Məhkəmə qərarları › İş №2(102)-8624/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-8624/2018

25.12.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8624/2018 25.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 25 dekabr 2018-ci il № 2(102)-8624/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh6 və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 05 aprel 2018-ciil tarixli qətnaməsi ilə (hakim Z.Quliyev, iş № 2(046)-163/18) iddiaç ı bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin cavabdehlər X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə iddiаsı təmin edilərək 3797 (üç min yeddi yüz doxsan yeddi) ABŞ dolları 20 (iyirmi) sent əsas, 1898 (bir min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 90 (doxsan) sent faiz borcu olmaqla, cəmi 5696 (beş min altı yüz doxsan altı) ABŞ dolları 10 (on) sent məbləğində məbləğində pulunödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı bank olmayan kredit təşkilatı "xxxx" MMC-nə ödənilməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Quliyev-sədrlik edən və məruzəçi, Ə.Məcidоv və M.Əsədli, iş № 2(107)1903/18) cavabdehlər Cavabdeh6 və Cavabdeh5 apellyasiya şikayəti təmin edilməyərək Göyçay Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tаrixli qətnaməsi onlara münasibətdə dəyişdirilmədən sаxlаnılmışdır. Cavabdehlər Cavabdeh6 və Cavabdeh5 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: Göyçay Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli məhkəmə əmrinə əsasən borclular X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştər ək qaydada bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə 3797 ABŞ dolları 20 sent əsas, 1898 ABŞ dolları 90 sent faiz borcu olmaqla, cəmi 5696 ABŞ dolları 10 sent məbləğində kredit borcu və 21 manat ödənilmiş dövlət rüsumu tutulmuşdur. X4 həmin əmrdən etiraz vermiş və Göyçay Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qərardadı ilə həmin əmr ləğv edilmiş və iş üzrə iddia icraatına keçilmişdir. İddiаçı tələbini belə əsаslаndırmışdır ki, 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən X3 24 ay müddətinə illik 32% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 6250 ABŞ dolları məbləğində kredit verilmiş və həmin tarixdə kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 Borclu zamin durmuşdur. 04 sentyabr 2014-cü il tarixdə kredit təşki latı ilə X4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 arasında birgə borcluluq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin kredit təşkilatına 3797 ABŞ dolları 20 sent əsas, 1898 ABŞ dolları 90 sent faiz borcu olmaqla, cəmi 5696 ABŞ dolları 10 sent məbləğində borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit, birgə borcluluq və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahat ları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kas sasiya şikayəti təmin edilməməli,Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 31 iyul 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, kredit təşkilatı X3 24 ay müddətinə illik 32% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 6250 ABŞ dolları məbləğində kredit vermiş, X4 da həmin kredit borcunu müəyyən olunmuş müddətdə onu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür (04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin 1.1 və 6.1-ci bəndləri). Digər ca vabdeh, zamin Cavabdeh2 da borclu kredit və onun faizinişərtləşdirilmiş müddət və qaydada ödəmədikdə bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. (04 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi). Birgə borclular Borclu, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 kreditdən təyinatı üzrə istifadə etməyi və müvafiq kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyi, müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdələrinə götürürlər (04 sentyabr 2014-cü il tarixli birgə borcluluq müqaviləsinin 3.1-ci bəndi) cavabdehlər kredit müqaviləsi ilə götürdüyü öhdəliklərini lazımınca icra etməmişlər, nəticədə kredit təşkilatı qarşısında 3797 ABŞ dolları 20 sent əsas, 1898 ABŞ dolları 90 sent faiz borcu olmaqla, cəmi 5 696 ABŞ dolları 10 sent məbləğində borcu yaranmışdır (04.05.2017-ci il tarixli arayış). Məhkəmə ekspertiza mərkəzinin 26.02.2018-ci il tarixli 3098 nömrəli rəyinə əsasən ekspertizaya təqdim olunmuş, mülki işin 86-87-ci vərəqələrində yerləşən 4 sentyabr 2014-cü il tarixli “L-GO-0029224”-F nömrəli birgə borcluluq müqaviləsinin 2-ci vərəqəsində ”Birgə Borclular tərəfindən” qrafasında 3-cü sırada Cavabdeh6 adından olan imza- Cavabdeh6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 86-87-ci vərəqələrində yerləşən 4 sentyabr 2014cü il tarixli “L-GO-0029224”-F nömrəli birgə borcluluq müqaviləsinin 2-ci vərəqəsində ”Birgə Borclular tərəfindən” qrafasında 4-cü sırada Cavabdeh4 adından olan imzaCavabdeh4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 86-87-c i vərəqələrində yerləşən 4 sentyabr 2014-cü il tarixli “L-GO-0029224”-F nömrəli birgə borcluluq müqaviləsinin 2-ci vərəqəsində ”Birgə Borclular tərəfindən” qrafasında 5-ci sırada Cavabdeh5 adından olan imza- Cavabdeh5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 86-87-ci vərəqələrində yerləşən 4 sentyabr 2014cü il tarixli “L-GO-0029224”-F nömrəli birgə borcluluq müqaviləsinin 2-ci vərəqəsində ”Birgə Borclular tərəfindən” qrafasında 6-cı sırada Cavabdeh3 adından olan imzaCavabdeh3 tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi аşаğıdаkı hаllаrа görə bu qənаətə gəlmişdir ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni cavabdehlər Cavabdeh6 və Cavabdeh5 münаsibətdə düzgün həll etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləş dirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 500-ci maddəsinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normalarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, X2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. X2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 hərəkətləri nəticəsində kredit təşkilatı müqavilə b ağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və və bununla da onun hüququ X4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 tərəfindən pozulmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Bundan başqa X4 əsas öhdəliyi lazımınca icra etmədiyindən, kredit təşkilatının cavabdeh, zamin Cavabdeh2 qarşı da tələb hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminl ik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bununlа bаğlı apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq deyq etmişdir ki, iddiatəmin olunmalı, cavabdehlər X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabd eh5, Cavabdeh3 və Cavabdeh4 müştərək 3797 ABŞ dolları 20 sent əsas, 1898 ABŞ dolları 90 sent faiz borcu olmaqla, cəmi 5696 ABŞ dolları 10 sent məbləğində pulunödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı tutularaq iddiaçı bank olmayan kredit təşkilatı "xxxx" MMC-nə ödənilməlidir. Аpellyаsiyа şikаyətinin dəlili bundаn ibаrətdir ki, onlar zaminlik müqaviləsinə imza atmamışlar. Ona görə də 04 sentyabr 2014-cü il tarixli “L-Go-0029224”-F nömrəli zaminlik müqaviləsinin 3-cü sırasında Cavabdeh6 və 5-ci sırasında Cavabdeh5b adının qarşısında çəkilmiş imzaların yenidən tədqiq olunması üçün məhkəmə-xətşunaslıq ekspertizası təyin olunmasıını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən cavabdehlərin təşəbbüsü ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və ekspertin 26 fevral 2018-ci il tarixli 3098 nömrəli rəyi ilə 04 sentyabr 2014-cü il tarixli “L-Go-0029224”-F nömrəli zaminlik müqaviləsinin 3-cü sırasında Cavabdeh6 və 5-ci sırasında Cavabdeh5 adının qarşısında çəkilmiş imzaların onlar tərəfindən icra olunması müəyyən olunmuşdur. Ona görə də təkrar ekspertiza keçirilməsinə zərurət yoxdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin cavabdehlər Cavabdeh6 və Cavabdeh5 münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etməmiş və bu qənаətə gəlmişdir ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnlara münаsibətdə dəyişdirilmədən, аpellyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblə rinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, no n neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh6 və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 31 iyul 2018-ci il tarixli, 2(107)-1903/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar