Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-844/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması 16.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2241/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin xxx filialı ilə Cav abdeh X və "xxxx" MTK arasındabağlanmış xx.xx.2014-cü il tarixli YH-280/14 nömrəli kredit müqaviləsinə əsasən, Bank, Cavabdeh “X” kompleksində mənzil alınması məqsədiilə 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 205.065 manat kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. 2. ünvan 1 ünvanda 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzil xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakındövlət reyestrində qeydə alınmışdır.
3. İpoteka saxlayan “Xu”, LPO"xxxx" ASC və ipoteka qoyan-borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ADİF-0114/2017 say lı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanda 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzili xx.xx.2014-cü il tarixli YH-280/14 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YH-280/14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh cəmi 462330,73 manat (183095,07 m anat əsas borc, 120385,72 manat faiz borcu və 158849,94 manat cərimə borcu) və iş üzrə ödənilmiş 752,33 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 284 saylı mənzilə yönəlməsi, əmlakın likvid satış qiymətinin müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan Cavabdeh və onunla b irlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə "xxxx" MTK arasında ünvan 4 ünvanda MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixdə müqavilə imzalanmışdır. Bundan sonra "xxxx" ASC-nin Yeni Həyat filialı (borc verən) ilə Cavabdeh (İ borc alan) və "xxxx" MTK (İİ Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-280/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" kompleksində mənzil alınması məqsədi ilə 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 205.065 manat kredit verilmi şdir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən, kredit üçün faizlər İ borcalan tərəfindən illik 10 %-lə, İİ Borcalan tərəfindən illik 2 %-lə borcverənə ödənilir. "xxxx" ASC-nin xxx filialı (Borcverən) ilə Cavabdeh (İ borcalan) və "xxxx" MTK (İİ borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH280/14 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli müqavilə imzalamışlar. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016- cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilməklə, iflas prosesinə başlanılmış, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-ninləğvedicisi təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 noyabr 2016-cı il ta rixli, 2-1(81)-1541/2016 nömrəli qərardadına əsasən ləğv prosesində olan "xxxx" ASC-nin "xxxx" layihəsinə aid kredit portfeli banka qarşı kreditor tələbinin əvəzi kimi x köçürülməsi qərara alınmışdır. Bank müflis olduqdan sonra kredit üzrə faiz dərəcəsi kredit müqaviləsi üzrə İ borcalanın üzərinə düşən faiz dərəcəsinə (10 %) uyğunlaşmışdır. Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017cı il tarixli, ADİF-0114/17 saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi “Hüquqların qabaqcadan qeydiyyatı” barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli arayışa əsasən, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 2 ünvanda 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzil ipotekaya qoyulmuşdur. İpoteka müqaviləs i bağlanarkən Maraqlı şəxs notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək həmin mənzilin ipoteka qoyulmasına etiraz etməmişdir. İpoteka müqaviləsi 6 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Fonda olan kredit üzrəüzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cəriməl ərin ödənilməsini, həmçinin borcverənə dəymiş zərərin ödənilməsiniöhdəliklərini götürmüşdür. Fond tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2023cü il tarixli xəbərdarlıq və xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh kredit borcunun qaytarılmasını təmin etməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 462.330,73 manat təşkil edir, bundan 183.095,07 manat əsas, 120385,72 manat faiz və 158.849,94 manat cərimə borcu təşkil edir.
6. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, onunla "xxxx" ASC-nin “Yeni Həyat” filialı arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona "xxxx" kompleksində mənzil alınması məqsə di ilə 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 205.065 manat məbləğində kredit verilmişdir. Həmin kredi tüzrə müəyyən miqdarda kredit ödənişləri etdikdən sonra maddi vəziyyətində çətinliklər yaranmış və o, krediti vaxtı-vaxtında ödəyə bilməmişdir. İddiaçı tərəfindən hesablanmış əsas borcunu qəbul etsə də, faiz və cərimə məbləği ilə razılaşmır.
7. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəmə-mühasibalıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 9/6015 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 02 may 2023-cü il tarixə əsas borc üzrə 183.095.07 manat və faiz borcu üzrə 120.385.70 manat müəyyən edilmişdir.
8. Bakı şəhəri Yasam al Rayon Məhkəməsinin 2(004)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddia qismən təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YH-280/14 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh 183.095,07 manat əsas borc, 120.385,70 manat faiz borcu, 9.104,42 manat cərimə olmaqla, cəmi 312.585,19 manat borcun, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 508,65 manat pulun tutularaq iddiaçı Əmanətləri Sığortalanması Fondunun xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 243,68 manatın (752,33-508,65=243,68) iddiaçıya aid edilməsi, tutmanın ipoteka predmeti olan və Cavabdeh məxsus olan ünvan 5 ünvanda yerləşən binanın 4-cü blok, 7-ci mərtəbəsindəki 284 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 345.400 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 313.138,84 (312585,19+45+508,65=313138,84) manat pulun iddiaçı Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, artıq qalan vəsaitin mülkiyyətçi Cavabdeh qaytarılması, ipoteka predmeti olan qeyd edilən mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və yeni alıcıya təhvil verilməsi, mənzil hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin ümumi qaydada icra olunması, iddia tələbinin qalan hissədə rədd olunması, məhkəmə xərclərinin cavabdehə aid edilməsi qət olunmuşdur.
9. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" ASC-ti Yeni Həyat filialı ilə Cavabdeh (İ borcalan) və "xxxx" MTK (İİ Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YH280/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" kompleksində mənzil alınması məqsədi ilə 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 205.065 manat kredit verilmişdir. Lakin, Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq, borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən m üvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
10. Məhkəmə, xx.xx.2014-cü il tarixli, YH-280/14 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçının yaranmış əsas və faiz borcu tələbi ilə bağlı qeyd edir etmişdir ki, YH-280/14 saylı kredit müqaviləsinə əsasən 183.095,07 manat əsas kredit borcu və 120385.72 manat faiz borcu yaranmışdır. Məhkəm əmühasibatlıq ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 9/6015 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, YH-280/14 nömrəli kredit müqaviləsi üzrə 02 may 2023cü il tarixə əsas borc üzrə 183.095,07 manat və faiz borcu üzrə 120.385,70 manat borcu müəyyən edilmişdir. İddiaçı isə əsas borc üzrə 183.095,07 manat və faiz borcu üzrə 120.385,72 manat borcun tutulmasını tələb edir.
11. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə göstərilən əsas və faiz borcunun məbləği ilə eskpert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunun məbləği arasında fərq olmamaqla məbləğlər bir-birinə uyğundur.
12. Məhkəmə ekspertin verdiyi rəyi sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, Cavabdeh 21 sentyabr 2023-cü il tarixli, 9/6015 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və bu rəylə kredit müqaviləsi üzrə yaranmış 183.095,07 manat əsas borc və 120.385,70 manat faiz borcu tutulmalıdır.
13. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilə r. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.
14. Məhkəmə, cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq qeyd etmişdir ki, 158.849,94 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 9.104,42 manat müəyyən edilməlidir.
15. Məhkəmə, iddia tələbinin "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli, YH-280/14 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia təl əbi bu hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqavilənin ləğv edilməsi barədə cavabdehə bildiriş göndərməklə, bu barədə iradə ifadəsini ona bildirdiyindən, artıq bununla tərəflər arasında bağlanmış kredit müqaviləsi l əğv edilmiş hesab edilir.
16. Mülki Məcəllənin 269.1-ci və 269.7-ci maddələrinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi saxlayan Əmanətlərin Sığortalanması Fondu və ipoteka qoyan-borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanda 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzili xx.xx.2014-cü il tarixli, YH-280/14 saylı kredit müqaviləsinə əsasən, yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi dövlət rey estrində qeydə alınmış və bu barədə xx.xx.2017-ci il tarixli Çıxarış verilmişdir.
17. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı Əmanətlərin Sığortalanması Fonduna olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra tələb olunan nəticə əldə olunmamış, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər ipoteka saxlayanın (iddiaçı Əmanətlərin Sığortalanması Fondunun) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. 1
8. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı, qanuna uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəliyin icrasını 90 təqvim günündən çox müddətə gecikdirmiş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı hazırda ipoteka predmetinin satılmasını tələb edir.
19. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmi ş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyanaCavabdeh qaytarılmalıdır. 20. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 07 noyabr 2023-cü il tarixli qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, ünvan 2 ünvanda 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilin ilkin satış qiyməti (likvid) 345.400 manat təşkil edir.
21. Beləliklə, ipoteka predmetinə tutma yönəldildikdə, ünvan 2 ünvanda 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilin ilkin satış qiymətinin (likvid) 345.400 manat müəyyən edilməlidir.
22. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.7, 317.1, 319.1, 319.4,385.1, 421.2, 427.3, 442, 445.2, 448.1, 448.2, 462.1, 467, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Qanunun 34.1, 36.1, 36.3-cü və 36.3-1, 39.3-cü və 39.3.3, 47.4, 59.3.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3,7,8-ci, habelə Mülki Prosessual Məcəllənin 101.3-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti qətnamənin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, dəbbə pulunun cavabdehin əmlak mənafelərinə əhəmiyyətli dərəcədə təsir edə biləcək həddə azaldılmaması, ekspert rəyinin yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədlər əsasında aparılması, ca vabdeh tərəfin təqdim etdiyi ödəniş qəbzlərin nəzərə alınmaması, əlavə ekspertiza ilə bağlı vəsatətlərinin təmin olunmaması və s. kimi dəlillər ilə əsaslandırılmışdır.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2241/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən, məruzəçi), C.C.Musayeva və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə birinci instansiya məhkəməsinin 2(004)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 118.705,42 manat müəyyən edilmişdir. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədənsaxlanılmışdır.
26. Məhkəmə kollegiyası mövqeyini onunla əsasland ırmışdır ki, birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəmə-mühasibalıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 9/6015 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, YH-280/14 saylı kredit müqaviləsi üzrə 02 may 2023-cü il tarixə əsas borc üzrə 183.095,07 manat və faiz borcu üzrə 120.385,70 manat borcu müəyyən edilmişdir. Lakin həmin rəydə ekspertiza tədqiqatının necə, hansı qaydada aparılması, cavabdehin həyata keçirdiyi ödənişlərin dövrləri və məbləğləri, onların bank tərəfindən kredit müqaviləsinin şərtlərinə uyğun qaydada əsas və faiz borcuna silinib-silinməməsi, bu halları özündə əks etdirən cədvəllər və s. bu kimi zəruri hallar öz əksini tapmamışdır.
27. İşdən həmçinin görünür ki, cavabdeh əlavə ekspe rtizanın təyin olunması üçün birinci instansiya məhkəməsinə yazılı vəsatətlə müraciət etmiş, lakin vəsatət kifayət qədər əsaslandırılmadan rədd olunmuşdur. Bununla yanaşı, işdə olan sübutlara (kredit müqaviləsi, ödəniş cədvəli və s.) görə Cavabdeh kredit müqaviləsi üzrə illik 10 faiz, "xxxx" MTK isə 2 faiz ödəməyi öhdəsinə götürmüşdür.
28. Məhkəmə kollegiyası şikayətin dəlillərini və işin hallarını nəzərə alaraq iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini zəruri hesab etmişdir. Apellyasiya icraatı zamanı təqdim olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən, Cavabdeh 02 may 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tələb tarixinə) illik 10 faiz hesablanmaq şərti ilə, əsas kredit borcu- 184.329,78 manat, faiz borcu 118.705,42 manat təşkil etmişdir.
29. Tərəflər əlavə ekspertiza rəyinə etiraz bildirməmiş, bu istiqamətdə yazılı vəsatət təqdim etməmişlər. Rəydən görünür ki, o kifayət qədər əsaslandırılmış, müvafiq cədvəllər tərtib olunaraq ödənişlər nəzərə alınmaqla kredit borcunun məbləği müəyyən olunmuşdur.
30. Beləliklə, əlavə ekspertiza rəyindən göründüyü kimi, iddiaçının özünün tələb etdiyi 02 may 2023-cü il tarixə faiz borcu 118.705,42 manat təşkil etmişdir (halbuki iddiaçı həmin tarixə 120.385,72 manat faiz borcu tələb etmiş, birinci instansiya məhkəməsi də faizləri həmin məbləğdə təmin etmişdir). Belə olan halda isə, apellyasiya şikayəti həmin hissədə qismən təmin olunmalı, qətnamə faizlərin tutulması hissədə dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan faizlərin məbləği 118705,42 manat hədd ində müəyyən olunmalıdır.
31. Bununla yanaşı, əlavə ekspert rəyinə əsasən əsas borc tələbi həddindən bir qədər yuxarı məbləğdə müəyyən olunduğundan, məhkəmə kollegiyası həmin hissədə tələbdən kənara çıxmağı məqsədəmüvafiq hesab etməmişdir.
32. Birinci instansiya məhkəməsi tələb olunan cərimənin məbləğini azaldaraq 9.104,42 manat həddində təmin etmişdir ki, həmin məbləğ əsas borca (183.095,07 manat) münasibətdə tənasübsüz deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası cərimənin MMnin 467.1-ci maddəsinə əsasən daha da azaldılmasına hər hansı zərurət görməyərək həmin hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamışdır. Cavabdeh bunun əksini, yəni kredit borcunun daha az olması ilə bağlı dəlillərini əsaslandıra və sübut edə bilməmişdir.
33. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə qar şılıqlı iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 385.1,399.3, 399.4, 442, 445, 449, 467,560.1 və 560.2, 739-cu, Mülki Prosessual Məcəllənin 77.1, 106.1-ci maddələrinə, habelə Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya instaniyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətin in dəlilləri
35. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən, Cavabdeh 2 may 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tələbtarixinə) illik 10 faiz hesablanmaq şərti ilə, əsas kredit borcu – 184.329,78 manat, faiz borcu 118.705,42 manat təşkil etmişdir. Belə ki, həmin ekspertiza rəyinin verilməsinə əsas olan və bank tərəfindən verilmiş maliyyə arayışında cavabdeh tərəfindən ödənilən pul məbləği müqavilə üzrə əsas borc məbləğindən silinməli olduğu halda, həmin ödənişlər faiz borcundan çıxılmışdır. Laki n, məhkəmə öz qətnaməsində yuxarıda qeyd edilən bu halları nəzərə almamışdır. Eyni zamanda məhkəmə, dəbbə pulunu 9.104,42 manat müəyyən edərkən bir sıra diqqətəlayiq halları, xüsusən də ölkədə 2015-ci ildə ard-arda baş vermiş 2 rəsmi devalvasiyanı və Covid-19 pandemiyasının cavabdehin sahibkarlıq fəaliyyətinə əsaslı şəkildə mənfi təsir edərək gəlirlərinin böyük ölçüdə azalmasını, həmçinin həmin qeyd edilən hadisələr baş verməzdən qabaq cavabdehin bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini yetirərək gecikmə etmədən, hər ay mütəmadi olaraq banka ödənişlər etdiyini apellyasiya şikayətində qeyd etsə də, apellyasiya məhkəməsi bu halları nəzərə almamış, bank tərəfindən tənasübsüz müəyyən edilmiş dəbbə pulunu cavabdehin əmlak mənafələrinə əhəmiyyətli dərəcədə təsir edə biləcək həddə az altmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı iddiaçının vəkili X1 tərəfindən etiraz daxil olmuşdur və etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə cərimə məbləğini cavabdehin menafeyinə münasibətdə 17 dəfədən çox azaltmışdır. Bu hissədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Madd ə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
40. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
41. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
42. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 43. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 44. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
45. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
46. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
47. Maddə 560.1. Mülki hüq uqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
48. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsində icraat
61. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
62. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
63. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş ekspert rəyini araşdırıb müəyyən etmişdir ki, borclu Cavabdeh xx.xx.2014-cü il tarixli, YH-280/14 saylı kredit müqaviləsi üzrə 02 may 2023-cü il tarixə əsas borcu 183.095,07 manat, faiz borcu 120.385,70 manat olmuşdur. Lakin həmin rəydə ekspertiza tədqiqatının necə, hansı qaydada aparılması, cavabdehin həyata keçirdiyi ödənişlərin dövrləri və məbləğləri, onların bank tərəfindən kredit müqaviləsinin şərtlərinə uyğun qaydada əsas və faiz borcuna silinib-silinməməsi, bu halları özündə əks etdirən cədvəllər və s. bu kimi zəruri hallar öz əksini tapmamışdır. Bununla yanaşı, işdə olan sübutlara (kredit müqaviləsi, ödəniş cədvəli və s.) görə borclu Cavabdeh kredit müqaviləsi üzrə illik 10 faiz, "xxxx" MTK isə 2 faiz ödəməyi öhdəsinə götürmüşdür.
64. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, qeyd olunun ekspert rəyinə tənqidi yanaşıb və işə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli ek spert rəyini nəzərə alıb qeyd etmişdir ki, borclu Cavabdeh 02 may 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tələb tarixinə) illik 10 faiz hesablanmaq şərti ilə, əsas kredit borcu- 184.329,78 manat, faiz borcu 118.705,42 manat təşkil edir.
65. Apellyasiya instansiyası məhkəməsi həmçinin işin hallarını nəzərə alıb qeyd etmişdir ki, tərəflər əlavə ekspertiza rəyinə etiraz bildirməmişlər və bu istiqamətdə yazılı vəsatət təqdim etməmişlər. Həmin rəydən isə görünür ki, ekspert rəyi kifayət qədər əsaslandırılmış, müvafiq cədvəllər tərtib olunaraq ödənişlər nəzərə alınmaqla kredit borcunun məbləği müəyyən olunmuşdur.
66. Apellyasiya instansiyası məhkəməsi, əlavə ekspertiza rəyinə istinad edərək qeyd etmişdir ki, iddiaçının tələb etdiyi 02 may 2023-cü il tarixə faiz borcu 118.705,42 manat tə şkil edir. Belə olan halda apellyasiya şikayəti həmin hissədə qismən təmin olunmalı, qətnamə faizlərin tutulması hissədə dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan faizlərin məbləği 118705,42 manat həddində müəyyən olunmalıdır.
67. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tələb olunan cərimənin məbləğini azaldaraq 9.104,42 manat həddində təmin etmişdir ki, həmin məbləğ əsas borca (183.095,07 manat) münasibətdə tənasübsüz deyildir. Bu səbəbdən də dəbbə pulunun Mülki Məcəllənin 467.1-ci maddəsinə əsasən daha da azaldılmasına hər hansı zərurət görməyərək həmin hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamışdır. Eyni zamanda, cavabdeh bunun əksini, yəni kredit borcunun daha az olması ilə bağlı dəlillərini əsaslandıra və sübut edə bilmə mişdir.
68. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 v ə 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 noyabr 2024-cü il tarixli, 2(103)-2241/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.