Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-83/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Xun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və Xələfov İlqar Rəhim oğlundan oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Ləğvetmə prosesində olan İddiaçı ASC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-419/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin bi nasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC Cavabdeh 18 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 50000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermişdir. Eyni zamanda, cavabdehin mülkiyyətindəki ipoteka ilə yüklü edilərək bankın tələb hüququna təminat verilmişdir. Buna baxmayaraq cavabdeh öhdəliyin icrasını gecikdirmiş və bank xx.xx.2017-ci ildə aşağıdakı tələblərlə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2015-cü il tarixli İPK 01 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş müvafiq olaraq 44112 ABŞ dolları əsas borcun, 17465 ABŞ dolları faiz borcun, cəmi 61577 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh xüsusi mülkiyyətində olan ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, satıldıqdan 1 ay sonra Cavabdeh mənzildən çıxarılmaqla boşaldılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək bildirir ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc məbləği cavabdehdən ondan tutulmalıdır.
4. Cavabdeh bildirir ki, ölkədə baş vermiş devalivasiya səbəbindən qeyd edilən borcu ödəmək imkanı olmamışdır və bank tərəfindən bu hal nəzərə alınmalı idi.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Ş.Məhərrəmova) xx xxxxxx 2017-ci il tarixli, 2(001)-11058/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ödəniş gününə olan məzənnə üzrə 44.112 ABŞ dolları əsas borcun, 17465 ABŞ dolları faiz borcunun, cəmi 61577 ABŞ dolları borcun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia qaldırılması ü çün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması, 300 manat ekspertiza tədqiqatının dəyərinin cavabdehdən xxxx” MMC-dən xeyrinə tutulması, tələbin Cavabdeh xüsusi mülkiyyətində olan ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, mənzilə tutma yönəldikdə və o satıldıqdan sonra cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh əsas öhdəliyi icra etməmiş, banka olan kredit və faiz borcunu vaxtı-vaxtında ödəmə mişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər- E.Həsənov, X.Mərdanova və F.Babayev) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1472/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11058/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, ləğvetmə prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisinin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının qismən təmin olunması, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 44.073,66 ABŞ dolları əsas, 12.991,93 ABŞ dolları faiz borcu olmaqla cəmi 57.065,59 ABŞ dolları (ödəniş günü ü çün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində kredit borcunun, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manatın, habelə ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün iddiaçının müvafiq idarənin hesabına köçürdüyü 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi olaraq 31 manat pulun iddiaçıya ödənilməsi, həmin məbləğ ödənildikdən sonra artıq qalmış pul və saitinin Cavabdeh verilməsi, mənzil satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka qoyulmuş mənzilin ilkin satış məbləğinin 93.000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən, xx.xx.2018-ci il tarixli ekspertiza rəyinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Mirzəliyev (sədrlik edən və məruzəçi), T.Qoldman və G.Quliyev) 2(102)-4070/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, İddiaçı ASC-nin ləğvedicisi nun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi faiz pulunun tutulması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir.
10. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apelyasiya məhkəməsi cədvəldə m üəyyən edilmiş faiz məbləği ilə ekspertin müəyyən etdiyi məbləğlər arasındakı fərqin səbəblərini aydınlaşdırmamış, müqavilə bağlanan zaman müəyyən edilmiş faiz məbləğinin ekspert tərəfindən 7014,2 manat artıq hesablanmasının (18818,2 – 11.804 = 7014,2) hansı səbəbdən baş verməsinə qiymət verməmiş, ekspert qarşısında bu ziddiyətin aydınlaşdırılması barədə sual qoyulmamışdır. ç) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər- İ.Kərimli, X.Cəmilova və İ.Xəlilov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-419/2020 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)11058/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxa rılması, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 44073,66 ABŞ dolları əsas, 12991,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 57065,59 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına nisbətən müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, habelə ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün iddiaçının müvafiq idarənin hesabına köçürdüyü 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi olaraq 31 manat pul tutulması, tutma ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracda satılması, onun satışından əldə ediləcək vəsait hesabına 57065,59 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, habelə ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün iddiaçının müvafiq idarənin hesabına köçürdüyü 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi olaraq 31 manat pul iddiaçıya ödənilməsi, həmin məbləğ ödənildikdən sonra mənzilin açıq hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehə qaytarılması, mənzil satıldıqdan 1 ay sonra cavabdeh mənzildən çıxarılmaqla mənzil boşaldılması, mənzilin ilkin satış qiyməti 93000 manat məbləğində müəyyən edilməsi, iddia qalan hissədə təmin edilməməsi, apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün tədqiqatın dəyəri olaraq 45 0 manat pulun 150 manatı iddiaçıdan alınaraq “X4” MMC-nin hesabına, 300 manatı cavabdehdən alınaraq “xxxx” MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizasının xərci qismində 245 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi faiz borcunu 12991,93 ABŞ dolları məbləğində müəyyən edərkən mövqeyini xx xxxxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin faizlərin tutulması hissəsində ləğv, işin həmin hissədə yenidən baxılması üç ün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun faiz hissəsinin şişirdilməsi ilə bağlı dəlillər əsaslandırılmamışdır. Bu barədə ekspert rəyi ilə razı deyil və həmin rəy sübut növü kimi qəbul edilməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasə n, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Hazırkı kassa siya şikayətində qətnamə faizlərin tutulması hissəsində mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı məhz faiz borcunun tutulması hissəsində yoxlanılır. Odur ki, qətnamənin qalan hissələri hazırkı kassasiya baxışının predmetini təşkil etmir.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, ikinci apelyasiya icraatında iş üzrə (iş materiallarında olan hesabat cədvəlləri və ödəniş qəbzləri nəzərə alınmaqla) təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir.
25. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 29431 saylı rəyi ilə, müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə Cavabdeh banka olan faiz borcunun 12.991,93 ABŞ dolları olduğu müəyyən edilmişdir.
26. Nəzərə aldıqda ki, ödənilməmiş faiz borcunun məbləği xüsusi bilik tələb edən məsələdir, o zaman apelyasiya instansiyası məhkəməsinin faiz borcunu ekspertizanın rəyində göstərilən məbləğdə tutması əsaslıdır.
27. Bu qənaətə gələrkən Kollegiya onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında təkrarən keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir.
28. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi müba hisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-419/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.