Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-830/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8973/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında notarial qaydada bağlanılan 08.01.2019-cu il tarixli kredit müqaviləsinə görə Cavabdeh İddiaçı 520.000 (beş yüz iyirmi min) ABŞ dolları borc pul almışdır.
2. İddiaçı, cavabdehin müqavilə öhdəliklərinin icrasını gecikdirdiyini bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 520.000 (beş yüz iyirmi min) ABŞ dolları (ödənilən günə AZN ilə məzənnəyə uyğun) üçün + hesablanmış məbləğdə faiz (cavabdehin 2019-cu ilin fevral ayının 8-ə ödənilməsini gecikdirdiyi məbləğ) x 6,25 % (Mərkəzi Bankın bu günə olan uçot dərəcəsi) /1 ay (aylıq faiz dərəcəsi) x ay (ödənişin gecikdirildiyi aylar) icra edildiyi gün üçün bank uçot dərəcəsinə əsasən hesablanmış faizlərin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 m anat bank xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, aralarında bağlanmış 08.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 08.02.2019-cu il tarixinədək qaytarmaq şərti ilə 520.000 (beş yüz iyirmi min) ABŞ dolları borca pul vermişdir. Lakin pulun qaytarılması barədə razılaşdırılmış vaxtdan, yəni 08.02.2019-cu il tarixindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir.
5. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 510.000 (beş yüz on min) ABŞ dolları (ödənilən günə AZN ilə məzənnəyə uyğun) üçün + hesablanmış məbləğdə faiz (cavabdehin 2019-cu ilin fevral ayının 8-ə ödənil məsini gecikdirdiyi məbləğ) x 6,25 % (Mərkəzi Bankın bu günə olan uçot dərəcəsi) /1 ay (aylıq faiz dərəcəsi) x ay (ödənişin gecikdirildiyi aylar) icra edildiyi gün üçün bank uçot dərəcəsinə əsasən hesablanmış faizlərin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı, “hesablanmış faizlərin ödənilməsi” hissədə iddia tələbindən imtina etməsi barədə məhkəməyə ərizə təqdim etmişdir.
7. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda 08.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 510.000 (beş yüz on min) ABŞ dolları borc aldığını, lakin iddiaçı tərəfindən tələb edilən məbləğin şişirdildiyini, yəni 10.000 (on min) ABŞ dolları məbləğindən artıq pulu İddiaçı ödədiyi ni bildirmişdir.
8. Cavabdeh vəkili Vəkil birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, tərəflər arasında formal xarakterli müqavilə bağlanmış, Mehman Vahabzadə həmin müqaviləni bağlamağa məcbur edilmişdir. Əslində tərəflər arasında borc münasibətləri bir neçə il əvvəl yaranmış və həmin məbləği əhatə etmir. Təmsil etdiyi şəxs müqavilə bağlamağa məcbur edilmişdir. Kredit müqaviləsinin formal xarakterli olmasını təsdiq edən hal, həmin müqavilənin 1 (bir ay müddətinə, yəni 08.01.2019-cu il tarixdən, 08.02.2019-cu il tarixədək bağlanmasıdır. Həmçinin iddianın dəlilləri formal mülahizələrə əsaslanmaqla yanaşı, tamamilə əsassız və qanunsuzdur. Qanunsuz olsa belə, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim G.Abidova) 29 iyun 2021-ci il tarixli, 2(006)-3936/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 08.01.2019-cu il tarixli kredit müqaviləsi üzrə 510.000 (beş yüz on min) ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, 0,40 manat bank xidmət haqqının əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.
10. Məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında notarial qaydada bağlanılan 08.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 520.000 (beş yüz iyirmi min) ABŞ dolları borc pul almışdır. Cavabdeh borc məbləğinin 510.000 (beş yüz on min) ABŞ dolları olduğunu və həmin borcdan 10.000 (on min) ABŞ dollarından artıq pulu iddiaçıya qaytardığını bildirsə də, bunu təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiaçı isə tələbin həcmini azaldaraq 520.000 (beş yüz iyirmi min) ABŞ dolları deyil, 510.000 (beş yüz on min) ABŞ dollarının qaytarılmasını tələb etmişdir. Məhkəmə Mülki Məcəllənin 373.2-ci maddəsinə istinad edərək həmçinin qeyd etmişdir ki, mülki işin materiallarında olan kredit müqaviləsindən görünür ki, tərəflər arasında müqavilə 08.01.2019-cu il tarixdə bağlanmış, borc olan isə öhdəliyi 08.02.2019-cu il tarixində borc verənə, yəni iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, həmin müqavilə tələbi üzrə 3 illik iddia müddətini ötürülməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 22 sentyabr 2021-ci il tarixli, 2(103)-8973/21 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3936/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul ol muşdur. Tərəflər arasında razılaşmaya əsasən Cavabdeh xaricdən elektronika malları və avadanlıqları gətirib satmış. İddiaçı sahibkarlıq fəaliyyətinin təmin edilməsi məqsədilə faizlə pul vəsaiti qoymuş. Cavabdeh isə xaricdəki əlaqələrindən istifadə edərək xaricdən mal gətirmiş və satışını təşkil etmişdir. Hər mal dövriyyəsi təqribən iki ay çəkmişdir. Tərəflər arasında bağlanmış və İddiaçı istinad etdiyi 08 01.2019-cu il tarixli kredit müqaviləsi formal xarakterli olmuş. Cavabdeh həmin müqaviləni bağlamağa məcbur edilmişdir. Əslində tərəflər arasında borc münasibətləri bundan bir neçə il əvvəl yaranmışdır və həmin məbləği əhatə etmir. Bu faktı İddiaçı özünün istinad etdiyi və iddia ərizəsinə əlavə etdiyi 2011-ci ilı əhatə edən və öz təsdiqini tapmayan rüsvayedici məlumatlar da təsdiq edir. T əbii ki, bununla bağlı tərəfimizdən qanunamüvafıq qaydada müvafiq müraciətlər ediləcəkdir. Tərəflər arasında bağlanmış 08.01.2019-cu il tarixli kredit müqaviləsində göstərilir ki: “Tərəflər kreditin faizsiz verilməsini şərtləndirir*'. Lakın buna baxmayaraq. İddiaçı sahibkarlıq fəaliyyətinin təmin edilməsi məqsədilə faizlə pul vəsaiti qoymuşdur. Bundan başqa, tərəflər arasında razılaşmaya əsasən İddiaçı verdiyi pulların qarantı kimi tərəflər arasında formal xarakterli müqavilə bağlanmışdır. Kredit müqaviləsi formal xarakterli olmasını təsdiq edən hal, həmin kredit müqaviləsinin 1 (bir) ay müddətinə, yəni 08.02.2019-cu il tarixdən 08.01.2019-cu il tarixədək bağlanmasıdır. Belə ki, adi bir vətəndaşın 520.000 ABŞ dolları məbləğində pulu bir ay ərzində qaydarması praktiki olaraq mümkün deyil və ya əgər həmin məbləğ bir ay ərzində qaytarılacadırsa, onda onun göttürülməsinə və ya verilməsinə zərurət olmazdı. 2020-ci il əvvəllərindən etibarən pandemiya ilə əlaqədar bütün ticarət obyektləri bağlanmış, bu səbəbdən sonuncu partiya ilə gətirilmiş malların satılmasında və pulların yığılmasında ciddi problemlər olmuş, nəticədə bu günə obyekt sahiblərinin Cavabdeh külli miqdarda borcu qalmışdır. Bundan başqa, əslində Cavabdeh İddiaçı 510.000 ABŞ dolları məbləğində deyil, data az məbləğdə borcu qalmışdır. Belə ki, tərəflər arasında qarşılıqlı etimada əsaslanan sahibkarlıq fəaliyyəti olmuş, bu səbəbdən Cavabdeh hər dəfə borc qaytarıldıqdan sonra İddiaçı heç bir qəbz tələb etməmiş və növbəti dəfə pul götürərək, növbəti əməliyyatı aparmış, əks halda, İddiaçı da ona növbəti əməliyyat üçün kü lli miqdarda vəsait verməzdi. Belə ki, onun istər faiz, istərsə də əsas borcu vaxtında qaytarılmadıqda, dərhal həmin şəxs barəsində müvafiq tədbirlər görərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
23. Notarial qaydad a təsdiq edilmiş 08.01.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh faizsiz olaraq 520.000 (beş yüz iyirmi min) ABŞ dolları vermiş, Cavabdeh qeyd edilən borcu 08.02.2019-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İşdə olan notarial qaydada təsdiq edilmiş 08.01.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh faizsiz olaraq 520.000 (beş yüz iyirmi min) ABŞ dolları vermiş, Cavabdeh qeyd edilən borcu 08.02.2019-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s) sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh göstərdiyi dəlilləri təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilənin müddətinin daha uzun müddətli deyil, bir aylıq bağlanması isə həmin əqdin etibarsızlığına əsas ola bilməz.
26. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
27. İddiaçının tələb hüququ notarial kredit müqaviləsi ilə təsdiqləndiyi, habelə cavabdeh həmin borcu tam qaytardığını sübuta yetirə bilmədiyi üçün MM-in 739.1-ci maddəsinə əsasən göstərilən məbləğdə pulu tutulması haqqında məhkəmələrin gəldikləri qənaət qanuni və əsaslıdır.
28. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
29. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8973/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov