Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-847/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkə məsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.099.023,23 manat əsas, 43.756,52 manat faiz, 150.000 manat məbləğində cərimə borcu, cəmi 1.292.779,75 manat, habelə 30 manat məbləğində dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci olaraq 120 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər V.Həsənov və Ş.Məmmədova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən - “əldən çıxmış faydanın təmin olunmayan” hissəsində dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə Həsənov Azər Əli oğlu arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 323 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh “xxxx” ASC-nin xeyrinə 1,099,023.23 manat məbləğində əsas, 43,756.51 manat məbləğində faiz, 197,266.61 manat məbləğində cərimə, 140,123.52 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, cəmi 1,480,169.87 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 14% ödəmək şərt i ilə 1.100.000 manat məbləğində kredit verilmiş, iddiaçı müqavilədən irəli gələn öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh kredit borcunu ödəməməklə, müqavilə şərtlərini pozmuşdur. xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əlavəyə müvafiq olaraq kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixinədək uzadılmışdır. İddiaçının nümayəndəsi bildirir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına əsasən “xxxx” ASC ləğv edilmiş və “xxxx” ASC-yə ləğvedici qismində X1 təyin edilmişdir. «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 14 faiz olmaqla 1,100,000 manat kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli kredi t müqaviləsinə əlavəyə müvafiq olaraq kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixinədək uzadılmışdır. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən Cavabdeh müraciətlər edilmiş, lakin Cavabdeh verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Cavabdeh sözügedən kreditdən qismən ödəniş etmişdir. Bunun nəticəsi olaraq Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə 1.099.023,23 manat əsas borc, 43.756,52 manat məbləğində faiz borcu, 197.266,61 manat məbləğində cərimə borcu, 140.123,52 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, cəmi 1.480.169,87 manat məbləğində borcu vardır. Cavabdeh bildirir ki, bankdan kredit götürdüyünü mübahisələndirmir. Kredit götür dükdən sonra maddi imkanının pisləşməsi səbəbindən lazımi qaydada ödəniş edə bilməmiş və nəticədə Banka borcu yaranmışdır. Lakin tərəfindən edilmiş bütün ödənişlərin nəzərə alınmamışdır və nəticədə ondan əsassız olaraq şişirdilmiş əsas və faiz borcu tələb edilir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. İddiaçının verdiyi kassasiya şikayətinin məzmunundan görünür ki, sonuncu şikayətin xahiş etdi hissəsində qətnamənin ümumilikdə ləğv edilməsini xahiş etsə də onun şikayəti əldən çıxmış faydaya yəni gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 140,123.52 manat məbləğində pulun tutulmasının rədd edilməsi hissəsinin ləğv edilməsinə yönəlmişdir. Ona görə də məhkəmə kollegiyası yalnız həmin hissədə izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi əldən çıxmış faydanın (gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 140,123.52 manat məbləğində pulun) təmin olunmaması hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi əldən çıxmış faydanın təmin olunmaması hissəsində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbl əğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, əgər kreditoru n pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 440.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdi r ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytar ılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin 22-ci (“Öhdəli klərin icra edilməməsi”) və 23-cü (“Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət”) fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun tutulm ası hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Bundan başqa hazırkı iş üzrə mübahisələndirilən qətnamənin qalan hissəsi iddiaçının xeyrinə olduğundan və kassasiya şikayəti yalnız həmin qətnamənin əldən çıxmış faydanın təmin olunmaması hissəsinin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi əldən çıxmış faydanın təmin olunmaması hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qə rardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi əldən çıxmış faydanın təmin olunmaması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-847/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-847/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver