Məhkəmə qərarları › İş №2(102)-829/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-829/2019

07.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-829/2019 07.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2926/2016 saylı 18 avqust 2016-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim V.R.Qurbanov, iş № 2(005)-525/2015) id dia tələbinin qismən təmin edilməsi, 22 yanvar 2013-cü il tarixli 02 nömrəli kredit müqaviləsi üzrə 89977 manat məbləğində əsas borc, 14552,06 manat məbləğində faiz borcu, 14584,54 manat məbləğində cərimə borcu olmaqla, cəmi 119113,6 manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 99 saylı, 357,3 kv.m. ümumi sahəsi, 115,4 kv.m. yaşayış sahəsi, 241,9 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 manat məbləğində müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılaraq əldə olunan vəsaitdən 119113,6 manat məbləğində borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 qaytarılması, ekspertiza tədqiqatının dəyəri olan 80 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, faizlərin düzgün hesablanması, dəbbə pulunun ləğv edilməsi, ipoteka predmetinin dəyərinin düzgün qiymətləndirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər S.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), İ.K.X əlilov və M.A.Məmmədov, iş № 2(103)2926/2016) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-525/2015 saylı 18 noyabr 2015-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 99 saylı, 357,3 kv.m. ümumi sahəsi, 115,4 kv.m. yaşayış sahəsi, 241,9 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı bağ evinin ilkin satış qiyməti 229000,0 (iki yüz iyirmi doqquz min) manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Əmlak Ekspert Mərkəzi MMC-nə ödənilməsi q ət edilmişdir. Göstərilən qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 89 977 (səksən doqquz min doqquz yüz yetmiş yeddi) manat əsas kredit, 12 302,86 (on iki min üç yüz iki manat 86 qəpik) manat faiz, 9 521,73 (doqquz min beş yüz iyrimi bir manat 73 qəpik) manat dəbbə pulu, cəmi 111801,59 (bir yüz on bir min səkkiz yüz bir manat 59 qəpik) manat məbləğində borc tutulması, borc tələbinin Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 99 saylı, 357,3 kv.m. ümumi sahəsi, 115,4 kv.m. yaşayış sahəsi, 241,9 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı bağ evinə yönəldilməsi, bağ evinin ilkin satış qiymə tinin müəyyən edilməsi və açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 99 saylı bağ evi satıldıqda Cavabdeh1 və onunla birlikdə yaşayan digər ailə üzvlərinin 1 ay ərzində həmin mənzili tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən mənzilin təmiri məqsədi ilə Cavabdeh1 120.000 manat kredit vəsaiti verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün 22 yanvar 2013-cü il tarixli İp oteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 99 saylı, 357,3 kv.m. ümumi sahəsi, 115,4 kv.m. yaşayış sahəsi, 241,9 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı bağ evi ipoteka qoyularaq yüklü edilmiş, ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilmiş və Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsindən verilmiş HDQHDƏDR-də ********** qeydiyyat nömrəli, 25 yanvar 2013-cü il tarixli Çıxarış verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı-nin "Yasamal" filialı ilə Cavabdeh2 arasında 30 yanvar 2013-cü il tarixli, 02 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə v ə ya lazımınca icra etmədikdə, zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Müqavilənin 3-cü bəndinə əsasən borclunun kreditor qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən bütün zərərlərin (kredit müqaviləsinə əsasən faizlər, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin gecikdirilmiş əsas kredit borcunu və hesablanmış faizləri ödəməmiş, bununla da müqavilə şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdehə kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edlmiş, habelə bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər kredit borcunun və hesablanmış faizlərin ödənilməsi təmin edilməmişdir. İddiaçı tərəf iddia tələbinin artırılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 89 977 manat əsas, 25216,19 manat faiz, 34703,59 manat dəbbə pulu olmaqla, cəmi 149896,78 manat məbləğində borcun tutulması, borc tələbinin Cavabdeh1 qızma məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 99 saylı, 357,3 kv.m. ümumi sahəsi, 115,4 kv.m. yaşayış sahəsi, 241,9 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı bağ evinə yönəldilməsi, bağ evinin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 99 s aylı bağ evi satıldıqda Cavabdeh1 və onunla birlikdə yaşayan digər ailə üzvlərinin 1 ay ərzində həmin mənzili tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manatdövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili Səlimova Sevil Mürüd qızı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahişetmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Konstitusiyanın 25, 60, 71, 148-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: İddiaçının vəkili A.M.Məmmədov apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etdiyini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubl ikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, iddiaçının vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və a pellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, 22 yanvar 2013-cü il tarixli 02 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçıdən illik faiz dərəcəsi 20% olmaqla 18 ay müddətinə 120000 manat kredit götürmüşdür. 22 yanvar 2013-cü il tarixli 01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəçəbli küçəsi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 99 saylı, 357,3 kv.m. ümumi sahəsi, 115.4 kv.m. yaşayış sahəsi, 241,9 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı bağ evi İddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir və ipoteka predmetinin bazar dəyəri 220.000 manat məbləğində qiymətləndirilmişdir. 22 yanvar 2013-cü il tarixli 02 nömrəli zaminlik müqaviləsindən görünür ki, 22 yanvar 2013-cü il tarixli 02 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin borcalan tərəfindən icra edilməsi üçün zamin Cavabdeh2 borcalanla birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 27.02.2015-ci il tarixli 2-40/90-15 nömrəli maliyyə arayışından görünür ki, Cavabde h1 22 yanvar 2013-cü il tarixli 02 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 89977 manat əsas, 25216,19 manat faiz, 34703,59 manat dəbbə pulu olmaqla, cəmi 149896,78 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.09.2015-ci il tarixli 15112 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən (kredit müqaviləsi, ödəniş cədvəli, bank tərəfindən tərtib olunmuş arayış, ödəniş qəbzləri) Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müqavilənin bitdiyi tarixə olan faiz borcu 14552,06 manat məbləğində, dəbbə borcu 14584,54 manat məbləğində müəyyən edilir. 22 iyul 2016-cı il tarixli ƏEM/İ 52-253/2016 saylı Əmlak Ekspert Mərkəzinin ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 99 saylı, 357,3 kv.m. ümumi sahəsi, 115,4 kv.m. yaşayış sahəsi, 241,9 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı bağ evinin (yerləşdiyi toıpaq sahəsi ilə) ilkin satış qiyməti və indiki bazar qiyməti 229000,0 (iki yüz iyirmi doqquz min) manat təşkil edir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllə nin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəl iyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdir ilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1-ci maddələri). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edil miş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlay anın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Bundan başqa əsas öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının tələbinə əsasən ipoteka və girov predmetinə yönəldilməs i üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2926/2016 saylı 18 avqust 2016 -cı il tarixli qətnaməsi kassatora münasibətdə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar