Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-843/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı X7 ASC) vəkili X1, Cavabdeh1 vəkili X3 iştirakı ilə, Cavabdeh1tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)243/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Abşeron rayon məhkəməsinin (haki m Sevinc Quliyeva) 2(012)-7174/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 12166 ABŞ dolları əsas borc, 2802 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 15968 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı İKB-nin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsində istifadədə olan 0,0715 ha torpaq sahəsində yerləşən 8 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesab ına Cavabdeh1 İddiaçı İKB-yə olan cəmi 15968 ABŞ dolları kredit borcu və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi, İddiaçı İKB-nə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsində istifadədə olan 0,0715 ha torpaq sahəsində yerləşən 8 saylı fərdi yaşayış evinin açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evindən çıxarılmaları və evin boşaldılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Lətifə Məmməd ova sədrlik edən və məruzəçi, Səyyad Qafari, Fuad Məmmədov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi faiz, cərimə borcu və ipoteka predmetinin qiymətinə dair hissədə dəyişdirilmiş, Cavabdeh1 2708,97 ABŞ dolları faiz borcu, 157,18 ABŞ dolları cərimə borcu, cəmi 15032,51 ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq İddiaçı İKB-nin xeyrinə ödənilməsi, ipoteka predmeti Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsində istifadədə olan 0,0715 ha torpaq sahəsində yerləşən 8 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 98400 manat məbləğində müəyyən edilmə si qər edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələ həll edilmişdir. İşin halları İddiaçı “İddiaçı İKB” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və açıq hərracda satılması, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 “İddiaçı İKB” ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli, 4-G1-1-0-141-15 saylı kredit müqaviləsinə əsasən 12166 ABŞ dolları əsas, 2802 ABŞ dolları faiz borcu, 3650 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 18618 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetinin 50000 manat qiymətləndirilməsi və borcun əvəzinin həmi n qiymətlə Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsində istifadədə olan 0,0715 ha torpaq sahəsində yerləşən 8 saylı mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi və Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsində istifadədə olan 0,0715 ha torpaq sahəsində yerləşən 8 saylı mənzildən orada yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmı şdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə ekspert rəyini əsas tutmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, hamıya məlum olan haldır ki, Abşeron rayonu, Saray qəsəbəsində torpağın bir sotunun qiyməti 8000-9000 manat təşkil edir. İş materiallarından görünür ki, ekspert tərəfindən qiymətləndirilən Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin altında 0,0715 ha torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsinin orta bazar qiyməti təxminən 56000-63000 manat təşkil edir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmişdir. Ekspert rəyindən də görünür ki, ekspert yalnız mübahisəli fərdi yaşayış evinin hal-hazı rkı vəziyyəti nəzərə alınmaqla bazar qiyməti müəyyən edilmişdir. Ancaq ekspert evin altındakı torpaq sahəsini nəzərə alsaydı, ümumilikdə ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsində istifadədə olan 0,0715 ha torpaq sahəsində yerləşən 8 aylı fərdi yaşayış evinin ilkin satış qiymətini 155000-160000 manat civarında müəyyən edərdi. Lakin göründüyü kimi ekspert bunu nəzərə almamış, apelyasiya instansiya məhkəməsi də bu hala hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: Cavabdeh1 vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı X7 ASC) vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, y əni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin və Cavabdeh1 vəkili X3 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən ona münasib ətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, kreditor İddiaçı İKB ASC-nin Sumqayıt filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 4-G1-1-0-141-15 saylı kredit müqaviləsinə əsasən, bank borc alana istehlak məqsədi üçün 36 ay müddətinə illik 27 faiz dərəcəsi olmaqla 14100 ABŞ dolları məbləğində kredit vermişdir. “İpotekqoyan” və “borcalan” Cavabdeh1, “ipoteka qoyan” Cavabdeh2, “ipoteka qoyan” Cavabdeh3, “ipoteka qoyan” X4 adından çıxış edən Cavabdeh2 və “ipoteka saxlayan” İddiaçı İKB-nin Sumqayıt filialı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 4-G-1-0-141-15 saylı ipoteka müqaviləsinin 2-ci bəndindən görünür ki, ipoteka saxlayanla borcl u arasında xx xxxx 2015-ci il tarixli, 4-G1-1-0-141-15 saylı kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış fazilərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən ipoteka predmeti ünvan 1 ünvanında yerləşən 129,2 kvadrat metr ümumi, 81,4 kvadrat metr yaşayış sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evidir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti olan əşya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı, qeyd iyyat nömrəsi ********** çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətindədir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 50000 manat məbləğində qiymətləndirilmişdir. Həmin müqavilənin 7.1.10-cu bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində göstərilmiş kredit müqaviləsi və bu müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə, ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün tutmanı ipotekaya yönəltmək üçün tədbirlər ipoteka saxlayanın hüququdur. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı n surətindən görünür ki, 0,0715 ha torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən 129,2 kvadrat metr ümumi sahəsi, 81,4 kvadrat metr yaşayış sahəsi və 47,6 kvadrat metr yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 tam mülkiyyəti hüququ, 0,0715 ha torpaq sahəsi üzərində isə Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ xx xxxxxx 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabd eh3 və X6 məxsus ünvan 1 ünvanında yerləşən 0,0715 ha torpaq sahəsi və onun üzərində yerləşən Cavabdeh1 tam mülkiyyətində olan fərdi yaşayış evi xx xxxx 2015-ci ildən başlayaraq 36 ay müddətinə xx xxxx 2015-ci il tarixli, 4-G-1-0-141-15 saylı kredit müqaviləsinin təminatı olaraq **********10-10301 reyestr nömrəsi ilə İddiaçı İKB ASC-nin Sumqayıt filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı X7 tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X2 xx xxxxxx 2016-cı il tarixə kredit müqaviləsi üzrə 12166 ABŞ dolları əsas borcu, 2802 ABŞ dolları faiz borcu və 3650 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18618 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulma sı və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənn 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Birinci instansiya məhkəməsi iş ma teriallarını araşdıraraq və sadalanan normalara istinad edərək hesab etmişdir ki, kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı İKB-dən kredit müqaviləsi əsasında borc götürmüş, lakin həmin borcu tam olaraq qaytarmamış və cavabdehin banka borcu yaranmışdır. Borcun təminatı kimi bankla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və X4 adından çıxış edən Cavabdeh2 ilə bank arasında ipoteka müqaviləsi bağlanmış və cavabdehlərin ümumi birgə mülkiyyətində olan torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evi bankın ipotekasına verilmiş, bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kredit qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi üçün əsas yaranmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, borc xx xxxx 2015-ci il tarixli, 4-G-1-0141-saylı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsində istifadədə olan 0,0715 ha torpaq sahəsində yerləşən 8 saylı fərdi yaşayış evinin hesabına ödənilməli və fərdi yaşayış evi açıq hərracdan satılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməyə dair nəticəyə gəlməkdə haqlı olsa da, müəyyən olunmuş faiz, cərimə borcu və ipoteka predmetinin qiyməti ilə razılaşmaq olmaz. Belə ki, iş üzrə keçirilmiş xx.xx.2019-cu il tarixli, 20752 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından xx.xx.2015-ci il tarixli, 4-G1-1-0141-15 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabde h1 xx.xx.2016-cı il tarixinə banka olan əsas borcu 12166,36 ABŞ dolları, faiz borcu 2708,97 ABŞ dolları, cərimə borcu 157,18 ABŞ dolları təşkil edir. Bundan başqa iş üzrə keçirilmiş xx.xx.2019-cu il tarixli, ƏEM/İ 56-746/19 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsi ünvanında yerləşən 129,2 ev.m ümumi, 81,4 kvadrat metr yaşyış sahəsindən ibarət 4 otaqlı fərdi yaşayş evinin halhazırkı vəziyyəti nəzərə alınmaqla bazar qiyməti 98400 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi ekspert və mütəxəssi rəylərinə istinad edərək belə nəticəyə həlmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi faiz, cərimə borcu və ipoteka predmetinin qiymətinə dair hissədə dəyişdirilməli, cavabdehdən 2708,97 ABŞ dolları faiz borcu, 157,18 ABŞ doll arı cərimə borcu, cəmi 15032,51 ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq iddiaçıya ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 98400 manat məbləğində müəyyə edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən edilmədiyini, əslində evin bazar qiymətinin 155000-160000 manat civarında olduğuinu göstərmişdir. Lakin cavabdehin etirazının bu dəlili iş materialları ilə öz təsdiqini tapmır. Əvvəla bu barədə cavabdeh birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsində işə baxılarkən hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən cavabdeh göstərmişdir ki, mütəxəssis rəy verərəkən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qiymətini nəzərə almamışdır. Lakin iş materiallarında olan mütəxəssis rəyindən görünür ki, rəy verilərkən torpaq sahəsinin xüsusiyyətləri, yerləşdiyi yer, o cümlədən oxşar torpaq sahələrində yerləşən evlərin qiyməti də nəzərə alınaraq rəy verilmişdir. Məhkəmə kollegiyası ipoteka predmeti olan yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair ekspert rəyinin tamamlığı və obyektivliyinə əsas ola biləcək hər hansı əsas görmür. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən,Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-243/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-843/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-843/2020
10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver