Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-850/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3118/2024 nömrəli 8 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı əməkdaşları tərəfindən ünvan 1 ünvanında quraşdırılmış istehlakçısı (abonenti) Aydın Məmmədov olan qaz sayğacına xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 199,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsas ında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504,0 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669,6 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2203,20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, cəmi 11133,18 manat məbləğində borc hesablanmışdır.
2. İddiaçının Bakı Regional Qazın Satışı Departamenti ilə Cavabdeh arasında eyni ünvanda quraşdırılmış qaz sayğacına dair “Qaz paylayıcısı ilə məişət q az qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır.
3. Həmin müqaviləyə əsasən cavabdehə məxsus evi təbii qazla təchiz edilir. Qeyd olunan ünvana **********00081 nömrəli abonent kodu verilmiş, ünvanda “Zenner G-4T” markalı, **********162 nömrəli smart qaz sayğacı quraşdırılmışdır.
4. İşdə olan “Abonentin saldosundan” və “Gasrep” proqramından edilmiş çıxarışdan görünür ki, verilən qaz xətti üzrə **********00081 sayla qeydiyyata alınmış abonent koduna 2022-ci ilin avqust ayınadək ümumilikdə 11.333,18 manat zərər hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə 11.133,18 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 124 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində cə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir.
7. Cavabdeh iddianı qismən qəbul edərək, bildirmişdir ki, hazırda yaşadığı ünvana sayğac təxminən 1 il əvvəl quraşdırılıb, həmin vaxta qədər qazdan sayğacsız istifadə edilib. Ünvandakı ev atalığına məxsus olub, evdə atalığı və analığı yaşayıb. Özü uzun müddət həmin evdə yaşamayıb, abunə kodunu adına keçirəndən sonra hesablanmış cərimələr barədə məlumat alıb. Ünvanda PQ4, QSSQ və qış aylarında istifadə olunan dəmir soba olub. Aktlarda qeyd olunan məbləğlər şişirdilib.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-223/23 nömrəli 4 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən təmin edilmiş, cavabdehdən 1710 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 18,60 manat olmaqla, ümumilikdə 1728,60 manat pulun t utularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun 105,4 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də, həmin aktlara ayrıayrılıqda hesablama aktlar üzrə orta günlük iş rejimi 24 saat, 18 saat, 10 saat və 4 saat olmaqla müxtəlif qaydada hesablanmışdır. Halbuki, həmin aktların 17 ədədi yaz-yay aylarında təbii qazdan sayğacdan kənar qaz xəttindən istifadəyə görə, 14 akt isə qış aylarında istifadəyə görə hesablanmışdır. İşdən görünür ki, istehlakçıya məxsus evdə yazyay aylarında 1 ədəd PQ-4 və QSSQ-dən (samovar), qış aylarında isə əlavə olaraq dəmir sobadan istifadə olunmuşdur. Belə olan halda yaz-yay aylarında itirilmiş təbii qazın dəyərinin 17 akt üzrə bir ədəd PQ-4 qaz sobası və QSSQ-ə (samovar) görə 324 kub metr (1.2x4x30=144, 1.5x4x30=180), qış aylarında itirilmiş təbii qazın dəyərinin 14 akt üzrə bir ədəd PQ-4 qaz sobası, QSSQ-ə (samovar) və dəmir sobaya görə 828 kub metr (1.2x4x30=144, 1.5x4x30=180,1.4x12x30=504) olmaqla hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə yaz-yay ayları üçün tərtib olunmuş 17 aktın hər biri üzrə 32,4 manat hesablanmaqla 550,80 manat (17 x 32,4), qış ayları üçün tərtib olunmuş 14 aktın hər biri üzrə 82,8 manat hesablanmaqla 1159,2 manat (14 x 82,8), cəmi 1710,0 manat məbləğində borcun cavabdehə hesablanmasını ədalətli və ağlabatan hesab etmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5 və 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması, eyni zamanda da sayğaca müdaxilə etməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkd aşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6143/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək, iddianın təmin olunmasını xahiş etmişdir.
16. Kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əldə etdiyi təbii qaz iddiaçının mülkiyyətidir, iddiaçının qazı müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyriqanuni əldə etməsinə və vicdansız sahib olmasına baxmayaraq, məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Həmçinin məhkəmələr öz mövqelərini ziddiyyətli dəlillərlə əsaslandırmış, dəymiş ziyanın məbləğini mülahizələr əsasında hesablamışlar. Halbukı iş materiallarından açıq-aydın görünür ki, iddiaçı cavabdehin qeyri-qanuni əməlini və ya dəymiş ziyanını aktlar əsasında təsdiq və təsbit etmiş, məhkəmə isə mülkiyyətçiyə və ya dövlətə dəymiş ziyanı deyil, vətəndaş məmnunluğu əsas götürmüş, ekspertiza təyin etməmiş, yaxud yerində müayinə aparmamışdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasını n 2(102)-693/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Abiddin Hüseynov (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Zəki Babayev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi orta sərfiyyatla bağlı gəldiyi qənaəti heç bir normativ akta istinadla əsaslandırmamış, müvafiq dövr (fəsil) üçün müəyyən edilən sərfiyyat həcminin hesablanma mənbəyini göstərməmiş, sadəcə bu cür hesablamanı öz mülahizəsi əsasında ədalətli və ağlabatan hesab etmişdir. Halbuki bu cür yanaşma məhkəmə aktlarının əsaslandırılması ilə bağlı prosessual qanunvericiliyin maddələrinə uyğu n hesab oluna bilməz. Eyni zamanda birinci instansiya məhkəməsi mübahisəli dövr ərzində cavabdehin yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etdiyi barədə gəldiyi qənaəti də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən işdə olan sübutlara və onlara tətbiq edilməli olan normativ hüquqi aktlara istinadla əsaslandırmamış, cavabdehin dəlilləri üzrə hər hansı araşdırma aparmamış, cavabdehlə iddiaçı arasında eyni ünvanda qazın alqı-satqısı barədə müqavilə xx.xx.2022-ci il tarixdə bağlandığı halda, xx.xx.2019-xx.xx.2022-ci il tarixlərində abonent (cavabdehin mərhum atası, 2016-cı ildə vəfat edib) Aydın Məmmədovun adına tərtib edilmiş 31 akt üzrə cavabdehin mülki hüquqi məsuliyyətinin hansı əsaslarla yarandığı barədə mövqeyini tətbiq edilməli olan maddi hü quq normalarına istinadla əsaslandırmamışdır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 6-ci bəndinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli 9/5801 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, itirilmiş təbii qaz sərfiyyatına görə borcun məbləği 2019-cu il üzrə 852,80 manat, 2020-ci il üzrə 2.314,40 manat, 2021-ci il üzrə 3.590,60 manat, 2022-ci il üzrə 1.534 manat, ümumilikdə isə 8.291,80 manat müəyyən edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər–Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) 2(103)3118/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilərək, cavabdeh X1 4.552,12 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməsi, iddia tələbinin qalna hissədə təmin edilməməsi qət edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar Məhkəməyə təqdim edilmədiyi üçün həmin aktlar əsasında hesablanmış cəm i (194,40 + 194,40 + 295,20 + 295,20 + 194,40 +2.203,20 =) 3.376 manat pulun tutulması hissəsində iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Bundan başqa, Məhkəmə, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat ziyan hesablanmasını da əsaslı hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanunu ilə “Qaz təchizatı haqqında” Qanuna 13.8-1-ci maddə əlavə edilmiş və qeyd olunan maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçı Birlik tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt “Qaz təchizatı haqqında” Qanuna qeyd edilən dəyişiklikdən sonra tərtib edilmişdir. Bu baxımdan, həmin akta (iddianın təmin edilməyən hissəsi üzrə) “Qaz təchizatı haqqında” Qanuna edilən dəyişiklik kontekstində qiymət verməli dir. İddiaçı Birlik tərəfindən həmin Qanunun 13.8-1-ci maddəsində qeyd edilən hərəkətlərin edilməsi, habelə istehlakçının qazın talanmasında təqsirli olması barədə inzibati xəta və ya cinayət təqibi orqanlarının qərarının olması müəyyən olunmamışdır. Belə olan halda, qaz paylayıcısının həmin akt əsasında vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməsi üçün əsas yoxdur. Odur ki, iddiaçı Birlik tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 362,88 manat ziyanın əvəzinin cavabdehdən tutulması ilə bağlı iddia tələbi də əsassızdır.
23. İddianın qalan hissəsi ilə bağlı Məhkəmə qeyd etmişdir ki, cavabdeh həqiqətən də aktların tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, lakin evdə daimi yaşamadığını, evdə 1 ədə d PQ4 qaz sobası bir ədəd QSSQ (samovar) və bir ədəd dəmir soba olduğunu, akt üzrə dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, cavabdeh təbii qazdan qeyri-qanuni istifadə edilməsini qəbul etməklə iddiaçını bu hissədə sübutetmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır.
24. Məhkəmə hesab etmişdir ki, iddiaçı Birlik tərəfindən aktlar cavabdehin deyil, Aydın Məmmədovun adına tərtib edilmiş olsa belə, “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə cavabdehlə bağlandığından, cavabdeh tərəfindən qazdan qeyri-qanuni istifadənin başqa şəxs tərəfindən həyata keçirildiyini təsdiq edən sübutlar təqdim edilmədiyindən, iddiaçı Birlik ona vurulmuş ziyanın əvəzini məhz ca vabdehdən tələb etməkdə haqlıdır. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı Birlik tərəfindən cavabdehin hüquqazidd davranışı nəticəsində ona vurulmuş ziyanın məbləği düzgün hesablanmamışdır. Ekspert rəyi ilə müəyyən edilmiş 8.291,80 manatdan xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış cəmi 3.376,80 manat və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 362,88 manat çıxıldıqda cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan vəsaitin miqdarının (8.291,80 – 3.376,80 – 362,88 =) 4.552,12 manat təşkil etdiyi müəyyən edilir.
25. Məhkəmə öz mövqeyini Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkil- Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3118/2024 saylı qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin təmin olunmayan hissədə də təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da məlum olduğu kimi tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir. Qeyd olunan maddi hüquq normalarının və tərəflər arasında imzalan mış müqavilənin şərtlərinə əsasən təbii qazdan istifadəyə görə yaranmış borc məbləği istehlakçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini nəzərə almamış, cavabdeh tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində iddiaçı təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğinin ödənilməsinə dair iddia tələbini əsassız olaraq tam təmin etməmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək cavabdeh tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir.
28. Apellyasiya instansiya məhkəməsi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, İddiaçı İB-n in əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçıya məxsus ünvanda qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilmişdir (iş materiallarında vardır). Cavabdeh tərəfin qanunsuz çəkdiyi qaz xətti İddiaçı İB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbna mələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent hesabına onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamə, abonent saldosu) cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Bildirmək istəyirlər ki, İddiaçı İB-nin əməkdaşları tərəfində n tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətn amə qəbul etmişdir.
29. İddia tələbləri tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdikləri halda apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti qismən təmin etmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq qanunsuz qətnamə qəbul etmişdir.
30. Apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə ki, tərəflərindən təqdim edilmiş sübutlar (akt, fotoşəkillər, tələbnamələr, abonent saldosu) iddia tələbimizin əsaslı olduğunu sübut edir. Həmçinin cavabdehə məxsus ünvanda təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə halla rı aşkar edilən zaman çəkilmiş fotoşəkillər tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəkillərdən də açıqaşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Xüsusilə də apellyasiya instansiya məhkəməsi tərəfindən iş materiallarında olan aktlara və ekspert rəyinə düzgün hüquqi qiymət verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 9/5801 №-li ekspert rəyində göstərilmişdir ki, mübahisələndirilən dövrdə itirilmiş təbii qaz sərfiyyatına görə borcun cəmi məbləği 8291,80 manat müəyyən edilmişdir. Həmçinin qeyd olunan ekspert rəyində iddia ərizəsində göstərilən hər akt üzrə ayrıca hesablama aparılmışdır. Apellyasiya instansiya məhkəməsi də həmin ekspert rəyini əsas götürərək işə baxmış, lakin qətnamədə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar iş materiallarında mövcud deyil. Bu səbəbdən də həmin aktlar üzrə İddiaçı İB tərəfindən hesablanmış cəmi 3376,80 manat məbləği ekspert rəyinə əsasən müəyyən edilmiş ümumi 8291,80 manatdan çıxmış və iddia tələbini qismən, yəni 4552,12 manat hissədə təmin etmişdir. Apellyasiya məhkəməsinin bu mövqeyi ilə bağlı ilk öncə onu bildiririk ki, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli aktlar tərəfimizdən xx.xx.2022-ci il tarixində işə birinci instansiya məhkəməsində baxılan zaman elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş, digər xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlar isə məhkəmə iclasında birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Digər tərəfdən isə həmin aktlar üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə əlaqdar olaraq ekspert tərəfindən rəy verilmişdir. Əgər həmin aktlar iş materiallarında mövcud olmasa idi ekspert tərəfindən rəy verilməsi də mümkün olmazdı. Bundan əlavə əgər hətta hesab etsək ki belə həmin aktlar iş materiallarında yoxdur, bu zaman da işə baxan məhkəmə yenə də pozuntuya yol vermiş və ekspert tərəfindən hesablanmış ümumi məbləğdən həmin aktlar üzrə ekspertin hesabladığı məbləği deyil, İddiaçı İB-nin mütəxəssisləri tərəfindən hesablanmış məbləği çıxmışdır. Bununla da məhkəmə kobud prosessual pozuntuya yol vermişdir. Belə ki, məhkəmə İddiaçı İB-nin mütəxəssisləri tərəfindən aparılmış hesabatı əsaslı hesab etmədiyi üçün ekspertiza təyin etmiş, lakin iddia tələbi üzrə qərar qəbul edərkən təmin olunmayan aktlara münasibətdə Birliyin mütəxəssisləri tərəfindən hesablanmış məbləği ekspert tərəfindən müəyyən edilmiş ümumi məbləğdən çıxmışdır. Yuxarıda qeyd edilənlər, iş materiallarında yer almış və tərəflərindən təqdim olunmuş sübutlar apellyasiya şikayətinin əsaslı olmasını təsdiq etdiyi halda apellyasiya instansiya məhkəməsi səhv nəticəyə gələrək şikayəti qismən təmin etmişdir.
31. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 386, 1096, 1097.1, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 və 6.5-ci bəndlərinə, Azərbaycan Respublikasının MPM-in 76, 77, 88, 217.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunun
36. Maddə
29. Enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun
37. Maddə 13. 8-1. Qan unsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
38. Maddə 21.
1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəy yən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
39. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
40. Bənd 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5- ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan im tina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
41. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin təmin olunmayan hissədə də təmin edilməsinə dair mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
53. Belə ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020 -ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar iş materiallarında mövcud deyil, həmin sübutlar iddiaçı Birlik tərəfindən məhkəməyə təqdim edilməmişdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli aktlar iş materiallarında və “Elektron məhkəmə” informasiya sistemində mövcuddur.Lakin apellyasiya məhkəməsi həmin aktlara hüquqi qiymət verməmiş, Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş “işin hərtərəfli, tam və obyektiv tədqiqi” prinsipinin tələbini pozmuşdur.
55. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən edilmiş 8.291,80 manatdan xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ** ***** saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış cəmi 3.376,80 manat və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 362,88 manat çıxıldıqda cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan vəsaitin miqdarının (8.291,80 – 3.376,80 – 362,88 =) 4.552,12 manat təşkil etdiyi müəyyən edilir.
56. Məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə ziyan əvəzinin cavabdehdən tutulmalı olmaması barədə əsaslandırma ilə razılaşsa da, ekspert rəyi əsasında müəyyənləşdirilmiş ziyan məbləğindən çıxılmalı olan həm həmin akt üzrə, həm də iddiaçının məhkəməyə təqdim etmədiyi bildirilən aktlar görə məbləğlərə dair hissə ilə razılaşmır.
57. Belə ki, apellyasiya m əhkəməsi mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyi ilə müəyyənləşdirilən ümumi məbləğdən iddia ərizəsində qeyd edilmiş müvafiq aktlara görə hesablanmış məbləğləri çıxmış, lakin ekspert rəyi ilə müəyyənləşdirilmiş ümumi məbləğdən nəyə görə həmin aktlara görə ekspert rəyi ilə müəyyənləşdirilmiş məbləğləri deyil, iddia ərizəsində göstərilən məbləğləri çıxdığını əsaslandırmamışdır.
58. Göründüyü kimi apellyasiya məhkəməsinin iddianın təmin edilməyən hissəsində sübutlara qiymət verməsi Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə tam cavab vermir.
59. Apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməyən hissəsində yol verdiyi prosessual hüquq normalarının pozuntusu həmin hissədə maddi hüquq normalarının da düzgün tətbiq edildiyi qənaətinə gəlməyə imkan vermir.
60. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
61. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
62. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydı nlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
63. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, s übutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
64. Yuxarıda qeyd edilənlərə görə də İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 oktyabr 2024-cü il tarixli 2(103)-3118/2024 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə həmin hissədə apellyasiya məhkəməsi tərəfindən yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmalı, maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul ed ilməlidir.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 oktyabr 2024-cü il tarixli 2(103)-3118/2024 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.