Məhkəmə qərarları › İş №2(102)-84/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-84/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-84/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eyyub oğlu və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsələrin kreditor qarşısında məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1142/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ilə (bundan sonra – kredit müqaviləsi), Rəhimov Əyyub Kamil oğlu İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətinə 10.000 manat kredit götürmüşdür.

2. Cavabdehlər Cavabdeh1 Rəhimov Əyyub Kamil oğlunun arvadı, Cavabdeh3 və Cavabdeh2 isə övladlarıdır.

3. Rəhimov Əyyub Kamil oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 8075 (səkkiz min yetmiş beş) manat 68 qəpik əsas, 2242 manat 93 qəpik faiz, 893 manat 67 qəpik cərimə borcu olmaqla, ümumilikdə 11212 manat 28 qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi q ismində 123 manat 64 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.5-ci bəndinə görə gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Rəhimov Əyyub Kamil oğlu vəfat etmişdir. Biləsuvar RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 4545 nömrəli arayışına əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş Rəhimov Əyyub Kamil oğluna məxsus olmuş ünvan 1 ünvanında olan fərdi yaşayış evində mərhumun ailə üzvləri olan arvadı Cavabdeh1, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2 yaşamaqla, bununla da miras əmlaka faktiki olaraq sahiblik etməklə mirası qəbul etmişlər. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə lazımi qaydada xəbərdarlıq göndərilməsinə baxmayaraq, qalıq borc məbləğini ödəmirlər.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Rəhimov Əyyub Kamil oğlunun kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 8075 manat 68 qəpik əsas, 2242 manat 93 qəpik faiz, 3574 manat 67 qəpik cərimə borcu olmaqla, ümumilikdə 13893.28 qəpik borcu vardır. Rəhimov Əyyub Kamil oğlunun kredit müqaviləsi üzrə banka olan cərimə borcu 3574.67 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 893.67 manat məbləğində tələb olunur.

7. Cavabdehlər iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişlər ki, iddiaçı ilə aralarında hər hansı kredit və ya zaminlik müqaviləsi olmamışdır. İddiaçının istinad etdiyi kredit müqaviləsinin onlara aidiyyəti olmamaqla bərabər, həmin müqaviləni mərhum Rəhimov Əyyub Kamil oğlu onların xəbərləri olmadan bağlamış və həmin müqavilə üzrə cavabdehlər zamin deyildir. Belə olan halda iddiaçı qarşısında heç bir məsuliyyət daşımırlar. İddiaçı yalnız mərhumun birinci növbə vərəsələri olmalarına istinad edərək onun borcunu cavabdehlərdən tələb edir. Lakin mərhumun istinad edilən müqavilə üzrə göstərilən məbləğdə borcu olmamışdır. Belə ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etdiyində n həmin tarixdən sonra nə faiz, nə də cərimə hesablana bilməzdi. İddiaçı isə cari ilin noyabr ayının 25-dək faiz və cərimə tələb edir. Yəni müqavilənin tərəfinin vəfat etməsindən 1 il 3 aya yaxın müddət ərzində də iddiaçı faiz və cərimə tələb edir. Həmçinin, qanunvericiliyin tələbinə əsasən cavabdehlər mərhum Əyyub Rəhimovun mirasını qəbul etdikləri halda, həmin miras həcmində onun borcu üçün məsuliyyət daşıyırlar. Lakin onlar mərhum Əyyub Rəhimovun mirasını nə notarial qaydada, nə də faktiki qəbul etməmişlər. Onun ölümü ilə bağlı onlara nə vərəsəlik şəhadətnaməsi verilmiş, nə də onun hər hansı mirasını faktiki qəbul etmələri ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda, mərhumun borcu ilə bağlı cavabdehlərin üzərinə hər hansı öhdəlik qoyula bilməz. Qeyd olunanlardan əlavə, iddia çının istinad etdiyi ərazi nümayəndəliyiniin arayışına gəlincə isə, ərazi nümayəndəliyi yaşayış yeri barədə arayış verə bilər. Ancaq daşınaz əmlaka və daşınmaz əmlakı kimə məxsus olmasına dair arayış vermək səlahiyyəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin səlahiyyətinə aiddir. İddiaçı daşınmaz əmlaka dair mərhumun mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd və ya Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdən bununla bağlı arayış alıb məhkəməyə təqdim etmişdir. Halbuki yuxarıda qeyd olunduğu kimi cavabdehlər yalnız mərhumdan qalan mirası qəbul etdikləri həcmdə onun öhdəlikləri üçün məsuliyyət daşıya bilər. Bunun üçün isə ilk növbədə mərhumun hansı miraslarının olması, daha sonra isə həmin mirasdakı payları müəyyən edilməlidir. Qeyd olunanl ara əsasən, iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

8. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-217/2023 nömrəli iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddianın qismən təmin edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə 8075 manat 68 qəpik əsas, 2242 manat 93 qəpik faiz, 80 manat cərimə borcu olmaqla, ümumilikdə 10398 manat 61 qəpik borc və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 manat məbləğdə pul vəsaitinin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, işdə olan sübutlarla Rəhimov Əyyub Kamil oğlunun «Yelo Bank” açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə ödənilməmiş 8075 (səkkiz min yetmiş beş) manat 68 (altmış səkkiz) qəpik əsas, 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik faiz, 893 (səkkiz yüz doxsan üç) manat 67 (altmış yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 11212 (on bir min iki yüz on iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcunun yarandığı təsdiq olunur.

10. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 03 noyabr 2022-ci il tarixli 4545 saylı arayşında göstərilmişdir ki, ünvan 2 ünvanında (keçmiş ünvan 3s fərdi yaşayış evində aşağıda adları göstərilən ailə üzvləri 10 ildən yuxarıldır ki yaşayırlar: Cavabdeh1-1976 həyat yoldaşı, Cavabdeh3 1996-cı il oğlu və X5- 1997 oğlu.

11. Mə hkəmə hesab etmişdir ki, iddiaçı mərhum Rəhimov Əyyub Kamil oğlunun kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödənilməmiş kredit borcunun ödənilməsini onun miras əmlakını faktiki olaraq qəbul etmiş birinci növbəli vərəsələri olan arvadı Cavabdeh1, övladları Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır.

12. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 467, 385.1, 1133, 1145, 1146, 1147, 1151.1, 1159.1.1, 1306.1, 1306.2ci maddələrinə, “G.Qəhrəmanovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 18 iyul tarixli qərarına və “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119-cu maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Apellyasiya şikayətinin məzmunu cavabdehlərin birinci instansiya məhkəməsində iddia ərizəsinə dair verdikləri etirazla eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, mərhum Əyyub Rəhimovun ölümünədək olan dövrdəki borcun məbləğinin dəqiqləşdirilməsi üçün ekspertizası təyin edilməli olduğu halda, məhkəmə-mühasibatlıq ekspetizası təyin edilməmişdir.

15. Şi rvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1142/2023 nömrəli mülki iş üzrə 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Məhkəmə kollegiyası cavabdehlərin atalarından mirası rəsmi və ya faktiki qəbul etməmələri, ona görə atalarının kredit borcunu ödəməli olmadıqları ilə bağlı dəlilini əsassız sayaraq qeyd etmişdir ki, borclu Rəhimov Əyyub Kamil oğlunun ölümündən sonra mirası istər formal, istərsə də faktiki qəbul etmiş vərəsələr (hazırkı iş üzrə cavabdehlər) miras açıldığı gündən onlara çata n miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

17. Birinci instansiya məhkəməsi əsas borcun məbləğinə dair hissədə məhkəmə doğru qənaətə gəlmişdir. Lakin faiz borcunun və cərimə məbləğinin tutulması hissədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmamışdır.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh olan vərəsələr borcalanın ölümündən sonra yaranan kredit faizi üzrə cavabdehlik daşımamalıdırlar. Belə ki, müqavilə üzrə tərəfin ölməsi ilə kredit-müqavilə münasibətlərinə xitam verilmişdir. Bu baxımdan borc alanın ölümündən sonra yaranan faiz borcu borc alana hesablanmamalıdır.

19. Məhkəmə kollegiyası iddia tələbinin dəbbə pulunun tutulması ilə bağlı hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, tələb edilən dəbbə pulu, borc alanın öldüyü vaxtdan sonra yaranan borcla bağlıdır. Belə olan halda onun vərəslərindən onun öldüyü vaxtdan sonra hesablanmış dəbbə pulunu tələb etmək əsassızdır.

20. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448, 462.1, 462.2, 739.1, 1151.1, 1306.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edi lməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 402.1-ci maddələrinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehlər (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

22. Kassasiya şikayəti etiraz və apellyasiya şikayətinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mərhum Eyyub Rəhimovdan hansı miras əmlakların qaldığını və mirasdakı paylarının borcu ödəmək üçün yetərli olub- olmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu barədə hər hansı sübut təqdim etməmişdir ki, bu da iddianın rədd edilməsi üçün əsasdır.

23. Kassator şikayətinin hüquqi əsası kimi Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1, 146.2, 178.1, 324, 1151, 1243.2, 1306.1, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəz ərdə tutulan hallarda qeydə alınmalıdır.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

31. Maddə 1254. Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur.

32. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına müt ənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

33. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə mü əyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Məhkəmə kollegiyası, qətnaməni cavabdehlərin mübahisələndirdiyi - iddianın təmin olunmuş hissəsində yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİ MÖVQEYİ

45. Baxılan işdə iddiaçının sözügedən kredit müqaviləsi üzrə alacağının olması mübahisə edilmir. X7 xx.xx.2021-ci il tarixdə öldüyü üçün İddiaçı ASC tələbini mərhumun vərəsələri kimi göstərdiyi cavabdehlərə - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı irəli sürmüşdür (§ 1-6).

46. Qanunveri ciliyə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (§ 30-33).

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 16 oktyabr 2020-ci il Qərarında göstərmişdir ki, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldır maq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.

48. Cavabdehlər iddiaya etiraz edərək bildirmişlər ki, onlar yalnız mərhumdan qalan mirası qəbul etdikləri həcmdə onun öhdəlikləri üçün məsuliyyət daşıya bilərlər. Bunun üçün mərhumun hansı mirasının olması, daha sonra isə həmin mirasdakı payları müəyyən edilməlidir. X6 mirasını notarial qaydada və ya faktiki qəbul etməmişlər. Belə olan halda, mərhumun borcu ilə bağlı cavabdehlərin üzərinə hər hansı öhdəlik qoyula bilməz. Onlar iddiaçı qarşısında məsuliyyət daşımırlar. Mərhumun istinad edilən müqavilə üzrə göstərilən məbləğdə borcu olmamışdır (§ 7).

49. Birinci instansiya məhkəməsi Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 03 noyabr 2022-ci il tarixli 4545 saylı arayşına istinadən qeyd etmişdir ki, cavabdehlər mərhum Rəhimov Əyyub Kamil oğluna məxsus olan ünvan 2 ünvanında (keçmiş ünvan 4m Əyyub Rəhimovun kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödənilməmiş kredit borcunu onun miras əmlakını faktiki olaraq qəbul etmiş birinci növbəli vərəsələri olan cavabdehlərdən tələb etməkdə haqlıdır (§ 10-11).

50. Apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşaraq hesab etmişdir ki, X7un ölümündən sonra mirası istər formal, istərsə də faktiki qəbul etmiş vərəsələr (hazırkı iş üzrə cavabdehlər) miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar (§ 16).

51. Kassasiya kollegiyası aşağıdakılara əsasən hesab edir ki, cavabdehlərin irəli sürd ükləri etirazlara məhkəmələr tərəfindən əsaslandırılmış şəkildə hüquqi qiymət verilməmişdir.

52. Belə ki, məhkəmə cavabdehlərin yaşadıqları daşınmaz əşyanın vəfat etmiş borcluya məxsus olması barədə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 03 noyabr 2022-ci il tarixli arayışına istinad etmişdir.

53. Halbuki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (§ 38).

54. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır (§ 25).

55. İşdə olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2023- cü il tarixli məlumatından görünür ki, Rəhimov Əyyub Kamil oğlunun adına ünvan 5 ünvanında qeydiyyatdan keçmiş hər hansı daşınmaz əmlak aşkar edilməmişdir.

56. Bu hal ona dəlalət edir ki, məhkəmələr tərəfindən vəfat etmiş borclunun mirası, onun qəbulu və digər xüsusatlarla bağlı cavabdehlərin irəli sürdükləri etirazlar üzrə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, işdəki sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır (§ 34, 39, 41).

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

58. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyas iya baxışına göndərilməlidir. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 2(106)-1142/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar