Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-863/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili Bədəlov Fuad Murad oğlunun, Ləğv Prosesində Olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, Ləğv Prosesində Olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv Prosesində Olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehna qarşı “borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Novruzova, iş 2(005)-1068/2019) iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnam əsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Şamayev və M.Məmmədov, iş № 2(103)-8782/2019) İddiaçı Səyyar oğlunun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1068/2019 saylı, 18 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 29.12.2006-cı il tarixli, 02.05.2007-ci il tarixli və 20.05.2008-ci il tarixli kredit müqavilələri üzrə iddiaçıya hesablanmış borc məbləğlərinin ləğv edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Ləğv Prosesində Ol an “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv Prosesində Olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və pros essual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Bədəlov Fuad Murad oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xxxx” ASC-nin Sumqayıt filialı ilə İddiaçı arasında 60.000 ABŞ dolları məbləğini bir ay müddətinə kredit verilməsinə dair 29.12.2006-cı il tarixli, 200.000 manat məbləğini bir il müddətinə kredit verilməsinə dair 02.05.2007-ci il tarixli və 83.200 manat məbləğini 12 ay müddətinə kredit verilməsinə dair 20.05.2008-ci il tarixli müqavilələri bağlanmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 367, 385, 527.1, 16.1-cı maddələrini tətbiq etmişdir. Ləğv Prosesində Olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu kassasiya şikayətində bir neçə maddi və prosessual hüquq normalarına istinad edərək qeyd etmişdir ki, iddia tələbinin təmin edilməsi üçün əsas yalnız iddiaçının mövcud olan faiz borcunun tam olaraq ödənilməsidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət verərək aşağıdakıları qeyd etmişdir: “...kredit müqavilələriüzrə bank tərəfindən iddia müddətinin ötürüldüyünə dair iddiaçının irəli sürdükləri Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilələr üzrə iddi a müddətinin axımı kredit müqavilələrinin müddətinin bitdiyi, müvafiq olaraq 29.01.2007-ci il, 02.05.2008-ci il və 20.05.2009-cu il tarixlərdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”....cavabdeh bankın göstərilən kredit müqavilələri üzrə iddia müddəti bitənədək iddiaçının öhdəliklərini yerinə yerirməsi üçün məhkəməyə müraciət etmək hüququ olmuş və o bu hüququndan istifadə etməmişdir. Belə olan halda Mərkəzləşdirilmiş Kredit Reyestrində iddiaçının adına borc olduğunun görünməsi onun gələcəkdə ehtiyyaclarını ödəmək üçün hər hansı bir bankdan kredit götürmək hüququnu məhdudlaşdırır.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun poz untularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-863/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-863/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver