Məhkəmə qərarları › İş №2(102)-864/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-864/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-864/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əliquqlu qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-864/21 (Açar sözlər: borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin qiyməti, ekspert rəyi) Bakı şəhəri, 05 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əliquqlu qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4299/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin kassasiya şikayətinə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İKB ASC (hazırda “xxxx” ASC) ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 saylı müqaviləyə əsasən sonuncuya illik 25 faizlə 36 ay müddətinə 14200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir

2. Həmin kredit müqaviləsi müddəti xx.xx.2016-cı il tarixli Əl avə razılaşma ilə müqavilənin 74 ay, illik faizi dərəcəsi 24 faiz müəyyən edilmişdir.

3. Kredit müqaviləsinin üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 166 nömrəli evin 21 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 10744.39 ABŞ dolları əsas borc, 8186.86 ABŞ dolları faiz və 251.9 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19183.15 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeyd alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 2 otaqlı, 66.9 kv.m yaşayış, 36.0 kv.m yardımçı sahədən ibarət 166 nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzi lin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 bank qarşısındakı kredit öhdəliklərini lazımınca yerinə yetirməmişdir.

6. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 21, 317.1, 442, 445.2.1,448.1, 449.4, 465.2, 501, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.3 və 39.1-ci maddələrinə istinad etmişdir.

7. Səbail Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qərardadları ilə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəşünaslıq ekspertizaları təyin edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 23368 saylı ekspert rəyində göstə rilib ki, xx xxxx 2019-cu il tarixinə Cavabdeh1 İddiaçı İKB ASC-yə 12195,87 ABŞ dolları əsas, 7157,95 ABŞ dolları faiz borcu vardır. 9. “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 0772/19/NB saylı qiymətləndirmə rəyində isə qeyd edilib ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 166 nömrəli evin 21 nömrəli mənzilinin hazırki dövr üçün bazar dəyəri 50000 manatdır.

10. Cavabdeh1 iddiaya etiraz olaraq göstərib ki, iddianı qismən qəbul edir. Amma borc nə iddia ərizəsində, hə də ekspertiza rəyində göstərilən məbləğdə deyil, daha azdır.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2297/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə “İddiaçı" İKB ASC (hazırda “xxxx” ASC) arasında bağ lanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, 10744.39 (on min yeddi yüz qırx dörd dollar otuz doqquz sent) ABŞ dolları əsas borc, 8186.86 (səkkiz min yüz səksən altı dollar səksən altı sent) ABŞ dolları faiz borcu və 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 18981,25 (on səkkiz min doqquz yüz səksən bir dollar iyirmi beş sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və X2 Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaç ı İKB ASC-nin (hazırda “xxxx” ASC) xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 2 otaqlı, 66.9 kv.m ümumi, 30.9 kv.m. yaşayış, 36.0 kv.m yardımçı sahədən ibarət 166 nömrəli evin 21 nömrəli mənzilinin ilkin satış qiymətinin 50000 (əlli min) manat məbləğində müəyyən edilməklə tutmanın həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı İKB ASC-nin (hazırda “xxxx” ASC) təmin edilmiş tələblərinin ödənilməsi, həmin mənzil satıldıqdan sonra 1 ay müddətində Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən çıxarılması, onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılması (iddiaçıya satıldığı təqdirdə), İddiaçı İKB ASC-nin (hazırda “xxxx” ASC) xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində vəsaitin Cavabdeh1 tutularaq dövlət nəfinə (Az.MEM, X1, Kod 210005, VÖEN Müxbir hesab AZ41NABZ S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, iddianın qlan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ülviyyə Şükürova)

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında xx xxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə uyğun olaraq kreditor tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə 14200 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə üzr ə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Nəticədə cavabdehin 10744,39 ABŞ dolları məbləğində əsas borc, 8186,86 ABŞ dolları məbləğində faiz borcu, 251,9 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Beləliklə, cavabdehin müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir.

13. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 kredit üzrə əsas borcun və faizlərin iddiaçıya ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olsa da, müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında pul öhdəliyini ye rinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın müqavilə üzrə əsas və faiz borcu ilə bağlı tələbləri tam əsaslıdır.

14. Birinci instansiya məhkəməsi 251,9 ABŞ dolları məbləğində cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edərək, həmin dəbbə pulunu azaldaraq 50 ABŞ dolları müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir.

15. Birinci instansiya məhkəməsinin kredit müqaviləsinin ləğvi tələbi ilə bağlı mövqeyi belə olub ki, Cavabdeh1 həmin müqavilədən irəli gələn öhdəliklərini əhəmiyyətli dərəcədə pozub, bunun nəticəsində İddiaçı İKB ASC müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olub. Eləcə də iddiaçı tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubu göndərilib. Birinc i instansiya bu halları nəzərə alaraq hesab edib ki, kredit müqaviləsi də ləğv edilməlidir.

16. Birinci instansiya məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsi və satıldıqdan sonra bir ay ərzində ipoteka predmetinin boşaldılması tələbini də işin müəyyən edilmiş hallarına uyğun olaraq təmin etmişdir.

17. Birinci instansiya məhkəməsi iddianın “satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada icra edilməsi” hissəsinə qiymət verərək hesab edib ki, bu məsələnin həlli “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və qeyd olunan tələblər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra mərhələsində həll olunmalıdır. Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilməməlidir.

18. Birinci instansiya məhkəməsi öz mövqey ini Mülki Məcəllənin 269.1, 269.4, 317, 319.1, 385.1, 421, 423.2, 442, 443.1, 448.1, 462.3, 467, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh1 apelyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

20. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, borc ödənişlərini həyata keçitdiyindən onun borcu nə iddiada, nə də ekspert rəyində göstərilənlərdən daha az məbləğ təşkil edir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4299/2020 nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2297/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “c avabdehdən 8186,86 ABŞ dolları faiz borcunun, həmçinin ümumilikdə 18981,25 ABŞ dolları borcun tutulması” hisssində dəyişdirilmiş, Cavabdeh1 “İddiaçı" İKB ASC-nin (hazırda “xxxx” ASC) xeyrinə tutulmalı olan faiz borcu 7157,95 ABŞ dolları (yeddi min yüz əlli yeddi dollar 95 sent) və ümumi borc 17952,34 ABŞ dolları (on yeddi min doqquz yüz əlli iki dollar 34 sent) məbləğində müəyyənləşdirilmiş, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov)

22. Apellyasiya instansiyası məhkəməsi borc məbləğinin düzgün hesablanmadığı ilə bağlı Cavabdeh1 dəlillərini qismən əsaslı hesab edərək qeyd edib ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə Cavabdeh 1 faiz borcu 7157,95 ABŞ dolları təşkil edir.

23. Apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan faiz borcunun və ümumi borcun məbləği hissəsində dəyişdirilməli, həmin məbləğlər ekspert rəyinə uyğun müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı “xxxx” ASC (İddiaçı” İKB) (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi cavabdehin borc məbləğini ekspert rəyinə əsasən müəyyən etmişdir. Lakin həmin rəydə borc d üzgün hesablanmayıb. İş üzrə təkrar ekspertiza təyin edilməli idi. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

26. Kassasiya şikayətinə tərəflərin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Cavabdeh1 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

28. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdə liyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Prosessual Məcəllə Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, şikayətin dəlillərindən və iddianın tam təmin edilməsi barədə xahişindən görünür ki, iddiaçı qətnaməni cavabdehdən tutulan faiz borcunun məbləği hissəsində mübahisələndirir. Bu baxımdan, kollegiya apellyasiya məhkəməsinin aktını cavabdehdən tutulan faiz borcu hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İddiaçı apellyasiya şikayətində cavabdehdən tutulan faiz borcunun ekspert rəyi ilə müəyyən edilmiş məbləği və azaldılması ilə razı olmamışdır.

33. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi ekspert rəyinə əsasən cavabdehin faiz borcunun iddia ərizəsində göstərilən məbləğdən az olmasını, birinci instansiya məhkəməsini buna əhəmiyyət verməməsini müəyyən edərək, faiz borcunun məbləğini ekspert rəyinə uyğunlaşdırmışdır.

34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticəni işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun hesab edir. Belə ki, borcun məbləğini müəyyən etmək üçün birinci instansiya məhkəməsi ekspertiza təyin etmiş, ekspert rəyində fa iz borcunun məbləği iddia ərizəsində göstərilən məbləğdən az olsa da, birinci instansiya məhkəməsi faiz borcunu iddia tələbində göstərilən məbləğdə tutmuş, faiz borcu hissəsində ekspert rəyini nəzərə almamışdır. Lakin apellyasiya məhkəməsi faiz borcunu məhz həmin rəyə uyğun müəyyən etmişdir.

35. Həmçinin ekspert rəyini apellyasiya məhkəməsi MPM-in 88 və 103.1-ci maddələrinə uyğun qiymətləndirilmişdir.

36. İddiaçının kassasiya şikayətində təkrar ekspertiza keçirilməli olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir. Mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4299/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar