Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-838/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə yaranmış borc) Bakı şəhəri, xx xxxxxx 2021-ci il 26.01.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-*****/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx xxxxxx 2017-ci il tarixli ***** saylı alqı-satqı müqaviləsinə əsasən “X1” MMC ** saylı əlavədə qeyd olunan inşaat mallarını Cavabdeh satmış, Q1 həmin malların dəyərini 30 gün ərzində ödəməyi öhdəlik götürmüşdür. xx xxxxxx 2018-ci il tarixli *** saylı alqı satqı müqaviləsinə əsasən “X1” MMC *** saylı əlavədə qeyd olunan inşaat mallarını Cavabdeh satmış, Q1 həmin malların dəyərini 30 gün ərzində ödəməyi öhdəlik götürmüşdür. “xxxx” MMC ilə Cavabdeh arasında xx xxxxxxxx 2018-ci il tarixdə tərtib edilmiş təhviltəslim və üzləşdirmə aktına əsasən Cavabdeh 15069,79 manat borcunun olması ilə bağlı tərtib edilmiş akta imza etmişdir. “xxxx” MMC-nin xx.xx.2018-ci ildə dövlət qeydiyyatına alınmış nizamnaməs indən görünür ki, “X1” MMC-nin adı “xxxx” MMC adlandırılmışdır. Tərəflər arasında alqı-satqı müqavilələrinin bağlanması işin mübahisəsiz halıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh alqısatqı müqaviləsi üzrə yaranmış 15 069,79 AZN məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 10%-i miqdarında pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cəmiyyətlə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-c i və xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən müəyyən edilmiş şərtlər əsasında Cavabdeh Cəmiyyətdən aldığı inşaat mallarının dəyərini ödəməmiş və nəticədə Cəmiyyətə 15069,79 manat borcu qalmışdır. Alqı-satqı müqavilələrini cavabdehin özü imzalamış, bundan başqa hesablaşmaların qarşılıqlı üzləşdirilməsi barədə tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli aktı cavabdehin özü yazaraq imzalamışdır. Dəfələrlə cavabdehə pulu ödəməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticəsi olmamışdır. Cavabdehin pulu vaxtında ödəməməsi ilə əlaqədar Cəmiyyət həmin puldan faydalana bilmədiyindən Cəmiyyətə zərər dəymişdir. Qazax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(023)-*****/2019 nömrəli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli ***** saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, mülki işin ****-ci vərəqəsində olan xx xxxxxxxx 2018-ci il tarixli təhvil-təslim və üzləşdirmə aktında “Müştəri tərəfindən imza” qrafasındakı imza, xx xxxxxx 2018-ci il tarixli *** saylı (i.v 44-xx) və xx xxxxxx 2017-ci il tarixli ***** (i.v.49-xx) saylı alqı-satqı müqavilələrində “Alıcı” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Qazax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(023)-****/2019 nömrəli (hakim Nemət Musayev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 15 069,79 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 122 manatın Cavabdeh və “xxxx” MMC-dən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı Cəmiyyətlə Cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən cavabdeh Cəmiyyətdən aldığı inşaat mallarının dəyərini 30 gün ərzində ödəməyi öhdəlik götürsə də, müqavilənin şərlərinə əməl etməmiş və nəticədə Cəmiyyətə 15 069,79 manat borcu yaranmışdır. Həmin borc məbləği ilə əlaqədar tərəflər arasında tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli aktın doğruluğuna cavabdeh imza etməklə, borcunun olmasını etiraf etmişdir. Cavabdehin iddiaçı Cəmiyyətə 15 069,79 manat borcunun olması iş mat eriallarındakı sənədlərlə təsdiq edildiyindən iddia tələbi həmin hissədə təmin edilməli və 15 069,79 manat pul cavabdehdən alınaraq iddiaçı Cəmiyyətə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 329.2, 329.3, 385, 427, 442, 448.1, 567, 600.1, 601.1 və 601.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Afiq Hüseynzadə, Elçin Xasməmmədov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şika yəti təmin edilməyərək, Qazax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(023)-***/2019 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, xx xxxxxx 2017-ci il tarixli, ***** saylı və xx xxxxxx 2018-ci il tarixli, **** saylı alqı-satqı müqavilələri və həmin müqavilələrin ayrılmaz tərkib hissəsi olan sertifikasiyalardan görünür ki, həmin sertifıkasiyalarda göstərilmiş inşaat malları cavabdehə çəkisi, qiyməti göstərilməklə verilmiş, cavabdeh həmin malların dəyərini ödəməmiş və tərəflər arasında xx xxxxxxxx 2018-ci il tarixdə tərtib edilmiş təhvil-təslim və üzləşdirmə aktı ilə, Cavabdeh həmin tarixə qalıq borcunun 15.069,7 9 manat olması təsdiq edilmişdir. Cavabdeh təhvil-təslim və üzləşdirmə aktında olan imzalarının mübahisələndirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, **** saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülki işin ****-ci vərəqəsində olan xx xxxxxxxx 2018-ci il tarixli təhvil-təslim və üzləşdirmə aktında “Müştəri tərəfindən İmza” qrafasındakı imza, xx xxxxxx 2018-ci il tarixli, **** saylı (i.v 44-xx) və xx xxxxxx 2017-ci il tarixli, ***** saylı (i.v.49-xx) alqı-satqı müqavilələrində “Alıcı” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx xxxxxxxx 2018-ci il tarixli təhvil-təslim və üzləşdirmə aktındakı imzanın cavabdeh tərəfindən icra olunmamasına dair apelyasiya dəli linə gəldikdə isə, onun həmin dəlili birinci instansiya məhkəməsi tərəfindən cavabdehin vəsatəti əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, ***** saylı ekspert rəyi ilə istisna olunur. Ona görə də birinci instansiya məhkəməsi iş üzrə iddianın təmin edilmiş hissəsində gəldiyi nəticədə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 2(104)****/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslan dırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmədiyi üçün düzgün nəticəyə gəlinməmiş və cavabdehin Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə təminatı hüquqlarını pozulmuşdur. İddiaçı “xxxx” MMC guya cavabdehlə bağlanmış “Alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair” məhkəməyə müraciət etmişdir. İddianı onunla əsaslandırmışdır ki, “X1” MMC mənimlə aramızda bağlanmış xx xxxxxx 2017-ci il tarixli, ***** nömrəli və xx xxxxxx 2018-ci il tarixli****1 nömrəli Alqı-satqı müqavilələrinə əsasən spesifıkasiyada adları göstərilən malları satıcı satmağı, alıcı isə malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Guya cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmiş və nəticədə 15.069,79 manat məbləğində borc öhdəliyi yaranmışdır. Nəzərə çatdırılmalıdır ki, cavabdeh spesifikasiyada adları göstərilən malların heç birini almamışdır. “xxxx” MMC ilə onun arasında ancaq müqavilə bağlanıb. O, heç bir mal almamışdır və “xxxx” MMC-yə heç bir borcu yoxdur. O, heç vaxt “xxxx” MMC-dən heç bir sənədə qol çəkib spesifikasiyada adları göstərilən malları götürməmişdir. Bütün bu halları məhkəmə araşdırmamış, tam əsassız və qərəzli qətnamə qəbul etmişdir. İddiaçı “xxxx” MMC-nin sübut kimi məhkəməyə təqdim etdiyi xx xxxxxxxx 2018-ci il tarixli, təhvil-təslim və üzləşdirmə Aktındakı imza cavabdeh tərəfindən icra olunmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin ******** nömrəli xx xxxxxxxx 2019-cu il tarixli rəyi qərəzli və əsassızdır. xx xxxxxxxx 20 18-ci il tarixli, təhvil-təslim və üzləşdirmə Aktındakı imza cavabdeh tərəfindən icra olunmamışdır. Ona görə də iddia ərizəsinə əlavə edilmiş xx xxxxxxxx 2018-ci il tarixli, təhvil-təslim və üzləşdirmə aktındakı imza ilə bağlı rəy verilməsi yanlışdır. İş materiallarında mal kimdən alınıb kimə verilib, hansı sənədə imza edilib, ümumiyyətlə malın təhvil verilməsi, təhvil alınması barədə (qaima faktura) heç bir rəsmi sənəd yoxdur. Təhvil-təslim və Üzləşdirmə aktı notarial qaydada təsdiqlənməmişdir və cavabdehin üzləşmə aktındakı imzası şübhə doğurur. Üzləşmə aktında 15.069,79 manat məbləğində borc yaranmışdır. Bu borcların hansı borc olması barədə heç bir rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. İş materiallarında bütün sənədlər təsdiq olunmamış surətləridir. Bütün bunlar sübutların mötəbər liyini şübhə altına alır. Məhkəməyə şahidlərin dindirilməsi və malların alınması barədə vergi Mühasibatlıq sənədlərinin təqdim edilməsi barədə vəsatət verilmiş, vəsatət təmin edilmiş, şahidlərin dindirilməsi və mühasibatlıq sənədlərinin məhkəməyə təqdim olunması üçün proses təxirə salınmışdır. Növbəti prosesdə iddiaçı tərəf şahidləri gətirməmiş və mühasibatlıq sənədlərini məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə qərəzli və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə mübahisəni kifayət qədər araşdırmamaqla prosessual hüquq normalarının da tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri “xxxx” MMC-nin nümayəndəsi Bağırlı Əbdüləli Tofiq oğlu kasasiya şikayətinə etiraz ünvanlayaraq etirazında göstərmişdir ki, mülki-hüquqi öhdəlik dedikdə, iqtisadi dövriyyə iştirakçı ları arasında əmələ gələn elə nisbi hüquq münasibətləri başa düşülür ki, bu münasibətlər əsasında əmtəə formalı maddi və digər nemətlər bir şəxsdən digərinə keçir və buna uyğun olaraq bir şəxs digərinin xeyrinə onun tələbi ilə müəyyən hərəkətlər etməyə borclu olur. Buna uyğun olaraq, iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsi məqsədilə "****" avqust 2018-ci il tarixdə ***** nömrəli Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq sifariş əsasında "Satıcı" Malları "Alıcı"ya təhvil vermiş və yaranmış borcun təsdiqlənməsi məqsədilə üzləşdirmə aktı tərtib edilmişdir. Yəni, üzləşdirmə aktı, tərəflər arasında bağlanan müqaviləyə uyğun olaraq Alıcıya təhvil verilmiş mallar əsasında tərtib edilmişdir. Satılan malların hər birinin ayrı-ayrı qaimə-faktura ə sasında satılması yaxud bütün malların qiymətini özündə əks etdirən yekun bir öhdəlik aktının tərtib edilməsi Satıcının öz səlahiyyətində olan haldır. Bu səbəbdən hesab edir ki, üzləşdirmə aktının olduğu təqdirdə ayrı-ayrı qaimə-fakturaların tələb edilməsi üçün heç bir zərurət yoxdur. Belə ki, cavabdeh onunla müqavilə bağlandığını özü apelyasiya şikayətində etiraf etmişdir. Bu səbəbdən hesab edir ki, üzləşdirmə aktının olduğu təqdirdə ayrı-ayrı qaimə-fakturaların tələb edilməsi üçün heç bir zərurət yoxdur. Belə ki, cavabdeh onunla müqavilə bağlandığını özü apelyasiya şikayətində etiraf edir. İkincisi, cavabdeh iddianı qəbul etməyərək heç bir akta imza etmədiyini bildirmiş və bunun əsasında məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmə-Ekspertiza Mərkəzinin ******** nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, xx.xx.2018-ci il tarixli "təhvil-təslim və üzləşdirmə" aktındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Bu da cavabdehin borcunun olmasının aşkar sübutudur. Hesab edir ki, alqı-satqı müqaviləsinin və malların alınması ilə borcun etiraf edilməsinə dair "təhvil-təslim və üzləşdirmə" aktının imzalanması ilə bütün hallar öz təsdiqini tapmış olur. Və bu zaman alman malların dəyərinin ödənilməsinə dair sübutetmə yükü cavabdehə keçir. Lakin cavabdeh bu günə kimi nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinə malların dəyərinin ödənilməsi yaxud ümumiyyətlə mal almamasına dair heç bir sübut təqdim edə bilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılm asına baxmayaraq iddiaçı “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh və vəkili Vəkil2 gəlmədiyi üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tu tulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansi yası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahis ələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, cavabdeh kasasiya şi kayətində də məhkəmə-xətşünaslıq ekspertizasının həqiqəti əks etdirməməsinə istinad edərək, təhvil-təslim və üzləşdirmə aktındakı imzanın ona məxsus olmadığını israr etsə də, ekspert rəyinin qeyri-mötəbərliyi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və ya işdə olan hər hansı hala istinad edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikay əti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-****/2020 xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. saylı,