Məhkəmə qərarları › İş №2(102)-844/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-844/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-844/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Şuşa Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənov, iş № 2(077)-375/18) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 19.857,1 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən həm İddiaçı, həm də Cavabdeh apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov-sədrlik edən və məruzəçi, Ş.Abasov və A.Abbasov, iş № 2(105)-1299/19) apellyasiya şikayətləri qismən təmin olunaraq Şuşa Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 48492 (qırx səkkiz min dörd yüz doxsan iki) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın Cavabdeh tutularaq X1 köçürülməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qızıl zinət əşyalarının 2010-cu il üçün dəyəri olan 26979.80 manat, zərərin əvəzi olaraq 21512,20 manat olmaqla, ümumilikdə 48492 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili T.Əlirzayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil T.Əlirzayevin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 avqust 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı iddia tələbi Cavabdeh qızıl zinət əşyalarının 2010-cu il üçün dəyəri olan 26979,80 manat, 2018-ci il üçün qızılın dəyərinin artması ilə əlaqədar zərərin əvəzi olaraq 21512,20 manat olmaql a, ümumilikdə 48492 manatın onun xeyrinə tutulması barədədir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2011ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə iddiası təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 11988 manat məbləğində pulun tutulması, iddia ərizəsində sadalanan qızıl zinyət əşyaları - iki ədəd 750 əyarlı 23,5 qram çəkidə üzük, brilyant saat, zümrüd sırğa, 750 əyarlı, 62,8 qram çəkidə kolye-üzük, 583 əyarlı, 40 qram çəkidə sirkon, 750 əyarlı, 4 qram çəkidə üzük, paxlava brilyant, 583 əyarlı, 3 qram çəkidə üzük, 750 əyarlı, 20 qram çəkidə göz kulon, 750 əyarlı, 11,8 qram çəkidə göz kulon, 750 əyarlı, 11 qram çəkidə göz kulon, 583 əyarlı, 8 qram çəkidə nişan üzüyü, 750 əyarlı, 5,4 qram çəkidə kolye, 750 əyarlı, 4,8 qram çəkidə Versace brilyant nişan üzüyü, 583 əyarlı, 5,4 qram çəkidə üzük, 750 əyarlı, 5,3 qram çəkidə sırğa, iki ədəd 585 əyarlı, 12,7 qram çəkidə sirkon, sırğa, üzük və qolbaq dəsti, səkkiz ədəd 583 əyarlı, 13,7 qram çəkidə üzüklər, 585 əyarlı, 4,5 qram çəkidə kulon, brilyant saat, almaz-brilyant, paxlava brilyant üzük, kulon və sep,bir ədəd şir üzük, 583 əyarlı, 4,1 qram çəkidə üzük, 585 əyarlı, 7,2 qram çəkidə kulon (çerepaxa), 585 əyarlı, 95,7 qram çəkidə sirkon, 585 əyarlı üzük, göz kulon seplə, 583 əyarlı, 14,1 qram çəkidə sirkon-zümrüd dəsti, sırğa (xalq cəbhəsi), 750 əyarlı, 175 qram çəkidə müxtəlif qızıl əşyalarının Cavabdeh alınaraq İddiaçı qaytarılması və ya onların pulla dəyərinin ödənilməsi qət edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 04 sentyabr 2018-ci il tarixli, 19882 saylı rəyi ilə müəyyən edilmişdir ki, 30 adda qızıl zinət əşyalarının 2010-cu il tarixə nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 16310,40 manat, 2018-ci il tarixə 29312,00 manat müəyyən edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası СМ-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Cavabdeh həbsdə saxlanıldığı 1 gün müddət, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə uç gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 2 il müddətinə islah işləri cəzasından çıxılmış və onun üzərində qəti olaraq hər ay qazancının 10 faizi dövlət n əfinə tutulmaqla 1 il 11 ay 27 gün müddətinə islah işləri cəzası saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış 25.12.2017-ci il tarixli məktubuna əsasən icra sənədi qızıl zinət əşyalarının qaytarılması və ya onların pulla dəyərinin ödənilməsi hissəsində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən 21.04.2016-cı ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə geri qaytarılmışdır. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2011-ci il tarixli, 2(001)-3393/2011 saylı qətnaməsi qızıl zinət əşyalarının qaytarılması və ya onların pulla dəyərinin ödənilməsi hissəsində icra edilməmiş, iddiaçı haqlı olaraq məhkəməyə pul tələbi ilə müraciət edərək qızıl zinət əşyalarının pulla dəyərinin ödənilməsini tələb etmi şdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin Cavabdeh qızıl zinət əşyalarının dəyəri olan 19857,1 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarında olan 04 sentyabr 2018-ci il tarixli, 19882 saylı ekspert rəyindən görünür ki, 30 adda qızıl zinət əşyalarının 2010-cu il tarixə nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 16310,40 manat, 2018-ci il tarixə 29312,00 manat müəyyən edilir. Ekspert həmin rəyi verərkən iddia ərizəsində 3-cü sırada göstərilən 583 əyarlı, 30 qram çəkidə brilyant qaşlı 2 ədəd saatdan 1 ədədinin, 17-ci sırada göstərilən 585 əyarlı, 12,7 qram çəkidə üzük, sırğa və qolbaqdan ibarət 2 dəstdən 1 dəstinin və 18-ci sırada göstərilən 583 əyarlı, 13,7 qr am çəkidə 8 ədəd üzükdən 1 ədədinin qiymətini müəyyən etmiş, 175 qram çəkidə 750 əyarlı qızıl zinət əşyalarının dəyərini isə, ümumiyyətlə müəyyən etməmişdir. 583 əyarlı, 30 qram çəkidə brilyant qaşlı 1 ədəd saatın ekspert rəyi ilə müəyyən edilmiş 2018-ci ilə olan qiyməti 1500 manat, 585 əyarlı, 12,7 qram çəkidə üzük, sırğa və qolbaqdan ibarət 1 dəstin qiyməti 635 manat və 583 əyarlı, 13,7 qram çəkidə üzüyün 1 ədədinin qiyməti 685 manat, 7 ədədinin qiyməti isə 4795 (685 manat x 7) manat, qeyd edilən qızıl zinət əşyalarının ümumi qiyməti isə 6930 manat təşkil edir. Bundan başqa, ekspert rəyi ilə müəyyən edilmiş 2018-ci ilə olan 750 əyarlı qızılın 1 qramının qiyməti 70 manat olmaqla 175 qram çəkidə 750 əyarlı qızıl zinət əşyalarının cəmi dəyəri 12250 manat (175 manat x 70), sadalanan qızıl zi nət əşyalarının ümumi dəyəri isə 19180 (6930 + 12250 manat) manat təşkil edir. Bundan başqa, İddiaçı iddiasının zərərin əvəzi olaraq Cavabdeh 21512,20 manat tələb etməsi məhz həmin qızıl zinət əşyalarının 2018-ci il üçün dəyərinin artması və həmin qızıl zinət əşyalarının 2018-ci ilə olan dəyərinin ekspert rəyi ilə də müəyyən edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, qızıl zinət əşyalarının 2010-cu il üçün olan qiymətlərini əsas götürmüşdür. Halbuki 2010-cu illə müqayisədə 2018-ci ildə qızıl zinət əşyalarının dəyəri iki dəfəyə yaxın qalxmışdır. Ona görə də məhkəmə kolegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, qızıl zinət əşyalarının 2018-ci il üçün olan qiymətləri əsas götürülməklə yeni qətnamə çıxa rılmalıdır. Beləliklə, iddiaçının tələb etdiyi 31 adda qızıl zinət əşyalarının ümumi dəyəri 48492 (29312 manat+19180 manat) manat təşkil edir. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı xeyrinə məhz 48492 manat tutulmalıdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bunu hazırkı iddianın predmeti və əsası ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və qismən icra olunmuş 30 sentyabr 2011-ci il tarixli qətnaməsinin predmeti və əsasının eyni olması ilə əsaslandırmışdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olarkən cavabdeh eyni məzmunlu vəsatət verərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş, Ba kı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsinin şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli qərardadı ilə təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Həmin qərardadında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası göstərmişdir ki, hər iki iş eyni tərəflər arasında, eyni predmet barəsində olsa da, tələbin əsası dəyişmişdir. Belə ki, iddiaçının tələbinin əsası ondan ibarətdir ki, ona məhkəmə qətnaməsi ilə qızıl zinət əşyalarının qaytarılması qət edilmiş, həmin əşyaları borcluda aşkar etmək mümkün o lmamış, həmin əşyaların dəyəri 64.124 manat təşkil edir, ona görə həmin pul borcludan onun xeyrinə tutulmalıdır. Bundan başqa, Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2011-ci il tarixli qətnaməsinin nəticə hissəsində qızıl zinət əşyalarının dəyərinin tutulmasının yazılması özlüyündə mübahisənin həlli demək deyildir. Məhkəmə əslində qızıl zinət əşyaları cavabdehdə aşkar olunmadığı təqdirdə, onun dəyərinin tutularaq iddiaçıya verilməsi məsələsini həmin qətnamədə həll etməmişdir. İşə baxan məhkəmə qeyd olunan qətnamədə əmlakın dəyərinin müəyyən edilməsi ilə bağlı araşdırma aparmamış, qətnamənin nəticə hissəsində əmlakların dəyərini konkret olaraq göstərməmişdir, əgər konkret olaraq əmlakın dəyəri göstərilməmişdirsə, deməli, həmin məsələ həll olunmamış qalmışdır. Həmin məsələ adı çəkilən qətna mədə məhkəmə araşdırmasının predmeti olmadığı üçün onun başqa yolla aradan qaldırılması mümkün deyildir. Ona görə də qətnamənin qət etdi hissəsində hansısa sözün formal olaraq yazılması şəxsin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıra bilməz. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli qərardadı ilə qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldü yündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsasla ndırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən mü əyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 avqust 2019-cu il tarixli, № 2(105)-1299/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar