Məhkəmə qərarları › İş №2(102)-834/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-834/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-834/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı QSC-nin vəkili Əliyev Fuad Asif oğlunun və Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin və vəkili Əliyev Fuad Asif oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(105)-3127/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-61/2019 sayl ı, 18 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 10.07.2014-cü il tarixli, 31R000000180 saylı kredit razılaşmalarına əsasən əsas borc 7268,82 manat, faiz borcu 3731,33 manat, cərimə borcu 630 manat olmaqla cəmi 11.630,15 manat, 10.07.2014-cü il tarixli, 31R000000147 saylı kredit razılaşmalarına əsasən əsas borc 12762,11 manat, faiz borcu 6594,41 manat, cərimə borcu 1146 manat olmaqla cəmi 20.502,52 manat, 10.07.2014-cü il tarixli 31R000000165 saylı kredit raz ılaşmalarına əsasən əsas borc 7234,56 manat, 3585,25 manat faiz borcu, 80 manat cərimə borcu olmaqla, cəmi 43.032,48 manat, habelə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqına görə pul, cəmi 61 manat məbləğində məhkəmə xərcinə görə pulun tutulması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə 120 (yüz iyirmi) manat pulun tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 213.8 kv.m. ümumi, 133.4 kv.m. yaşayış, 80.4 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinə y önəldilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 213.8 kv.m. ümumi, 133.4 kv.m. yaşayış, 80.4 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 220.000 manat müəyyən edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(105)-3127/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi L.M.Məmmədova, S.A.Qafari, F.Ə.Məmmədov) İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-61/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsinin qismən, ipoteka predmetinin ilkin satış qiymətinin və ipoteka predmeti ol an əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 213.8 kv.m. ümumi, 133.4 kv.m. yaşayış, 80.4 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 219.500 (iki yüz on doqquz min beş yüz) manat müəyyən edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 213.8 kv.m. ümumi, 133.4 kv.m. yaşayış, 80.4 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin evdən çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmiş,qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı QSC Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 31R000000147 saylı kredit razılaşması üzrə 12762.11 manat məbləğində kredit borcu, 4091.61 manat məbləğində faiz borcu və 7058.16 manat məbləğində cərimə borcu olmaqla, cəmi 23911.88 manat məbləğində borcun, 31R000000165 saylı kredit razılaşması üzrə 7265.06 manat məbləğində kredit borcu, 2332.89 manat məbləğində faiz borcu və 3891.27 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13 489.22 manat məbləğində borcun, 31R000000180 saylı kredit razılaşması üzrə 7268.82 manat məbləğində kredit borcu, 2305.83 manat məbləğində faiz borcu və 3851.72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13426.37 manat məbləğində borcun, ümumilikdə cəmi 50.827 (əlli min səkkiz yüz iyirmi yeddi) manat 47 (qırx yeddi) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Abşeron rayonu, Saray qəsəbəsi, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 213.8 kv.m. ümumi, 133.4 kv.m. yaşayış, 80.4 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi y aşayış evinə yönəldilməsinə, həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və cəmi 50.827 (əlli min səkkiz yüz iyirmi yeddi) manat 47 (qırx yeddi) qəpik məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması, Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 213.8 kv.m. ümumi, 13 3.4 kv.m. yaşayış, 80.4 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC məhkəmə baxışında iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 23.06.2014-cü il tarixli, 31L000000128 saylı kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış 27.06.2014-cü il tarixli, 31R000000147 saylı, 04.07.2014-cü il tarixli, 31R000000165 saylı və 10.07.2014-cü il tarixli, 31R000000180 saylı kredit razılaşmalarına vaxtından əvvəl xitam verilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, C avabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 31R000000147 saylı kredit razılaşması üzrə 12762.11 manat məbləğində kredit borcu, 6594.41 manat məbləğində faiz borcu və 11463.72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 30820.24 manat məbləğində borcun, 31R000000165 saylı kredit razılaşması üzrə 7265.06 manat məbləğində kredit borcu, 3758.02 manat məbləğində faiz borcu və 6429.51 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17.452.59 manat məbləğində borcun, 31R000000180 saylı kredit razılaşması üzrə 7268.82 manat məbləğində kredit borcu, 3731.33 manat məbləğində faiz borcu və 6392.96 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17393.11 manat məbləğində borcun, ümumilikdə hər üç müqavilə üzrə cəmi 65.665 (altmış beş min altı yüz altmış beş) manat 94 (doxsan dörd) qə pik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulmasını, tələbin Abşeron rayonu, Saray qəsəbəsi, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 213.8 kv.m. ümumi, 133.4 kv.m. yaşayış, 80.4 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və cəmi 65.665 (altmış beş min altı yüz altmış beş) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulmasını Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 213.8 kv.m. ümumi, 133.4 kv.m. yaşayış, 80.4 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxa rılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı QSC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və cərimə borcunun azaldılması hissələrində ləğv edilib işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı QSC və vəkili Əliyev Fuad Asif oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında b axan məhkəmə instansiyası tərəflər arasında bağlanmış ipoteka müqaviləsində qarşılıqlı razılığa əsasən müəyyən edilmiş qiyməti, həmin qiymətlə ekspertiza rəyləri ilə ipoteka müqavilələrində göstərilmiş qiymətlər arasında kifayət qədər böyük fərqin olmasını nəzərə almamış, bu uyğunsuzluğun aradan qaldırılması və iş üzrə əmlakların hazırki tarixə olan real bazar dəyərinin müəyyən edilməsi üçün təkrar əmtəəşünaslıq ekspertizası təyin etməmiş, təkrar ekspertizanın keçirilməsi və qiymətin beş dəfə artıq olması barədə vəsatəti təmin etməmiş,işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanı lmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı QSC-nin vəkili Əliyev Fuad Asif oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzə çi hakimin məruzəsini, İddiaçı QSC-nin vəkili Əliyev Fuad Asif oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir h alda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh Əsədova Çimnaz Akif qızı arasında bağlanan 10.07.2014-cü il tarixli, 31R000000180 saylı kredit razılaşmalarına əsasən 23.04.2018-ci il tarixə cavabdehin banka olan borcu əsas borc 7268,82 manat, faiz borcu 3731,33 manat, cərimə borcu 6392,96 manat, cəmi 17.393.11 manat, 10.07.2014-cü il tarixli, 31R000000147 saylı kredit razılaşmalarına əsasən 23.04.2018-ci il tar ixə cavabdehin banka olan borcu əsas borc 12762,11 manat, faiz borcu 6594,41 manat, cərimə borcu 11.463,72 manat, cəmi 30.820,24 manat, 10.07.2014-cü il tarixli 31R000000165 saylı kredit razılaşmalarına əsasən cavabdehin banka olan borcu 11 641,71 manat, o cümlədən 7234,56 manat əsas borc, 3585,25 manat faiz borcu, 819,90 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İş materiallarından görünür birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olduğundan birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas borc üzrə hesablanmış dəbbə pulu azaldılaraq 10.07.2014-cü il tarixli, 31R000000180 saylı kredit razılaşmalarına əsasən cərimə borcu 6392,96 manatdan azaldılaraq 630 manat, 10.07. 2014-cü il tarixli 31R000000147 saylı kredit razılaşmalarına əsasən cərimə borcu 11.463,72 manatdan azaldılaraq 1146 manat, 10.07.2014-cü il tarixli 31R000000165 saylı kredit razılaşmalarına əsasən 819,90 manat cərimə borcu azaldılaraq 80 manat müəyyən edilməlidir. İddia tələbinin borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasına münasibətdə qeyd edilmişdir ki, iddia olunan kredit borcları üzrə cavabdehlərlə zaminlik müqavilələri bağlanmışdır, hazırda həmin müqavilələr qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. -465.2-ci maddəsi nə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -472-ci maddəsinə əsasən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddədə göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddia tələbinin tələbin ipoteka predmetinə yönəldiməsi hissəsin ə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən Cavabdeh5 xüsusi mülkiyyətdə olan ev hazırkı kredit xətti müqaviləsi üzrə ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ip oteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka pre dmetinə tutma yönəldilə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, ipoteka predmetinin ilkin satış qiymətinin və ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılmasının təmin edilməməsi hissəsində gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tələb ipoteka predmetinə yönəldiyindən qətnamədə ipotekanın ilkin satış qiyməti də göstərilməlidir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan Abş eron rayonu, Saray qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 213.8 kv.m. ümumi, 133.4 kv.m. yaşayış, 80.4 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinin dəyəri tərəflərin razılığı ilə 35.293 manat 50 qəpik məbləğində razılaşmışlar. İşdə olan müstəqil qiymətləndirici “xxxx” MMC-nin 03 oktyabr 2017-ci il tarixli, 26/E saylı rəyinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 213.8 kv.m. ümumi, 133.4 kv.m. yaşayış, 80.4 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinin dəyəri 220.100 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 19 fevral 2018-c i il tarixli rəyindən müəyyən edilir ki, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 213.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinin dəyəri 85.000 manat müəyyən edilmişdir. İşdə olan “Buta” Qiymətləndirmə Mərkəzinin 21.12.2018-ci il tarixli, 40 saylı rəyinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 213.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinin dəyəri 219.500 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, ipoteka predmetinin qiym əti fərqli müəyyən edilmişdir. Sonuncu rəydə qeyd edilən qiymətin qeyd edilməsi daha məqsədəmüvafiq olduğundan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin satış qiyməti “Buta” Qiymətləndirmə Mərkəzinin rəyində qeyd edilən 219.500 manat məbləğində müəyyən edilməlidir. "İpoteka haqqında" Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. İddiaçının tutulmasını tələb etdiyi cərimə tənasübsüz surətdə yüksək olduğundan və birinci instansiya məhkəməsi haqlı olaraq həmin məbləği azaltdığından apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti cərimə borcunun tam ödənilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsinə dair hissədə təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iş üzrə üç dəfə ipoteka predmeti qiymətləndirildiyindən onun yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası mə hkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində göstərildiyi qiymətdən sonradan məhkəmə tərəfindən 5 dəfə artıq müəyyən olunmasına dair kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, ipoteka predmeti olan 2 mərtəbəli yaşayış evinin dəyərinin müqavilədə 35.293 manat müəyyən edilməsi qiymətləndiricilərin rəyi ilə iş materialla rına əlavə edilmiş həmin evin görüntüsünə aid şəkillərlə tam təkzib olunmaqla, əksinə müqavilədə göstərilən qiymətin reallığı əks etdirmədiyi açıq-aşkar müəyyən olunur. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 26 avqust 2019-cu il tarixli, 2(105)-3127/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar