Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8319/2018 25.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 25 dekabr 2018-ci il № 2(102)-8319/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2 (005)-450/18) iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh X1rşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X2 iddiaçının xeyrinə 07.08.2014-cü il tarixli İKM 07 saylı kredit müqaviləsi üzrə 136000 (yüz otuz altı min) manat əsas borc, 07.11.2014-cü il tarixə (müqavilə bitən tarixə) 8342 (səkkiz min üç yüz qırx iki) manat faiz borcu, cəmi 144342 (bir yüz qırx dörd min üç yüz qırx iki) manat, 29.05.2015-ci il tarixli KM 08 saylı kredit müqaviləsi üzrə 30000 (otuz min) ABŞ dolları əsas borc, 29.06.2015-ci il tarixə (müqavilə bitən tarixə) 600 (altı yüz) ABŞ dolları faiz borcu, cəmi 30600 (otuz min altı yüz) ABŞ dolları, 26.11.2015-ci il tarixli KM 09 saylı kredit müqaviləsi üzrə 28200 (iyirmi səkkiz min iki yüz) EURO əsas borc, 26.05.2016-cı il ta rixə (müqavilə bitən tarixə) 3403 (üç min dörd yüz üç) EURO faiz borcu, cəmi 31603 (otuz bir min altı yüz üç) EURO borcun ödəniş günü manata məzənnə ilə manatla tutulması qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.İmanov, iş № 2(103)6629/18) iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 19 mart 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli ləğv olunmasını və iddia tələbinin tam təmi n edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17.03.2011-ci il tarixli İKM 04 saylı kredit müqaviləsi üzrə 254940 (iki yüz əlli dörd min doqquz yüz qırx) ABŞ dolları əsas borcun, 35834 (otuz beş min səkkiz yüz otuz dörd) ABŞ dolları faiz borcunun, ümumilikdə 290774 (iki yüz doxsan min yeddi yüz yetmiş dörd) ABŞ dolları borcun, 07.08.2014-cü il tarixli İKM 07 saylı kredit müqaviləsi üzrə 136000 (yüz otuz altı min) manat əsas borcun, 28175 (iyirmi səkkiz min yüz yetmiş beş) manat faiz borcunun, ümumilikdə 164175 (yüz altmış dörd min yüz yetmiş beş) manat borcun, 29.05.2015-ci il tarixli KM 08 saylı kredit müqaviləsi üzrə 30000 (otuz min) ABŞ dolları əsas borcun, 4100 (dörd min yüz) ABŞ dolları faiz borcunun, ümumilikdə 34100 (otuz dörd min yüz) ABŞ dolları borcun, 26.11.2015-ci il tarixli KM 09 saylı kredit müqaviləsi üzrə 28200 (iyirmi səkkiz min iki yüz) EURO əsas borcun, 5400 (beş min dörd yüz) EURO faiz borcunun, ümumilikdə 33600 (otuz üç min altı yüz) EURO borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsa slandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 31 iyul 2018-ci il tarixli qətnaməsiləğv olunmalı və i ş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçı "xxxx" ASC ilə cavabdeh X4 arasında 4 ədəd kredit müqaviləsi bağlanmışdır. -17 mart 2011-ci il tarixli İKM-04 saylı istehlak kredit müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə, illik 20 % ödəmək şərti ilə 254939,45 ABŞ dolları məbləğində; -07.08.2014-cü il tarixli İKM 07 saylı kredit müqaviləsinə əsasən 3 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 136000 manat məbləğində; -29.05.2015-ci il tarixli KM 08 saylı kredit müqaviləsinə əsasən 1 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 30000 ABŞ dolları məbləğində; -26.11.2015-ci il tarixli KM 09 saylı kredit müqaviləsinə əsasən 6 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 28200 EURO məbləğində kredit verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli qərardadına əsasən Əmanətlərin Sığortalanması Fondu həmin bankın ləğvedicisi təyin olunmuşdur. Yuxarıda qeyd olunan kredit müqavilələri üzrə hər hansı ödəniş aparılmadığını, müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini müəyyən edən ləğvedici 02.11.2017-ci ildə məhkəmədə M.Leşkaşeliyə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, həmin kredit müqaviləsi üzrə verilmiş 254940 ABŞ dolları "xxxx" ASC-nin idarə heyətinin sədri Elmixan Nəbiyevə verilmiş və bu fakt sonuncu tərəfindən cinayət işinin istintaqında etiraf olunmaqla üzləşmə pro tokolunda və ittiham aktında əks olunmuşdur. Həmçinin iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Birinci instansiya məhkəməsi cavabdehin etirazını əsaslı sayaraq iddia tələbini qismən təmin etmiş, 07.08.2014-cü il, 29.05.2015-ci il və 26.11.2015-ci il tarixli kredit müqavilələri üzrə əsas və faiz borcunu müqavilə müddəti bitdiyi tarixədək tutmuş, 17.03.2011-ci il tarixli kredit müqaviləsi üzrə 290774 ABŞ dolları borc tələbini isə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab etmişdir ki, iddiaçı 17.03.2011-ci il tarixli kredit müqaviləsi üzrə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyindən, eləcə də hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddətinin axımının dayandırılması və kəsilməsi halları müəyyən olunmadığından, iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutlar təqdim edilmədiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən birinci instansiya məhkəməsi həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı digər kredit müqavilələri üzrə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydada gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olsa da, hərək ətsizlik göstərərək vaxtında iddia irəli sürmədiyindən həmin hissədə iddia təmin oluna bilməz. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə u yğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin 17.03.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə etirazını əsas götürərək həmin hissədə iddianı rədd etsə də, etirazda göstərilən məlumatların mötəbərliyini yoxlamamış, cinayət işinin istintaqı zamanı tərtib olunmuş üzləşmə protokoluna və ittiham aktına istinad etməklə kifayətlənmiş, həmin cinayət işi üzrə çı xarılmış yekun məhkəmə aktını tələb edib öyrənməmiş, hazırkı işdə cavabdehdən tələb edilən 254940 ABŞ dolları məbləğində vəsaitin "xxxx" ASC-nin idarə heyətinin sədri Elmixan Nəbiyev tərəfindən mənimsənilməsi epizodu üzrə ittiham hökmü çıxarılıbçıxarılmadığını aydınlaşdırmadan 17.03.2011-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş 254940 ABŞ dolları məbləğinin Elmixan Nəbiyev tərəfindən mənimsənilməsi nəticəsinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsi mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün və cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın məcburiliyini tanıyır. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə kollegiyası iş materiallarında belə aktların mövcu dluğunu müəyyən etmədi. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi digər hal 17.03.2011-ci il tarixli kredit müqaviləsi üzrə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddətinin keçməsi və iddia müddətinin axımının dayandırılması, kəsilməsi, bərpası hallarının müəyyən olunmaması barədədir. İşdən göründüyü kimi, 17.03.2011-ci il, 07.08.2014-cü il, 29.05.2015-ci il və 26.11.2015-ci il tarixli kredit müqavilələrində müqavilə tərəfi olaraq borc verən kimi "xxxx" ASC-nin idarə heyətinin sədri Elmixan Nəbiyev iştirak etmişdir. Elmixan Nəbiyevlə hazırkı iş üzrə cavabdeh Mixail Leşkaşeli yaxın dost münasibətində olmuşlar. Məhkəmədə Mixail Leşkaşeliyə qarşı iddianı qaldırmalı şəxs də məhz Elmixan Nəbiyevdir. Lakin işdə olan ittiham aktından da göründüyü kimi o, vəzifə v ə mənimsəmə cinayətləri törətdiyinə görə məhkəməyə verilmiş və istintaq zamanı da Mixail Leşkaşeli ilə yaxın dost münasibətində olduğunu etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən E.Nəbiyevin cinayət işi üzrə qəbul olunmuş yekun məhkəmə aktı tələb edilib öyrənilməli, həmin hökmlə müəyyən edilən halların hazırkı işdə iddia müddətinin axımının kəsilməsi, yaxud dayandırılması qənaətinə gəlmək üçün əsas verib-vermədiyinə qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxan məhkəmə 17.03.2011-ci il tarixli kredit müqaviləsi üzrə 254940 ABŞ dolları məbləğinin cavabdehə verilməsini təsdiq edən kassa məxaric orderini də iddiaçıdan tələb edib nəzərdən keçirməlidir. Məhkəmə kollegiyası müqavilə müddəti bitdikdən son rakı dövr üçün illik beş faiz ödənilməsi tələbinin rədd olunması hissəsində də apellyasiya instansiyası məhkəməsinin qənaətini kifayət qədər əsaslı saymır və hesab edir ki, işə yenidən baxılarkən bu məsələ də bir daha ətraflı aydınlaşdırılmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdiril miş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qey d olunan Qərarına əsasən də iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən sübutların araşdırılması və qiymətləndirilməsi prosesində tərəflərin bərabərliyi prinsipi gözlənilməli, onlara öz müdafiələri üçün hazırlaşmaq və sübutlar təqdim etmək üçün bərabər imkanlar yaradılmalıdır. Məhkəmə cavabdehin izahatında göstərilənləri mötəbər sayıb iddiaçının izahatında istinad olunan halları qəbul etmirsə, bunu qanunla müəyyən olunmuş qaydada əsaslandırmalı və yaddan çıxarmamalıdır ki, MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hal ları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Süb ut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməlidir. Kassasiya şikayətində iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilsə də, məhkəmə kollegiyası iş üzrə araşdırılmalı hallar olduğundan həmin hissədə şikayəti əsaslı saymır. Yuxarıda göstərilən lərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 31 iyul 2018-ci il tarixli, 2(103)6629/18 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8319/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-8319/2018
25.12.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver