Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-86/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə zaminin birgə öhdəliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1027/20 23 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh2 (bundan sonra – birinci cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-R0 saylı kredit müqaviləsinə əsasən, Bank borcalana 180 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə 38250 manat kredit vermişdir. 2. xx.xx.2015-ci il tarixli, 5-xx-xx-20185-YS-AAF-R0 saylı zaminlik müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – ikinci cavabdeh) birinci cavabdehin (borcalanın) qeyd olunan kredit müqavilələrindən irəli gələn öh dəliklərinin tam icra edilməsi üçün Bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-853/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh2 arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.m-dən ibarət 2 otaqlı 56 saylı mənzilə dair xx.xx.2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsi ləğv edilmiş, həmin mənzilə görə ödənilmiş 42510 manat pul, maddi ziyan olaraq 3896.75 manat, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 46506.75 manat pulun "xxxx" MMC-dən alınıb Cavabdeh2 qaytarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edi lmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1445/2021 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin olunmamış, "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-853/2020 saylı qətnaməsi maddi ziyan olaraq 3896.75 manat pulun "xxxx" MMC-dən alınıb Cavabdeh2 qaytarılması hissəsində ləğv edilmiş, bu hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və həmin hissədə də iddia tələbi təmin edilməmiş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
5. Bank tərəfindən cavabdehlərə kredit müqavilələri üzrə borcun qaytarılması, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 30722.54 manat əsas, 8346.3 manat faiz olmaqla, ümumilikdə, cəmi 39.068.84 manat borcun, 202.34 manat dövlət rüsumu, əlavə olaraq 4.87 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçı ilə bağladıqları kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər.
8. Cavabdeh "xxxx" MMC iddiaya etiraz edərək bildirmişdir ki, mübahisə predmeti barəsində artıq Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 2(105)-1445/2021 nömrəli qətnaməsi var. Qətnamə birinci cavabdehin xeyrinə qət olunub. Həmin qətnamə ilə ikinci cavabdehdən birinci cavabdehin xeyrinə tutulan məbləğ hazırkı iddia tələbini təşkil edir. Eyni məbləğin onlardan iki dəfə tutulması ədalətsizdir. Bank da kredit və zaminlik müqaviləsinə istinad edir, zaminlik hissəsində Bankın mövqeyi ilə razıdırlar. Amma artıq borc məbləğinin təkrar tutulması yolverilməzdir. Ona görə də ikinci cavabdehə qarşı iddia rədd olunmalıdır.
9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(012)-213/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklər i yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri qaytarmamış, Bank tərəfindən cavabdehlərə bildiriş məktubu göndərilmişdir. Məhkəmə tərəfindən cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar müəyyən olunmamışdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 443.1, 448.1, 472.1, 472.2, 739.1, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İkinci cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddianın ona aid hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.
14. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, ikinci cavabdeh zaminliyi mübahisələndirmir. Ona görə bu hissədə fikir bildirmir. Şikayətdə əsasən iki qətnamənin mövcudluğunu mübahisələndirilir. Amma hər iki mübahisənin predmeti bir-birindən fərqlidir. İlkin qətnamə mənzil mübahisəsi ilə bağlıdır. Cari mübahisə isə kredit münasibətləri ilə əlaqəlidir. İkinci cavabdeh reqress qaydada tələbini birinci cavabdehə qarşı irəli sürə bilər. Nümayəndə qeyd olunanları nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1027/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyi təqdirdə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ həm mülki qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış kredit müqavilələrində göstərilmişdir. Kredit borcunun qaytarılması ilə yanaşı, kr edit müqaviləsinin ləğv edilməsi tələbini irəli sürmək Bankın hüququdur və belə bir tələbin irəli sürülməməsi kredit müqaviləsi üzrə borcun qaytarılmasını tələb etmək hüququnu istisna etmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İkinci cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın ona aid hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti iddiaya etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiy a)
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
24. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:
26. Maddə 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öh dəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;
27. Maddə 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;
28. Maddə 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;
29. Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdiril ə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
30. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ikinci cavabdehin apellyasiya şikayəti ə sasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, Mülki Məcəlləyə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidi ar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472).
41. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində ikinci cavabdehlə zaminlik müqaviləsi bağlanmış, son uncu həmin müqavilə üzrə iddiaçı qarşısında əsas borclunun öhdəliklərinin icrasına görə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklər əsas borclu tərəfindən icra edilməmişdir. İddiaçı tərəfindən kredit qismində ayrılmış pul vəsaiti iddiaçıya qaytarılmamış və bununla da Bankın kredit müqaviləsi üzrə borcu öz borclularından tələb etmək hüququ yaranmışdır. Kreditin təminatı olaraq bağlanmış zaminlik müqaviləsi qüvvədədir.
42. Hazırkı iş üzrə ikinci cavabdeh iddiaya etirazında zaminlik müqaviləsini mübahisələndirmədiklərini bildirmişdir. Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarını müəyyən edən 477.0-cı maddəsində borcalanla zamin arasında hər hansı razılaşma və ya yaranmış öhdəlik hüquq münasibətləri əsasında zaminliyə birtərəfli xitam verilməsi əsası nə zərdə tutulmamış, məhkəmələr tərəfindən işə baxılarkən iddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələrində belə bir şərtin razılaşdırıldığı müəyyən edilməmişdir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1027/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.