Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-862/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Seyfulla oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 08.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı Seyfulla oğlunun, vəkili X12, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1205/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 aprel 2021-ci il tarix də Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 25 dekabr 2015-ci il tarixli aktla müəyyən olunur ki, vətəndaş Cavabdeh satıcılıq fəaliyyəti üçün məşğul olmaq məqsədi ilə bazardakı mağazalara vaxtı vaxtında malı alıb gətirmək üçün Gözbarax kənd sakini İddiaçı nəğd yolla 2015-ci ildən hissə-hissə cəmi 37 000 manat (otuz yeddi min manat) nəğd pulun bir hissəsini, 15 000 manat (on beş min manat) pulu 2015-ci ilin yanvar ayının 22-də almışdır və 2015-ci ilin sentyabr ayında tam ödəyəcəyini bildirmişdir. Nəğd pulun digər hissəsini 15 000 manat (on beş min manat) pulu 2015-ci ilin may ayının 8-də almışdır və 2015-ci ilin dekabr ayında tam olaraq qaytarılacağına razılığını bildirmişdir. Digər qalan hissəsini 7 000 manat (yeddi min manat) nəğd p ulu 25 noyabr 2015-ci ildə almışdır və 2016-cı ilin yanvar ayında ödəyəcəyini bildirmişdir. Lakin mal alışı üçün 2015ci ilin yanvar ayından hissə-hissə aldığı cəmi 37 000 manat (otuz yedi min manat) nəğd pulun heç bir hissəsini indiyə qədər ödəyə bilməmişdir. Mal alışı üçün nəğd yolla verilən pulun ödənilməsinə müddətin uzadılmasını xahiş etmişdir. Aldığı nəğd pulun ödənilməsi üçün mağazada satılan malın satışından əldə olunan nəğd pulu hər gün üçün ödəməklə hissə-hissə ödəyəcəyini bildirmişdir. Malın satışından əldə edilən qazancını razılaşma əsasında bölüşdürülməsi və nəğd verilən pula alınan malın bahalaşması nəticəsində olan artıq satışdan alınan pulunu da münasib bölünəcəyi razılığına gəlmişlər. Tərəflər arasında qeyd olunan təkliflər təmin olunmasa verdiyi nəğd pulu və gəliri, yaxud ilkin qiymətdən hazırki baha qiymətə satılmış maldan əldə olunan əlavə qazancı ödəyəcəyinə və əgər istəsə satılmamış qalan malını ilkin alış qiymətində geri almaq razılığına gəlmişdir. Mal alışı üçün nəğd yolla verilən pulun ödənilməsi üçün maddi məsuliyyət daşıyacağını bildirmişdir. Cavabdeh yazaraq imzaladığı 31 mart 2016-cı il tarixli izahatında göstərmişdir ki, “Bildirirəm ki, mən Cavabdeh satıcılıq fəaliyyəti üçün məşğul olmaq məqsədi ilə bazardakı mağazalara vaxtı-vaxtında mal alıb gətirmək üçün Gözbarax kənd sakini İddiaçı 2015-ci ildən hissə-hissə cəmi 37000 manat nağd pulu qaytarmaq şərti ilə almışam. Nağd pula aldığım maldan birgə işlədiyimiz müddətdə malı sataraq malin satışından əldə olunan qazancı öz aramızda, razılaşma əsasında hər ay üçün ödəyəcəyəm. Aldığım nağd pulu 2016-c ı ilin fevral ayında qaytara bilmədiyimə görə ödəmə müddətinin uzadılmasını xahiş etdim. Malın alışı üçün verilən nağd pulu 2016-cı ilin avqust ayında tam şəkildə qaytaracağam. Bildirirəm ki, nağd şəkildə verilən pula alınan malın bahalanması nəticəsində olan artıq satışdan alınan pulun münasib bölünəcəyinə razılıq verdim. Öz aramızda qeyd olunan təkliflər razılıq əsasında olunmasa mal alışı üçün nağd yolla aldığım pulu tələb edilən vaxtda tam şəkildə ödəyəcəyəm. İzahatı özüm yazdım düzdür”. Cavabdeh yazaraq imzaladığı 05 aprel 2019-cu il tarixli izahatında göstərmişdir ki, “X17 kənd sakini Cavabdeh bazardan mağazalara vaxtı-vaxtında mal alıb gətirmək məqsədilə Gözbarax kənd sakini İddiaçı özünə və qardaşlarına məxsus olan cəmi 37000 manat nağd pulu 2015-ci ilin yanvar ayından noyabr ayı na qədər hissə-hissə almışam. Mal alışı üçün aldığım nağd pulun ödəmədiyim qalan hissəsi 30000 manat nağd pulu 2018-ci ilin yanvar ayında ödəyə bilmədim. Əvvəllər də ödəyəcəyimi bildirmişəm. Nağd pulun ödəmədiyim qalan hissəsini 30000 manat nağd pulu 2019-cu ilin oktyabr, noyabr, dekabr ayının sonuna qədər hissə-hissə ödəyəcəyimi bildirirəm. Əgər könüllü razılaşmaya əməl etməsəm, maddi məsuliyyət daşıyıram”. 25 aprel 2019-cu il tarixli aktdan görünür ki, vətəndaş Məmmədov X3 sakini İddiaçı özünə və qardaşlara məxsus olan cəmi 37 000 manat (otuz yeddi min manat) pulu bazardakı mağazalara axtı-vaxtında mal alıb gətirmək, satıcılıq fəaliyyəti ilə birgə işləmək məqsədi ilə 2015-ci ilin yanvar ayından noyabr ayına qədər hissə-hissə nəqd yolla almışdır. Mal alışı üçün aldığı nəqd pula alman mald an və malın satışından əldə edilən gəliri iə Cavabdeh şəxsən özünün razılığı əsasında hər ay üçün hər 1000 manat (bir min manat) nəqd pula alınan maldan və malın satışından hər ayda 20 manat qazanc ödəyəcəyini bildirmişdir. Nəqd pula alınan və malın;atışından əldə olunan qazancı beş-altı ay gecikdirərək ödəmişdir. Nəqd pula aldığı malın bahalaşması nəticəsində də olan artıq satışından alman pulunu da mal alışı üçün hissə-hissə nəqd yolla aldığı puluna münasib bölünməsini təmin edəcəyini bildirmişdir. Nəqd yolla aldığı pulu 2018-ci ilin dekabr ayında tam ödəyəcəyini bildirsə də, indiyə qədər ödəyə bilməmişdir. Nəqd pulun ödənilməsi üçün dəfələrlə müraciət olunmuşdur. Yalnız bir hissəsini 7 000 manat (yeddi min manat) nəqd pulu nəzərdə tutulan müddətdən gec ödəmişdir. Mal alışı üçün nəqd yo lla aldığı pulun ödənməmiş qalan hissəsinin 30 000 manat (otuz min manat) pulu 2019cu ilin oktyabr, noyabr, dekabr ayının sonuna qədər hissə-hissə olaraq tam ödəyəcəyini və maddi məsuliyyət daşıyacağını bildirmişdir. 25 iyul 2019-cu il tarixli aktdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan Cavabdeh, Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan X5, Zaqatala rayonu Göyəm kəndində yaşayan X1 tərəfindən imzalanmış 17 may 2019-cu il tarixdə tərtib edilmiş akt etibarsız hesab edilir. Ona görə ki, həmin akt onların heç biri tərəfindən tərtib edilməmiş, həmin akt imzalanan zaman məzmununun nədən ibarət olması onlara məlum olmamışdır. Həmin akt İddiaçı tərəfindən onlara məlum olmayan yerdə və şəraitdə hazırlanaraq Zaqatala bazarında başları alverə qarışan zaman onları aldadaraq imza etdirilmişdir. Həmin aktın saxta olması onunla sübut olunur ki, aktda göstərilən şərtlər qaydalar heç bir nəticələr doğurmur. Belə ki, aktda Abdulla Yusif oğlunun İddiaçı götürdüyü pullar barədə yazılır, Abdulla Yusif oğlunun İddiaçı verdiyi faizlər, gəlirlər və dolların kursunun artıb azalması nəticəsində Abdulla Yusif oğlunun gəlir əldə edəcəyi barədə, həmin gəlirin Abdulla Yusif oğlu tərəfindən İddiaçı veriləcəyi barədə şərtlər yazılır. Bu şərtlərin heç biri bizə oxunmamış, aktın məzmununun nədən ibarət olması bildirilməmiş və akt saxtalaşdırılmışdır. Bundan başqa Cavabdeh bildirir ki, o latın əlifbası ilə oxuya bilmir, akt ona və bizə ucadan oxunmamış və Əhməd X7 verib aldığı pulları təkrar almaq, onu aldatmaq, onu əlverişsiz vəziyyətə salmaq məqsədilə bu aktı tərtib etmişdir. Həmin ak tda göstərilən şərtlər Mülki Məcəlləyə əsasən notarial qaydada təsdiq edilmiş müqavilə ilə həyata keçirilən bir iş olduğundan biz həmin aktı etibarsız hesab edirik.Sahib Ramazanov bildirir ki, ümumiyyətlə o, İddiaçı ilə Cavabdeh arasında pulların alınıb verilməsində iştirak etməmişdir. Yalnız onu bilir ki, Abdulla Yusif oğlunun İddiaçı bu günkü gün üçün borcu yoxdur. Bu barədə ona Abdulla və onun ailəsi bildirmişdir. 09 iyul 2019-cu il tarixli aktdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan Cavabdeh, Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan X5, Zaqatala rayonu Göyəm kəndində yaşayan X1 tərəfindən imzalanmış 25 dekabr 2015ci il tarixdə Zaqatala rayonu Gözbarax kəndində tərtib edilmiş akt etibarsız hesab edilir. Ona görə ki, həmin akt onların heç biri tərəfindən tərtib ed ilməmiş, həmin akt imzalanan zaman məzmununun nədən ibarət olması onlara məlum olmamışdır. 17 may 2019-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, 2015-ci ilin yanvar ayından 2015-ci ilin noyabr ayınadək müxtəlif vaxtlarda İddiaçı, Cavabdeh icarəyə götürərək sahibkarlıq fəaliyyətini həyata keçirdiyi mağazalara birgə əməkdaşlıqla məşğul olmaq məqsədi ilə ümumilikdə 37.000 (otuz yeddi min) manat pul qoyuluşu etmişdir. Həmin pullar nəğd qaydada Cavabdeh verilmişdir. Həmin razılaşmaya əsasən, Cavabdeh İddiaçı götürdüyü pulu İddiaçı istədiyi vaxt geri tələb edərək əməkdaşlıqdan imtina edə bilər. İlkin razılaşmaya əsasən Qurbanov X6 Abdulla Yusif oğlu arasında birgə fəaliyyət bir il müddətinə olmuş, lakin Cavabdeh İddiaçı götürdüyü 37000 manat pulu qaytara bilmədiyi üçün məcburən birgə fəliy yətin müddəti qarşılıqlı razılıq əsasında uzadılmışdır. Həmin razılaşmanın tələblərinə əsasən Cavabdeh hər min, manat üçün İddiaçı 20 (iyirmi) manat qazanca görə pav ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin razılaşmanın tələblərinə əsasən Cavabdeh İddiaçı mağazalarda həyata keçirilən alqı-satqıya nəzarət etməsinə şərait yaratmalıdır. İddiaçı tərəfindən birgə sahibkarlıq məqsədi ilə ödənilmiş 37.000 (otuz yeddi min) manat pulun 7.000 (yeddi min) manatlıq hissəsi Cavabdeh tərəfindən 2017-ci ilin oktyabr ayınadək hissə-hissə ona ödənilmişdir. Hazırda birgə sahibkarlıq fəaliyyəti ilə bağlı Cavabdeh dövriyyədə olan pulu 30.000 (otuz min) manat təşkil edir. 2018-ci ilin sentyabr ayınadək Cavabdeh aralarındakı razılaşmaya əsasən ona hər ay 1.000 (bir min) manat üçün 20 manat məbləğində pulu ödəmiş, lakin, 2018-ci ilin sentyabr ayından bu yana qazanca uyğun pay qismən ödənilməmişdir. Hazırda Cavabdeh ona əldə olunmuş gəlirdən verəcəyi pul 2018-ci ilin sentyabr ayınadək 1700 (bir min yeddi yüz) manat və 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may aymadək 4200 (dörd min iki yüz) manat (600 manat x 7 ay) təşkil edir. O cümlədən, 05 dekabr 2018-ci il tarixdə Cavabdeh ondan təkrar aldığı 10000 (on min) manat pulun qazancının qalıq hissəsi olan 1000 (bir min) manat təşkil edir. Cavabdeh birgə sahibkarlıq fəaliyyəti ilə bağlı dövriyyədə olan 30.000 (otuz min) manat pulu 2019-cu ilin sonunadək ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh 2015-ci ilin fevral və dekabr aylarındakı devalivasiva nəticəsində ondan götürdüyü pula əsasən arada yaranmış fərqin yarısını ona verməyi öz öhdəsi nə götürmüşdür. Cavabdeh mal alışını ABŞ dolları ilə həyata keçirdiyi üçün İddiaçı verdiyi pullarla dərhal ABŞ dolları almış ilkin devalivasiyada (2015 fevral: 0,78 manatdan - 1,05 manat) hər 1 dollarda 0,27 manat, ikinci devalivasiyada isə dekabr: 1,05 manat-dən - 1,55 manat) 0,50 manat gəlir əldə etmişdir. Həmin gəlir 30.000 (otuz min manat- təşkil edir ki, onun da yarısı 15000 (on beş min) manatdır. Cavabdeh etiraf edir ki, onun verdiyi pullar hesabına ucuz aldığı malı devalivasiyadan sonra baha qiymətə sata bilmiş və daha çox gəlir əldə etmişdir. Hazırda Cavabdeh ona ödəməli olduğu pul 30.000 (otuz min) manat dövriyyədə olan pul, 6900 (altı min doqquz yüz) manat əldə olunmuş gəlirdən payın qalıqları və devalivasiya nəticəsində əldə edilmiş gəlirin (fərqin) yarısı olan 15000 (on beş min ) manat təşkil edir. Cavabdeh ona ödənilməli olan vəsaiti nəğd qaydada ödəyə bilməyəcəyi təqdirdə, mağazalarda olan xalçaları ilkin aldığı qiymətə ona verməyi öhdəsinə götürmüş və mağazada olan 51.900 (əlli bir min doqquz yüz) manat dəyərində xalçaları bu məqsədlə ona girov olaraq təqdim edir. Birinci instansiya məhkəməsində təyin olunaraq alınmış ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 37-ci vərəqəsində olan 25 aprel 2019-cu il tarixli aktda “Cavabdeh” yazıları qarşısındakı imza, 40-41-ci vərəqələrində olan 17 may 2019-cu il tarixli aktda ”2” rəqəminin qarşısındakı və “İmza:” qrafasında “Cavabdeh” ad və soyadı qarşısındakı imzalar, 148-ci vərəqəsində olan 05 aprel 2019-cu il tarixli izahatdakı yazılar və “İmza:” qrafasındakı imza, 149-cu vərəqəsində olan 10 dekabr 2018-ci il tarixli izahatdakı yazılar və “İmza:” qrafasındakı imza, 160-cı vərəqəsində olan 31 mart 2016-cı il tarixli izahatdakı yazılar və “İmza:” qrafasındakı imza (cəmi-6 imza) - Cavabdeh tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Seyfulla oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 51900 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-ci ilin yanvar ayından 2015-ci ilin noyabr ayında müxtəlif vaxtlarda Cavabdeh icarəyə götürərək sahibkarlıq fəaliyyətini həyata keçirdiyi mağazalara birgə əməkdaşlıqla məşğul olmaq məqsədi ilə ümumilikdə 37.000 (ot uz yeddi min) manat pul qoyuluşu etmişdir. Həmin pullar nəğd qaydada Cavabdeh verilmişdir. Həmin razılaşmaya əsasən, Cavabdeh ondan götürdüyü pulu o istədiyi vaxt geri tələb edərək əməkdaşlıqdan imtina edə bilərdi. İlkin razılaşmaya əsasən Cavabdeh ilə aralarındakı birgə fəaliyyət 1 (bir) il müddətinə olmuş, lakin, Cavabdeh ondan götürdüyü 37.000 (otuz yeddi min) manat pulu qaytara bilmədiyi üçün məcburən birgə fəaliyyətin müddəti qarşılıqlı razılıq əsasında uzadılmışdır. Həmin razılaşmanın tələblərinə əsasən, Cavabdeh hər min manat üçün ona 20 (iyirmi) manat qazanca görə pay ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla yanaşı o, ona mağazalarda həyata keçirilən alqı-satqıya nəzarət etməyə şərait yaratmalı idi. Birgə sahibkarlıq məqsədi ilə ödənilmiş 37.000 (otuz yeddi min) manat pulun 7.000 ( yeddi min) manatlıq hissəsi Cavabdeh tərəfindən 2017-ci ilin oktyabr ayınadək hissə-hissə ona ödənilmişdir. Hazırda birgə sahibkarlıq fəaliyyəti ilə bağlı Cavabdeh dövriyyədə olan pulu 30.000 (otuz min) manat təşkil edir. 2018-ci ilin sentyabr ayınadək Cavabdeh aralarındakı razılaşmaya əsasən ona hər ay 1.000 (bir min) manat üçün 20 manat məbləğində pulu ödəmiş, lakin, 2018-ci ilin sentyabr ayından bu yana qazanca uyğun pay qismən ödənilməmişdir. Hazırda Cavabdeh ona əldə olunmuş gəlirdən verəcəyi pul 2018-ci ilin sentyabr ayınadək 1700 (bir min yeddi yüz) manat və 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may aymadək 4200 (dörd min iki yüz) manat (600 manat x 7 ay) təşkil edir. O cümlədən, 05 dekabr 2018-ci il tarixdə Cavabdeh ondan təkrar aldığı 10000 (on min) manat pulun qazancının qal ıq hissəsi olan 1000 (bir min) manat təşkil edir. Cavabdeh birgə sahibkarlıq fəaliyyəti ilə bağlı dövriyyədə olan 30.000 (otuz min) manat pulu 2019-cu ilin sonunadək ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh 2015-ci ilin fevral və dekabr aylarındakı devalivasiva nəticəsində ondan götürdüyü pula əsasən arada yaranmış fərqin yarısını ona verməyi öz öhdəsinə götürmüşdür. Belə ki, Cavabdeh mal alışını ABŞ dolları ilə həyata keçirdiyi üçün İddiaçı verdiyi pullarla dərhal ABŞ dolları almış ilkin devalivasiyada (2015 fevral: 0,78 manatdan - 1,05 manat) hər 1 dollarda 0,27 manat, ikinci devalivasiyada isə dekabr: 1,05 manat-dən - 1,55 manat) 0,50 manat gəlir əldə etmişdir. Həmin gəlir 30.000 (otuz min manat- təşkil edir ki, onun da yarısı 15000 (on beş min) manatdır. Cavabdeh etiraf edir ki, onun verdiyi pullar hesabına ucuz aldığı malı devalivasiyadan sonra baha qiymətə sata bilmiş və daha çox gəlir əldə etmişdir. Hazırda Cavabdeh ona ödəməli olduğu pul 30.000 (otuz min) manat dövriyyədə olan pul, 6900 (altı min doqquz yüz) manat əldə olunmuş gəlirdən payın qalıqları və devalivasiya nəticəsində əldə edilmiş gəlirin (fərqin) yarısı olan 15000 (on beş min) manat təşkil edir. Cavabdeh ona ödənilməli olan vəsaiti nəğd qaydada ödəyə bilməyəcəyi təqdirdə, mağazalarda olan xalçaları ilkin aldığı qiymətə ona verməyi öhdəsinə götürmüş və mağazada olan 51.900 (əlli bir min doqquz yüz) manat dəyərində xalçaları bu məqsədlə ona girov olaraq təqdim etmişdir. Yuxarıda sadaladığı bütün hallar, iş üzrə Cavabdeh, həmçinin şahidlər Zaqatala rayonu, Göyəm kənd sakini X4, Zaqatala rayonu, Aşağı Tala kənd sakini X10, Zaqatala rayon, Gözbarax kənd sakini X2 iştirakı ilə tərtib olunmuş 17 may 2019-cu il tarixli aktla bir daha öz təsdiqi tapmışdır. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinin səbəbi, iş üzrə Cavabdeh aralarında olan razılaşmanın tələblərinə riayət etməməsi olmuşdur. Belə ki, cavabdeh onun birgə fəaliyyətlərinə nəzarətinə maneçilik törədir, əldə edilmiş gəlirdən ona ödəməli olduğu pulu və ona vermiş olduğu borcu ödəmir. Bu səbəbdən də o hazırki vəziyyətdə cavabdehlə birgə fəaliyyəti dayandırmaq və 30.000 (otuz min) manat dövriyyədə olan pulun, 6900 (altı min doqquz yüz) manat əldə olunmuş gəlirdən payının və devalivasiya nəticəsində əldə edilmiş gəlirin (fərqin) yarısı olan 15000 (on beş min) manat pulun Cavabdeh alınaraq ona ödənilməsini istəyir. Zaqa tala Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov, iş № 2(033)-44/2020) iddia təmin olunmuş, Cavabdeh 51900 manat borcun tutularaq İddiaçı Seyfulla oğluna ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı, borcunu ödəmək şərti ilə, borc olaraq 37000 manat pul borc almış və borc alması barədə kredit müqaviləsi (aktlar, izahatlar) bağlamışdır. Cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməmiş, iddiaçıya borcunu ödəməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı və Cavabdeh iştirakı ilə 17 may 2019-cu il tarixə tərtib edilmiş aktı borcun olmasını təsdiq edən sübut qismində qiymətləndirilməlidir. Cavabdehin pulun tam şəkildə həqiqətən iddiaçıya qaytarmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bunu sübut edə bilməmiş, öz etirazının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə daha sonra hesab etmişdir ki, Cavabdeh İddiaçı ilə aralarında olan razılaşmaya əsasən Cavabdeh hər 1000 min, manat üçün İddiaçı 20 (iyirmi) manat qazanca görə pay ödəməyi öz öhdəsinə götürsə də, 2018-ci ilin sentyabr ayınadək həmin məbləği qismən ödəmiş və 2018-ci ilin sentyabr ayından etibarən həmin məbləğ İddiaçı ödəməmişdir. 17 may 2019-cu il tarixli aktdan müəyyən edilir ki, Cavabdeh 05 dekabr 2018-ci il tarixdə İddiaçı təkrar aldığı 10000 (on min) manat pulun da qazancının qalıq hissəsi olan 1000 (bir min) manatı ödəməmişdir. 2018-ci ilin sentyabr ayına dək olan 1700 manat, 2018-ci ilin sentyabr ayından etibarən 2019-cu ilin may ayınadək 30000 manat üçün hesablanmış 4200 manat faiz borcu və 05 dekabr 2018-ci il tarixdə götürülmüş 10000 manat əsas borca hesablanmış 1000 manat, cəmi 6900 manat faiz borcu da cavabdeh tərindən ödənilməmişdir. Cavabdeh 2015-ci ilin fevral və dekabr aylarındakı devalivasiya nəticəsində İddiaçı götürdüyü pula əsasən arada yaranmış fərqin yarısını İddiaçı verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh mal alışını ABŞ dolları ilə həyata keçirdiyi üçün cavabdeh İddiaçı verdiyi pullarla dərhal ABŞ dolları almış ilkin devalivasiya nəticəsində (2015 fevral: 0,78 manat-dən - 1,05 manat) hər 1 dollarda 0,27 manat, ikinci devalivasiyada isə (2016 dekabr: 1,05 manat-dən - 1,55 manat) 0,50 manat gəlir əldə etmişdir. Həmin gəlir 30.000 (otuz min) manat təşkil edir. Belə vəziyyətdə Cavabdeh tərəfindən 30000 manat borcun dövri yyəsindən əldə edilmiş fayda olan 30000 manat pul məbləğinin yarısı olan 15000 manat aralarında olan razılaşmaya əsasən iddiaçıya ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2020-ci qətnaməsi ilə (hakimlər R.Əliyev (sədrlik edən və məruzəçi), A.Eyvazov və İ.Şükürov, iş № 2(107)1205/2020) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdehin apellyasiya şikayətində göstərdiyi hər bir dəlillə ayrı-ayrılıqda qiymətləndirilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Ca vabdeh (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1205/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində apellyasiya şikayətində göstərilənlərlə eyni ilə təkrarlanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq et məmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1205/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçının vəkili X14 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1205/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin həmin cavabdehin şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır 425.1 maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifə lərini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtl əri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsi nin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 741-ci maddəsinə əsasən Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir 742.1-ci maddəsinə sasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbs a, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən h akim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu b axımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına, sübutların düzgün qiymətləndirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətində göstərilənlər məhz apellyasiya şikayətində göstərilən dəlillərlə eynilik təşkil etmiş və məhkəmə tərəfindən həmin dəlillərə ayrı ayrılıqda qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında rəsmləşdirilmiş və hər iki tərəfin imzası ilə təsdiq edilmiş sənədi öhdəliyin mövcudluğun təsdiq edən sənəd kimi qəbul etmişdir. Məhkəmə tərəfindən həmin sənəddəki imzanın cavabdehə mə xsus olmasını yoxlamışdır. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2 006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1205/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-862/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-862/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver