Məhkəmə qərarları › İş №2(102)-8358/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8358/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8358/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili Vəkil Ələmdər oğlu, “xxxx” ASC-nin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qətnaməsi ilə (R.N.Quliyev, iş 2(0 05)-4766/2016)İddiaçı Cavabdeh-yə qarşı üçüncü şəxs qismində “xxxx” ASC və Bakı şəhər Yasamal Rayon İcra Şöbəsinə qarşı iddiası təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cavabdeh-nin 10.05.2017-ci il tarixli, 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatının etibarsız hesab edilməsi, İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsinin açıq hərracdan ilkin satış qiymətinin 14.214.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (M.A.Məmmədov, X.Ə.Sarıyev, H.Ü.Həmidov, iş 2(103)-9500/2017)“xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərba ycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli qərarı ilə (Ə.İ.Rüstəmov, M.T.Əhmədova, Ə.G.Nurməmmədov, iş 2(102)-3488/2018)“xxxx” ASCnin kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (R.N.Quliyev, iş 2(005)-5525/2017) İddiaçı cavabdehlər “X3” MMC, Cavabdeh, Yasamal rayon İcra Şöbəsi və “xxxx” ASC-yə qarşı iddiası təmin edilmiş, “X3” MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinin “xxxx” ASC-yə satılmasına dair hərracın yekunları barədə 21 avqust 2017-ci il tarixli 18 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli qərardadı ilə İddiaçı “X3” MMC, Cavabdeh, Yasamal Rayon İcra Şöbəsi və “xxxx” ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-6124/2018 saylı mülki işin İddiaçı Cavabdeh-yə qarşı üçüncü şəxs qismində “xxxx” ASC və Bakı şəhər Yasamal Rayon İcra Şöbəsi cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və ipoteka predmetinin qiymətinin müəyyən edilməsi” tələbinə dair 2(103)-9334/2018 saylı mülki işlə bir icraatda birləşdirilməsi və həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə (X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev, iş 2(103)-1669/2019) Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsindən iş üzrə üçüncü şəxs “xxxx” ASC tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş, həmin qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmiş, Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli 2(005)-5525/2017 saylı qətnaməsindən cavabdehlər “xxxx” ASC və “X3” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, həmin qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib hər iki iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” MMC-nin 10.05.2017-ci il tarixli 363 saylı qiym ətləndirmə rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9.000.000 manat təşkil etmişdir. 31 may 2017-ci il tarixdə İddiaçı həmin qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 21 avqust 2017-ci il tarixdə keçirilmiş hərrac nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi 5.737.500 manata “xxxx” ASC-yə satılmışdır. Bundan sonra İddiaçı digər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın, hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etiba rsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını səhv tətbiq edərək iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, ipoteka predmeti olmuş əmlakının düzgün qiymətləndirilməsi təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, “xxxx” ASC-nin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən he sab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının birinci iddiasının əsasını ona məxsus qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməklə əmlakın yenidən qiymətləndirilməsi, ikinci iddiasının əsasını həmin əmlaka dair keçirilmiş hərracın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi təşki l edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan münasibətlər 28.12.2018-ci il tarixdən əvvəl yarandığı üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərinə görə hazırkı iş üzrə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun həmin tarixdən əvvəl qüvvədə olmuş müddəaları tədbiq edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həm in Qanunun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 40-cı maddəsinə əsasən, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” A zərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiym əti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və ke çirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti Cavabdeh tərəfindən 10 may 2017-ci il tarixdə 9.000.000 manat məbləğində, iddiaçının sifarişinə əsasən “xxxx” MMC tərəfindən 09 iyun 2017-ci il tarixdə 14.214.740 manat məbləğində, “xxxx” MMC tərəfindən 20 iyun 2017-ci il tarixdə 14.400.000 manat məbləğində, Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərardadına əsasən “xxxx” MMC tərəfindən 11 aprel 2019-cu il tarixdə 14.224.314 manat məbləğində, “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən 08 dekabr 2018-ci il tarixdə 14.311.000 manat məbləğində, “xxxx” ASC-nin sifarişinə əsasən “X5” MMC tərəfindən 03 may 2019-cu il tarixdə bazar dəyəri 8.500.000 manat, likvid dəyəri 7.000.000 manat məbləğində, “xxxx” MMC tərəfindən 07 may 2019- cu il tarixdə bazar dəyəri 8.700.000 manat, likvid dəyəri 6.960.000 manat məbləğində və “Dinar” firması tərəfindən 05 may 2019-cu il tarixdə bazar dəyəri 9.000.000 manat, likvid dəyəri 7.800.000 manat müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin 14 may 2019-cu il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspertiza tətqiqatının aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.08.2019-cu il tarixli rəyi ilə ipoteka predmeti 09.07.2019-cu il tarixinə 9.500.000 manat, likvid dəyəri isə 9.000.000 manat məbləğində qiymətləndirilmişdir. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutlar məcmusu ilə müəyyə n edilmişdir ki, 2017-ci il tarixdə hərraca çıxarılan daşınmaz əmlakın dəyəri 2019-cu il tarixə münasibətdə 10-15 faiz az olmuşdur. 10 dekabr 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsində mübahisəli əmlak “xxxx” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında olan öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 9.650.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı həmin müqaviləni imzalayaraq öz iradə ifadəsini bildirmiş və ipoteka predmetinin dəyərinin 9.650.000 manat məbləğində olmasını qəbul etmişdir Beləliklə, qeyri-yaşayış binasının açıq hərraca çıxarılan zaman Cavabdeh tərəfindən 10 may 2017-ci il tarixdə 9.000.000 manat məbləğində qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğ un olmuşdur. Bununla bərabər, iddiaçı məhkəmə qətnaməsi ilə qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 14214000 manat müəyyən edilməsinə, digər tərəfdən keçirilmiş hərracların vaxtı və yeri barədə ona məlumat verilmədiyinə istinad edərək hərracın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi «X3» MMC tərəfindən iddiaçıya hərracın keçirilməsi yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Bundan başqa bildiriş onun nümayəndəsi tərəfindən qəbul edilmiş və iddiaçı “X3” MMC ərizə ilə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minənədək ipoteka predmeti ilə bağlı açıq hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq, İddiaçı «X1» MMC tərəfindən təşkil edilmiş hərraclarda iştirak etməmiş və hərrac mərkəzinə gəlməmişdir. Bundan sonra, hərrac təşkilatının hərracın yekunları barədə 21 avqust 2017-ci il tarixli 18 nömrəli protokolu və müqavilə ilə ipoteka predmeti «xxxx» ASC-yə satılmışdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hərrac qanunvericiliyin tələbləri pozulmadan təşkil edilmişdir. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutuaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar