Məhkəmə qərarları › İş №2(102)-8581/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-8581/2018

24.12.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8581/2018 24.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-8581/2018 24 dekabr 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli 2(107)302/2018 nömrəli qətnaməsindən İddiaçı X5 Səhmdar Cəmiyyəti və vəkil Manafov Faiq Səmədağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki rayon Məhkəməsinin (hakim Cahid İmanov) 02 sentyabr 2016-cı il tаrixli 2(075)79/2016 nömrəli qətnaməsi ilə İddiaçı X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1 (bundan sonra cavabdeh və ya Cavabdeh1, T8) qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 34498,52 ABŞ dolları əsas borc və 7167,30 ABŞ dolları faiz borcu olmaqla, cəmi 41665,82 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı-in xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri ********* ********** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m.) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti 94000 (doxsan dörd min) manatla satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı-yə olan borcunun ödənilməsi, ipoteka predmeti olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m.) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertiza xərci olan 150 manat pulun Cavabdeh1 alınaraq "xxxx" MMCin hesabına köçürülməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertiza xərci olan 50 manat pulun Cavabdeh1 alınaraq Azər baycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Abbasov, R.Rəfiyev, E.Hüseynov) 20.08.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və X3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki rayon Məhkəməsinin 02 sentyabr 2016-cı il tаrixli 2(075)-79/2016 nömrəli qətnaməsi qismən, İddiaçı X6 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1 qarşı “kreditin, kredit faizlərin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi”nə dair iddia tələbinin “ipoteka predmetinə tutmanın yönəldilməsi” hissəsinin, yəni ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m.) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti 94000 manatla satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı KB ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m.) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması tələbinin təmin edilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə rədd edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X5 Səhmdar Cəmiyyəti və vəkil Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli 2(107)-302/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və T8ya qarşı iddia ərizəsi ilə Şəki rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı-in xeyrinə 10.10.2011- ci il tarixli, *********** saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 03.03.2014-cü il tarixli ******** saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas məbləğ üzrə 34502,96 ABŞ dolları, faiz üzrə 1338,55 ABŞ dolları, cərimə üzrə 454,49 ABŞ dolları, cəmi 36,296 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Şək i şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61,7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi topaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 03.03.2014-cü il tarixli, *********** saylı əlavə kredit müqaviləsi üzrə 36296 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 94000 (doxsan dörd min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61,7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi topaq sahəsinə tutmanın yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin qeyriyaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20 sentyabr 2015-ci il tarixdə keçirilmiş birinci instansiya məhkəməsinin baxış iclasında iştirak etmiş İddiaçı-in etibarnamə üzrə nümayəndəsi X4 məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 İddiaçı-nin xeyrinə 10.10.2011-ci il tarixli, ********* saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 03.03.2014-cü il tarixli ************ saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas məbləğ üzrə 34502,96 ABŞ dolları, faiz üzrə 3299,48 ABŞ dolları, cərimə üzrə 2821,84 ABŞ dolları, cəmi 40624,28 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu k imi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri *************** prospektində yerləşən ümumi sahəsi 88,4 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri- yaşayış binasının (mağaza) 61.7 kv.m sahəsinə və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 03.03.2014-cü il tarixli, *************** saylı əlavə kredit müqaviləsi üzrə 40624,28 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı-yə ödənilməsi, ipoteka predmeti olan Şəki şəhəri *************** prospektində yerləşən ümumi sahəsi 88.4 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağaza) və onun yerləşdiyi torpaq sahəsinin ilkin satış qiymətinin 94000 (doxsan dörd min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Şəki şəhəri *************** prospektində yerləşən ümumi sahəsi 88,4 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağaza) 61.7 kv.m sahəsinə və onun yerləşdiyi torpaq sahəsinə tutmanın yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 28 mart 2016-cı il tarixdə İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəyişdirilməsi və artırılmasına d air ərizə göndərərək, Cavabdeh1 İddiaçı-in xeyrinə 10.10.2011-ci il tarixli, *********** saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 03.03.2014-cü il tarixli *********** saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas məbləğ üzrə 34502,96 ABŞ dolları, faiz üzrə 7326,74 ABŞ dolları, cərimə üzrə 14462,63 ABŞ dolları, cəmi 56292,33 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m.) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 03.03.2014-cü il tarixli, *************** saylı əlavə kredit müqaviləsi üzrə 56292,33 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı- yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 94000 (doxsan dörd min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m.) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşald ılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı-in etibarnamə üzrə nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 10 oktyabr 2011-ci il tarixli, ************ saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 03 mart 2014-cü il tarixli *************** saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehə 31 ay müddətinə, 03oktyabr 2016-cı il tarixədək illik 22% ödəmək şərtilə, 51000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2011-ci il tarixli, *************** saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (6 1.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi İddiaçı-yə ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq İddiaçı-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Cavabdeh1 28 mart 2016-cı il tarixə 03 mart 2014-cü il tarixli *************** saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas məbləğ üzrə 34502,96 ABŞ dolları, faiz üzrə 7326,74 ABŞ dolları, cərimə üzrə 14462,63 ABŞ dolları, cəmi 56292,33 ABŞ dolları təşkil edir. 10 oktyabr 2011-ci il tarixli, 24EM/11 saylı ə sas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi İddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 10 oktyabr 2011-ci il tarixli, *************** saylı İpoteka müqaviləsinə əsasən Banka ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi 10 oktyabr 2011-ci il tarixli, 24EM/11 saylı əsas kredit müqaviləsindən irəli gələn öndəliyin icrasının təminatı məqsədi ilə Banka ipoteka qoyulmuş və Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 26 fevral 2014-cü il tarixli 49 saylı ekspert rəyinə, tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 94000 (doxsan dörd min) manat məbləğində qiymətləndirilmişdir. O, iddianı 28 mart 2016-cı il tarixdə məhkəməyə göndərilmiş iddia tələbinin dəyişdirilməsi və artırılmasına dair ərizədə qeyd edildiyi həcmdə müdafiə etdiyini bildirmiş və məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 mart 2014-cü il tarixli *************** saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 31 ay müddətinə, 03 oktyabr 2016-cı il tarixədək illik 22% ödəmək şərtilə, 51000 ABŞ dolları məbləğində k redit verilməsi qeyd olunsa da Cavabdeh1 İddiaçı-dən 50490 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2011-ci il tarixli, *************** saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi İddiaçı-yə ipoteka qoyulmuşdur. 10 oktyabr 2011-ci il tarixli *************** saylı İpoteka müqaviləsinə əsasən Banka ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinin il kin satış qiymətinin müəyyən edilməsi ilə bağlı Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 26 fevral 2014-cü il tarixli 49 saylı ekspert rəyi, yəni əmlakın 94000 manat qiymətləndirilməsi ilə razı olduqlarını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində Cavabdeh1 İddiaçı-yə olan əsas borcu 34498,52 ABŞ dolları və faiz borcu isə 7167,30 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Şəki rayon Məhkəməsinin 02 sentyabr 2016-cı il tаrixli 2(075)-79/2016 nömrəli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və T8 apellyasiya şikayətləri verərək, Şəki Rayon Məhkəməsinin 02 sentyabr 2016-cı il tаrixli 2(075)-79/2016 nömrəli qətnaməsinin qismən təmin edilsin hissəsində ləğv edilm əsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. X8 Məhkəməsinin Mülki Kollegiyası tərəfindən apellyasiya qaydasında baxılarkən T8 məhkəmə kollegiyasına ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı T8 cavabdehlər Şəki 1 saylı Dövlət Notariat Kontoruna, İddiaçı-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 qarşı cavabdeh İddiaçı ilə Cavabdeh1 arasında 10 oktyabr 2011-ci ildə bağlanılmış və cavabdeh Şəki1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş *************** nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Odur ki,İddiaçı-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, i poteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair 2(107)624/2017 nömrəli mülki işin icraatının iddiaçı Cavabdeh2 cavabdehlər Şəki 1 saylı Dövlət Notariat Kontoruna, İddiaçı-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 qarşı cavabdeh İddiaçı ilə Cavabdeh1 arasında 10 oktyabr 2011-ci ildə bağlanılmış və cavabdeh Şəki 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş *************** nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair Şəki Rayon Məhkəməsində 2(075)- 806/2017 nömrəli mülki işə baxılıb qətnamə qəbul edilənədək və həmin qətnamə qanuni qüvvəsini alanadək dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli 2(107)624/2017 nömrə li qərardadı ilə Şəki rayon Məhkəməsinin icraatında olan 2(075)-806/2017 nömrəli iş üzrə yekun qərar qanuni qüvvəyə minənə kimi, 2(107)-624/2017 nömrəli iş üzrə icrааt dayandırılmışdır. 21 avqust 2017-ci il tarixdə Şəki rayon Məhkəməsindən daxil olmuş məktuba əsasən, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-806/2017 nömrəli iş üzrə Şəki Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(075)-806/2017 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2017-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə kollegiyasının iclası 06 sentyabr 2017ci il tarixə təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılan zaman müəyyən olunmuşdur ki, Şəki Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(075)-806/2017 nömrəli qətnaməsi ndən İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2017-ci il tarixli 2(107)-624/2017 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-2078/2017 nömrəli iş üzrə yekun qərar qanuni qüvvəyə minənə kimi, 2(107)624/2017 nömrəli iş üzrə icrааt dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 may 2018-ci il tarixli qərarına əsasən, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-2078/2017 nömrəli iş üzrə qəbul etdiyi 26 dekabr 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə iddiaçının iştirakını təmin etməyərək çəkişmə prinsipinin tələblərini pozmuşdur. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415. 3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, 10 oktyabr 2011-ci il tarixli, ********* saylı əsas kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Borc verən Borc alana 65100 manat məbləğində 60 (altmış) ay müddətinə, 03 oktyabr 2016-cı il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində Əlavə kredit müqaviləsi bağlanılmaqla kredit verir. 03 mart 2014-cü il tarixli *************** saylı əlavə kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən ill ik faiz dərəcəsi 22 faiz olmaqla 31 ay müddətinə şəxsi məqsədilə Cavabdeh1 51000 ABŞ dolları kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 10 oktyabr 2011-ci il tarixli, *************** saylı İpoteka müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 03 mart 2014-cü il tarixli *************** saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsini İddiaçı-yə ipotekaya qoymuşdur. 16 mart 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 İddiaçıyə 34502,96 ABŞ dolları əsas, 7326,74 ABŞ dolları faiz borcu, 14462,63 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 562 92,63 ABŞ dolları kredit borcu vardır. 03 mart 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 50490 ABŞ dolları nağd pulu 03 mart 2014-cü il tarixdə İddiaçı-dən imza edərək götürmüşdür. 03 mart 2014-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 götürdüyü 51000 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi Ca vabdeh1 adına mülkiyyət hüququ əsasında 25 iyun 2011-ci il tarixdən qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın MA seriyalı, ******* nömrəli dövlət reyestrindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi İddiaçı-in xeyrinə ipoteka ilə yüklü edilmişdir. 05 oktyabr 2011-ci il tarixli, 3152 saylı Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlarına və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, Cavabdeh1 Şəki şəhəri *************** p rospektində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. 22 iyun 2015-ci il tarixli, ************* saylı preteziya məktubunun və onun geriyə xəbərnaməsindən görünür ki, Cavabdeh1 İddiaçı-yə olan kredit borcunun 10 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmişdir. 29 iyul 2015-ci il tarixli, *********** saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və onun geriyə xəbərnaməsindən görünür ki, Cavabdeh1 Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə tutmanın yönəldilməsinə başlanıldığı izah edilmişdir. 05 avqust 2015-ci il tarixli, ************ sayl ı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə göndərilmiş məktubundan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair İddiaçı-in ərizəsi 05 avqust 2015-ci il tarixdə DƏDRX-nin Şəki Ərazi idarəsinə göndərilmişdir. 10 oktyabr 2011-ci il tarixdə T8 tərəfindən verilmiş əmlakın ipoteka qoyulmasına razılıq verilməsi haqqında ərizədən görünür ki, T8, Cavabdeh1 məxsus olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşd iyi torpaq sahəsinin İddiaçı-in Şəki filialına ipoteka qoyulmasına razı olduğunu bildirmişdir. "xxxx" MMC tərəfindən verilmiş 23 fevral 2016-cı il tarixli, ƏEM/F ******** saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Şəki şəhəri *************** prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi hazırkı bazar qiymətləri ilə müqayisədə bugünkü günə ilkin satış qiyməti 80000 (səksən min) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8694 saylı, 02 avqust 2016-cı il tarixli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış və 03 mart 2014-cü il tarixli *************** saylı kredit müqaviləsinin şərtlərini nəzərə alınmaqla 03 mart 2014-cü il tarixli *************** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı-yə 34498,52 ABŞ dolları əsas kredit borcu, 7167,30 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu olduğu müəyyən edilmişdir. 02 avqust 2016-cı il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən 03 mart 2014-cü il tarixdən 02 sentyabr 2016-cı il tarixə kimi olan müddətdə İddiaçı-in xeyrinə ödəniş edilmiş və qeyd olunan ödənişlər Cavabdeh1 əsas, faiz və cərimə borcundan silinmişdir. Şəki Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(075)-806/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı T8nın cavabdehlər Şəki 1 saylı Dövlət Notariat Kontoruna, İddiaçı-yə və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 qarşı cavabdeh İddiaçı ilə Cavabdeh1 arasında 10 oktyabr 2011ci ildə bağlanmış və cavabdeh Şəki 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24 Emi/11 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 10 oktyabr 2011-ci ildə bağlanmış və cavabdeh Şəki 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24 Emi/11 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli 2(107)-2078 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Şəki Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(075)-806/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmin qətnamə ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(075)- 806/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 may 2018-ci il tarixli 2(102)-3354/18 nömrəli qərarından görünür ki, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli 2(107)-2078 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, həmin qərarla kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli 2(107)-2078 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yaınız iddiaçı kassasiya qaydasında mübahisələndirmiş, cavabdehlər qətnamədən kassasiya şikayəti verməmişdir. Ona görə də, iddianın təmin edilən hissəsi hazırki kassasiya baxışının predmetini t əşkil etmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki birinci instansiyası məhkəməsi, iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, Şəki rayon Məhkəməsinin 02 sentyabr 2016-cı il tаrixli 2(075)-79/2016 nömrəli qətnaməsi qismən, iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsinin təmin edilməsi hissədə ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləki, iş materiallarında olan Şəki rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(075)-806/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı T8nın cavabdehlər Şəki 1 saylı Dövlət Notariat Kontoruna, İddiaçı-y ə və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 qarşı cavabdeh İddiaçı ilə Cavabdeh1 arasında 10 oktyabr 2011-ci ildə bağlanmış və cavabdeh Şəki 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24 Emi/11 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 10 oktyabr 2011-ci ildə bağlanmış və cavabdeh Şəki 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24 Emi/11 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli 2(107)-2078 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Şəki Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(075)-806/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmin qətnamə ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(075)-806/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AzərbaycanRespublikası Ali Məhkəməsinin 08 may 2018-ci il tarixli 2(102)-3354/18 nömrəli qərarından görünür ki, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli 2(107)-2078 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, həmin qərarla kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli 2(107)-2078 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qan uni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, haz ırkı iş üzrə iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsinə dair İddiaçı ilə Cavabdeh1 arasında 10 oktyabr 2011-ci ildə bağlanmış və cavabdeh Şəki 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24 Emi/11 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə T8 tərəfindən məhkəmədə iddia qaldırılmış və həmin iddia təmin edilərək qətnamə qanuni qüvvəsini almışdır. 10 oktyabr 2011-ci il tarixli 24 Emi/11 nömrəli ipoteka müqaviləsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edildiyindən heç bir hüquqi nəticə doğurmur. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraqhesab etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 10 oktyabr 2011-ci ildə bağlanmış və cavabdeh Şəki 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24 Emi/11 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edildiyindən iddiaçının borc məbləğinin ipoteka predmetinə yönəldilməsini tələb etməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı bankın kassasiya şikayətinin yeganə dəlili ondan ibarət olmuşdur ki, məhkəmə işə baxarkən iddiaçının iştirakını təm in etməmiş, çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Lakin işdən göründüyü kimi, məhkəmə iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş göndəmiş, həmçinin bildirişin bank təərfindən qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X5 Səhmdar Cəmiyyəti və vəkil Vəkil kass asiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli 2(107)-302/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar