Məhkəmə qərarları › İş №2(102)-839/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-839/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-839/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: zaminlik, borcun tutulması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2011/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə yə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 7350 ABŞ dolları kredit verilmişdir.

3. Zamin Cavabdeh2 kredit müqaviləsi üzrə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. 4. 14.2.2014-cü il tarixli kredit və bank hesabı müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 götürdüyü krediti hissə-hissə ödəmək şərtilə 14.2.2018-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. 5. 24.1.2023-cü il tarixli maliyyə arayışına əsasən, 14.2.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4046,48 ABŞ dolları borc qalmışdır;

6. Cavabdeh1 6.4.2015-ci il tarixdə ölmüşdür. İş üzrə qə bul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6300,55 ABŞ dolları əsas, 132,34 ABŞ dolları faiz, 9,49 ABŞ dolları cərimə olmaqla, cəmi 6442,38 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pulun alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bundan başqa iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək, cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.2.2019-cu il tarixli, 551 saylı Fərmanının təsir dairəsinə düşərək 19.4.2 019-cü il tarixdə borc məbləğindən 2205,21 ABŞ dolları silindiyindən və borcalan Cavabdeh1 İsbəndiyar öldüyü üçün cavabdeh olaraq Cavabdeh2 4046,48 ABŞ dolları məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə və bu müqaviləyə əsasən kreditor qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həc mdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Cavabdeh1 hüquqi varisi isə müəyyən olunmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququdan istifadə etmək qərarına gəlmişdir. Hesab edirlər ki, zamin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyü üçün kredit borcu ondan tutularaq bankın xeyrinə ödənilməlidir.

10. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 onun rəisi olmuşdur. Xəstə olduğ undan kredit götürmək istəmiş və bunu Vidadiyə söyləmişdir. O, kreditlə bağlı banka müraciət etmiş, ərizəyə imza etmişdir ki, nə qədər kredit ala bilər. Daha sonra bankdan ona 3000 manat kredit verə biləcəklərini bildirmişlər. Ona görə də başqa bankdan kredit götürmüşdür. Onun zaminlik müqaviləsindən xəbəri olmamış və belə bir müqaviləyə imza etməmişdir. İddianın əsassız olduğunu göstərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1686 saylı rəyi ilə, ekspertizaya təqdim edilmiş 2(125)-84/2022 saylı mülki iş materiallarında "xxxx" X3 səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 14.2.2014-cü il tarixli, 1190nkKPZ/14 nömrəli kredit və bank hesabı m üqaviləsində “10. Tərəflərin Rekvizitləri və İmzası” hissəsində “10.3 Zamin” qrafasındakı imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur.

12. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 24.1.2023-cü il tarixli, 2(125)-31/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Cavid Tağıyev) iddia təmin edilmiş, Cavabdeh2 14.2.2014-cü il tarixli, 1190nkKPZ/14 saylı kredit və bank hesabı müqaviləsi üzrə 4046,48 (dörd min qırx altı ABŞ dolları 48 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcunun alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövq eyi ondan ibarət olmuşdur ki, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur.

14. Kredit borcunun zamin Cavabdeh2 tutulmasına gəldikdə isə məhkəmə qeyd etmişdir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də zamin bank qarşısında borclu olduğundan iddiaçı qalan borcun ödənilməsini ondan tələb etmək hüququna malikdir.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 470.1, 472.1, 472.2, 385.1, 386.1, 427.3, 448.1, 448.2, 445.2.1, 449.1, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mübahisə üzrə 2014-cü ildə bağlanmış kredit müqaviləsinə zamin durmuş və zaminlik müddəti 48 ay olmaqla 2018-ci ildə bitmişdir. Həmçinin iş üzrə əsas borclu Cavabdeh1 olmuşdur. Əsas borclu 2015-ci ildə vəfat etmişdir və o vəfat edənə kimi hər ay vaxtında krediti ödəmişdir. Hazırda əsas borclunun mirası vardır və vərəsələri də həmin mirası qəbul edərək idarə edirlər. Buna baxmayaraq borc həmin mirasa yönəldilməli olduğu halda ona qarşı iddia qaldırılmış, məhkəmə də iddianı təmin etmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya məhkəməsi) 2(104)-2011/2023 nömrəli iş üzrə 5 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti qisməb təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh2 6879,01 manat əsas kredit borcunun tutularaq "xxxx" KB ASC-nin xeyirinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Apell yasiya instnasiyası məhkəməsinin mövqeyinə görə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1190nkKPZ/14 saylı kredit və bank hesabı müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 48 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 7350 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 1190nkKPZ/14 saylı əsas kredit və bank hesabı müqaviləsi ilə həm də Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmış və həmin müqavilə üzrə “Zamin” “Borcalan”ın bu müqavilə və onun çərçivəsində bağlanmış bütün əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdür. Cavabdehlə rdən Cavabdeh1 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Həmçinin, müəyyən edilmişdir ki, cavabdehin iddiaçı Banka yaranmış kredit borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən kompensasiya və restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilmişdir. Bununla bağlı xx.xx.2019-cu il tarixdə Cavabdeh1 borcunun azaldılmasına 3748,86 manat kompensasiya mədaxil edilmiş və qalıq borcu 6879,01 manat təşkil etmişdir. Cavabdehlə güzəştli şərtlərlə yeni müqavilə bağlanılmamışdır.

20. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinə əməl etməyərək, qalıq borc məbləğini ABŞ dollarının ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində tutmuşdur.

21. Məhkəmə kollegiyası Cavabdeh1 "xxxx" KB ASC-yə olan borcunun Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsini, həmin borcun Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən kompensasiya və restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilməsini, 1.3.2019-cu il tarixdə Cavabdeh1 3748,86 manat kompensasiya ödənilməsini və onun qalıq borcunun 6879,01 manat təşkil etməsini nəzərə alaraq və tələbə Fərmanın hüquqi mövqeyi kontekstində qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 6879,01 manat əsas kredit borcu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında əsas borclunun 2015-ci ildə vəfat etməsini, ondan mirası qalmasını və vərəsələrinin də həmin mirası qəbul edərək idarə etmələrini, borcun həmin mirasa yönəldilməli olduğu halda, ona qarşı iddia qaldırıldığına dair dəlillər irəli sürmüşdür.Məhkəmə kollegiyası həmin dəlilləri müzakirə edərək, hesab etmişdir ki, əsassız olmaqla, iddianın rədd edilməsinə hüquqi əsas vermir.

22. Məhkəmə koll egiyası hesab etmişdir ki, iddiaçı zaminə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Yəni, əsas borclunun 2015-ci ildə vəfat etməsi, ondan mirası qalması və vərəsələrin həmin mirası qəbul edərək idarə etmələri hazırkı iddianın rədd edilməsi üçün qanuni əsas kimi nəzərdə tutulmamışdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyi tələblərinə görə, zamin tərəfindən öhdəlik icra edildikdən sonra, onun əsas borclunun mirası qəbul etmiş vərəsələrinə qarşı qəbul edilmiş miras həddində reqres hüququ yaranacaqdır.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 5.1, 5.2, 5.2.1-ci bəndlərinə, Mülki Məcəllənin 385.1, 448.1, 470.1, 472.1, 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin zaminlik müqaviləsinin müddətinin tətbiq etməməsini araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda və belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Buradan görünür ki, 2018-ci ildə zaminlik müqavilənin icra olunma müddəti bitsə də, məhkəmələr işə qərəzli yanaşmış, formal mülahizələrə əsaslanan qətnamə çıxarmışdır.

27. Kassator qeyd etmişdir ki, əsas borclunun vərəsələri olduğu halda borcun sadəcə zamindən tələb edilməsini qərəzlilikdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkə ti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

32. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

33. Maddə 472.2. Əgər zaminli k müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

34. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzi ndə kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabd eh kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında zamin kimi məsuliyyət daşıdığından müəyyən olunmuş borc məbləğinin zamindən tutulması qanuni və əsaslı olmuşdur.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zamin liyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

46. Hazırkı işdən görünür ki, kredit müqaviləsi xx.xx.2014-cü ildə 48 ay müddətinə bağlanmışdır. İddiaçı bank hazırkı iş üzrə tələbini müqavilənin son müddəti çatanadək xx.xx.2015-ci ildə məhkəmə qaydasında irəli sürmüşdür. Belə olan halda zaminliyə xitam verilməsi ilə bağlı bir illik müddətin keçməsi aşkar olunmur. Odur ki, kassasiya şikayətinin həmin dəlili əsaslı deyil.

47. Məhkəmə tərkibi onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olara q, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2011/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar