Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-837/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 XXXX qarşı borcun tutulması tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi və zaminlik müqaviləsinin borclu və zamin tərəfindən imzalanmamasının hüquqi nəticələri) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və XXXXXna qarşı borcun tutulması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-373/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ASC-nin Biznes filialı ilə Cavabdeh2 arasında 275/S saylı, xx xxxxxx 2010cu il tarixli kredit müqaviləsi bağlanmasına dair sənədləşmə aparılmışdır. Həmin müqaviləyə görə bank Cavabdeh2 12 ay müddətinə 4000 ABŞ dolları məbləğində istehlak krediti vermişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən kredit üzrə istifadə edilmiş vəsaitə illik 26 % borc hesablanmalı və həmin müqavilənin 3-cü maddəsinə görə isə vaxtı keçmiş borc məbləği üçün illik 52 % borc hesablanmalıdır. Bu müqavilə üzrə öhdəlik lərin icrasının təmini kimi Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 zamin durması ilə bağlı sənədləşmələr aparılmışdır. İddiaçı bank cavabdehlərin müqavilə öhdəliklərini vaxtında icra etməmələrinə istinad edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASCnin “Biznes” filialının xeyrinə 4.000 ABŞ dolları əsas, 4.432 ABŞ dolları faiz, 2.216 ABŞ dolları cərimənin, cəmi 10.648 ABŞ dollarının və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla ə saslandırılmışdır ki, İddiaçı ASC-nin Biznes filialı ilə Cavabdeh2 arasında bağlanmış № 275/S saylı, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən bank Cavabdeh2 12 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən kredit üzrə istifadə edilmiş vəsaitə illik 26 % borc hesablanmalı və həmin müqavilənin 3-cü maddəsinə görə isə vaxtı keçmiş borc məbləği üçün illik 52 % borc hesablanmalıdır. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunu və hesablanmış faizləri ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə əsas kredit və hesablanmış faizlərin ödənilməsi barədə filial tərəfindən cavabdehə və zaminlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh2 İddiaçı ASC-nin Biznes filialına 4000 ABŞ dolları əsas, 4432 ABŞ dolları faiz, 2216 ABŞ dolları cərimə, cəmi 10648 ABŞ dolları və dövlət rüsumuna görə 31 manat məbləğində borcu vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(060)-7084/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4.000 ABŞ dolları əsas, 4.432 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, cəmi 8.632 (səkkiz min altı yüz otuz iki) ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, iddianın qalan hissədə təmin olunmaması, eksperti za tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə köçürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət olunmuşdur. (hakim Nəriman Abıyev) Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342.5, 442, 448, 449 və 739-cu maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1281/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakimlər L.Məmmədova, E.Rəhimov və S.Qafari) Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 20 14-cü il tarixli qətnaməsi qismən ləğv olunmuş, İddiaçı ASC-nin kredit tələbi barədə iddiasının cavabdeh Abıyev Elnur Vahid oğluna aid hissədə rədd edilməsi, İddiaçı ASC-dən 100 manat ekspertiza xərcinin Məhkəmə Ekspertizası Mərkəzinin hesaba köçürülməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin apelyanta aid hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini zaminə aid hissədə ləğv edərkən ona əsaslanmışdır ki, keçirilmiş məhkəmə-xətt ekspertizası ilə müəyyən edilmişdir ki, zaminlik müqaviləsində zaminin imzasının qarşısındakı imzalar onun tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Kasasiya instansiyası məhkəməsindəki İ icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2253/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakimlər Ə.Rüstəmov, G.Quliyev və Ə.Mirzəliyev) Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətində onun cavabdehlərdən çıxarılaraq iddiaçının tələb etdiyi məbləğin Cavabdeh2 tutulmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, o digər cavabdehlərin heç birini tanımır və heç vaxt heç bir sənədə imza etməmişdir. Eyni zamanda apellyasiya isntansiyası məhkəməsi qətnaməni bütövlükdə oxla maqla digər cavabdehin qətnamədən apellyasiya şikayəti vermək hüquqlarını məhdudlaşdırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-373/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakimlər F.Məmmədov, G.Tağızadə və T.Quliyev) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1087/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qətnaməsi qismən-cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4.000 ABŞ dolları əsas, 4.432 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, cəmi 8.632 (səkkiz min altı yüz otuz iki) ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, iddia ərizəsinin verilməsinə g örə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində ləğv edilmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddia tələbi-cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4.000 ABŞ dolları əsas, 4.432 ABŞ dolları faiz, 2216 ABŞ dolları cərimə və 31 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 233 (iki yüz otuz üç) manat ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. 2-ci apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə -xətt ekspertizası ilə müəyyən edilmişdir ki, kredit müqaviləsindəki imzalar, zaminlik müqaviləsindəki imzalar borclu və zaminlər tərəfindən imzalanmamışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.1, 471.1, 739.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qəra r qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi iddia tələbini rədd edərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Apelyasiya məhkəməsinin iddianı rədd etmək üçün istinad etdiyi ekspert rəyi məhkəmə üçün məcburi deyil və digər sübutlarla birgə qiymətləndirməli idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır.. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 471.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarında olan xx xxxxxx 2010-cu il tarixli, 275/S №-li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Biznes filialı tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 26 faiz olmaqla 12 ay müddətinə 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 3cü bəndinə görə vaxtı keçmiş ssuda borcu üzrə faiz dərəcəsi 52% müəyyən edilmişdir. Müqavilənin 6-cı bəndinə görə hər gecikdirilmiş gün üçün kredit məbləğinin 0,1 faizi həcmində gecikmə faizi hesablanır. Bu müqavilə üzrə öhdəliklərinin icrasının təmini kimi Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 zamin durmuşlar. Müqavilənin 7.1-ci bəndinə əsasən borc alan bankdan götürdüyü pul vəsaitini ödəmədiyi, ödəmədən boyun qaçırdığı halda bütün öhdəlik zaminlərin üzərinə düşür. İş materiallarından olan xx xxxxxx 2010-cu il tarixli 275/S №-li müddətli öhdəçiliyin surətindən görünür ki, 4.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı ASC-nin Biznes filialı tərəfindən Cavabdeh2 ödənilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixə İddiaçı ASC-nin Biznes filialına 4.000 ABŞ dolları əsas, 4.432 ABŞ dolları faiz, 2.216 ABŞ dolları cərimə, cəmi 10.648 ABŞ dolları məbləğində borcu var. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2014-cü il tarixli 20367 №li ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 5-ci vərəqəsindəki İddiaçı ASC-nin Biznes filialı ilə Cavabd eh2 arasında olan xx xxxxxx 2010-cu il tarixli 275/S nömrəli kredit müqaviləsində “Zamin 2” qrafasında “Cavabdeh3” yazısı qarşısındakı imza Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2015-ci il tarixli, 18393 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, mülki işin 5-ci vərəqəsində olan İddiaçı ASC-nin “Biznes” filialı ilə Cavabdeh2 adından olan xx xxxxxx 2010-cu il tarixli, 275/S saylı istehlak krediti verilməsi üçün kredit müqaviləsinin arxa tərəfində “Zamin 1.” qrafasında “Cavabdeh1” yazılarının qarşısındakı imza Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 4/117 nömrəli, xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, mülki işin 5-ci vərəqəsində Cavabdeh2 adına olan istehlak krediti verilməsi üçün bağlanmış 275/S nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsindəki “Borc alan” hissəsində “Cavabdeh2M” yazılarının qarşısındakı imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki işin 5-ci vərəqəsində Cavabdeh2 adına olan istehlak krediti verilməsi üçün bağlanmış 275/S nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsindəki “Borc alan” hissəsində “Cavabdeh2M” yazılarının qarşısındakı imzada- qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı müqavilənin etibarlılığı üçün on un bağlanmasında lazımı subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Digər tərəfdən, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Cavabdeh2 ərizəsinə əsasən ona göndərdiyi xx.xx.2018-ci il tarixli 33/4769 nömrəli məktubun surətindən görünür ki, o, Azərbaycan Respublikası Dövlət Sərhədindən xx.xx.2009-cu ildə çıxmış və xx.xx.2012-ci ildə qayıtmışdır. Kredit müqaviləsinin bağanma tarixi isə xx xxxxxx 2010-cu il göstərilmişdir. İstehlak krediti verilməsi üçün bağlanmış 275/S nömrəli, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsi Mülki Məcəll ə ilə müəyyənləşdirilmiş formaya riayət edilmədən bağlanmışdır. Yuxarıda adı çəkilən kredit müqaviləsi üzrə tərəf hesab edilən cavabdehlərin heç biri həmin müqaviləni imzalamamışlar. Odur ki, cavabdehlərin iddiaçı qarşısında həmin müqavilə üzrə öhdəlikləri yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Çünki tərəflər arasında qarşılıqlı hüquq və vəzifələr yaradan müqavilələr müqavilə tərəfləri-borcluvə zamin tərəfindən imzalanmamışdır. Deməli, həmin müqavilə onlara aid edilə və onlar üçün öhdəlik yarada bilməz. Kassasiyanın dəlilinə cavab olaraq qeyd olunmalıdır ki, iş üzrə keçirilmiş ekspert rəyi əhəmiyyət kəsb edən elə halları müəyyən etmişdir ki, həmin hallar öhdəliyin əmələ gəlməsin i heçə endirir. Ona görə belə ekspert rəyinin nəzərə alınmaması absurddur. Əksinə, məhkəmə belə mütəxəssis rəyini mübahisənin həllində əhəmiyyət kəsb edən əsas sübut növü kimi qəbul etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-373/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.