Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-86/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4194/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı krediti müqaviləsi bağlanmış, borcverən (İddiaçı BOKT ASC) borcalana (Cavabdeh1) 24 may 2021-ci il tarixli, 2021/00132-01 saylı kreditin restrukturizasiyası üçün 36 ay müddətinə, 17150 manat kredit vermişdir, kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 30 faizi təşkil etdiyi müəyyən edilmişdir. 2. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 17150 manat məbləğ Cavabdeh1 "xxxx" ASC-nin Universal filialında olan hesabına köçürülmüşdür.
3. İpoteka saxlayan İddiaçı BOKT ASC ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 2022/00270-01İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 24 may 2021-ci il tarixli 2021/00132-01 kredit müqaviləsinə və xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. İpoteka predmeti ünvan 1 ünvanında yerləşən 75.18 kv.m ümumi, 48.08 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 110 nömrəli mənzildən ibarət olmuş və ipoteka predmetinin dəyəri 87000 manat məbləğində müəyyən edilmişdir.
5. Ödəniş qrafikinə əsasən borcalan kredit müqaviləsi üzrə hər ay 728.04 manat olmaqla 36 ay ödəniş etməli idi. 6. xx.xx.2023-cü il tarixədək olan hesabdan çıxarış məlumatına əsasən borcalan tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 300 manat ödəniş edilmişdir.
7. Kreditor tərəfindən borcalan və ipoteka qoyana ünvanlanan xx.xx.2023-cü il tarixli əsasən, borcalandan kredit müqaviləsi üzrə əsas borca görə 15906.66 manat, faiz borcuna görə 1357.84 manat, dəbbə borcuna görə 1697.85 manat tələb edilmiş, əks təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bundan sonra İddiaçı BOKT ASC tərəfindən xx.xx.2023-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə məktub göndərilmişdir.
8. İddiaçı 21 sentyabr 2023-cü il tarixə tərtib edilmiş maliyyə arayışına əsasən borcalandan kredit müqaviləsi üzrə əsas borca görə 15576.66 manat, faiz borcuna görə 2128.86 manat, dəbbə borcuna görə 1000 manat pul tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00270-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 15.576,66 manat məbləğində qalıq, ona hesablanmış 2128,86 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 18.705,52 manat borcun və dövlət rüsumu kimi ödənilmiş manat məbləğində pulun tutulması, tələbin d igər Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti ev 69, 110 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 87.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 15.576,66 manat məbləğində qalıq, ona hesablanmış 2128,86 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 18.705,52 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 147 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuş, vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmiş, poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərmiş, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə i lə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır.
11. Borcun məbləği borcalanın nümayəndəsi tərəfindən mübahisələndirilmiş və məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 8 fevral 2024-cü il tarixli rəyi ilə borcalanın xx.xx.2023-cü il tarixə olan borcunun əsas borc üzrə 16322.86 manat, faiz borcu üzrə 1517.13 manat olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri isə 100 manat təşkil etmişdir.
12. Məhkəmənin təşəbbüsü ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün onun likvid dəyəri ilə bağlı əmtəəşünaslıq ekspertizası keçirilmiş və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0116 saylı hesabatına əsasən, ipoteka predmeti olan mənzilin likvid dəyərinin 89800 manat olduğu müəyyən edilmişdir.
13. Cavabdeh1 məhkəmə iclaslarında nümayəndə və vəkili vasitəsilə təmsil edilmiş, nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, ekspert rəylərinə hər hansı etirazları yoxdur, Cavabdeh1 alacağını aldıqdan sonra banka olan borcundan ödənişlər edəcəkdir. Cavabdehlər ər-arvaddır və hazırda da nikahdadırlar.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-643/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi “tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00270-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi” və “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılm ası”na dair hissədə iş üzrə icraata xitam verilmişdir.
15. Binəqədi Rayon Məhkəməsinin 2(001)-643/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim İlkin Əliyev) ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə əsas borca görə 15576,66 manat, faiz borcuna görə 1357,84 manat, cərimə borcuna görə 1000 manat olmaqla, ümumilikdə 17934,5 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 89800 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışından əldə olunan vəsaitin xx.xx.2022ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra qalan məbləğin Cavabdeh 2 qaytarılması, vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun Cavabdeh1 ümumi qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.
16. İşin müəyyən edilən hallarından göründüyü kimi, müqavilə tərəfləri arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
17. Bununla belə məhkəmə iddiaçının xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı krediti müqaviləsi üzrə tələb etdiyi məbləği qismən əsaslı hesab etmişdir.
18. İşin müəyyən edilmiş hallarından göründüyü kimi kreditor borclunun öhdəliyini lazımi qaydada icra etməməsinə görə xx.xx.2023-cü il tarixdə müqavilədən imtina etməklə müqavilənin ləğv edildiyi ana qədər yaranmış öhdəliyin icrasını tələb etmişdir. Belə ki, iddiaçının xx.xx.2023-cü il ta rixli bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı krediti müqaviləsi üzrə xx.xx.2023-cü il il tarixinə əsas borca görə 15906.66 manat, faiz borcuna görə 1357.84 manat, dəbbə borcuna görə 1697.85 manatın ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Hazırda isə iddiaçı məhkəməyə təqdim etdiyi maliyyə arayışına görə isə borcalandan xx.xx.2023-cü il tarixinə hesablanan 15576.66 manat əsas, 2128.86 manat faiz, 1000 manat cərimə borcu olmaqla, cəmi 18705.52 manat məbləğində borcun ödənilməsini tələb edir.
19. Göründüyü kimi iddiaçı müqavilədən imtinadan sonrakı dövr üçün edilmiş ödənişi nəzərə alaraq əsas borcu azaltsa da, müqavilə münasibətinin davam etdiyinə əsaslanaraq borcluya faiz borcu hesablamışdır. Bu isə yuxarıda qeyd edildiyi kimi qanunvericiliyin tələbinə uyğun deyildir.
20. Odur ki, məhkəmə faiz məbləğinin tutulması hissəsi ilə bağlı iddia tələbini qismən əsaslı hesab edir və müqavilədən imtina edildiyi vaxta qədər olan faiz borcunun borcalandan tutulmalı olduğu qənaətinə gəlir. Əsas və cərimə borcuna münasibətdə isə məhkəmə həm ekspert rəyini, həm hesabdan çıxarış məlumatlarını nəzərə alır və iddiaçının tələbi ilə razılaşır.
32. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı krediti müqaviləsi üzrə borcalanın əsas borcunun 15576.66 manat, faiz borcunun 1357.84 manat, cərimə borcunun isə 1000 manat olduğu müəyyən edilməli və həmin məbləğlər Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir
21. Göründüyü kimi, iddiaçı “İpote ka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakların açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir.
22. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borcalan tərəfindən lazımınca icra edilmədiyindən, xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 75.18 kv.m ümumi, 48.08 kv.m yaşayış, 27.1 kv.m yardı mçı sahədən ibarət 4 otaqlı, 110 nömrəli mənzilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait bo rcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh1 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
23. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mütəxəssis rəyi ilə razılaşmış və o qənaətə gəlmişdir ki, ilkin satış qiyməti 89800 manat məbləğində müəyyən edilməlidir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 317.1, 319.1, 319.6, 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1 və 739-cu, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 1.0.9, 34.1, 36.1,36.3, 39.3, 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən ödəniş cədvəlinə müvafiq olaraq bir neçə ay ödəniş edildikdən sonra müflis olmağı ilə əlaqədar və işsizlik dövrünün başlanması, onun iş tapmaq üçün müxtəlif variantlara əl atmağı və s. amillər kredit məbləğini vaxtı-vaxtında ödəməyə imkan verməmışdir. Qətnamədən görünür ki, məhkəmə yalnız iddiaçı tərəfin əsassız mövqeyi ilə razılaşmışdır. Belə ki, o, kredit məbləğinin xeyli hissəsini ödəsə də, bu hal nəzərə alınmamışdır. Ekspert də başdansovdu və qərəzli rəy vermişdir. Əslində təkrar ekspertiza keçirilsə, aydın olar ki, o, borcun bir çox mislini ödəmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İ kram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) 2(103)-4194/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh A.Hüseynovun apellyasiya şikayətinin əsas dəlili onun borcun çox hissəsini ödəməsi, ekspert rəyinin isə qərəzli olması, iş üzrə yenidən ekspertiza keçirilməli olması ilə bağlıdır.
29. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı krediti müqaviləsi bağlanmış, borcverən (İddiaçı BOKT ASC) borcalana (Cavabdeh1) 24 may 2021-ci il tarixli, 2021/00132-01 saylı kreditin restrukturizasiyası üçün 36 ay müddətinə, 17150 manat kredit vermişdir, kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 30 faizi təşkil etdiyi müəyyən edilmişdir.
30. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli rəyinə əsasən borcalanın xx.xx.2023-cü il tarixə olan borcunun əsas borc üzrə 16322.86 manat, faiz borcu üzrə 1517.13 manat olduğu müəyyən edilmişdir.
31. İddiaçı rayon məhkəməsinə təqdim etdiyi maliyyə arayışına görə isə borcalandan xx.xx.2023-cü il tarixinə hesablanan 15576.66 manat əsas, 2128.86 manat faiz, 1000 manat cərimə borcu olmaqla, cəmi 18705.52 manat məbləğində borcun ödənilməsini tələb etmişdir.
32. Rayon məhkəməsi əsas borcu maliyyə arayışına uyğun 15576.66 manat, faiz borcunu isə iddiaçının müqavilədən imtina etdiyi vaxta olan tutulmalı 1357.84 manat məbləğində müəyyən etmişdir.
33. Belə ki, mülki işin müəyyən edilmiş hallarından göründüyü kimi kreditor borclunun öhdəliyini lazımi qaydada icra etməməsinə görə xx.xx.2023-cü il tarixdə müqavilədən imtina etməklə müqavilənin ləğv edildiyi ana qədər yaranmış öhdəliyin icrasını tələb etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, xx.xx.2022ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il il tarixinə əsas borca görə 15906.66 manat, faiz borcuna görə 1357.84 manat, dəbbə borcuna görə 1697.85 manatın ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
34. Rayon məhkəməsi faiz borcunun iddiaçının müqavilədən imtina etdiyi xx.xx.2023-cü il tarixli bildirişdə olan məbləğə əsasən müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
35. Göründüyü kimi, hazırkı tələb üzrə iddianı qismən təmin edən rayon məhkəməsinin mövqeyi ədalətli və əsaslı olmuşdur. Cavabdeh1 borcun məbləği ilə bağlı ekspert rəyini şübhə altına salaraq kredit məbləğinin xeyli hissəsini ödəməsinə və yenidən ekpertiza keçirilməli olmasına istinad etsə də, bununla bağlı MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən hər hansı sübut təqdim etməmişdir ki, bu da onun dəlillərinin mülahizə xarakterli olması qənaətinə gəlməyə əsas verir.
36. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 279, 295, 296.1, 319.1, 319.6, 385.1, 442, 445.2.1, 449.4, 467, 739.1-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 11 9.1-ci maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il nömrə 2(103)-4194/2024 il tarixli qətnaməsini ləğv edərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının MPM-in 380, 385, 386, 387, 389-cu maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur.Məhkəmə işə birtərəfli baxmaqla mübahisənin həllinə səthi yanaşmışdır və onunla da obyektivsizliyə yol vermişdir. Məhkəmə işdəki sübutlara qiymət verməyərək birtərəfli, əsassız qətnamə qəbul etmiş dir və nəticədə konstitusion hüquqları kobud sürətdə pozulmuşdur.
39. Kreditin məbləğinin xeyli hissəsini ödəsə də bu hal nəzərə alınmamışdır. Ekspert də başdansovdu və qərəzli rəy vermişdir. Əslində təkrar ekspertiza keçirilsə aydın olar ki, borcun bir çox mislini ödəmişdir.Məhkəmə kollegiyası sübutlara tam, hərtərəfli və düzgün hüquqi qiymət verməmişdir.
40. Kassiya şikayəti Azərbaycan Respublikasının MPM-in 9, 14.2, 77.1, 88, 416, 418.1, 418.1-ci maddələrinə istinad edilməklə əsaslandırılarkən. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişs ə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
43. Maddə 319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
45. Maddə
442. Öhdəliyin icra edilm əməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
46. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
47. Maddə 449.4. özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
48. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənil dikdən sonra onun miqdarının azaldılması istisna edilir.
49. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şika yətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2024-cü il tarixli 2(103)-4194/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.