Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-851/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X1 ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X5nə və Cavabdeh2 qarşı “avtomobilə dəymiş ziyanın tam ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli 2(103)-9770/2019 nömrəli qətnaməsindən cavabdeh X5 və vəkili X5tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Nə simi rayon Məhkəməsinə müraciət edərək, avtomobilə dəymiş ziyana görə 41363 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)-125/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X5ndən İddiaçı xeyrinə 15000 manat məbləğində pul vəsaitinin tutulması, cavabdeh Cavabdeh2 İddiaçı xeyrinə 12587 manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 120 manat məbləğində pul vəsaitinin cavabdehlər X5ndən, Cavabdeh2 tutularaq Dövlət büdcəsinə köçürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul un X5ndən, Cavabdeh2 alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Xəyalə Cəmilova, hakimlər İlham Kərimli və Abiddin Hüseynov) xx xxxxxxxx 2019-cu il tarixli 2(103)9770/2019 saylı qətnaməsi ilə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-125/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən iddianın cavabdeh X5nə qarşı təmin olunmuş hissədə dəyişdirilmiş, cavabdeh X5ndən İddiaçı xeyrinə 14650 manat məbləğində pul tutulmuşdur. Cavabdeh X5 və vəkili X5kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-9770/2019 nömrəli qətnaməsin in ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı sığorta ödənişinin məbləğini düzgün hesablanmayaraq qüvvədə olan qanunvericiliyin tələblərini pozaraq ədalətli nəticəyə gəlməmişdir. Prosessual məsələlər: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyas ı məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Lexus LX570 minik markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobil 40000 manat məbləğində sığortalanmış, sığorta məbləği isə 20000 manat (50 faizi) müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixi 340 saylı qüsur aktına əsasən “Lexus LX 570” minik markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyişdirilməsi və təmir işlərinin görülməsi üçün hesablanmış yekun məbləğ 44663 manat təşkil etmişdir. Ödəniş qəbzlərinə görə “xxxx” SŞ ASC tərəfindən İddiaçı xeyrinə 3300 manat məbləğində ödəniş edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməs i tərəfindən avtomobilə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin edilmiş və verilmiş ekspert rəyindən müəyyən edilmişdi ki, (xx.xx.2017-ci il tarixdə tərtib edilmiş qüsur aktı) 2011-ci il buraxılışlı, Lexus LX 570 markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə təxminən 30887 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti 25.087 manat, təmir-bərpa işlərinin qiyməti 5800 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarının işin hallarına tətbiqini düzgün hesab etsə də, cavabdeh X5ndən 15000 manat sığorta ödənişinin tutulması ilə qismən razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sığorta şəhadət naməsinə əsasən nəqliyyat vasitəsinin dəyərinin 40000 manat, sığorta məbləğinin isə 20000 manat müəyyən edilməsi həmin avtomobilin 50% həddində sığortalanması kimi qəbul edilməməlidir. Belə ki, iddiaçının istinad etdiyi Mülki Məcəllənin 896.1-ci maddəsində nəzərdə tutulan “qismən sığorta” barədə hər hansı müddəa sığorta şəhadətnaməsində öz əksini tapmamışdır. Bundan əlavə, sığorta şəhadətnaməsinin adından da görünür ki, həmin şəhadətnamə “avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə” verilmiş və onda “sığorta məbləği” kimi qeyd olunan 20000 manat avtomobilin dəyərinin 50%-i məbləğində, yəni qismən sığortalanması kimi deyil, sığorta hadisəsi nəticəsində dəymiş zərərə münasibətdə sığortaçının sığortalıya ödəyəcəyi məbləğin son həddi kimi başa düşülməlidir, başqa sözlə desək, həmin sı ğorta şəhadətnaməsi ilə sığortaçının sığortalıya maksimal olaraq ödəyəcəyi məbləğin 20000 manat olması müəyyənləşdirilmişdir. Bundan başqa sığorta şəhadətnaməsinə əsasən nəqliyyat vasitəsinin dəyəri 40000 manat, sığorta məbləği 20000 manat olmaqla yanaşı, franşiza 350 manat müəyyən edilmişdir. Lakin işə baxmış məhkəmə sığorta şirkətindən sığorta ödənişinin tutulması qənaətinə gələrkən həmin franşiza məbləğini nəzərə almamışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin “franşiza məbləğinin nəzərə alınmaması” ilə bağlı dəlili əsaslı olduğundan təmin edilməli və sığorta şirkətindən iddiaçının xeyrinə tutulmalı olan məbləğ həmin 350 manat məbləğində franşiza da nəzərə alınmaqla, 14650 manat (15000 manat – 350 manat franşiza) müəyyən edilməlidir. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 896.1-ci maddəsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə mü vafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmiş, cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu təmin etmiş, nəticədə düzgün qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etdiyini və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən verilmiş qiymətlə razılaşaraq hesab edir ki, həmin dəlillər əsassızdır, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təm in olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-9770/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-851/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-851/2020
17.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver