Məhkəmə qərarları › İş №2(102)-855/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-855/2019

15.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-855/2019 15.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “15” fevral 2019-cü il iş №2(102)-855/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim:C.T.Tağıyev; 2(021)-108/2018) iddiа qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19 dekabr 2014-cü il tarixli, ************ nömrəli kredit sazişi ilə 5773,63 ABŞ dolları əsas, 1830,56 ABŞ dolları faiz borcu olmaqla cəmi 7604, 19 (yeddi min altı yüz dörd ABŞ dolları 19 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə və Azərbaycan manatı ekvivalentində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-nin xeyrinə verilməsi və iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat iddiaçı “xxxx” ASC-dən tutularaq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) HESABİ, Dövlət xəzinədarlığı agentliyi, KOD *********, vöe n **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK ************, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEV **********, hesab AZ *******************, hesaba ödənilməsi qət edilmişdir.İddia qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: N.N.Quliyev (sədrlik edən və məruzəçi), Ə.G.Abdullayev, Ş.Q.Rzaquliyev; 2(104)-2730/2018) Cavabdeh1tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiаçı “xxxx” ASC cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 5784,58 ABŞ dolları əsas, 4385,97 ABŞ dolları faiz borcu olmaq la cəmi- 10170,55 (on min yüz yetmiş ABŞ dolları 55 sent) ABŞ dolları borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” ASC-nin xeyrinə verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə əmrinə etiraz verdikləri üçün işə iddia icraatında baxılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə “xxxx” ASC arasında 19 dekabr 2014-cü il tarixli, ************ saylı saziş bağlanmış, həmin sazişə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 26 faiz olmaqla 8000(səkkiz min) ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 öhdəliyinin icrasının təminatı kimi bank qarş ısında öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit borcunun bir qismini ödəmiş qalan borcunu ödəməkdən yayınaraq bank qarşısında gördüyü öhdəliyi yerinə yetirmədiyi üçün məhkəməyə müraciət etmişlər. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilərək faiz hissəsinin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin425.1,425.2,442,443,448,460,470,472,739 -cu maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106, 218.3-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanu nsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflərheç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən iş in faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən “xxxx” ASC arasında 19 dekabr 2014-cü il tarixli, ************ saylı saziş bağlanmış sazişə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 26 faiz olmaqla 8000(səkkiz min) ABŞ dolları kredit verilmişdir. 19 dekabr 2014-cü il tarixli, ************ saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İşmateriallarında olan ödəniş qrafikinə əsasən 19.05.2015-cı il tarixdən 19.12.2016-cı il tarixə kimi cavabdeh tərəfindən banka 8000 ABŞ dolları əsas, 2645,35 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 10645,35 ABŞ dolları pul ödənilməsi nəzərdə tutulmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasənəgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1 ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 2 ci maddəsinə əsasənəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 3 ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır; 4 -ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; 5 -ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 6 ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 7 -ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 8 ci maddəsinə əsasənəgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 9 ci maddəsinə əsasən borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağ ı öhdəsinə götürür; 10 ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 19 oktyabr 2017-ci il trixli, ******* saylı məhkəmə mühasibatlıq ekspertizasına əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 19 dekabr 2014-cü il tarixli ************ saylı kredit sazişinin şərtləri nəzərə alınmaqla cavabdeeh Cavabdeh1 “xxxx” ASC-nə əsas məbləğ üzrə 5773,63 ABŞ dolları, borcu olduğu müəyyən edilmişdir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli Kredit Sazişinə əsasən, borcluya 24 ay müddətinə illik 26 faiz ödəmək şərtilə 8000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kr edit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, cavabdehlər iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, cavabdehlər iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tuta raq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 30 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar