Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-842/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-842/2019 şəhəri 11 fevral 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.08.2018-ci il tarixli, 2(104)2858/2018 nömrəli qətnaməsindən cavabdeh X3 nümayəndəsi X5 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin (hakim A.Eyvazov) 3 0.04.2018-ci il tarixli, 2(044)-1570/2018 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı cаvаbdeh X9 qаrşı “аlimentin аrtırılmаsı” tələbinə dair iddiası qismən təmin edilərək, 06.04.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh (atası) X2 tutulan alimentin miqdarı artırılaraq, hər ay 150 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi, X2 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin q alan hissədə təmin edilməməsi, alimentin dəyişdirilmiş miqdarının məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məmmədov, L.Süleymanov, Ç.Məmmədov) 03.08.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 apelyasiya şikayətinin təmin e dilməməsi, iş üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli, 2(044)-1570/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh X6 və vəkili Vəkil iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiаçı İddiaçı cаvаbdeh X9 qаrşı “аlimentin аrtırılmаsı” tələbinə dair iddia ərizəsi ilə 15.03.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X6 ilə birgə nikahlarından anadan olan 06.04.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 200 manatın cavabdeh X2 alınaraq ona verilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh X6 və vəkili V əkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni qüvvədə saxlamışdır. Belə ki, cavabdeh R.Məmmədov ürəyində olan narahatçılığa görə Rusiya Federasiyasında əməliyyat olunmuş və əmək qabiliyyətini itirmişdir. Onun azyaşlı övladının saxlanması üçün hər ay ödənilən 100 manat məbləğində alimenti də cavabdehin valideynləri pensiyalarından ödəyirlər. Lakin bunların heç birinə məhkəmələr tərəfindən qiymət verilməmişdir. Qətnamədə hakim cavabdehin işləməsi və əmək haqqı barədə, o cümlədən onun maddi vəziyyətinin yaxşılaşmasını təsdiq edəcək heç bir sübut təqdim edə bilməməsini göstərsə də, əksinə olaraq təyin olunmuş aliment məbləğini 50 manat həcmində artırmışdır ki, bu da qət namənin qanunsuz və əsassız olmasına dəlalət edir. Çünki məhkəmə cavabdehin maddi durumunu və ödəmək qabiliyyətini nəzərə almamışdır. Beləliklə məhkəmə, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalaranın tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də onlar, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.08.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı, cavabdeh və cavabdehin vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əs asən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəməyə kassasiya şikayətinə yazılı etiraz ünvanlayaraq etirazında göstərmişdir ki, cavabdehin nümayəndəsinin və vəkilinin kassasiya şikayətində göstərdikləri xüsusatların heç bir əsası yoxdur. Belə ki, cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır və orada bizneslə məşğul olur. Əgər cavabdeh dedikləri kimi əməliyyat olunub əmək qabiliyyətini itirmişdirsə, o zaman o, Rusiya Federasiyasında tənha necə yaşayır və ona kim qayğı göstərir. Bundan əlavə, cavabdehin nümayəndəsi kassasiya şikayətində göstərmişdir ki, aliment pulunu onlar pensiyaslarından ödəyirlər, maddi imkanları yoxdur. Əksinə, onların maddi vəziyyətləri olduqca yaxşıdır, həyətlərində iri və xırda buynuzlu mal-qaraları, toyuq ları, əkin üçün torpaqları vardır. Həmçinin cavabdeh tərəfin imkanı yoxdursa, hansı məbləğlə ödənişli vəkil xidmətindən istifadə edə bilirlər. Beləliklə, cavabdeh tərəfin kassasiya şikayətində göstərdikləri hallar yalnız məhkəmədə əks fikir yaratmaq niyyəti daşıyır. Odur ki, o, məhkəmədən kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 03.08.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 30.04.2018-ci il ta rixli, 2(044)-1570/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, X11 06 aprel 2016-cı ildə Gəncə şəhərində anadan olmuş, bu barədə akt qeydləri kitabında 2075 nömrə ilə qeyd edilmişdir. Uşağın atаsı X6, anası isə İddiaçıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən 08.05.2017-ci il tarixdən başlayaraq cavabdeh X2 06 aprel 2016-cı ildə anadan olmuş Ömər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı, həmin alime nt məbləği uşağın tələbatını ödəmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının artırılması barədə nəticəyə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi və yaşayış minumumunu, əvvəlki qətnamə ilə müəyyən edilən alimentin hazırda uşaqların saxlanmasına yetərli olmamasını nəzərə almışdır. Məhkəmə kollegiyası cavabdehin hazırda işləmədiyi, maddi vəziyyətinin ağır olması və heç bir yerdə işləməməsi ilə bağlı apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, gəlir əldə e tməmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarının 8.2-ci bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərcləri ndən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 112-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolan maddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X3 nümayəndəsi X5 və vəkili Vəkil kassasiya şikayəti təm in edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.08.2018-ci il tarixli, 2(104)-2858/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Əhmədova hakimi Mehparə
Məhkəmə qərarları › İş №2(102)-842/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-842/2019
11.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver