Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-845/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-2723/2019 saylı qətnaməsindən cavabdeh N Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.M.Quliyeva, iş № 2(012)-993/2019) İddiaçı cavabdeh N Bələdiyyəsinə qarşı pul tələbinə d air iddiası təmin edilərək cavabdehdən 4420 manat və dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: L.M.Məmmədova, S.A.Qafari və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2016-cı il tarixdə tərəflər arasında əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı vergi agenti vəzifəsinə qəbul edilmişdir. 2018-ci ilin noyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bələdiyyə ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli xidmət müqaviləsinə əsasən torpaq və əmlak vergisinin toplanması, tə diyyə bildirişlərinin paylanması, hesabat cədvəllərinin hazırlanması, yerli vergi subyektlərinin vergi ödəyicisi qismində cəlb edilməsi və s. xidmətlərin həyata keçirilməsini, lakin Bələdiyyənin həmin işlərin görülməsi müqabilində ümumi yığımın 25 faizi həcmində ona ödənilməli olduğu xidmət haqqını ödəməkdən boyun qaçırmasını əsas göstərməklə cavabdehdən onun xeyrinə 4420 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 4450 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh N Bələdiyyəsi kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməkl ə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə gö rə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı vergi agenti vəzifəsinə qəbul edilərkən tərəflər arasında xx xxxxxx 2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqavilənin 4.1-ci maddəsində iddiaçıya hər ay paylayacağı tədiyyə bildirişlərinə əsasən vətəndaşlar tərəfindən bələdiyyənin hesabına və poçt hesabına ödənilən aylıq vergi ödənişlərinin 25 faizi həcmində əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinə görə həmin 25 faiz iddiaçının əmək haqqı hesab olunur. İddiaçıya görə gördüyü işə görə xidmət haqqı kimi ona ödənilməli olan pulun məbləği 4420,82 manat təşkil edir və həmin məbləğ cavabdeh tərəfindən ona ödənilməm işdir. İşin 11-ci səhifəsində olan Bələdiyyənin iddiaçıya ünvanladığı xx xxx 2018-ci il tarixli cavab məktubundan görünür ki, Bələdiyyə tərəfindən İddiaçı xx xxxxxx 2018-ci il tarixə 4420,82 manat məbləğində xidmət haqqı hesablanmış, lakin maliyyə imkanlarının olmaması səbəbindən həmin məbləğin ödənilməsi mümkün olmamışdır. Həmin məktubda borcun tam, yaxud hissə-hissə ödənilməsi barədə bələdiyyə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “a” bəndinə görə əmək münasibətləri sahəsində işəgötürən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməlidir. Əmək müqaviləsində ödənilən aylıq vergi və ödənişlərin 25 faizi həcmində iddiaçıya əmək haqqı ödəmək barədə üzərinə vəzifə götürməsinə baxmayaraq, Bələdiyyə müqavilə öhdəl iyinə əməl etməyərək iddiaçıya ödənişlərin 25 faizi həcmində hesablanmış əmək haqqının ödənilməsini təmin etməmişdir. Məhkəmə qətnamələrindən verdiyi apellyasiya və kassasiya şikayətlərində Bələdiyyə qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını iddia etsə də, həmin pozuntuların nədən ibarət olmasını göstərməmiş, şikayətlərini qanunun tələblərinə uyğun əsaslandırmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqa yıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-845/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-845/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver