Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-836/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh YYYoğluna qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7764/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 06.11.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC Cavabdeh 24 ay müddətinə illik 22 faiz olmaqla 6370 ABŞ dolları məbləğində kredit vermişdir. 07.04.2015-ci il tarixli Əlavə sazişə əsasən kreditin qalıq məbləği 5456.04 ABŞ dolları təşkil edir və müddəti 07.08.2017-ci il tarixə uzadılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.989,50 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1.457,83 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 26.10.2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 239.81 AB Ş dolları borc, ümumilikdə 7302.43 ABŞ dolları məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)585/2019 saylı 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim X2) iddia qismən təmin edilmiş, Cavabdeh 3.989,50 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1.457,83 ABŞ dolları faiz borcu, 600 ABŞ dolları cərimə, müqavilənin bitmə tarixindən 26.10.2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 239.81 ABŞ dolları borc, ümumilikdə 6.287,14 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə i lə manatla) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərim pozmuşdur. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcunun, 5 faiz illik borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. Məhkəmə iddianın əsas borca hesablanmış 1.61 5,29 ABŞ dolları cərimə (dəbbə pulu) hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, yaranmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 600 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-nin 442, 443, 448, 449, 462, 465-ci maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-585/2019 saylı, 08.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdehin apellyasiya şikayətinə qoşma etdiyi "Problemli kreditlərin kompensasiyası'na dair sənədə əsasən onun iddiaçı Banka 2883.84 manat borcunun olduğu qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7764/2021 saylı 22.09.2021-ci il tarixli qətnaməsi ilə (Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və X3) Apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)585/2019 saylı, 08.01.2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilmiş, Cavabdeh 2883.84 manat (iki min səkkiz yüz səksən üç manat səksən dörd qəpik) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd edir ki, iddia tələbi yalnız qalıq borca münasibətdə təmin edilə bilər. Belə ki, kredit müqaviləsi “Azərbaycan Respublikasındafiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019- cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin vəhəmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndində qeyd edilmişdir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. "Pro blemli kreditlərin kompensasiyası”-na dair sənədə əsasən Cavabdeh iddiaçı Banka 2883.84 manat borcu vardır. Beləliklə, məhkəmə kollegiyası o qənaətə gəlir ki, iddia tələbi yalnız 2883.84 manat borc məbləğinə münasibətdə təmin edilə bilər. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-nin 442, 443, 448, 462, 465, MPM-nin 14, 77, 88, 217-ci maddələrinə, “Azərbaycan Respublikasındafiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7764/2021 saylı 22.09.2021-ci il tarixli qətnaməsindən LPO İddiaçı ASC kassasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, iddianın tam təmin edilməsi və ya işə yenidən baxılması üç ün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassator kassasiya şikayətinin dəlillərini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır Kassator qeyd etmişdir ki, 28.02.2019-cu il tarixdə Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalamışdır. Həmin Fərmanın icrasını təm in etmək məqsədi ilə ləğvedici tərəfindən ləğvediciyə nəzarət edən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli, 2-1(103)- 305/2019 saylı qərardadı ilə ləğv prosesində olan “Zaminbank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsi təmin edilərək Azərbaycan Respublikası prezidentinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiya şərtləri tətbiq edilməklə əlavə razılaşmaların bağlanmasına icazə verilməsi qərara alınmışdır. Bundan sonra ləğvedici bütün banklar üzrə, LPO “Dəmirbank" ASC daxil olmaqla Azərbaycan Respublikasının Mə rkəzi Bankı ilə birlikdə həmin Fərmanın 1 -ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsinin araşdırmasına başlamışdır və fərmanın təsirinə düşüb-düşməyən kreditlərin siyahısının hazırlanmasına başlamışdır. Fərmanın 7.1 -ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan şəxslərin adlarını müəyyən etmək məqsədi ilə, onlarla yeni müqavilələrin bağlanması üçün ləğvedici tərəfindən ləğvediciyə nəzarət edən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. Razılıq alınandan sonra Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı 27.05.2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Həmçinin Cavabdeh ləğv prosesində olan "xxxx"ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 illik güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Lakin bununla bağlı Cavabdehnın Əmanətlərin Sığortalanması Fonduna heç bir müraciəti daxil olmamışdır. Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və ədalətli deyildir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir. Hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, şikayət formal olaraq tərtib edilmişdir, orada apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün tutarlı əsas göstərilməmiş, əksinə tətbiq edilən maddi və prosessual hüququ normaları düzgün tətbiq edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş düzgün qətnamə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına gətirib çıxarmamışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi qanuni və ədalətli olduğundan apellyasiya şikayətinin təmin edilməməsi və dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə Banklara tövsiyyə edilmişdir ki: Bənd 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borcla rının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; Bənd 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Bənd 8.9-cu maddəsinə görə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tər əfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi ka ssasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin əsas, faiz və cərimə borcunun təmin edilməyən hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinad edərək, tərəflər arasında bağlanmış 06.11.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə əsas borcun müvafiq kompensasiya məbləği çıxılmaqla, restrukturizasiyaya yönəlmiş məbləğ kimi qalan 2883,84 manat məbləğində tutulması, faiz borcu və dəbbə pulunun isə silinməli olması barədə mövqeyi düzgün olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nö mrəli Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güdmüşdür. Bu məqsədlə də Banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restruktizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. ( 6.2, 6.3 bənd) Həmin Fərmanın 8.9-cu bəndinə isə görə faizlərin silinmə si dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Göründüyü kimi, həmin Fərmanda yalnız bankla yeni müqavilə bağlamış şəxslərin faiz borcunun silinməsi şərti göstərilməmişdir. Əksinə banklara 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi tövsiyə edilmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2 (103)-7764/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.