Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-862/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-862/2024 (Açar sözlər: pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1430/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh adından olan əlyazma iltizama əsasən, sonuncu İddiaçı uzun müddətdir ki, 14.000 manat borca pul aldığını və qaytara bilmədiyini, evinin satışda olmasını, evini satan kimi borcu qaytaracağını bildirmiş və iltizama imza edərək, xx.xx.2022 tarixini qoyaraq öz soyad, ad və ata adını yazmışdır.
2. Cavabdeh xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 1 ünvanında yerləşən “Şirniyyat evində” qənnadçı şirniyyatçı vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində iş buraxma halları olmamışdır. Sonuncu əmək haqqı 2020-ci ilin mart ayı üçün verilmiş və məlum pandemiya ilə əlaqədar “Şirniyyat evi”-nin işində də fasilə olduğuna görə c avabdeh xx.xx.2020-ci il tarixdən sonra işləməmişdir. 3. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, ***-***-**-** saylı nömrə “Azercell” şəbəkəsinə məxsus deyildir. 55-887-28-59 saylı nömrə xx.xx.2018-ci il tarixdən etibarən “Azercell” abunəçisidir. ***-***-**-** saylı nömrənin müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Qeyd olunan nömrələr arasında zənglər aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra-iddiaçı) cavabdehə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən borclu olduğu 14.000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, c avabdeh onun tanışıdır və yaxın münasibəti olmuşdur. 2020-ci ilin əvvəllərində cavabdeh ona yaxınlaşıb xəstəsi olduğunu, ona təcili 10.000 ABŞ dollar pul lazım olduğunu bildirərək ondan borc pul istəmişdir. Aralarında inam və etibar olduğundan və cavabdehə ev almaq üçün topladığı 14.000 manat pulu borc vermişdir. Cavabdeh 2020-ci ilin fevral ayında pulu ondan almış və həmin pulun ona verilməsi barədə borc müqaviləsi tərtib etmişdir. Cavabdeh 2021-ci ilin fevral ayında aldığı 14.000 manat borc pulu evini sataraq qaytaracağına söz vermiş və öhdəlik götürmüşdür. Lakin cavabdeh telefon zənglərinə, rəsmi müraciətinə baxmayaraq pulu ödəməkdən yayınmış, onu süründürməçiliyə salmış, sonda isə borclu olduğu pulu ödəməkdən imtina etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəki li və nümayəndəsi Vəkil iddianı qəbul etmərək bildirmişdir ki, iltizam cavabdeh tərəfindən yazılmış olsa da, cavabdehə iddiaçı tərəfindən hər hansı məbləğdə pul verilməmişdir. İddiaçı cavabdehi təhdid edərək, iltizam yazdırmışdır.
7. Eyni zamanda cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etirazında qeyd etmişdir ki, tərəflər arasında faktiki olaraq borc müqaviləsi bağlanmamış yalnız təhdid altına məcburən imzalatdırılan formal bir qəbz vardır. Həmin qəbzə nəzər yetirəndə onun həqiqətə belə uyğun olmaması da aydın görünməkdədir. Qəbzin harada, hansı ünvanda, hansı tarixdə imzalanması bəlli deyil, qəzbdə o da qeyd olunur ki, borcun əvəzinə qızıl və sənəd qirov qoymamışam. Qəbzdə qızıl və sənəd qoymamışam kəlməsinin işlədilməsinə hansı zərurət var idi? Həmin zərurət yalan əqdi pə rdələmək məqsədi ilə yanaşı digər həqiqi şifahi əqdə olan münasibətləri qabartmamaq tələbindən irəli gəlmişdir. İddiaçı cavabdehə qəbzdə bu kəlmələri məcburən yazdırtmaqla bir növ özünün ifşa etmişdir. Qəbzdə göstərilən 14.000 manat vəsait uydurmadır, iddiaçı bu məbləğdə pulu cavabdehə verməmiş və cavabdehdə həmin məbləğdə pulu iddiaçıdan almamışdır. Həqiqət də ondan ibarətdir ki, cavabdeh iddiaçının anası, X1 2008-ci ilin fevral ayında ayda 20 faiz ödəmək şərti ilə 2.400 ABŞ dolları sələmə pul almışdır, qarşılığında isə qarant, təminat olaraq cəmi 42 qram çəkisi olan qızıl vermişdir, 30 qram çəkidə Kardinal boyunbağı sep və əlavə olaraq 10 qramlıq Kardinal sep üstündə 2 qramlıq kulon, ümumvətəndaş (xarici) pasportu və sürücülük vəsiqəsi almaqdan ötəri həkim arayışını da vermişdir. Bunda n sonra cavabdeh 2008-ci ilin fevral ayından başlayaraq 2011-ci ilin mart ayi daxil olmaqla Zahidə Mirzəxanovaya hər ay 550 manat (100 manatını əsas borcan silmək şərti ilə) faiz ödəmişdir. Ümumilikdə isə cavabdeh iddiaçının anasına 37 ay ərzində (37x550=20.350) 20.230 manat pul ödəmişdir. 2009-cu ilin dekabr ayında cavabdeh Zahidə Mirzəxanovaya faiz ödəniş etməkdə çətinlik çəkdiyinə görə Zahidə Mirzəxanovanın təkidi ilə onlar "xxxx" ASC-nin Quba filialına gedərək cavabdehə məxsus olan, lakin Zahidə Mirzəxanovada girovda saxlanılan 42 qram qızılı girov qoyaraq bankdan Zahidə Mirzəxanova 1.200 manat kreditə pul götürmüşdür, həmin kreditin ödənişini isə banka cavabdehə aylar üzrə ödəniş qəbzlərini imzalayaraq krediti bağlamışdır. 2009-cu ilin dekabr 2010-cu ilin yanvar-fevral ayları üzrə həm in 1.200 manat kreditin cavabdehin imzası olan qəbzləri bankda saxlanılmaqdadır, kredit bağlanandan sonrə zinət əşyaları yenədə Zahidə Mirzəxanovaya qaytarılmış və hal-hazıra kimi də onda qalmaqdadır. Yəni cavabdeh ilə iddiaçının anası Zahidə Mirzəxanova arasında şifahi əqd mövcud olmuş, həmin əqdin iddiaçıya heç bir aidiyyəti olmamışdır. 2011-ci ilin aprel ayında cavabdeh işdən çıxarıldıqdan sonra Zahidə Mirzəxanovaya heç bir ödəniş edə bilməmişdir. Bundan sonra Zahidə Mirzəxanova cavabdehin üzərinə faiz hesablamağa başlamış və onu təhdid etmişdir. 2015-2016-cı illərdə Zahidə Mirzəxanova cavabdehdən 7.000 manat faiz tələb etmiş və cavabdeh tərəfindən ödənilən və əsas puldan çıxmalı olan 100 manatı da faiz üstünə faiz hesablayaraq yenə də cavadehi süni olaraq borclu çıxarmış, verilmiş zinə t əşyalarını da mənimsəmişdir. Cavabdehin maddi durumunu məhv edən Zahidə Mirzəxanova sonra da onun yaşadığı evə göz tikmiş və evin həyətindən torpaq sahəsi istəməyə başlamışdır. Lakin cavadehin yaşadığı ev ata evi olduğundan, ana-atası vəfat edəndən sonra vərəsələr müəyyən edilmədiyindən hal-hazıra kimi vərəsəlik haqqında şəhadətnamə alınmamışdır. Buna baxmayaraq Zahidə Mirzəxanova cavabdehi təhdid etdiyinə görə məcbur olub Bakı şəhərində işə düzəlmiş və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək Bakıda yaşamışdır. Məlum pandemiyadan sonra iş bağlandığı üçün xx.xx.2020-ci tarixdə cavabdeh Quba şəhərinə qayıtmışdır. Yəni iddiaçının məhkəməyə təqdim etdiyi qəbz həqiqəti əks etdirmir, çünki cavabdeh ümumiyyətlə 2020-ci ilin yanvar-mart ayları Qubaya gəlməmiş və nə əvvəl nə 2020-c i ilin fevral ayında nə də daha sonra iddiaçıdan 14.000 manat borc pul almamışdır. Belə olan halda 2020-ci ilin fevral ayında məlum borc qəbzini də cavabdehə verə bilməzdi. Qəbzə dair həqiqətsə ondan ibarətdir ki, iddiaçı anası ilə birlikdə 2022-ci ilin iyul ayının əvvəli cavabdehin evinə gələrək fazi borcunun 14.000 manata yaxınlaşdığını bəyan etmiş və yenədə tələb etmişlər ki, ata evinin həyətindən iki sot torpaq ayırıb onlara versin. Cavabdeh evin vərəsəlik, miras işi həll olunmadığına görə onlara torpaq verilməsinin mümkün olmamasını bildirmişdir. Bir həftədən sonra iddiaçı anası ilə yenə cavabdehin evinə gələrək ümumvətəndaş (xarici) pasportu və sürücülük vəsiqəsi almaqdan ötəri həkim arayışını müddətləri keçdiyindən qaytarmışlar və cavabdehi təhdid edərək məlum qəbzi onlara verilməsi nə nail olmuşlar. Yəni qəbz onlara 2022-ci ilin iyul ayında verilib sadəcə iddiaçı və anasının təkidi ilə 2020ci ilin fevral ayına aid edilmişdir. Zahidə Mirzəxanova bildirmişdir ki, o şəkər xəstəsidir və təzyiqdən əziyyət çəkir bu səbəbdən qəbz qızının adına yazılsın ki, bundan sonra qızı, iş üzrə iddiaçı cavabdehdən 14.000 manat faiz borcunu tələb etməkdən ötəri bir əsas olsun. Yəni hazırki iddia tələbi yalan əqd əsasına verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumu nun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. İddiaçının məhkəməyə təqdim etdiyi əqd 2008-ci ildə iddiaçının anası Zahidə Mirzəxanova ilə cavabdeharasına olan əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqdir, yəni yalan əqddir. Şərh olunanlara əsaslanaraq iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiasını rədd edilməsini xahiş etmişd ir.
8. Quba Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(027)461/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, iddiaçının cavabdehdən 14.000 manat pulun alınıb ona qaytarılmasına dair iddiası rədd edilməlidir.
10. Birinci instansiya məh kəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə ekspertiza təyin edilərək iddia tələbinin təmin olunmamasınıi xahiş etmişdir.
12. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində hakim məsələyə sübutetmə yükü baxımından yanaşaraq, iddia ərizəsini rədd etmişdir. Lakin o, iddia ərizəsinə cavabdeh tərəfindən imzalanmış iltizamları əlavə etmişdir. Cavabdehin nümayəndəsi də həmin imzanın cavabdehə aid olmasını etiraf etmişdir. Lakin cavabdeh guya həmin iltizama təhdid altında imzaladığını qeyd edir. Cavabde h tərəf bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməsələr də, məhkəmə onların müdafiələrini əsaslı sayaraq iddia tələbini təmin etməmişdir. Bundan başqa, imzanın cavabdehə aid olduğunu, lakin iltizamda qeyd olunan rəqəmlərin cavabdeh tərəfindən icra olunmadığını bildirmişdir. Bu zaman mülki işə baxan hakimdən iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsini tələb etsə də, hakim şifahi vəsatəti qəbul etməmişdir. Ona görə də, hesab edir ki, işə baxılan zaman iş üzrə ekspertiza təyin edilməlidir. Məhkəmə qeyd olunan mülki iş üzrə qərəzli mövqeydən yanaşmışdır. Belə ki, əgər qeyd olunan 14.000 rəqəmini o yazsaydı, ekspertizanın keçirilməsini tələb etməzdi. Lakin qarşı tərəf borcun olmaması barədə heç bir sübut təqdim etmədiyi halda, öz təqsirsizliklərini sübuta yetirmədikləri halda hakim iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Bundan başqa, mübahisələndirdiyi mülki işdən başqa, Quba Rayon Məhkəməsinin icraatında iddiası əsasında bir mülki iş olmuş, həmin zaman cavabdeh ilk öncə iltizamda qeyd olunan imzanın ona məxsus olmamasını qeyd etmişdir, həmin şəxsdən imza nümunələri alınaraq ekspertiza təyin edilmiş, ekspertiza zamanı iltizamda qeyd olunan imzaların cavabdehə məxus olması müəyyən olunmuşdur. İş məhkəmə icraatına qayıtdıqdan sonra cavabdeh qeyd olunan rəqəmin onun tərəfindən icra olunmadığını qeyd etmiş, hakim ikinci dəfə ekspertiza təyin edərək, iltizamda qeyd olunan rəqəmin cavabdeh tərəfindən icra olunub-olunmadığını mübahisələndirmiş, ekspertiza zamanı iltizamda qeyd olunan rəqəmin cavabdeh tərəfindən icra olunduğu öz təsdiqini tapmış və hakim tərəfindən iddia tələbi tam təmin edilmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1430/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, cavabdehdən 14.000 (on dörd min) manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sübutetmə yükünün bölüşdürülməsinə dair özünün də vurğuladığı qaydalara əməl etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, o, cavabdehə 14.000 manat məbləğində borc vermiş, həmin pulun verilməsi isə cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbz ilə öz təsdiqini tapır.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, nə qədər ki cavabdeh tərəf həmin əlyazmanın özü tərəfindən yazılmasını və imzalanmasını təsdiq edir, həmin halın araşdırılması üçün ekspertizanın keçirilməsi məqsədəmüvafiq deyil.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mübahisə predmeti olan pul vəsaitin verilməsini sübut edə bilmiş, lakin cavabdeh tərəf həmin pulun qaytarılmasını və ya pulun verilməsini təsdiq edən qəbzin hədə təsiri altında yazılmasını sübuta yetirə bilməmişdir.
17. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etd iyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut edə bilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 442, 445.2.1, 448.1, 448.2, 882.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217, 217.3, 217.4, 384.0.2, 385.1.1 - 385.1.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
19. Qətnamədən cavabdeh (Vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində sədrlik edən hakim tərəfindən iddiaçıya ünvanlanmış borcun etirafına dair müqavilənin bağlanması üçün notariat ofisinə niyə müraciət olunmayıb sualına cavab olaraq iddiaçı bildirmişdir ki, notariat ofisində borcun etirafına dair müqavilə bağlanmasına guya cavabdeh razı olmamışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsində birinci iclas zamanı iddiaçı bildirmişdir ki, cavabdehin bütün Qubaya borcu var ona görə 2019-cu ildə Bakıya qaçmışdır. İddiaçı cavabdehin Bakıya qaçmasında haqlıdır, amma cavabdehin bütün Qubaya borcu olduğuna görə yox yalnız iddiaçı və onun sələmçi ortaqlarının təhdidindən canını qurtarmaq üçün Bakı şəhərinə köçməsi bir həqiqətdir. Bu arada sədrlik edən hakim iddiaçının b u söylədiklərinə rəğmən cavabdehin 2020-ci ilin 27 mart tarixində, covidlə əlaqədar işsiz qalıb məcburən Qubaya döndüyündən sonra, bilərəkdən ki, cavabdehin bütün Qubaya borcu var ona sənədsiz sübutsuz 2020-ci ilin fevral ayında (halbuki cavabdeh 2020-ci ilin 27 mart tarixinə kimi ümumiyyətlə Quba şəhərində olmamışdır) necə 14.000 manat verə bilərdi sualına cavab olaraq bildirmişdir ki, ona yəni cavabdehə inanıb. Görünən odur ki iddiaçının bu cavabını məhkəmə çox mötəbər sübut kimi nəzərə almışdır. Kassator hesab etmişdir ki, işə əlavə olunmuş və apellyasiya instansiyası məhkəməsi qətnaməsinin 1-ci bəndində göstərilmiş əlyazma iltizamını məhkəmə səhv olaraq mövcud borcun etirafı haqqında müqavilə saymışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
21. Maddə 6.2. Fiz iki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağl aya bilərlər.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 2
7. Maddə
448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
28. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
29. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçıl ardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
30. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
31. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazı ları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə i clasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qa nuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzif əsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli ola n maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
51. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1430/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.