Məhkəmə qərarları › İş №2(102)-86/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-86/2020

09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-86/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyətinin (keçmiş təşkilati hüquqi forması Qapalı Səhmdar Cəmiyyəti) vəkili X2 iştirakı ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-199/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Tovuz rayon məhk əməsinin (hakim Ədil Məmmədov) xx xxxx 2016-ci il tarixli, 2(062)2001/2016 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, “xxxx” BOKT QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən yaranan 21999,66 manat məbləğində əsas kredit borcu, 1994,64 manat faiz borcu, 334 manat cərimə borcu olmaqla, cəmi 24328,30 manat məbləğində pulun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat mənləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 alınıb “xxxx” BOKT QSC-yə ödənilməsi, 24328,30 manat məbləğində pulun Cavabdeh1 tutulmasının mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Tovuz rayonu, Abdulbəyli kəndində 0,09714 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılm asını və evin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 iddiaçı təşkilata olan borcunun ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azər Bayramov - sədrlik edən və məruzəçi, Loğman Süleymanov, Fikrət Mehtiyev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətiqismən təmin edilmiş, Tovuz rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilmədiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq ipoteka predmeti olan Tovuz rayonu, Abulbəyli kəndində 0,09714 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35000 manat məbləğində müəyyən edilmişdi. İşin halları İddiaçı “xxxx” BOKT QSC iddia ərizəsi ilə məhk əməyə müraciət edərək, “xxxx” BOKT QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsini və həmin müqaviləyə əsasən yaranan 21999,66 manat məbləğində əsas kredit borcu, 1994,64 manat faiz borcu, 3340,11 manat cərimə borcu olmaqla, cəmi 27334,41 manat məbləğində pulun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat mənləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 alınıb “xxxx” BOKT QSC-yə ödənilməsi, 27334,41 manat məbləğində pulun Cavabdeh1 tutulmasının mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Tovuz rayonu, Abdulbəyli kəndində 0,09714 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılmasını və evin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 iddiaçı təşkilata olan borcunun ödənil məsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2014-cü il tarixdə iddiaçı təşkilatla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı təşkilat tərəfindən borcluya illik 24 faiz olmaqla, 36 ay müddətinə 30000 manat məbləğində pul verilməsi barədə tərəflər razılaşmışlar. İddiaçı təşkilatın qarşısındakı müqavilə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə iddiaçı təşkilatla Cavabdeh2 arasmda 29 sentyabr 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 məxsus olan Tovuz rayonu, Abulbəyli kəndində 0,09714 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Tovuz rayonu, Abulbəyli kəndində 0,09714 ha torpaq sahəsində yerbşən, mülkiyyət hüququ ilə Cav abdeh2 məxsus evin yüklülüyü xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarış verilmişdir. İddiaçı təşkilat həmin kredit müqviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Ancaq cavabdehbr kredit müqaviləsinin şərtlərini pozmuş, kredit borcunun bir hissəsini ödəmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq 21999,66 manat məbləğində əsas borcunu və 1994,64 manat məbləğində faiz borcunu ödəməmişdir. Bununlada cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İpoteka predmetinin ilkin satış qiyməti real bazar qiyməti əks etdirmir. İpoteka predmetinin ilkin satış qiyməti qətnamədə göstəriləndən daha yuxarı qiymətədir. Məhkəmə bu hala nəzərə almayarq qeyd edilən hissədə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədi klərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi cavabdehlər verdiyi kassasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirirlər. Ona görə də, qətnamənin münahisələndirilməyən hissələri kassasiya qaydasında yoxlanılmadı. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlərin kassasiya şikayətind ə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçı “xxxx” Bank Olmayan Kredit X7 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, CATov121649/14 saylı kredit müqaviləsinə əsasən,bank tərəfindən cavabdehə illik 24 faiz olmaqla, 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla digər Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, CATov121649/14 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqaviləsinə əsasən verilmiş kr edit borcunu vaxtında icra etmədiyindən, onların banka borcu yaranmış, cavabdehlərə borcunu ödəməsi üçün məlumat verilsə də, onlar borcunu ödəməkdən yayınmışlar. Odur ki, iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərmədiyindən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə ləğv edərək ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetin in ilkin satış qiymətini göstərməlidir. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan Tovuz rayonu, Abulbəyli kəndində 0,09714 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satiş qiymətinin mövcud bazar qiymətlərinə uyğun dəyərinin müəyyən edilməsi məqsədi ilə əmlakın müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsi qənaətinə gəlmiş və “xxxx” MMC tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyi ilə Tovuz rayonu, Abulbəyli kəndində 0,09714 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiymətinin təxminən 35000 manat təşkil etdiyi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mütəxəssis rəyi əsaslıdır. Belə ki, mövcud bazar qiyməti, fərdi yaşayış evinin sahəsi, otaqların sayı, yerləşdiyi yer və təmir vəziyyət i əsas götürülməklə müvafiq tədqiqat aparılmış və qiymətləndirmə zamanı mütəxəssis düzgün nəticəyə gəlmişdir. İpoteka predmeti olan fərdi yaşayış evinin real bazar qiyməti 35000 manat dəyərində müəyyən edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cava bdehlər kassasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin real bazar qiymətini əks etdirmədiyini qeyd etmiş, lakin etirazlarının əsası kimi istinad etdiyi bu hala, yəni ipoteka predmetinin real bazar qiymətinin mütəxəssis rəyində göstərilən kimi deyil, əslində hansı qiymətdə olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, həmçinin iş üzrə alınmış mütəxəssis rəyinin mötəbərliliyinə şübhə doğuracaq hal olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsi mülk i kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlərin kassasiya şikayətində əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-199/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlərin kassasiya şikayətində əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar