Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-849/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx"ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(103)8250/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx"ASC-nin lisenziyası ləğv edilmiş və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(081)1594/2016 saylı qərardadı ilə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 11217.36 ABŞ dolları - bundan 8228.28 ABŞ dolları əsas borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 2989.08 ABŞ dolları borcu və iş üzrə ödənilmiş 30 ABŞ dolları dövlət rüsumunun Cavabdeh tutularaq, Ləğv prosesində olan "xx xx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2009-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 30 avqust 2011-ci il tarixədək illik 30 faiz dərəcəsi ilə 11.650 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********867 saylı, 25.09.2020-ci il tarixli bildiriş məktubunu n göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət əldə edə bilərdi. Cavabdehin kredit üzrə cəmi borcu 11217.36 ABŞ dolları təşkil edir. Bundan 8228.28 ABŞ dolları əsas borcdur. Kredit müqaviləsi b itəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən cavabdehə hesablanmış faiz 2989.08 ABŞ dolları təşkil edir. 4.İddiaçı tələbini sübut etmək üçün 29 noyabr 2009-cu il tarixli, 8-6-******************** saylı kredit müqaviləsi üzrə cavabdehin 03 noyabr 2020-ci il tarixinə yaranmış əsas borcun 8228,28 ABŞ dolları, faiz borcunun 2989,08 ABŞ dolları olmaqla, cəmi 1217,36 ABŞ dolları təşkil etdiyi barədə 11 noyabr 2020-ci il tarixli maliyyə arayışını təqdim etmişdir.
5. Cavabdehin nümayəndəsi (vəkili) birinci instansiya məhkəməsinin iclasında iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2(005)2161/2021 saylı qətnaməsi ilə (hakim A.Novruzova) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən kredit müqaviləsinin və müqaviləyə əlavə - sazişin əsilləri məhkəmə tərəfindən tələb edilməsinə və iclasların qeyd edilən sənədlərin əldə edilməsi məqsədilə təxirə salınmasına baxmayaraq, təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbinin əsasını təşkil edən və tərəflər arasında imzalanan borc müqaviləsinin mövcudluğunu iddiaçı sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə borcun qaytarılması vəzifəsinin cavabdehin üzərinə goyulmasını mümkün hesab etməmiş və iddia ərizəsinin rədd edilməsi qənaətinə gəlmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə t əsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı cavabdehlə 29 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə müqaviləsi bağlandığını və həmin müqavilə üzrə cavabdehin ümumilikdə 11217,36 ABŞ dolları məbləğində borcun olmasını iddia etsə də, iş materiallarına ümumiyyətlə belə bir müqavilə, eləcə də həmin müqavilə münasibətlərinin hansı tarixdə başlanması və ya xitam verilməsini təsdiq edən sübutlar əlavə edilməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 442-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 10.İddiaçı nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarı lmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borcun olması barədə iş materiallarında əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin olmasını əks etdirən hesabdan çıxarışlar, maliyyə arayışı və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Bu sənədlərdən də göründüyü kimi cavabdehlə bank arasında 29 aprel 2009-ci il tarixli ******************** saylı kredit müqaviləsi mövcüd olmuş və həqiqətəndə 11650 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda 11 avqust 2016-cı il tarixində "xxxx" ASC müflis elan edilmişdir, bu zaman kəsimində isə bankın fəaliyyət göstərdiyi inzibati binaların fəaliyyətini dayandırması və sənədlərin daşınması nəticəsində bəzi çatışmazlıqların olması tamamilə mümkün haldır. Buna görə əminliklə demək m ümkündür ki, müvafiq kredit müqaviləsinin aşkar edilməməsi iddia tələbinin əsassız olması mənasını vermir. Müqavilə olmasa müvafiq hesabdan çıxarış və maliyyə arayışında qeyd edilən göstəricilər əks oluna bilməzdi. Eyni zamanda cavabdeh tərəfindən həmin kredit müqaviləsi üzrə hesabdan çıxarışdan da göründüyü kimi dəfələrlə ödəniş olunmuşdur. Belə ki, cavabdeh tərəfindən əsas borc üzrə 3422 ABŞ dolları, faiz borcu üzrə isə 5666 ABŞ dolları ödəniş aparılmışdır. Bununla da cavabdeh kredit müqaviləsi üzrə ödənişlər etməklə iradə ifadəsini göstərərək, bank qarşısında borcu olmasını etiraf etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(103)-8250/2021 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apel lyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi bu mövqeyini onunla izah etmişdir ki, əvvəla, iddiaçı cavabdehlə 29 aprel 2009-cu il tarixdə kredit müqaviləsi bağlandığını iddia etsə də, kredit müqaviləsini, kredit məbləğinin məhz iş üzrə cavabdehə verilməsini və sonuncunun həmin məbləği qəbul etməsini təsdiq edən sənədi (kassa məxaric orderi və s.) iddia ərizəsinə əlavə etməmiş, həmçi nin kredit müqaviləsi üzrə verilməli olan borc məbləğinin hər hansı bank hesabına ödənilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddia ərizəsində kreditin 30 avqust 2011-ci ilədək illik 30 faiz, tərtib etdiyi maliyyə arayışında isə müqavilənin müddətinin 30 avqust 2013-cü ilədək olduğunu göstərir. Belə vəziyyət də kredit müqaviləsinin və müqavilədə qeyd olunan məbləğin həqiqətən cavabdeh tərəfindən qəbul edilməsini istisna edir. Çünki, iddiaçı müqavilənin hansı müddətdə bağlandığını belə özü aydınlaşdıra bilmir.
14. İkincisi, apellyasiya şikayətində təqdim etdiyi 29.04.2009-cu ildən 30.12.2016-cı ilədək olan hesabdan çıxarışda cavabdehin dəfələrlə ödəniş etdiyini göstərsə də və bu hal doğru olsa belə, iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, cavabdeh 30.12.2016-c ı ildə sonuncu ödəniş etmiş olsaydı belə, yenə də həmin tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu 19.03.2021-ci il tarixədək 4 il 3 aya yaxın bir müddət keçmişdir. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə ilə də məhkəməyə müraciət edərək iddianın rədd olunmasını da xahiş etmişdir. Deməli, iddia tələbi əsaslı olsaydı belə, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi də qaçılmaz olacaqdır və iddianın rəddi üçün müstəqil əsas kimi qəbul olunmalı idi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, cavabdehin barəsində tərtib edilmiş maliyyə arayışının, şəxsi hesabından çıxarışın və cavabdeh tərəfindən borcun müəyyən məbləğdə ödənilməsinin onun borclu olmasını təsdiq edən sübut olduğu qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Ma ddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şə rtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlid ir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-nə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kassasiya kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı cavabdehdən “Atrabank" ASC ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2009-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 30 avqust 2011-ci il tarixinədək illik 30 (otuz) faiz dərəcəsi ilə verdiyi borc üzrə 8228.28 ABŞ dolları əsas borcun və kredit müqaviləsinin müddəti bitəndən sonra gecikdirilən müddət üçün hesablanmış 2989.08 ABŞ dolları məbləğdə borcun ödənilməsini tələb edir.
26. Bu tələbin maddi-hüquqi əsasını təşkil edən norma Mülki Məcəllənin 739-cu maddəsidir.
27. İlk növbədə nəzərə alınmalıdır ki, iddiaçı cavabdehlə münasibətlərinin yazılı borc müqaviləsinə əsasən yarandığnı bildirməsinə baxmayaraq, həmin müqaviləni məhkəmələrə təqdim etməmişdir.
28. Bundan başqa, borc müqaviləsi konsensual müqavilədir. Bu müqavilə üçün xarakterik hal kreditorun borc vermə öhdəliyinin olmasıdır. Borcalanın borcu qaytarmaq öhdəliyi yalnız pulun ona verilməsindən sonra yaranır.
29. İddiaçı pulun cavabdehə verilməsi barədə sübutu da məhkəməyə təqdim etməmiş dir. Halbuki, “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarına əsasən, nağd pulu məxaric etmək üçün Kredit təşkilatlarında məxaric kassaları yaradılır. Nağd pulun məxarici “pul çekləri”nə (əlavə 6) və kassa məxaric orderinə (əlavə 17) əsasən həyata keçirilir (7.1 və 7.2-ci bəndlər). Kredit təşkilatlarında nağd pulun və qiymətlilərin uçotu “Pul saxlanan yerdə olan nağd pulun və digər qiymətlilərin uçotu kitabı”nda (əlavə 15) aparılmalıdır. Bu kitab səhifələnməli, qaytanlanmalı, kredit təşkilatının rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və möhürlənməlidir. Kitabda nağd pulun və digər qiymətlilərin qalıqları və kassa dövriyyəsi barədə məlumat əməliyyat gününün sonunda qeyd olunmalı və açarları olan şəxslər tərəfindən imza ilə təsdiq olunmalıdır (14.1-ci bənd).
30. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
31. Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
32. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin ) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
33. Kassatorun cavabdehin borc öhdəliyi barədə tərtib olunmuş maliyyə arayışının, şəxsi hesabından çıxarışın və cavabdeh tərəfindən borcun müəyyən məbləğdə ödənilməsinin onun borclu olmasını təsdiq edən sübut olduğu ba rədə dəlilləri əsassızdır. Çünki hər bir halda maliyyə arayışının, şəxsi hesabdan çıxarışın və cavabdeh tərəfindən borcun müəyyən məbləğinin ödənilməsi barədə məlumatların əsasında borcun verilməsi barədə sübutlar və yazılı müqavilə durmalıdır ki, bu cür sübutlar iddiaçı tərəfindən təqdim olunmamışdır.
34. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(103)8250/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.