Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-858/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maneələrin aradan qaldırılması 04.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2(107)-1111/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə verdikləri kassasiya şikayəti üzrə işə 04 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İ şin halları Ağdaş rayonu Aşağı Nemətabad kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi Ağdaş rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli Qərarı ilə iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən X kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Aşağı Nemətabad kən dində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinə cavabdehlərin istifadəsində olan torpaq sahəsindən gələn su yolunun (su arxının) həmin kənddə yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yaşadıqları evin həyətindən onun vəsaiti hesabına boru vasitəsilə torpağın altından keçməklə bərpa olunması və cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə etmələrinə yaradılan süni maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X rəsmi nikah qeyd etdirməklə evlənəndən sonra Ağdaş rayonu, Aşağı Nemətabad kəndi ərazisindən qanuni istifadələrinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirərək təsərrüfatlarını idarə etmişlər. O, d igər ailə üzvlərilə birlikdə bu günədək həmin evdə yaşayır. Həmin həyətyanı torpaq sahəsi onlara verildiyi və üzərində ev tikdirdikləri vaxtdan həyətlərinə su yolu cavabdehlərin hazırda istifadəsində olan həyətyanı torpaq sahəsindən gəlmişdir. Son zamanlar cavabdehlər onların həyətinə gələn su yolunu qəsdən dağıdaraq həyətlərində istifadə etmək üçün onları sudan məhrum etmişlər. Bu səbəbdən də həyətlərində istifadə etmək üçün əkdikləri tərəvəz bitkiləri, meyvə ağacları məhv olur, həyətdə istifadə etmək, ev heyvanları və quşları üçün su tapa bilmirlər. Bu barədə o, rayon icra hakimiyyətinə, kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət etmiş, həmin orqanlar mütəxəssislərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirmiş, həyətinə su yolunun uzun müddət cavabdehlərin həyətindən olması, isti fadə üçün suyun həyətlərinə başqa ərazidən yox, yalnız cavabdehlərə məxsus həyətdən gətirməyin mümkün olması cavabdehlərə izah edilmiş, lakin cavabdehlər bütün bunlara məhəl qoymayaraq onun zəruri su yolunu bağlamışlar. Cavabdehlər özbaşına hərəkətləri ilə onu və ailə üzvlərini sudan məhrum etmişlər ki, bu da dözülməz və qanunvericiliklə yolverilməzdir. Həmin orqanların əməkdaşları tərəfindən cavabdehlərlə aparılmış profilaktik söhbətlər və görülmüş tədbirlər nəticəsiz qaldığından, yəni istifadəsində olan yaşayış sahəsinə zəruri su yolununbərpasını və özbaşına hərəkətlərinə birdəfəlik son qoyulmalarını məhkəmədən kənar həll etmək mümkün olmadığından, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ağdaş rayonu, X1 xx.xx.2021-ci il tarixli, 17 nömrəli məktubu ilə müəyyən edilir ki, iddiaçının həyətyanı torpaq sahəsinə gedən içməli və həyətyanı torpaq sahəsinin suvarılması üçün gedən su yolu onun yuxarı tərəfində yaşayan qonşusu Cavabdeh3 0,27 ha həyətyanı torpaq sahəsindən uzun illər bundan qabaq keçirdi. Lakin son vaxtlar iddiaçının həyətyanı sahəsinə gedən su kəsilmişdir. Cavabdeh3 dediyinə görə onun həyətyanı torpaq sahəsindən hal-hazırda su keçərsə torpaq sahəsinə ziyan vurulacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, cavabdehlərin isitifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsinin koordinatları və ərazidən keçərək iddiaçının istifadəsində olan torpaq sahəsinə gedən s u yolunun yeri müəyyən edilmiş və cavabdehlərin istifadəsində olan torpaq sahəsində su yolunun qarşısının kəsildiyi məlum olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 10/5296 saylı ekspert rəyindən görünür ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsində su yolunun qarşısı kəsildiyi müəyyən edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(014)-18/2022 saylı qətnaməsi ilə (hakim C.Sultanov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək əsaslandırmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının həyətyanı torpaq sahəsinə gedən içməli və həyətyanı torpaq sahəsinin suvarılması üçün gedən su yolu onun yuxarı tərəfində yaşayan qonşusu Cavab deh3 0,27 ha həyətyanı torpaq sahəsindən uzun illər bundan qabaq keçirdi. Lakin, son vaxtlar iddiaçının həyətyanı sahəsinə gedən su yolu cavabdehlər tərəfindən kəsilmişdir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Torpaq Məcəlləsinin 48.5, 54.3, 84.1, 84.3, 111.3-cü maddələri, habelə Mülki Məcəllənin 170.2, 170.3, 170.4, 175.1, 255.4-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən Ağdaş rayonu, X1 xx.xx.2021-ci il tarixli məktubunu əsas götürmüşdür. Belə ki, həmin məktubda iddi açını torpaq sahəsinə gedən su yolunun uzun illər qabaq cavabdehlərə məxsus torpaq sahəsindən keçdiyi bildirilir. Lakin, məhkəmə həmin arxın nə vaxtdan qonşunun torpaq sahəsindən keçdiyini dəqiq müəyyən etməmiş və su arxının cavabdehlərin torpaq sahəsinə ziyan vura biləcəyi ilə bağlı halları araşdırmamışdır. İddiaçının həyətinə giriş üçün kənd yolu vardır və onun darvazası şimal tərəfə açılır. Həmin darvazadan şimal tərəfdə təxminən 50-100 metr arasında su arxı vardır. İddiaçı həmin su arxından istifadə edərək öz həyətyanı torpaq sahəsini sulaya bilər. Ekspertin və mütəxəssisin rəyi düzgün tərtib edilməmişdir. Belə ki, ekspert baxış keçirərək yeri müayinə etməmişdir. Həyətə məhkəmə tərəfindən baxış keçirilməli olduğu halda baxış keçirilməmiş, eskpert və mütəxəssis rəylərində ziddiyətlər ol duğu üçün təkrar ekspertiza keçirilməmiş, habelə bu barədə şahidlər dindirilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2(107)-1111/2022 saylı qətnaməsi ilə (hakimlər G.İ.Cavadova sədrlik edən, məruzəçi, V.İ.Məlikov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının həyətyanı torpaq sahəsinə su yolu uzun müddətdir ki, cavabdehlərin həyətyanı torpaq sahəsindən keçir. Su yolunun bu qaydada mövcud olmasının cavabdehlərin həyətyanı torpaq sahəsinə ziyan vurması mülk i iş materialları ilə təsdiq olunmur. Belə bir halı, yəni ziyanın vurulması və ya ziyanın vurulma ehtimalının əvvəllər və ya hazırda mövcud olması ilə bağlı cavabdehlər işə baxan məhkəmələrə hər hansı sübutlar təqdim etməmişlər. Məhkəmənin qənaətinə görə isə, sübuta söykənməyən dəlil əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Torpaq Məcəlləsinin 48.5, 54.3, 84.1, 84.3, 111.3-cü maddələri, habelə Mülki Məcəllənin 170.2, 170.3, 170.4, 175.1 və 255.4-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər (vəkil X2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, birinc instansiya məhkəməsi cavabdehin mülkiyyət hüquqlarını pozaraq, mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasına heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə iş üzrə sübut növü olan şahid ifadəsi üçün hər hansı bir şahidi dindirməmişdir. Məhkəmə bu məsələni araşdırmadan, həyətə baxış keçirmədən qanunsuz qətnamə qəbul etməklə, cavabdehlərin konstitusiya ilə qorunan mülkiyyət hüququnu pozmuşdur. Eyni zamanda torpaq sahəsinə baxış keçirilməsi və təkrar ekspertiza keçirilməsi barədə vəkil tərəfindən verilmiş vəsatətlər təmin olunmamışdır. Bundan əlav ə, mübahisəli torpaq sahəsindən su arxı keçərsə, cavabdehlərin həyətindəki tərəvəzə və meyvə ağaclarına küllü miqdarda ziyan dəyə bilər. Çünki, su saniyədə 3-5 kub metr sürətlə axır. Əgər həmin kanaldan deşik açılarsa, evi, meyvə ağaclarını su yuyub aparacaqdır. Torpaq və Mülki qanunvericilik isə belə zərər vurulmasını qanunla qadağan edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izaha tları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıd a yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Maddə 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 48.5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıd ırlar. Maddə 54.3. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfin dən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutl ara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamə tam yoxlanıldı. Kassasiya instansiya məhkəməsində icraat Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabde hlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər qonşudurlar və Ağdaş rayonu Aşağı Nemətabad kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi Ağdaş rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarı ilə iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən Ağdaş rayonu, Aşağı Nemətabad kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmişdir. Ağdaş rayonu, X1 xx.xx.2021-ci il tarixli, məktubu ilə müəyyən edilir ki, iddiaçının həyətyanı torpaq sahəsinə gedən içməli və həyətyanı torpaq sahəsinin suvarılması üçün gedən su yolu onun yuxarı tərəfində yaşayan qonşusu Cavabdeh3 0,27 ha həyətyanı torpaq sahəsindən uzun illər bundan qabaq keçirdi. Lakin, son vaxtlar iddiaçının həyətyanı sahəsinə gedən su yolu cavabdehlər tərəfindən kəsilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə görə, cavabdehlərin isitifadəsində olan həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsinin koordinatları və ərazidən keçərək iddiaçının istifadəsində olan torpaq sahəsinə gedən su yolunun yeri müəyyən edilmiş və cavabdehlərin istifadəsində olan torpaq sahəsində su yolunun qarşısının kəsildiyi məlum olmuşdur. Eyni z amanda, Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2021-ci il tarixli ekspert rəyinə görə, cavabdehlərin istifadəsində olan torpaq sahəsində su yolunun qarşısının kəsildiyi müəyyən edilmişdir. Mülki Məcəllənin 170.3-cü maddəsində göstərilir ki, heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edi b, işə əlavə edilmiş sübutları, habelə mütəxəssis və ekspert rəylərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdehlərə icazə verilmir ki, uzun müddət mövcud olmuş suyun təbii axımını qonşunun, yəni iddiaçının ziyanına dəyişdirsinlər və cavabdehlər su yolunun qarşısını kəsməklə əslində qonuşuluq hüququnu pozmuşlar. Çünki, qanuna görə, su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi kimiiddiaçının əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürmək hüququ vardır. Cavabdehlər kassasiya şikayəti eyni məzmunlu olan apellyasiya şikayətlərində suyun buraxılması nəticəsində onların həyətindəki tərəvəzə və meyvə ağaclarına küllü miqdarda ziyan dəyə biləcəyini göstərib iddia etiraz etsələr də, etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkə məyə heç bir sübut təqdim etməyiblər. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları fak tların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən, cavabdelərin həyətyanı torpaq sahəsindən iddiaçıya məxsus torpaq sahəsinə suyun buraxılması və axıdılması nəticəsində onlara həqiqətən ziyan dəymiş olarsa, onlar ilk növbədə tələb edə bilərlər ki, yuxarıdakı mülkiyyətçi kimi iddiaçı öz hesabına aşağı torpaq sahəsindən, yəni cavabdehlərin torpaq sahəsindən müvafiq nov çəksin. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehlərin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onların kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası mə hkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 1111/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-858/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-858/2023
04.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver