda olmadıqda həmin əmanətlər “Banklar haqqında” Qanunun 82-ci maddəsində göstərilən növbəlilik qaydasında əmanət sahibinə geri qaytarılmalıdır.
70. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, yəni qarşılıqlı iddia üzrə iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli müqavilələr üzrə pul tələblərinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş depozitlərə yönəldilməsi barədə tələbin təmin edilməməsi barədə nəticə mahiyyətcə dü zgün olmuşdur.
71. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair rəyə əsasən 1792 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 920000 manat, müqavilə müddətinə hesablanmış faiz borcuna görə 49466,66 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcuna görə isə 213388,89 manat, 1830 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 201000 manat, müqavilə müddətinə hesablanmış faiz borcuna görə 11239,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcuna görə 46202,08 manat, 1663 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinə hesablanmış faiz borcuna görə 3430,55 manat ilk iddia üzrə cavabdehdən tutulmalıdır. 7 2. 201İNNW150690003 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin müqaviləni ilk iddia üzrə iddiaçı məhkəməyə təqdim edə bilmədiyindən, mövcud olmayan müqavilə üzrə şərtlərə istinadən əsas borc üzrə 502.500,00 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 32.662,50 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 115.502,45 manat, cərimə borcu üzrə 94.358,28 manat olmaqla, cəmi 745023,23 manat borcun ilk iddia üzrə cavabdehdən tutulması əsassız olmuşdur. Lakin iş materiallarında olan xx.xx.2015-ci il tarixli FJB**********047 nömrəli məxaric orderindən (İ cild səh. 28) görünür ki, həmin tarixdə cavabdeh tərəfindən 700.000 manat məxaric edilmişdir.
73. İşdən görünür ki, həmin tarixdə cav abdehlə 201.000,00 manat kredit verilməsi haqqında 1830 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəf bu halı belə izah etmişdir ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh ilə 2 kredit müqaviləsi imzalanmışdır. xx.xx.2015-ci il tarixli 1830 saylı müqavilə (müqavilə məhkəməyə təqdim olunub-201.000 manat) və xx.xx.2015-ci il tarixli, 20İİNNW150690003 saylı müqavilə (502.500 manat (müqavilə yoxdur)). Hər iki kredit müqaviləsi eyni gündə imzalandığına görə, hesabdan 1 dəfə məxaric olunmuşdur.
74. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, həmin tarixdə cavabdehə verilmiş 700.000 manatdan xx.xx.2015-ci il tarixli 1830 saylı müqavilə üzrə verilmiş 201.000 manat çıxılmalı və cavabdehdən iddiaçı bankın xeyrinə 499.000 manat (700.000201.000) məbləğində pul vəsaiti tutulmalıdır.
75. Cərimə borcunun tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir.
76. Məhkəmə kollegiyası qeyd etmişdir ki, verilmiş kredit borcu üzrə ödənişlərin gecikdirilməsi və bunun nəticəsində cərimə məbləğinin tələb edilməsi əsaslıdır. Lakin müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunduğundan, bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.
77. Məhkəmə kollegiyası 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli və 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqavilələri üzrə cərimələrin məbləği barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etsə də, 1792 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcuna görə tutulmuş 175.247,10 manat cərimənin 60.000 manat həddində müəyyən olunmasını və cavabdehdən tutulmasını ədalətli hesab edərək qeyd etmişdir ki, iddiaçı bank tərəfindən tələb edilən cərimənin azaldılması cavabdehin müqavilə üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar.
78. Beləliklə göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehdən iddiaçı bankın xeyrinə kredit müqavilələri üzrə tutulmalar aşağıdakı kimi olmalıdır: 79. 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsin ə əsasən əsas borc üzrə 920.000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 49.466,66 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213.388,89 manat, cərimə borcu üzrə 60.000 manat olmaqla, cəmi 1.242.855,55 manat; 80. 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 201.000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 11.239,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46.202,08 manat, cərimə borcu üzrə 38.469,17 manat olmaqla, cəmi 296.910,42 manat; 81. 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 3430,55 manat, cərimə borcu üzrə 541,71 manat olmaqla, cəmi 3972,26 manat; 82. 201İNNW150690003 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsi (təqdim edilməyən) üzrə 10 mart 2015-ci il tarixli məxaric orderi ilə verildiyi iddia olunan borc üzrə 499.000 manat.
83. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
84. İşdən görünür ki, 16 yanvar, 25 fevral və 10 mart 2015-ci il tarixli müqavilələr üzrə iddia müddəti ötməmişdir. Digər tərəfdən, iddiaçı bank xx.xx.2016-cı il tarixli məhkəmə qərarına əsasən müflis elan edilənədək cavabdehin borc öhdəlikləri üzrə yuxarıda göstərilən depozit hesabından silinmələr həyata keçirilmişdir. Odur ki, xx.xx.2019-cu il tarixdə verilmiş mövcud ilk iddia üzrə hazırd a baxılan tələblərə dair iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
85. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 6.1.5, 385.1, 386.1, 442, 445.1, 445.7, 478, 480, 739.1, 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
86. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ilk iddia tələbinin qismən təmin olunması və qarşılıqlı iddia tələbinin təmin olunmaması hissələrində ləğv edilməsi və ilk iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
87. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kassa məxaric orderinə istinad edərək pulun tutulması qənaətinə gələrkən həmin pul vəsaitinin tələb olunması baxımından istər iddia müddətinin (buna müqavilə kimi baxsaq), istərsə də kəsici müddətin (buna əsassız varlanma kimi baxsaq) keçdiyi görünür. Kəsici müddətin tətbiqi üçün bu məzmunda ərizənin verilməsi tələb olunmasa belə, iddia müddətində bu tələb var və cavabdeh də həmin tələbə uyğun olaraq birinci instansiya məhkəməsində iddianın iddia müddətlərinin keçməsi ilə bağı rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi məhkəmə MM-in 375.2-ci və 1095-ci maddələrinin tələblərini pozmuşdur. 88. 26.11.2019-cu il tarixdə "xxxx" ASC-yə sorğu verilmiş və sorğuya cavab olaraq "xxxx" ASC ilə "xxxx" ASC arasında depozit münasibətlərinin rəsmiləşdirilməsi SWİFT 190 və 320 formatı vasitəsilə həyata keçirildiyi bildirilmiş və buna dair elektron çıxarışlar təqdim edilmişdir. Həmin elektron çıxarışların təyinatı hissəsində depozit məbləğinin hansı müqavilə üzrə təminat qismində çıxış etdiyi göstərilmişdir. Eyni zamanda qanunvericilikdə yazılı öhdəliyin konkret olaraq nümunəvi forması müəyyən edilməmişdir. Buna görə də sözügedən elektron çıxarışlar Cavabdeh borcunun "xxxx" ASC tərəfindən ödənilməsi barədə yazılı öhdəliklərdir. Buna görə kredit müqaviləsi üzrə öhdəliklərin icrası "xxxx" ASC-nin "xxxx" ASC-də olan depozitlərə, yəni təminatlara yönəldilməli idi. Məhkəmə qeyd edir ki, iddiaçı bankın nümayəndəsinin verdiyi yazılı məlumata əsasən "xxxx" ASC-nin kreditor tələbi Fond tərəfindən qeydə alınıb. Həmin tələblər “Banklar haqqında” qanunun 82.1.8-maddəsinə uyğun olaraq növbəlilik qaydasında ödəniləcəkdir. Yəni, qarşılıqlı iddia üzrə iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli müqavilələr üzrə pul tələblərinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş depozitlərə yönəldilməsi barədə tələbin təmin edilməməsi barədə nəticə mahiyyətcə düzgün olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildirirlər ki, məhkəmə sübutlara istinad etməlidir. Kreditor tələbin qeydə alınması ilə bağlı iddiaçının nümayəndəsinin yazılı məlumatına deyil, kreditor tələbin qeydə alınması ilə bağlı sənədə istinad olunmalı idi. Belə olan halda məhkəmənin müəyyən etdiyi hal heç bir sübutla təsdiqini tapmır, bu da ciddi prosessual pozuntudur. Belə ki, məhkəmə iddiaçının nümayəndəsinin yazılı məlumatına əsaslanaraq kreditor tələbin qeydə alınmasını təsdiq edən sənədləri araşdırmamışdır. Kreditor tələbinin qeydə alınması yalnız müvafiq sənədlərlə təsdiqlənə bilər, iddiaçı nümayəndəsinin məlumatı isə bu tələbin qeydə alınmasını sübut edən qanuni sənəd hesab edilə bilməz. Bu hal sübutların obyektiv qiymətləndirilməsi prinsipini pozur və MPM-in 76.1, 88 və 217.4-cü maddələrinə ziddir.
89. Kassasiya şikayəti Mülki Məcəllənin 373.2, 375.2, 460.1-ci, Mülki Prosessual Məcəllənin 76.1, 88-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
90. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
91. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
92. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
93. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
94. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhd əliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
95. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
96. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
97. Maddə
478. Qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələ b təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.
98. Maddə
480. Qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir.
99. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
100. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsi:
101. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
102. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
103. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
104. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
105. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
106. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
107. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
108. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
109. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
110. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
111. Hazırkı kassasiya şikayəti mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mö vqeyi
112. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
113. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassa siya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
114. Məhkəmə kollegiyası müəyyən edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış və onların dəlillərinə hüquqi qiymət verilmiş, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
115. Kassasiya şikayətində istinad olunan 10 mart 2015-ci il tarixli məxaric orderi ilə verilmiş 499.000 manat pul tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi ilkin iddiasında qeyd edilən pul məbləğini tələb etməmiş, həmin tələbi yalnız məhkəmə prosesinin gedişində iddia ərizəsinə əlavə kimi vermişdir. İddia müddətinin tətbiqinə dair ərizə isə yalnız ilkin iddia ərizəsində göstərilmiş tələblərlə bağlı olmuş, 499.000 manat pul tələbinə münasibətdə iddia müddətinin tətbiqinə dair ərizə verilməmişdir. Belə olduğu təqdirdə, işə baxan məhkəmələr tərəfindən qeyd edilən tələbə iddia müddətinin tətbiq edilməməsi düzgün olmuşdur.
116. Həmçinin, kassasiya şikayətində göstərilir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının nümayəndəsinin yazılı məlumatına istinad etməklə, "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş depozit üzrə kreditor tələbin qeydə alınmasını müəyyən etmiş, bununla bağlı məhkəmə hər hansı yazılı sübuta istinad etməmişdir.
117. Məhkəmə kollegiyası göstərilən dəlili də əsassız hesab edərək qeyd edir ki, işə baxan apellya siya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə düzgün hüquqi qiymət verərək, "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş depozit məbləğinin “Banklar haqqında” qanunun tələblərinə uyğun olaraq, sonuncunun ləğv edilməsi proseduru çərçivəsində qaytarılmalı olmasını göstərmişdir. Bu mənada, həmin vəsaitlə bağlı "xxxx" ASC-nin kreditor tələbinin qeydə alınıb-alınmaması hazırkı mübahisənin həlli baxımından hər hansı əhəmiyyət kəsb etmir.
118. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
119. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasi ya Məhkəməsi mülki kollegiyasının 2(105)-47/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.