Məhkəmə qərarları › İş №2(102)-837/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-837/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-837/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh vəkili X3 iştirakı ilə, İddiaçıtərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)3141/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şabran rayon məhkəməsinin (hakim Çingiz İsgəndərov) 2(031)-329/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Şəmsi oğlundan vurduğu maddi ziyana görə 3891,40 manat, mənəvi zərərə görə 5500 manat, ümumilikdə 9391,40 manat pulun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şəmsəddin Abbasov sədrlik edən və məruzəçi, Zaur Məmmədov, Aqil Abbasov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Şabran rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi mənəvi zərərə dair hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə Cavabdeh Şəmsi oğlundan vurduğu maddi ziyana görə 3891,40 manat pul və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi hissəsində dəyişdiri lmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəmsi oğlundan satdığı evdən çıxarmaq tələbinə görə 24000 manat, mənəvi zərərə görə 20000 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə həmkəndlisi Cavabdeh Şəmsi oğlu və atası ona bildirmişdilər ki, Şabran rayonu, Qorğan kəndində yerləşən evlərini və 8 sot həyətyanı torpaq sahəsini satırlar. O, yaşadığı evdə ailə daxilində problem olduğuna görə öz evini satıb başqa ev almaq istəyirdi. Vüsal və atası ilə razılaşaraq 2000 manat pul və 500 manat dəyərində iri buynuzlu heyvan verib evi almışdır. Evin müvafiq sənədləri olmadığına görə, sənədləşməni sonrakı tarixlərdə həyat a keçirməyi razılaşmışlar. O, öz mal-qarasını aldığı həyətə gətirib, ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Dəfələrlə Vüsala və atasına evin sənədləşməsi üçün müraciət etsə də, onlar hər dəfə bunu sonrakı tarixlərə saxlamışlar. Bu yaxınlarda onlar evinə başqa rayonlardan olan bir nəfəri gətirərək bu evi həmin şəxsə satmaq istədiklərini və evdən çıxmağını bildirmişlər. O, evi almaq üçün verdiyi pulu, pulun bir hissəsi əvəzinə verdiyi iri buynuzlu heyvanın dəyərini, 8 il ərzində evin və həyətyanı sahəni abadlaşdırması üçün gördüyü işlərin haqqını, eləcə də manatın 2011-ci ildən bu günə kimi alıcılıq qabiliyyəti aşağı düşməsini nəzərə alıb, 24000 manat pulun verilməsi müqabilində evi geri qaytarmağa razı olduğunu bildirmişdir. Lakin onlar bununla razılaşmayaraq, onun və ailə ü zvlərinin evdən çıxmasını təkidlə tələb etmişlər. Aralarında razılıq əldə edə bilmədiyinə görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin bu müddətdə o, əvvəlki evini satmışdır və hazırda evdən çıxarsa yaşamağa başqa yaşayış yeri yoxdur, İİ qrup əlildir, ayaqları şikəstdir. Cavabdeh tərəfin belə hərəkəti ona pis təsir etmişdir, mənəvi əzab və iztirab çəkir, artıq yeriyə də bilmir, aralarında belə razılaşma olmasaydı, o, nə evini, nə də mallarını satardı. Ona görə də iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahi ş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərin rədd edilməsi hissədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Mülki işin təkzib edilməz halları ilə təsdiq edilir ki, ehə 2500 manat pul ödəyərək mübahisəli evi almış və keçən müddət ərzində həyətyanı sahəsini abadlaşdırılmışdır. 2011-ci ildən 2019-cu ilədək dəyərini ödəyərək aldığı evində yaşamış və bu müddət ərzində 3 cavabdehlə iddiaçı arasında heç bir icarə və digər münasibətlərin olmaması da bunu bir daha təsdiq edir. 8 ildən sonra cavabdehin iddiaçıya evdən çıxması ilə bağlı tələbləri və özünü aldadılmış hesab etməsi haqlı olaraq iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olub. Məhkəmə isə iddiaçının keçirdiyi əsəb, gərginlik və sarsın tının şəkərli diabet, qan təzyiqli (hipertaik) xəstəyə və sağlamlıq imkanları məhdud olan bir şəxsin səhhətində daha kəskin dəyişikliklər yaratmasını nəzərə almamışdır. Mülki iş materiallama əlavə edilmiş Şabran Mərkəzi rayon Xəstəxanasının xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli arayışlarından görünür ki, İddiaçı "şəkərli diabet tipi orta ağır forma” və "hipertoniya İİİ mərhələ” diaqnozu üzrə müalicə alır. Mülki iş materiallarından da göründüyü kimi məhkəmə iddiaçının xəstəliyini, mənəvi sarsıntı və iztirablara dözümünü və digər diqqətəlayiq halları nəzərə almamışdır. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayət ini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı verdiyi kassasiya şikayətində yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin rədd edilən hisasədə, yəni tələb edilən mənəvi zərərin rədd edilməsi hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirir. Cavabdeh isə qətnamədən kassasiya şikayəti verməmişdirş. Ona görə də, qətnamə mübahisələndirilməyən hissələrdə kassasiya qaydaslnda yoxlanılmadı. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı cavabdehə 2500 manat pul ödəyərək mübahisəli evi aldığını və keçən müddət ərzində həyətyanı sahədə abadlaşdırma işləri gördüyünü, evin alınmasına baxmayaraq evə dair sənədləri əldə edə bilmədiyini iddia edir və bununla bağlı vurulmuş ziyan qismində 24000 manat pul tələb edir. İş materiallarının 16-cı səhifəsində olan Cavabdeh xx.xx.2019-cu il tarixli ərizəsindən və birinci instansiya məhkəməsində verdiyi izahatından görünür ki, cavabdeh mübahisəli evin 2500 manata satılması ilə əlaqədar İddiaçıla razılaşdığını və həmin məbləği ondan alaraq evi satdığını, lakin evin sənədləri olmadığından iddiaçının onu özəlləşdirə bilmədiyini etiraf etmişdir. İddia tələbini mənəvi ziyan hissədə rədd edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliy yətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabdehin hərəkətləri nəticəsində sarsıntı keçirdiyini və sağlamlığına zərər dəyməklə ona mənəvi zərər vurulduğunu əsas gətirsə də ona vurulan zərərin həcmi, həmin zərərin cavabdehin hərəkətləri ilə olan səbəbli əlaqəsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda mənəvi zərərə dair hissədə iddi anı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Bu isə qətnamənin həmin hissədə ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməs i üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyhə müraciət edərkən iddia ərizəsində cavabdehdən ümumilikdə 24000 manat pul tələb etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı evi almaq üçün 2000 manat verdiyi pulu, pulun bir hissəsi əvəzinə verdiyi iri buynuzlu heyvanın dəyəri kimi 500 manat pulu, 8 il ərzində evin və həyətyanı sahəni abadlaşdırması üçün gördüyü işlərin haqqını, eləcə də manatın 2011-ci ildən bu günə kimi alıcılıq qabiliyyəti aşağı düşməsini nəzərə alıb, ümumilikdə 24000 manat pulun verilməsi tələb etmişdir. Göründüyü kimi iddia tələbində iddiaçının ümumiyyətlə mənəvi zərər barədə tələbi olmamış, bu barədə iddia ərizəsində heç nə qeyd edilməmişdir. Ona görə də, apellyasiya ins tansiyası məhkəməsi bu hissədə iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən,Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3141/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar