Məhkəmə qərarları › İş №2(102)-865/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-865/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-865/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, vəsatətlərin müzakirə edilməsi, ədalətli araşdırma hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-871/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23.09.2013-cü il tarixli, 117491-1-8885 saylı avtomobil kredit müqaviləsinə əsasən, sonuncuya 23.09.2017-ci il tarixədək illik 17 faiz olmaqla, 17506 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliyin icrasına görə məsuliyyəti öz üzərinə götürməklə Bankın tələb hüququna təminat vermişdir. Eyni zamanda, həmin tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 özünə məxsus “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.5-c i bəndində ipoteka predmeti 19452 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilə üzrə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Tərəflər arasında 23.09.2013-cü il tarixli, 117491-1-8885 saylı krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 05.08.2016-cı il tarixli, 01 saylı razılaşmaya əsasən Cavabdeh1 borcu kapitallaşdırılaraq 10547 ABŞ dolları məbləğində müəyyən edilmiş, o, həmin borcu 13 ay 18 gün müddətinə, yəni 23.09.2017-ci il tarixidək illik 17 % olmaqla qaytarmağı öhdəsinə götürmüş və bank tərəfindən krediti müqaviləsinə dəyişiklik və əlavələr həmin tarixdə ipoteka qoyan və zaminlə də razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh1 öhdəliyin icrasını gecikd irərək borcunu qrafik üzrə qaytarmamışdır. İddiaçı ASC, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 23.09.2013-cü il tarixli, 117491-1-8885 saylı kredit müqaviləsinə, həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 05.08.2016-cı il tarixli, 01 saylı razılaşmaya əsasən 18.03.2020-ci il tarixə 9666,37 ABŞ dolları əsas, müqavilə bitdiyi 23.09.2017-ci il tarixə 132,89 ABŞ dol ları faiz, 106,88 ABŞ dolları cərimə borcu, 23.09.2017ci il tarixdən 18.03.2020-ci il tarixədək illik 5 % hesabı ilə 1031,20 ABŞ dolları olmaqla, cəmi 10937,34 ABŞ dollarının və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsi, tələbin “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Emin Abdullayev) 2(060)-3095/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilərək, 9666,37 ABŞ dolları əsas, 132,89 ABŞ dolları faiz, 1 06,88 ABŞ dolları cərimə borcu, 23.09.2017-ci il tarixdən 18.03.2020-ci il tarixədək illik 5% hesabı ilə hesablanmış faiz borcu üzrə 1031,20 ABŞ dolları olmaqla, cəmi 10.937,34 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tutmanın “Chevrolet Aveo minik” markalı, ağ (metal) rəngli, 2013-cü il buraxılışlı, ** FN *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi, borc ödənildikdən sonra avtomobilin satışından əldə edi lmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin 19452 ABŞ dolları (satış vaxtı ABŞ dollarının manata olan ekvivalentində manatla) məbləğində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, ona görə də bank cavabdehlərdən müştərək qaydada tələblə qeyd olunan məbləğlərdə əsas, müqavilə müddəti üçün faiz, cərimə və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış borcu tələb etməkdə və tələbini ipoteka predmetinə yönəltməkdə haqlı olmuşdur. Tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olmadığından ipoteka predmeti ipoiteka müqaviləsinə uyğun olaraq 19452 ABŞ dolları mə bləğində qiymətləndirilmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 385, 442, 445.7, 462.1, 470.1, 472.1, 739.1, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1 və 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verilərək, qətnamənin qismən – ipoteka predmetinin ilkin satış qiymıtinə aid hissədə ləğv edilməsini, həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Məmmədova Lətifə - sədrlik edən və məruzəçi, Telman Quliyev və Gülnarə Tağızaə) 2(105)-871/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edil ərək, Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(060)-3095/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - ipoteka predmetinin ilkin satış qiymətinin 19452 ABŞ dolları müəyyən olunması hissəsində dəyişdirilərək, “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 11000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə idiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətini tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən 19452 ABŞ dolları həddində müəyyən etməklə düzgün nəticəyə gəlməmiş, qeyd edilən hal iddiaçı təşkilat tərəfindən mübahisələndirilmişdir. Məhkəmə tərəfindən ipoteka predmetini n ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2021-ci il tarixli, 9/3627 saylı ekspert rəyinə əsasən 2013-cü il buraxılışlı “Chevrolet Aveo minik” markalı avtomobilin normal vəziyyətdə istifadəyə yararlı halda orta bazar qiyməti 11.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd olunan ekspert rəyini əsas götürməklə ipoteka predmetinin ilkin satış qiymətini rəyə uyğun 11.000 manat müəyyən etmiş və mövqeyini “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsin də ləğv olunmasını və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və prosessual məsələlər Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert tərəfindən müəyyən edilmiş orta bazar qiyməti ipoteka predmeti olan avtomobilin real qiymətini əks etdirmir. Belə ki sözügedən avtomobil ekspert tədqiqatına təqdim edilmədiyindən ona baxış keçirilməsi və real vəziyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Digər tərəfdən, apellyasiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti əmlakın likvid qiyməti ilə deyil, ekspert rəyinə uyğun olaraq təxmini orta qiyməti ilə müəyyən edilmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsləsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, 20.07.2020-ci il tarixli qərardadına əsasən, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanun Maddə 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məh kəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadı: Bənd

11. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Bənd 21....kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunu n tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas p rotokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etm əsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə

377. İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. A pellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız ipotekanın satış qiyməti hissəsində mübahisələndirdiyindən qətnamə mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti üzrə mübahisələndirilən ipotekanın satış qiyməti hissəsi üzrə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə bu hi ssədə ləğv edilməlidir. Belə ki, işdən görünür ki, ipoteka predmetinin qiyməti tərəflərin bağladıqları 23.09.2013-cü il tarixli ipoteka müqaviləsində 19.452 ABŞ dolları olaraq razılaşdırılmış, lakin iddiaçı məhkəmə prosesi gedişində həmin qiymətlə razılaşmadığını bəyan etmiş və apellyasiya baxışında ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilməsi məqəsdilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinə dair ekspertiza təyin edilərkən ekspert qarşısında əmlakın hazırkı vəziyyətdə orta bazar qiymətinin müəyyən olunmasına dair sual qoyulmuş, ekspert tərəfindən əvvəlcə avtomobilə baxş keçirilməsinin mümkün olmadığı əsası ilə espektizanın aparılmasından imtina olunmuş, sonradan isə məhkəmənin göstərişinə əsasən avotomobilin qeydiyyat şəhadətnaməsindəki göstəricilər əsasında köhnəlmə faizi (aşınması) əsasında tədqiqat aparılmış və eyni markalı, buraxılşlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 11.000 manat müyyən olunmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması istiqamətində avtomobilə baxış keçirilərək onun mövcud vəziyyəti müəyyən edilmədən eyni texniki göstəricilərə malik normal vəziyyətdə saxlanılmış əmlakın satış qiyməti əsasında keçirilmiş ekspertizanın rəyinin əsas götürülməsi qanuni və əsaslı olmamışdır. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən avtomobilə baxış keçirilməsi təşkil olunmalı, bu mümkün olmadıqda isə tərəflərə avtomobilin h azırkı vəziyyətini əks etdirən digər sübutların (foto şəkillər və s.) ekspertiza tədqiqatına təqdim olunması təklif edilməli idi. Digər tərəfdən, qanunvericiliyə görə, ipoteka predmetin orta bazar dəyəri deyil, likvid dəyəri müəyyən olunmalı idi. Likvid dəyər isə bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Yəni, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. İş materiallarından görünür ki, iddiaçı eyni dəlillərə istinad edərək təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının təyin olunması barədə vəsatətlə müraciət etsə də, məhkəmə vəsatəti təmin etməmiş və gəldiyi nəticə ilə bağlı hər hans ı əsaslandırma aparmamışdır. Halbuki, işdə iştirak edən şəxsin təkar ekspertiza barədə vəsatəti rədd edildikdə, məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir (MPM, maddə 102.3). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza keçirilərkən ipoteka predmeti olan əmlakın real vəziyyəti, o cümlədən bazar dəyəri ilə yanaşı likvid dəyərinin aydınlaşdırılmadığı və məhz likvid dəyər əsas götürülmədiyi üçün yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyası maddi və prossesual hüquq normasının tələbini pozduğundan, habelə təqdim olunmuş vəsatətləri həll etmədən və apellyasiya şikayəti üzrə gəldiyi nəticələri tam əsaslandırmadan gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxış ına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-871/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin. İşə həmin his sədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar