Məhkəmə qərarları › İş №2(102)-853/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-853/2019

20.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-853/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” X8 Səhmdar Cəmiyyətinin vəkili Vəkil2, Cavabdeh1 vəkili Vəkil3, Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” KB ASC-yə qarşı əlavə kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2886/18 saylı, 30 avqust 2018-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı “xxxx” X8 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı “xxxx” X8 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 17.11.2014-cü il tarixli 030 mk/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.11.2014-cü il tarixli 030 mk1/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 86.859,00 ABŞ dolları, faiz borcu üzrə 12.997,39 ABŞ dolları, cərimə borcu üzrə 1.667,93 ABŞ dolları, cəmi 101.524,32 ABŞ d olları borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsində yerləşən 0,0325 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 109 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 20.11.2014-cü il tarixli 030 mk1/14 əlavə kredit müqaviləsi üzrə 101.524,32 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 120.000,00 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsində yerləşən 0,0325 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 109 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və ipoteka predmeti satıldıqda, ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” KB ASC-yə qarşı əlavə kredit müqaviləsinin etibarsız hesab olunması tələbi ilə iddia qaldıraraq, onunla “xxxx” ASC arasında 17.11. 2014-cü il tarixli 030mk/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.11.2014-cü il tarixli 030mk1/14 saylı əlavə kredit müqaviləsinin etibarsız hesab edilməsi, əsas kredit məbləği üzrə qalıq borcun müqaviləyə əsasən müəyyənləşdirilmiş faiz dərəcəsinə (16%) uyğun olaraq müqavilə üzrə kreditin qaytarılma müddəti əsas götürülməklə 17.11.2019-cu il tarixədək olan dövr üçün kredit müqaviləsinin bağlandığı gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş manatın ABŞ dollarına məzənnəsi əsas götürülməklə Azərbaycan manatı ilə ifadə edilmiş annuitet ödəniş qaydasında geri ödənilməsinə dair onunla yeni kredit müqaviləsinin bağlanmasına, kreditin qaytarılması üzrə yeni qrafikin təqdim edilməsi barədə “xxxx” ASCnin üzərinə öhdəlik qoyulmasına dair qətnamə çıxarılm asını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim A.Eyvazov) 26 aprel 2018-ci il tarixli 2(044)-1193/2018 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” KB ASC-nin özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ilə “xxxx” ASC arasında 17.11.2014-cü il tarixli 030mk/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.11.2014-cü il tarixli 030mk1/14 saylı əlavə kredit müqaviləsinin etibarsız hesab edilməsi, əsas kredit məbləği üzrə qalıq borcun müqaviləyə əsasən müəyyənləşdirilmiş faiz dərəcəsinə (16%) uyğun olaraq müqavilə üzrə kreditin qaytarılma müddəti əsas götürülməklə 17.11.2019-cu il tarixədək olan dövr üçün kredit müqaviləsinin bağlandığı gün üçün Azə rbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş manatın ABŞ dollarına məzənnəsi əsas götürülməklə Azərbaycan manatı ilə ifadə edilmiş (annuitet ödəniş qaydasında) Cavabdeh1 ilə yeni kredit müqaviləsinin bağlanması və kreditin qaytarılması üzrə yeni qrafikin təqdim edilməsi öhdəliyinin “xxxx” KB ASC-yə həvalə edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx” KB ASC-dən tutularaq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə) 2(104)-2886/18 saylı, 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” X8 Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(044)-1193/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İlkin iddia üzrə iddiaçı “xxxx” X8 Səhmdar Cəmiyyəti və vəkili Vəkil4 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2886/18 saylı, 30 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv edilməlidir. Belə ki, tərəflər əsas kredit müqaviləsinin istinad olunan bəndlərində kreditin faizi, təyinatı, ödənişi və digər şərtlərinin, o cümlədən fərqli valyutada verilməsinin əlavə kredit müqaviləsi ilə tənzimlənməsinə dair razılığa gəlmişlər. Tərəflər arasında bağlanmış 20.11.2014-cü il tarixli 030mk-l/14 №-li əlav ə kredit müqaviləsinə görə bank cavabdehə 60 ay müddətinə, 17.11.2019-cu ilədək illik 16% ödəmək şərtilə 125 000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh bu müqaviləni imzalamaqla və krediti məhz ABŞ dolları ilə almaqla həmin müqavilədə kreditin valyutasının dəyişdirilməsinə razı olduğunu təsdiq etmişdir. Əlavə kredit müqaviləsi üzrə cavabdehə verilən kreditin məbləği və müddəti əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müvafiq limitləri aşmır. Yəni müqavilənin şərtlərinə bank tərəfindən riayət olunmuşdur. Cavabdeh əlavə kredit müqaviləsindən məlumatsız olduğunu, müqavilənin çoxsaylı bank sənədləri arasında xəbəri olmadan ona imza etdirildiyi, yaxud əvəzindən başqasının imzaladığını göstərsə, məhkəmə onun bu dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Halbuki, tərəflərin qarş ılıqlı razılığı əsasında 18.03.2016, 30.08.2016 və 26.04.2017-ci ildə əlavə kredit müqavilələrinə dəyişiklik edilməsi haqqında sazişlər imzalanmışdır. Bank əsas kredit müqaviləsi çərçivəsində məhz əlavə kredit müqaviləsi bağlamaqla cavabdehə 125.000 ABŞ dolları məbləğində kredit vermiş, cavabdeh də məhz 125.000 ABŞ dolları məbləğində krediti bankdan almış və bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə uyğun olaraq tərəflər arasında öhdəlik yaranmışdır. Həmin öhdəliyə əsasən borclu əlavə kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə bunu nəzərə almamış, yalnız əlavə kredit müqaviləsində göstərilən kredit valyutasının əsas kredit müqaviləsinə uyğun gəlmədiyinə əsaslanaraq bankın i ddiasını təmin etməmişdir ki, bu nəticə də qanuni və əsaslı sayıla bilməz. Bundan başqa, kreditin manatla qaytarılması iddianın əsaslılığına təsir göstərmir. Belə ki, manat ölkə ərazisində qanuni ödəniş vasitəsi olduğu üçün xarici valyutada verilmiş kreditin qaytarılması üçün də istifadə oluna bilər. Bu zaman manatla ödənilən məbləğ xarici valyutaya konvertasiya olunaraq həmin valyutada olan kreditin ödənilməsinə yönəldilir. Birinci instansiya məhkəməsi və onun gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi etibarsız saydıqları əlavə kredit müqaviləsini Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydaları pozmaqla bağlanmış əqd kimi qiymətləndirsələr də, lakin bu əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş hansı şərtlərinin pozulduğunu və bu pozuntunun nədə ifadə edildiyini qətnamədə əsaslandırmamışlar. Halbuki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 392.1.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Əlavə kredit müqaviləsi bağlanarkən Mülki Məcəllə ilə müəyyənləşdirilmiş hər hansı şərt pozulmamışdır və məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə bir tərəfdən əlavə kredit müqaviləsini etibarsız sayır, digər tərəfdən isə bankın üzərində həmin əlavə kredit müqaviləsində göstərilən faizlə manatla kredit verməyi banka həvalə edir (ziddiyyətli nəticə). Halbuki, tərəflər arasında manatla bağlanmış əsas kredit müqaviləsinin 1.3 bəndi nə görə kredit üzrə illik faiz dərəcəsi əlavə kredit müqaviləsi ilə müəyyən olunur. Əlavə kredit müqaviləsində hansı faiz dərəcəsinin göstərilməsini isə məhkəmə deyil, müqavilə tərəfləri özləri müəyyən edir. Bundan başqa, məhkəmə bankın üzərinə müqavilə bağlamaq vəzifəsi qoymaqla Mülki Məcəllənin 390.3-cü maddəsinin tələblərini pozmuşdur. Bank Cavabdeh1 qarşısında onunla kredit müqaviləsi bağlamaq öhdəliyik götürməyib və Mülki Məcəllədən də belə bir öhdəlik irəli gəlmir. Tərəflər arasında kredit müqaviləsi müqavilə azadlığı prinsipi əsasında 17.11.2014-cü ildə bağlanıb (əsas kredit müqaviləsi) və həmin müqavilədə kreditin hansı qaydada və şərtlərlə veriləcəyi müəyyən edilib. Qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 155.1-ci maddəsinə zidd olaraq işin baxılmasına başlandıqdan sonra, iş üzrə sonuncu məhkəmə iclasının təyin olunduğu 26.04.2018-ci ildə məhkəməyə təqdim edilmişdir. Halbuki, qarşılıqlı iddia ərizəsinin məhkəmə baxışı mərhələsində verilməsi üçün Azərbaycan Respublikası MPM-in 155.2-ci maddəsində göstərilən hal (qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxışının gedişində əmələ gəlməsi) mövcud olmamışdır. Qarşılıqlı iddia ərizəsinin surəti bankın nümayəndəsinə 26.04.2018-ci il tarixli məhkəmə iclasında təqdim edilmiş və elə həmin tarixdə də işə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmışdır. Halbuki əgər qarşılıqı iddia ərizəsi icraata qəbul edilmişdirsə, Azərbaycan Respublikası MPM-in 188.1-ci maddəsinə uyğun olaraq qarşılıqlı iddianın verilməsi ilə əlaqədar işin baxılması təxirə salınmalı idi. Buna görə də 2(104)-2886/2018 saylı mülki i ş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı “xxxx” X8 Səhmdar Cəmiyyətinin vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkili Vəkil3 və Cavabdeh2 vəkili Vəkil1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən etdiyi faktiki hallardan görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.11.2014-cü il tarixli, 030mk/14 nömrəli əsas kredit müqaviləsinə əsasən bank Cavabdeh1 60 ay müddətinə 1.000.000 manat məbləğində 17.11.2019-cu il tarixinədək, bu müqavilə çərçivəsində Əlavə Kredit müqavilələri bağlanılmaqla kredit verməyi öhdəsinə götürmüşdür. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş mü ddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə ləğv edilməmiş və onun bu şərti dəyişdirilməmişdir. “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.11.2014-cü il tarixli 030mki/14 nömrəli ipoteka müqaviləsinə əsasən Bank ilə Cavabdeh1 arasında bağlanmış əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsində yerləşən 0.0325 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 109 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. 17.11.2014-cü il tarixli, 030mk/14 nömrəli əsas kredit müqaviləsi çərçivəsində “xxxx” KB ASC ilə Cavabdeh1 arasınd a bağlanmış 20.11.2014-cü il tarixli 030mk-1/14 nömrəli Əlavə Kredit Müqaviləsinə əsasən bank tərəfindən borcluya 60 ay müddətinə illik 16 faiz ödəmək şərtilə 125.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 337.1, 337.2, 339.1, 390.1, 404.1, 404.2-ci maddələrinə istinad etməklə iş üzrə gəldiyi nəticələri onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 030mk/14 saylı 17.11.2014-cü il tarixli əsas kredit müqaviləsində kreditin Azərbaycan manatı ilə verilməsi razılaşdırılmış, həmin müqavilə ləğv edilməmiş və onun bu şərti dəyişdirilməmişdir. Tərəflər arasında bağlanmış 20.11.2014-cü il tarixli əlavə kredit müqaviləsində də 030mk/14 saylı əsas kredit müqaviləsinə istinad edilərək sazişin həmin müqavil ənin şərtləri əsasında bağlandığı qeyd edilmişdir. Cavabdeh1 Azərbaycan manatı ilə kredit xətti açıldığı halda 20.11.2014-cü il tarixli 030mk-1/14 saylı əlavə kredit müqaviləsində və kreditin qaytarılma qrafikində kreditin məbləği və ödənişlərinin ABŞ dolları ilə göstərilməsi nəticəsində tərəflər arasında bağlanmış 17.11.2014-cü il tarixli 030mk/14 saylı əsas kredit müqaviləsinin şərtləri, o cümlədən iddiaçının hüquqları və mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh1 tərəfindən alınmış kredit üzrə mütəmadi olaraq manatla ödənişlər aparılmış, həmin ödənişlər hər hansı irad bildirilmədən “xxxx” KB ASC tərəfindən qəbul olunmuşdur. Belə olan halda, “xxxx” KB ASC tərəfindən Cavabdeh1 manatla təqdim etdiyi kredit məbləğinə görə ABŞ dollarının hazırkı məzənnəsinə uyğun olaraq ödənişlə r etməsinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də, apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun olmayaraq tərəflərin qarşılıqlı münasibətlərini düzgün əks etdirmədiyindən, eləcə də, iş üzrə maddi və prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 17.11.2014-cü il tarixli əsas kredit müqaviləsinin: - 1.1 bəndinə görə borc verən borc alana 1.000.000 manat məbləğində 60 ay müddətinə, 17.11.2019-cu il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsin də əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. - 1.2 bəndinə görə kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədi və digər şərtləri əlavə kredit müqavilələri ilə tənzimlənir. - 1.3 bəndinə görə bu müqavilə çərçivəsində borcalana verilən kreditlər əlavə kredit müqaviləsinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. Əlavə kredit müqavilələrində onun əsas kredit müqaviləsi çərçivəsində bağlanmasına dair şərt nəzərdə tutulmalıdır. - 1.4 bəndinə əsasən borcverən öz mülahizəsinə əsasən borcalana bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddət ərzində və həmin bənddə müəyyən edilmiş kredit limitindən artıq olmayan məbləğdə dəfələrlə kredit verə və y a kreditin verilməsindən imtina edə bilər. Kredit verildiyi halda, tərəflər arasında bağlanacaq əlavə kredit müqavilələrinin müddəti bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddətdən və borcalanın əlavə kredit müqavilələri üzrə əsas borcunun ümumi məbləği bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş kredit limitindən artıq ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, əsas kredit müqaviləsinin istinad olunan bəndlərində kreditin faizi, təyinatı, ödənişi və digər şərtlərinin əlavə kredit müqaviləsi ilə tənzimlənməsinə dair tərəflər razılığa gəlmiş, cavabdeh 20.11.2014-cü il tarixli 030mk-l/14 №-li əlavə kredit müqaviləsini imzalamaqla, kredit müqaviləsinin mühüm şərtləri barəsində, o cümlədən kreditin məhz ABŞ dolları ilə verilməsinə razılığını ifadə etmişdir. Apellyasiya məhkəməs i Azərbaycan manatı ilə kredit xətti açıldığı halda, əlavə kredit müqaviləsində və kreditin qaytarılma qrafikində kreditin məbləği və ödənişlərin ABŞ dolları ilə göstərilməsini tərəflər arasında bağlanmış 17.11.2014-cü il tarixli 030mk/14 saylı əsas kredit müqaviləsinin şərtlərinin, o cümlədən iddiaçının hüquqları və mülki qanunvericiliyin tələblərinin pozulması kimi qəbul etsə də, qətnamədə bu halın məhz əsas kredit müqaviləsinin hansı şərtinə və Mülki Məcəllənin hansı tələbinə zidd olduğunu əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, əlavə kredit müqaviləsi üzrə cavabdehə verilən kreditin məbləği və müddəti əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müvafiq limiti və müddəti aşmamışdır. Əlavə kredit müqaviləsi, həmçinin iş materiallarına əsasən tərəflərin qarşılıqlı razılığı əsasında 18.03.2016, 30.08.2016 və 26.04.2017-ci ildə əlavə kredit müqavilələrinə dəyişiklik edilməsi haqqında sazişlər, ABŞ dolları ilə ödəniş nəzərdə tutan ödəniş qrafikləri Cavabdeh1 tərəfindən imzalanmış, Bank əsas kredit müqaviləsi çərçivəsində məhz əlavə kredit müqaviləsi bağlamaqla cavabdehə 125.000 ABŞ dolları məbləğində kredit vermiş, cavabdeh də məhz 125.000 ABŞ dolları məbləğində kredit i 20.11.2014-cü il tarixli 90 saylı kassa məxaric orderinə əsasən bankdan almış və bununla da Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə uyğun olaraq tərəflər arasında öhdəlik yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətlərinin yaranması və iddiaçının bu öhdəliyin icrası ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olmasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməl i və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin i cra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Cavabdeh1 onunla bank arasında bağlanmış 20.11.2014-cü il tarixli 030mk-1/14 saylı əlavə kredit müqaviləsinə, həmin kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 18.03.2016-cı il, 30.08.2016-cı il və 26.04.2017-ci il tarixli sazişlərdə olan imzanın ona məxsus olmamasını inkar etməsə də, bildirmişdir ki, o, manatla götürdüyü kreditin müddətinin uzadılması ilə bağlı bir neçə dəfə banka müraciət edən zaman, bankın əməkdaşları kömək edəcəkləri adı ilə ona çoxlu sayda sənədlərə imza etdirmiş, lakin ona hər hansı köməklik etməmişlər. Ola bilsin ki, qeyd olunan sazişlərə də həmin sənədlərin arasında ona imza etdirmişlər. Qeyd olunan sazişlərdən onun ümumiyyətlə məlumatı olmamış, həmin sazişlərin nüsxəsi ona təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin əlavə kredit müqaviləsindən məlumatsız olduğu, müqavilənin çoxsaylı bank sənədləri arasında xəbəri olmadan ona imza etdirildiyi, yaxud əvəzindən başqasının imzaladığı barədə dlillərinin nə qədər inandırıcı olmaqla işin araşdırılmış hall arına uyğun olub-olmamasını araşdırmamış, bu dəlillərə düzgün hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmçinin, məhkəmə kollegiyası iş materiallarında olan Cavabdeh1 tərəfindən təqdim olunmuş ödəniş qəbzləri ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlərin Azərbaycan manatı ilə hesaba qəbul edilməsi, qəbzlərdə kreditin valyutasının Azərbaycan manatı olması, həmin ödənişlər hər hansı irad bildirilmədən “xxxx” KB ASC tərəfindən qəbul olunması barədə apellya siya instansiya məhkəməsinin qətnaməsində göstərilənlərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Bu baxımdan həmin ödənişlərin manatla aparılması cavabdehin krediti manatla götürməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiya məhkəməsi “xxxx” ASC arasında 17.11.2014-cü il tarixli 030mk/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 20.11.2014-cü il tarixli 030mk1/14 saylı əlavə kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə birinci inst ansiya məhkəməsinin qənaəti ilə razılaşarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2 və 339.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. - 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Əqdin etibarsızlığı dedikdə, tərəfl ərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində etibarsız saydığı əlavə kredit müqaviləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş hansı şərti pozduğunu, bu əqdin bağlanması zamanı Mülki Məcəllənin 339.1-ci maddəsində göstərilən əsaslardan hansının baş verdiyini və bunun hansı sübutlarla təsdiq edildiyini qətnamədə göstərməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh 20.11.2014-cü il tarixdə bağlanmış əlavə kred it müqaviləsinin etibarsızlığı mübahisələndirdiyi halda hazırki iddia üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsi ilə müəyyən edilmiş müddətin tətbiq edilməsini müzakirə etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əla qədar qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” söləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqd in bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmisdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüqu qunu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia tələbinin digər hissəsi olan əsas kredit məbləği üzrə qalıq borcun müqaviləyə əsasən müəyyənləşdirilmiş faiz dərəcəsinə (16%) uyğun olaraq müqavilə üzrə kreditin qaytarılma müddəti əsas götürülməklə 17.11.2019-cu il tarixədək olan dövr üçün kredit müqaviləsinin bağlandığı gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş manatın ABŞ dollarına məzənnəsi əsas götürülməklə Azərbaycan manatı ilə ifadə edilmiş annuitet ödəniş qaydasında geri ödənil məsinə dair onunla yeni kredit müqaviləsinin bağlanmasına, kreditin qaytarılması üzrə yeni qrafikin təqdim edilməsi hissəsi üzrə də düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi “xxxx” ASC-nin üzərinə öhdəlik qoyulmasına dair bankın üzərinə əsas kredit məbləği üzrə qalıq borcun müqaviləyə əsasən müəyyənləşdirilmiş faiz dərəcəsinə (16%) uyğun olaraq cavabdehlə manatla yeni kredit müqaviləsi bağlamaq öhdəliyi qoyarkən nəzərə almamışdır ki, müqaviləyə əsasən müəyyənləşdirilmiş faiz dərəcəsi kimi göstərilmiş 16% əlavə kredit müqaviləsində göstərilən illik faiz dərəcəsidir. Əsas kredit müqaviləsində isə faiz dərəcəsi nəzərdə tutulmamışdır. Yəni, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən əlavə kredit müqaviləsini etibarsız sayır, digər tərəfdən isə bankın üzərində həmin əlavə kredit müqaviləsində göstərilən faizlə manatla kredit verməyi banka həvalə etməklə bir növ ziddiyyət yaratmışdır. Halbuki, iş materiallarında olan tərəflər arasında manatla bağlanmış əsas kredit müqaviləsinin 1.3-cü bəndinə görə kredit üzrə illik faiz dərəcəsi əlavə kredit müqaviləsi ilə müəyyən olunur. Əlavə kredit müqaviləsində hansı faiz dərəcəsinin göstərilməsini isə məhkəmə deyil, müqavilə tərəfləri özləri müəyyən edir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, bankın üzərinə müqavilə bağlamaq vəzifəsi qoymaqla apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.3-cü maddəsinin tələblərini də pozmuşdur. Belə ki, həmin normaya görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu ha llar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Kollegiya kassatorun tərəflər arasında kredit müqaviləsini müqavilə azadlığı prinsipi əsasında 17.11.2014 - cü ildə bağlanması və həmin müqavilədə kreditin hansı qaydada və şərtlərlə veriləcəyi müəyyən edilməsinə dair dəlili ilə də razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticələrə gələrkən Bankın Cavabdeh1 qarşısında onunla kredit müqaviləsi bağlamaq öhdəlik götürməməməsini və belə bir öhdəliyin yaranmasının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərindən irəli gəlməməsini nəzərə almayaraq işin bu halına da diqqət yetirməyərək hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın qanun pozuntuları ilə müşa yiət olunmaqla icraata götürülməsinə dair apellyasiya şikayətinin dəlilinə ümumiyyətlə qiymət verməyərək bu dəlil üzrə araşdırma aparmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Qeyd olunan Məcəllənin 155.2 maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İşin materiallarından görünür ki, tərtib edilmə tarixi göstərilməyən qarşılıqlı iddia ərizəsi 09.04.2018-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmiş, onun verilməsi ilə əlaqədar dövlət rüsumunun ödənilməsi barədə qəbzdə isə bu ödənişin 10.04.2018-ci il tarixdə saat 14.45-də həyata keçirilməsi qeyd edilib. 09 aprel 2018-ci il tarixli məhkəmə iclas protokolundan isə görünür ki, iddiaçı qarşılıqlı iddia ərizəsini həmin tarixli məhkəmə iclasında təqdim etmişdir. Sədrlik edən isə qarşılıqlı iddianın təqdim edilməsi ilə bağlı iddiaçının nümayəndəsinin fikrini soruşmadan onun icraata qəbul edilməsi barədə qərar qəbul etmişdir. Halbuki, qeyd edilənlərdən aydın olur ki, 09.04.2018-ci il tarixdə qarşılıqlı iddia təqdim edilərkən onunla bağlı dövlət rüsumu ödəniməmişdi. Apellyasiya instansiyası məhkəməsi səlahiyyətli məhkəmə olaraq bu yol verilmiş prosessual pozuntulara və bu barədə apellyasiya şik ayətinin dəlillərinə hüquqi münasibət bildirməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə əməl etməmişdir. Həmin tövsiyəyə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Həmin q ərarın 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prossesual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir k i, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı “xxxx” X8 Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2886/18 saylı, 30 avqust 2018-ci il tarixli qətnaməsi l əğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar