Məhkəmə qərarları › İş №2(102)-848/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-848/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-848/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X1, nümayəndəsi Hümbətov Nurid Fərrux oğlunun, cavabdeh “xxxx” MMC-nin vəkili Xəlilov Hikmət Əjdər oğlunun iştirakları ilə, cavabdeh “xxxx” MMC-nin və vəkili Xəlilov Hikmət Əjdər oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-11555/2019 saylı qətnaməsindən verdiklər i kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-73/2019 saylı qətnaməsi ilə (hakim M.A.Bağırova) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh «xxxx» MMC-dən İddiaçı ASC-nin xeyrinə 221517,45 (iki yüz iyirmi bir min beş yüz on yeddi manat qırx beş qəpik) manat əsas borc, 56942,26 (əlli altı min doqquz yüz qırx iki manat iyirmi altı qəpik) manat faiz borcu, 22.151 (iyirmi iki min manat yüz əlli bir) manat cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 m əxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 209,1 kv.m. olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 450.000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 3 saylı ev hərracdan satıldıqdan 1 (bir) ay sonra Cavabdeh2 həmin evdən çıxmadıqda məcburi qaydada çıxarılması və onun ünvan 3 saylı evdən istifadə hüququna xitam verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın cavabdeh «xxxx» MMC-dən tutularaq «X3» MMC-nin hesabına keçirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manatın Cavabdeh «xxxx» MMC-dən tutula raq «xxxx» MMC-nin hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri olan cəmi 290 (iki yüz doxsan) manat məbləğində pulun dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-11555/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-73/2019 saylı qətnaməsi kredit borcunun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə 2 21517,45 manat əsas, müqavilə bitən xx.xx.2019-cu il tarixə ödənilməmiş 56942,26 manat faiz borcu, müqavilə bitən tarixdən xx.xx.2019-cu il tarixə qədər ödənilməmiş 11457,41 manat faiz borcu və 112568,63 manat dəbbə pulu olmaqla, cəmi 402785,75 manat kredit borcu və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 209,1 kv.m. olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaları və onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblər ini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə İddiaçı ASC məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, xx.xx.2017-ci il tarixə cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xəyrinə 221.517,45 manat əsas, 22.484,01 manat faiz borcu, 87.840 manat dəbbə pulu olmaqla, cəmi kredit borcu 331.841,46 manat və 30 manat dövlət rüsumunun tutulması,tutmanın Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 209.1 kv.m. olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak sat ıldıqdan sonra yaşayış sahəsindən çıxmadıqda məcburi dada çıxarılmaları və onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı ASC məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, xx.xx.2018-ci il tarixə cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə 221.517,45 manat əsas, 37.559,50 manat faiz borcu, 93.268 manat dəbbə pulu olmaqla, cəmi 352.344,95 manat kredit borcu və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 209.1 kv.m. olan, 2 mərtəbəli, 5 otaqlı fərd i yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun silinməsi, əmlak satıldıqdan sonra yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaları və onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı ASC məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə 221.517,45 manat əsas, müqavilə bitən xx.xx.2019-cu il tarixə ödənilməmiş 56.942,26 manat faiz borcu, müqa vilə bitən tarixdən xx.xx.2019-cu il tarixə qədər ödənilməmiş 11.457,41 manat faiz borcu və 112.568.63 manat dəbbə pulu olmaqla, cəmi 402.785,75 manat kredit borcu və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 209.1 kv.m. olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaları və onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı ASC-yə ödə nilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh “xxxx” MMC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh “xxxx” MMC və vəkili Xəlilov Hikmət Əjdər oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halların a düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh “xxxx” MMC kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən 3 dəfə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, iki dəfə kredit borcu 200000 manatdan aşağı məbləğdə, üçüncü dəfə isə 259076,92 manat məbləğində hesablanmışdır. Lakin məhkəmə əvvəl keçirilmiş iki ekspertizanın hansı səbəbdən sübut kimi qəbul edilməməsinə dair hər hansı bir əsaslandırma aparmamışdır. Buna baxmayaraq MMC cavabdeh tərəf olaraq xx.xx.2019-cu il tarixli, 31238 saylı rəyi ilə razı olmadıqlarını və bundan əlavə iddiaçı tərəfindən iddia həcminin artırılması s əbəbindən həmin məbləğin düzgün hesablanıb-hesablanmamasının yoxlanılmasının müəyyən edilməsi üçün ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin vəkili Xəlilov Hikmət Əjdər oğlu kassasiya şikayətini müdafiə edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 və nümayəndəsi Hümbətov Nurid Fərrux oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3- cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh “xxxx” MMC-nin vəkili Xəlilov Hikmət Əjdər oğlunun, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 və nümayəndəsi Hümbətov Nurid Fərrux oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə borc məbləğinin müəyyən edilməsi hissəsində ləğv olunmalı və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məh kəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya şikayətinin təmin edilməli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən olunmuş faktiki halları üzrə əsaslandırılmışdır. Cavabdeh “ xxxx” MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən 3 dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, 2 dəfə kredit borcu 200.000 manatdan aşağı məbləğdə, 3-cü dəfə isə 259.076,92 manat məbləğində hesablanmışdır. Lakin məhkəmə əvvəl keçirilmiş 2 ekspertizanın hansı səbəbdən sübut kimi qəbul edilməməsinə dair hər hansı bir əsaslandırma aparmamışdır. Buna baxmayaraq MMC cavabdeh tərəf olaraq xx.xx.2019-cu il tarixli, 31238 saylı rəyi ilə razı olmadıqlarını və bundan əlavə iddiaçı tərəfindən iddia həcminin artırılması səbəbindən həmin məbləğin düzgün hesablanıb-hesablanmamasının yoxlanılmasının müəyyən edilməsi üçün ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə “xxxx” MMC arasında xx xxxxxx 2016-cı il tarixli, 449 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “xxxx” MMC-yə 36 ay müddətinə, illik 14 % ödəmək şərti ilə 250.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə “xxxx” MMC və Cavabdeh2 arasında xx xxxxxx 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 209,1 kv.m. olan fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh “xxxx” MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 221517,45 manat, müqavilə bitən xx.xx.2019-cu il tarixə ödənilməmiş faiz borcu 56942,26 manat, müqavilə bitən tarixdən xx.xx.2019-cu il tarixə qədər ödənilməmiş faiz borcu 11457,41 manat, cərimə 112568,63 manat, cəmi borc isə 402785,75 manat təşkil edir. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 1272 saylı rəyinə əsasən xx xxxxxx 2017-ci il tarixə “xxxx” MMC-nin İddiaçı ASC-yə kredit borcu 164696,16 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 149361,69 manat, faiz borcu üzrə 15334,47 manat. Birinci instansiya məhkəməsində yenidən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 16524 saylı rəyinə əsasən xx xxx 2018-ci il tarixə “xxxx” MMC-nin İddiaçı ASC-yə kredit borcu 191473, 39 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 149361,69 manat, faiz borcu üzrə 42111,70 manat. Birinci instansiya məhkəməsində iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 31238 saylı rəyinə əsasən “xxxx” MMC-nin İddiaçı ASC-yə xx xxx 2018-ci il tarixə olan borcu 259076,92 manat məbləğində müəyyən olunur: o cümlədən: əsas borc üzrə 221517,41 manat, faiz borcu üzrə 37559,51 manat. Həmçinin qeyd edilmişdir ki, tərəflər arasında imzalanmış 449 saylı, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsində cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimənin hesablanması ilə bağlı heç bir məlumat olmadığı üçün soruşulan tarixə cavabdeh “xxxx” MMC- yə cərimə borcu hesablanmadı. Birinci instansiya məhkəməsi əsas və faiz borcunun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, və iş üzrə keçirilmiş ekspert rəylərini araşdıraraq və Mülki Məcəllənin 739, 741,462 və 467-ci maddələrinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit borcunun məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə dair apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borcun düzgün hesablanmaması ilə bağlı dəlillər əsaslandırılmayıb. Eyni za manda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəylər ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin iş üzrə əlavə və ya təkrar məhkəmə ekspertizasının təyin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Bundan başqa birinci instansiya məhkəməsində hər dəfə yeni məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi iddiaçının iddia təl əblərinin artırılması ilə bağlı ərizə verməsi ilə əlaqədar olmuşdur. Həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 31238 saylı rəyində qeyd olunmuşdur ki, hər günə düşən faiz məbləği 86,15 manat təşkil edir. Həmin rəydə xx xxx 2018-ci il tarixə olan borc hesablanmışdır. Həmin tarixdən müqavilənin bitmə tarixinə, yəni xx xxxxxx 2019-cu il tarixə qədər olan müddət 295 gün, həmin müddətə hesablanan faiz borcu isə 25414,25 (295 x 86,15 = 25414,25) manat təşkil edir. Beləliklə müqavilənin bitmə tarixinə olan cəmi faiz borcu 62973,76 (37559,51 + 25414,25=62973,76) manat təşkil edir, iddiaçı isə həmin tarixə daha az məbləğdə, yəni cəmi 56942,26 manat məbləğində faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Göründüyü kimi, faiz borcunun düzgün hesablanmaması nəticəsin ə gəlmək üçün heç bir əsas mövcud deyil. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı iddia tələbində borc məbləğinin müqavilənin bitmə tarixinədək, yəni 13 yanvar 2019-cu ilədək müəyyən edilməsini xahiş etmişdir. Məhz apellyasiya instansiyası məhkəməsi də həmin tarixə özü tərəfindən borc məbləğinin müəyyən edilməsinə dair hesablama aparsa da, həmin hesablama üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin 21-ci vərəqində olan 12 yanvar 2016-cı il tarixli, 0449 saylı kredit müqaviləsinə əlavə kimi təsbit olunmuş “Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”ndə nəzərdə tutul muş hesablamanı nəzərə almamışdır. Həmin hesablama üzrə müqavilənin bitmə tarixinə 250.000 manat əsas borc, 70.000 manat faiz borcu, yəni cəmi 320.000 manat borc ödənilməlidir. İşin 6-cı vərəqində olan iddiaçının təqdim etdiyi arayışda əsas borcdan 28482 manat, faiz borcundan isə 40833 manat ödənildiyi göstərilmişdir. Qətnamə ilə tutulacaq məbləğ isə 221.517,45 manat əsas borc və 56.942,26 manat faiz borcu müəyyən edilmişdir. Adi hesablama üzrə həmin məbləğlərin işin 21–ci vərəqindəki ödəniş cədvəlindəki nəzərdə tutulan cəmi 320.000 manat borcdan çox olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi müqavilənin bitmə tarixinə qədər olan borc məbləğinin müəyyən edilməsi üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsa da, həmin şikayətin məzmununda yalnız kredit borcunun məbləğinə aid hissə mübahisələndirilmişdir.Ona görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kredit borcunun məbləğinə aid hissədə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən iddia tələbinin mübahisələndirilməyən digər hissəsinə yenidən hüquqi qiymət verilməməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı m ünasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımında n düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-11555/2019 saylı qətnaməsi borc məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar