Məhkəmə qərarları › İş №2(102)-833/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-833/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-833/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər X1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən v erilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh6 və qeyrilərinə qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Məmmədov) iddia tələbi qismən təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim Əfqan Ələkbərov) Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)****/201 7 saylı qətnaməsindən vermiş olduğu apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-****/2017 saylı qərardadından şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim Əfqan Ələkbərov) Cavabdeh2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Zaur Məmmədov, Aqil Abbasov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC və Cavabdeh6 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-****/2017 saylı qətnaməsinin iddiaçı “xxxx” KB ASC-nin və Cavabdeh6 apelyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibarlıq ekspertizasının dəyəri olan 100 manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari - sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Telman Məmmədov) xx xxxx 2020-ci il tarixli, 2(105)*****/2020 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-*****/2017 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx x xxxxx 2020-ci il tarixli qərardadlarının dəyişdirilmədən saxlanması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-****/2020 nömrəli qərardadından vermiş olduğu kassasiya şikayəti məhkəməyə daxil olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari - sədrlik edən və məruzəçi, Telman Məmmədov, Şəmsəddin Abasov) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(105)-*****/2020 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayətinin ona geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericilikdə yuxarıda adı çəkilən qərardadlardan başqa digər qərardadlardan kasasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası kasasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402-408-ci maddələrinin tələblərinə uyğunluğu b axımından yoxlayaraq müəyyən etmişdir ki, kasasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, kasasiya şikayətinə vəkilin orderi işə əlavə edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdeh Qazıyeva Zülfiyyə Qafar qızı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402- 409-cu maddələrinin tələblərinə uyğunluğu baxımından yoxlayaraq müəyyən etmişdir ki, kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi üçün prosessual əsaslar olmadığından kasasiya şikayəti ona geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv e dilməsini, işin yenidən onun kasasiya şşikayəti üzrə apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslanırılmışdır ki, kasasiya şikayətinin əsası səbəbi ondan ibarətdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-******/2017 saylı qətnaməsinin surətini o, almamış, xx xxxxxx 2019-cu il tarixli ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdikdən sonra qətnamənin mövcudluğundan xəbəri olmuş və qətnamənin kserosurətini almış, qətnamədən apelyasiya şikayəti vermişdir. O, qətnamədən verdiyi apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 ay müddətini ötürməmişdir. İşdə olan poçt göndərişinin verilməsi barədə xəbərnamədəki imza ona məxsus deyildir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilsə idi, poçt göndərişinin verilməsi barədə xəbərnamədəki imzanın kimə məxsus olması ekspert rəyi ilə müəyyən edilə bilərdi. Sumqayıt Apellyasiya Məhkəməsi poçt göndərişinin verilməsi barədə xəbərnamədəki imzanın kimə məxsus olmasına dair məhkəmə-xətşunaslıq ekspertizası təyin etməmiş, bununla da onun qətnamədən apelyasiya şikayəti verilməsi hüququnu məhdudlaşdırmışdır. Bundan başqa, qərardadda Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-****/2020 saylı qərardadından şikayət verilməsinin qanunvericilikdə nəzərdə tutulmaması qeyd edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-****/2020 saylı qərardadı onun qətnamədən apelyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır. Qərardad prosessual hüquq normalarının pozulması, düzgün tətbiq olunmaması, o cümlədən prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının səlahiyyətli nümayəndəsi, Cavabdeh2, vəkili Vəkil2 və digər cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

402. Apelyasiya məhkəmələrin in mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma apa rmır və onlara qiymət vermir. Maddə 407.3. Kasasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-*****/2020 saylı qərardadının onun qətnamədən apelyasiya şikayəti vermək hüququnu məhdudlaşdırmasına istinad etsə də, məhkəmə kollegiyası bu dəlili əsassız hesab edərək qeyd edir ki, hər hansı hal mövcudluğundan asılı olmayaraq qanunvericilikdə kasasiya şikayətinin verilməsi müəyyən edilməmiş məhkəmə qərardadından kasasiya şikayətinin icraata qəbul edilərək baxılması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdi rilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar