Məhkəmə qərarları › İş №2(102)-830/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-830/2019

24.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-830/2019 24.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-830/2019 Bakı şəhəri 24 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-92 /2017, hakim A.R.Tağıyev) İddiaçı-nin cavabdehlər X6 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, İddiaçı ilə X6 arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqavilənin restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsi, X2 31.043 ABŞ dolları məbləğində əsas borc, 3.527 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 34.621 ABŞ dollarının ödəniş gününə manata olan məzənnəsi ilə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1050/2018 X.Ə.Sarıyev, M.A.Məmmədov, E.E.Nağıyeva) X4 apellyasiya şikayəti təmin edilməmiş,İddiaçı-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qətnaməsi iddianın “ipoteka predmetinin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi” tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə təmin edilmiş, X5 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,3 kv.m olan 2 otaqlı mənzilin ilkin satış qiymətinin 80.000 manat müəyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilən məbləğin borcun ödənilməsindən sonra qalan hissəsinin X5 qaytarılması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilm əsini xahiş etmişdir. İşin halları: İddiaçı ilə X6 arasında 14 noyabr 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 36 ay müddətinə illik faiz dərəcəsi 20 % olmaqla 38.245 ABŞ dolları məbləğində kredit verilmişdir. X1 məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 29.09.2016-cı il tarixdə İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tər əflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əlavə ekspertiza təyin edilməli olduğu halda natamam ekspert rəyinə istinad edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı bank tərəfindən Tamila Mirzayevaya 36 ay müddətinə illik faiz dərəcəsi 20 % olmaqla 38.245 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı olaraq sonuncuya məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmədiyindən iddiaçı bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bank X6 ilə arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, X6 və Cavabdeh2 bankın xeyrinə 31.595 ABŞ dolları məbləğində əsas borc, 3.527 ABŞ dolları məbləğində faiz borcu, 1.449 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 36.572 ABŞ dollarının ödəniş gününə manata olan məzənnəsi ilə tutulması, X5 məxsus olan ipoteka predmeti olan mənzilin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına X4 banka olan borcunun ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına yetərli olmadığı halda X4 digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi borcun tutulması barədə tələb borclu X6 ilə yanaşı onun oğlu Cavabdeh2 da yönəlmişdir. Birinci instansiya məhkəmə si tərəfindən müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində borc məbləğini X6 və Cavabdeh2 tələb etsə də, iş materiallarından görünür ki, 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi yalnız X6 ilə bağlanmış, Cavabdeh2 banka hər hansı məbləğdə borcu olduğunu təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi X2 iddiaçı bankın xeyrinə 31.043 ABŞ dolları məbləğində əsas borc, 3.527 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 34.621 ABŞ dollarının ödəniş gününə manata olan məzənnəsi ilə tutulması qət edilmişdir. Beləliklə, birnci instansiya məhkəməsi tərəfindən iddia Cavabdeh2 aid hissədə rədd edilmiş, qətnamə həmin hissədə apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bununla bərabər Cavabdeh2 ü mumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti də verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri kassatora münasibətdə qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar