Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-852/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddiası üzrə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, cavabdehin vəkili Vəkil Allahyar oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2552/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayə ti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus 3 saylı yanacaq doldurma məntəqəsinə və məntəqənin yerləşdiyi 2986.3 kv.m torpaq sahəsinə DƏDRX-nin Qax rayon şöbəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına göstərilən maneələrin aradan qaldırılması və DƏDRX-nin Qax rayon şöbəsinin əməkdaşları tərəfindən məcburi ölçmə işlərinin aparılmasının təmin edilməsini xahiş etmişdir.
2. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında guya ona məxsus 3 sa ylı yanacaq doldurma məntəqəsinin yerləşdiyi 2986.3 kv.m torpaq sahəsinə DƏDRX-nin Qax rayon şöbəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına göstərilən maneələrin aradan qaldırılması tələbinə dair” əsassız iddiasının rədd edilməsi və keçmiş yanacaq doldurma məntəqəsinin bazasında fəaliyyət növünü dəyişərək yenidən təşkil edilmiş “xxxx” MMC-nin (obyektin) binasına, əldə etmə müddəti nəzərə alınaraq (Azərb. Resp. MM, maddə-179), MMC-nin mülkiyyət hüququnun tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Qax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(024)-275/2019 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) ilk iddia təmin edilmiş, Cavabdeh tərəfindən 3 saylı yanacaq doldurma məntəqəsinə və məntəqənin yerləşdiyi 2986.3 kv.m torpaq sahəsinə DƏDRX-nin Qax rayon şöbəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına göstərilən maneələrin aradan qaldırılması və DƏDRX-nin Qax rayon şöbəsinin əməkdaşları tərəfindən məcburi ölçmə işlərinin aparılmasının təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
4. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2552/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və İnşallah Quliyev) iş üzrə Qax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(024)-275/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxla nılmış, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
6. Həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2552/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)2552/2019 nömrəli qərardadı ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(107)2552/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığına və vəkilin orderi əlavə edilmədiyinə görə geri qaytarılmışdır.
8. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinə müraciət edərək iş üzrə kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-2552/2019 nömrəli qərardadı ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Gündüz Abbasov) Cavabdeh Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə vəsatəti təmin olunmamışdır.
9. Cavabdeh təkrarən xx.xx.2020-ci ildə kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2552/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəm əsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)2552/2019 nömrəli qərardadı ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(107)2552/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığına və vəkilin orderi əlavə edilmədiyinə, həmçinin müddət buraxılmaqla verildiyinə görə geri qaytarılmışdır. 11. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli, 2(107)-2552/2019 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərp a edilməsi barədə ərizə vermiş, həmin ərizəyə Cavabdeh və onun vəkili Vəkil Allahyar oğlunun kassasiya şikayəti əlavə edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnaməni xx.xx.2019-cu ildə almış, onun dövlət hesabına vəkil təyin edilməsi barədə ərizəsi təmin edilməmiş, bundan sonra Koronovirus pandemiyası ilə əlaqədar karantin elan olunduğundan və Bakı şəhərində fəaliyyət göstərən vəkillə müqavilə bağlamağa uzun müddət sərf olunduğundan kassasiya şikayəti verilməsi müddəti ondan asılı olmayan səbəblərdən buraxılmışdır.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2(107)2552/2019 nömrəli qərardadı ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(107)2552/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təmin edilməyərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2552/2019 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil Allahyar oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salama tlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xx xxxx 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmişdir.
14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Koronovirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020-ci il tarixli, 124 nömrəli qərarı ilə Koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə xx xxxxx 2020-ci il tarixli, 144 nömrəli q ərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılmışdır.
16. Göründüyü kimi x xxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiqində müəyyən yumuşalmalar olmuş, bir sıra rayonlarda o cümlədən Şəki və Qax rayonlarında xüsusi karantin rejimi götürülmüşdür. Lakin həmin tarixdən xx xxxx 2020-ci ilə kimi cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1, 130.1, 133.1, 133.3, 133.4, 133.5, 408.1.4-cü maddələrinin tələblərinə ist inad edərək əsaslandırmışdır.
18. Həmin qərardaddan narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və işə kassasiya qaydasında baxılmaq üçün buraxılmış müddətin üzrlü hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli qərardadla onun dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilməmişdir. Həmin müddətdə ölkə ərazisində karantin rejimi qüvvədə olduğu üçün Bakı şəhərində fəaliyyət göstərən vəkillə müqavilə bağlayıb, kassasiya şikayəti verə bilməmiş, xx.xx.2020-ci ildə vəkil orderi əldə edib, müddətin buraxılması barədə ərizə ilə birlikdə kassasiya şikayətini məhkəməyə təqdim etmiş və bu zaman cəmi 2 gün buraxdığı müddəti məhkəmə bərpa etməmişdir. Buraxılmış müddətin bərpa edilməsi üçün verilmiş ərizəni təmin etməməklə apellyasiya məhkəməsi onun hüquqlarına hörmətlə yanaşmamış, mülki mübahisənin kassasiya qaydasında həll edilməsi imkanı əlindən çıxmışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdehin vəkili Qadaşlı X1 Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)2552/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
21. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
23. Maddə 4 07.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
24. Maddə 407.4 Şikayətə vəkilin orderi əlavə olunur.
25. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
26. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
27. Maddə 408.1.3 Kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır.
28. Maddə 408.1.4 Kassasiya şi kayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
29. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
31. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2552/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin surəti Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, o, lazımi qaydada tərtib edilmiş kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verməmiş və üzrsüz səbəbdən kassasiya şikayəti vermə müddətini ötürmüşdür.
32. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərardadla kassasiya şikayətinin vəkil tərəfindən imzalanması və vəkil orderinin təqdim edilməsinin cavabdehə izah edilməsinə, həmçinin cavabdehin dövlət hesabına ona vəkil təyin edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə xx.xx.2020-ci il tarixli qərardadı xx.xx.2020-ci il tarixdə almasına baxmayaraq, cavabdeh xx.xx.2020-ci ildə təkrarən vəkil tərəfindən imzalanmamış kassasiya şikayəti vermiş və yalnız həmin kassasiya şikayəti qaytarıldıqdan sonra vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti və müddətin bərpasına dair əriz ə vermişdir.
33. Həmin müddətdə ölkə ərazisində pandemiya ilə bağlı xüsusi karantin rejiminin mövcud olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə xx xxxxx 2020-ci il tarixli, 144 nömrəli qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılsa da, x xxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiqində müəyyən yumuşalmalar olmuş, bir sıra rayonlarda, o cümlədən Şəki v ə Qax rayonlarında xüsusi karantin rejimi götürülmüşdür.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmadığından apellyasiya instansiya məhkəməsi haqlı olaraq, kassasiya şikayətini geri qaytarmışdır.
35. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2552/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.