Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-866/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2723/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hall arı Şamaxı rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli 2(074)-182/2017 saylı qətnaməsi ilə Şamaxı rayonu Notariat kontorunda təsdiq olunmuş iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında bağlanmış 21 oktyabr 2015-ci il tarixli 4Ə-643 nömrə ilə qeydə alınmış, habelə cavabdehlər İddiaçı ilə X7 arasında bağlanmış 22 aprel 2016-cı il tarixli 4Ə-175 nömrə ilə qeydə alınmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 35 nömrəli evin İddiaçı və X3 adlarına rəsmiləşdirilməsinə dair Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.10.2017-ci il tarixli 2(105)2362/2017 nömrəli qətnaməsi ilə cavabdehlər X23, İddiaçı və X3 apellyasiya şikayətlər i qismən təmin edilmiş, iş üzrə Şamaxı rayon Məhkəməsinin 17.03.2017-ci il tarixli 2(074)182/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər X15, İddiaçı və X4, Şamaxı rayon Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi idarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında bağlanan Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsi, 35 nömrəli evə dair Şamaxı rayon Notariat kontorunda təsdiq olunmuş 21.10.2015-ci il tarixli AN-İ ******* nömrəli, reyestrdə 4Ə-643 sayla qeyd olunmuş alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı ilə X7 arasında bağlanan Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsi, 35 nömrəli evə dair Şamaxı rayon Notariat kontorunda təsdiq olunmuş 22.04.2016-cı il tarixli AN-İ ******* nömrəli, reyestrdə 4Ə-175 sayla qeyd olunmuş alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsi, 35 nömrəli evə dair İddiaçı və X3 adına verilmiş çıxarışları ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli 2(102)-1435/18 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.10.2017-ci il tarixli 2(105)-2362/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 24.08.2015-ci il tarixli əlyazmadan görünür ki, “Cavabdeh2 və X1, İddiaçı, Mecdunov Raqib, Tahir Allahverdiyev 58000 manat pulu noyabr ayının axırına qədər borc pul almışam. Əgər pulu qaytarmasam ya evimi pulun yerinə verəcəm, ya da öz obyektimi pulun əvəzinə verəcəm. Bunları mən Rasim qardaşımın razılığı ilə yazdım” sözləri bununla yanaşı Rasim qəbzi imzalamaqla qəbzdə “yazılanları qardaşım yazdı mənim şahidliyimlə” sözləri ilə qeyd edilmişdir. 01.05.2015-ci il tarixli əlyazmadan görünür ki, “Mən Cavabdeh1 qardaşım İnqilabla bir yerdə 12000 dollar pul götürdük. Mecdunov Raqib və İddiaçı pul götürüb evimin sənədlərini zaloq qoyub 6 aylıq müddətinə götürürəm, əgər pulu qaytarmasam pulun əvəzində evimi verir bu sözləri özüm yazdım bu şahidlərin yanında Natiq Mecdunov, Cavabdeh2, Xalıq Əlyar oğlu 1.05.2015” sözləri yazılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2018-ci il ta rixli № 22177 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 50-ci vərəqəsində yerləşən qəbzin üz tərəfində aşağı hissədə olan “Bunları qardaşım yazdı mənim şahidliyimlə arxa tərəfində isə “..öz imzamla yazdım təsdiq edirəm **********” yazıları və imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 49-cu vərəqəsində olan yazılar, mülki işin 50-ci vərəqəsinin üz tərəfində olan yazılar “bunları qardaşım yazdı mənim şahidliyimlə...” yazılarından başqa), mülki işin 52-ci vərəqəsinin üz və arxa tərəfində olan yazılar - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 50-ci vərəqəsinin üz tərəfində “Tarverdiyev Əhməd”, Xudaverdiyev Əli”, “Mahmudova Arzu”, yazıları qarşısında mülki işin 52-ci vərəqəsinin arxa tərəfində “Rasim”, “Binyatov Rasim” və “Binyatov İnqlab” yazıları qarşısındakı imzaların - Cavabdeh2 tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Həmin rəyin 3-cü bəndində göstərilmişdir ki, tədqiq olunan imzaları Cavabdeh2 imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi müqayisə vaxtı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların Cavabdeh2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş ekspertiza tədqiqatını n dəyəri 142 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 58000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, 2015-ci ilin may ayında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan eyni zamanda da 12.000 ABŞ dolları borc pul götürərək, 6 ay müddətində pulu qaytarmağı öz öhdələrinə götürmüşlər. Lakin hal-hazıra kimi həmin pul da cavabdehlər tərəfindən ona ödənilməmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 58.000 manat və 12.000 ABŞ dolları pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə Rasim və İnqilab qardaşları onu evdən çağırıb ona dedilər ki, Rasim evini satır. Həmin evi onun alıb-almamağını soruşmuşlar. Belə ki, Rasimin Tahirə, Raqibə, Xaliqa pul borcu var idi. Rasimin borcunun məbləği 58.000 manat idi. Rasimin evini almağa razılaşmış, evin qiyməti onun tərəfindən alınmasına 70.000 manata razılaşmışlar. Rasimə onun ümumi borcu olduğu, yəni 58.000 manatı Rasimə vermişdir. Aralarında 58.000 manatın Rasim tərəfindən alınması ilə bağlı 24.08.2015-ci il tarixdə qəbz yazılmışdır. Bu qəbzi Rasimin qardaşı İnqilab Rasimin razılığı ilə yazmışdır. Eyni zamanda da, qəbzin tərtibatında şahidlik edənlər Xalıq Xudaverdiyev, Əhməd Tarverdiyev və Arzu Mahmudova adlı şəxslər iştirak etməklə yanaşı, həmin qəbzi imza lamışlar. Həmin qəbzdə qeyd edilmişdir ki, “alınmış 58.000 manat pulu noyabr ayının axırına qədər borc kimi almışam, əgər pulu qaytarmasam ya evimi pulun yerinə verəcəm, yada öz obyektimi pulun əvəzinə verəcəm, bunları mən Rasim qardaşımın razılığı yazdım.” Bununla yanaşı Rasim qəbzi imzalamaqla qəbzdə “yazılanları qardaşım yazdı mənim şahidliyimlə” sözləri ilə qeyd edilmişdir. Bütün bunlardan sonra Rasimə verdiyi 58.000 manat pulun qarantı kimi Rasim Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 35 saylı evini onun adına keçirmişdir. Bankdan pulu götürüb Rasimin borclarını vermiş, bunun əvəzində isə bəhs etdiyi qəbz ona verilmişdir. Bir müddət sonra Rasimgil ondan Azərbaycan Respublikası DİN-nə şikayət etmişdir. Sonra barəsində cinayət işi başlanmış və nəticə etibarı ilə barəsində olan şikayət əsassız olduğundan istintaq tərəfindən cinayət işinin icraatına xitam verilmişdir. Barəsində olan böhtan xarakterli şikayətlər nəticəsində mənəvi və maddi sarsıntılar keçirdiyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, cavabdehlər həmin məbləğdən 5000 manatının qaytarmışlar və halhazırda 53000 manat borcları vardır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 58.000 manat və 12.000 ABŞ dolları pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Şamaxı Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov, iş № 2(074)-656/2018) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 53000 (əlli üç min) manat məbləğində pul alınıb İddiaçı verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 keçirilmiş ekspertizanın dəyəri 142 manat alınıb X6 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə 58000 manat məbləğində pul borc vermiş, həmin məbləğdən 5000 manat məbləğində pul qaytarılsada 53000 manat məbləğində pul cavabdehlər tərəfindən qaytarılmamışdır. Məhkəmə eyni zamanda iddia tələbinin 12000 ABŞ dolları məbləğində pul tələbi hissəsində qeyd etmişdir ki, həmin məbləğin cavabdehlərə verilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından tələb təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov, iş № 2(105)-1140/2019) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək, Şamaxı Rayon Məhkəməsinin iş üzrə 25 oktyabr 2018-ci il tarixli 2(074)-656/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 keçirilmiş ekspertizanın dəyəri 260 manat alınıb X6 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mübahisə olunan qəbzdə şahid A.Mahmudova tərəfindən imzalanmaması barədə gətirdiyi dəlili qəbul etmir. Bu fakt iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə təkzib olunur. Həmçinin, məhkəmə iclasında müəyyən olundu ki, borc pul məbləğindən 5000 manat iddiaçıya qaytarılmışdır. Bu halı iddiaçı məhkəmə iclasında verdiyi izahatında bir daha təsdiq etdi. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehlərə 58000 manat məbləğində pul borc vermiş, həmin məbləğdən 5000 manat məbləğində pul qaytarılsa da 53000 manat məbləğində pul cavabdehlər tərəfindən qaytarılmamışdır. Məhkəmə kollegiyası eyni zamanda iddia tələbinin 12000 ABŞ dolları məbləğində pul tələbi hissəsində iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 2 4 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və V.İbayev, iş № 2(102)-6112/2019) Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 Tahir, Raqib və Xaliq adlı şəxslərə ümumilikdə 58.000 manat məbləğində borcunun olduğunu, həmin borcu ödəmək üçün özünə məxsus evi satmaq istədiyini, evi 70.000 manata alınması barədə razılığa gəldiklərini, buna görə də Cavabdeh1 58.000 manat pul verdiyini, qəbzin də məhz bu məqsədlə tərtib edildiyini iddia ərizəsində göstərmişdir. Lakin qəbzə diqqət edildiyində 58.000 manat məbləğində pulun təkcə İddia çı deyil, X2, Raqib Mecdunovdan və Tahir adlı şəxsdən alındığını deməyə əsas verir. İşə baxan məhkəmələr həmin şəxslərin iddiaçı və cavabdehlər ilə olan münasibətlərinə aydınlıq gətirməmişlər. Çünki 58.000 manat pulun bir qisminin həmin şəxslər tərəfindən verildiyi öz təsdiqini taparsa, həmin pul məbləğinin hazırki iddia üzrə İddiaçı tərəfindən tələb edilməsinin hüquqi əsası müəyyənləşdirilməlidir. Başqa sözlə, İddiaçı hansı əsasla başqa şəxslər (konkret desək, X.Xudaverdiyev, R.Mecdunov və Tahir adlı şəxs) tərəfindən verilmiş pulu tələb etmək hüququna malik olduğu aydınlaşdırılmalıdır. Digər tərəfdən, iddiaçı borc məbləğinin Cavabdeh1 tərəfindən alındığını iddia ərizəsində qeyd etsə də, 58.000 manat pulu həm Cavabdeh1, həm də qardaşı Cavabdeh2 tələb edir. Doğrudur, 24 avqust 2015-ci il ta rixli qəbzin ifadə şəkli sanki pul məbləğinin hər iki cavabdeh tərəfindən alındığı, yəni sonuncuların birgə borclu qismində çıxış etdiyi təəssüratını yaratmış olsa belə, məhkəmələr iddia ərizəsi və qəbz arasındaki bu ziddiyyətə diqqət etməmişlər. Başqa sözlə, Cavabdeh2 yalnız qardaşının yerinə qəbzi doldurmağa kömək edən şəxs (sadə icraçı) kimi çıxış etdiyi, yoxsa qardaşı Cavabdeh1 aldığı pula görə məsuliyyəti öz üzərinə götürdüyü (borca qatıldığı) məsələsinə hüquqi qiymət verilməmişdir. Halbuki birinci halda Cavabdeh2 borclu olmadığı, ikinci ehtimalda isə, birgə borclu olduğunu demək mümkün olardı. Bundan əlavə, işə baxan məhkəmələr hazırki tələblə tərəflər arasında əvvəllər baş tutmuş məhkəmə mübahisəsi (Cavabdeh1 məxsus Şamaxı şəhəri, N.Nərimanov küçəsi, 35 saylı evin İddiaçı satılmasın a dair alqı-satqı müqaviləsinin etibarsız hesab olunması) arasında əlaqənin olub-olmamasına hüquqi qiymət verməmişlər. Halbuki İddiaçı iddia ərizəsində pulu evin qarşılığında verdiyini göstərmişdir. Deməli, tərəflər arasındakı öhdəlik münasibətlərinin borc müqaviləsindən irəli gəldiyi barədə məhkəmələrin qənaəti əsaslı deyildir. Çünki iş materiallarından tərəflərin borc müqaviləsi bağlanmasına yönəlmiş iradə ifadəsi müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov, iş № 2(105)-453/2020) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-656/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 3000 manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 30,80 manat dövlət rüsumunun İddiaçı tutulub Cavabdeh2 verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı Xalıq Xudaverdiyev və Raqib Mecdunov işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Tərəflərin izahatına əsasən Tahir Allahverdiyev cəzaçəkmə müəssisəsində cəza çəkməsi ilə əlaqədar onun işə cəlb edilmədən də mübahisənin obyektiv araşdırması mümkü n olduğundan məhkəmə kollegiyası onun işə cəlb edilməsinə ehtiyac duymamışdır. İşdə əsas legitim və mötəbər sübut kimi məhkəməyə təqdim edilən tərəflərin iştirakı tərtib edilmiş 24.08.2015-ci il tarixli qəbz çıxış edir. Həmin qəbzi tərtib edib imzalamış şəxslərin dörd nəfərinin izahatları üst-üstə düşür və bu izahatlar iddianın tələb edilən həcmdə təmin edilməsini istisna edir. Belə ki, birgə kreditorlardan iki nəfəri 58 000 manat pul borcunun 51000 manatının onlara aid olduğunu və həmin məbləği aldıqlarını, başqa sözlə, borcun əsas hissəsinin ödənildiyini bildirirlər. Sübutetmə ilə bağlı müddəaların hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilməmiş, iddiası sübut edilə bilinməmişdir. Əksinə, cavabdehlərin dəlilləri işə cəlb edilmiş üçüncü şəxslərin iz ahatları ilə öz təsdiqini tapır. Bu səbəbdən də, məhkəmə kollegiyası iddianın hazırki həcmdə təmin edilməsini mümkünsüz hesab edir. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya baxışı zamanı cavabdehlərin Cavabdeh2 iddiaçıya 3000 manat borcu olduğunu etiraf etməsini qəbul edir və hesab edir ki, Cavabdeh2 3000 manat tutularaq İddiaçı ödənilməlidir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və M.Əhmədova, iş № 2(102)3242/2020) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırki iş üzrə 17 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılm ışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Şamaxı rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada pulun tutulması qət edilsə də, həmin qətnamədən cavabdehlərdən biri - Cavabdeh2 apellyasiya şikayəti vermişdir. 1-ci apellyasiya icraatında da məhkəmə qətnaməni onun şikayəti əsasında yoxlamışdır. 2-ci apellyasiya icraatı zamanı qətnamə bütövlükdə hər iki cavabdehə aid hissədə yoxlansa da, məhkəmə belə zərurətin nədən yaranmasını əsaslandırmamışdır. 2ci apellyasiya intansiyası icraatında əvvəlki məhkəmələrdə irəli sürülməyən və baxış predmeti olmayan dəlillər yoxlanaraq onların nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilmişdir. 2-ci apellyasiya icraatı zamanı məhkəmə cavabdehin ancaq kassasiya şikayətinə yazdığı yeni dəlilləri a raşdıraraq X11 və X5 müstəqil tələb irəli sürməyən şəxs kimi prosesə cəlb edərək onların izahatları əsasında əvvəlki məhkəmə iclaslarında irəli sürülməyən dəlilləri, sübutları araşdıraraq mübahisəyə hüquqi qiymət vermişdir. Onlar yeni dəlillərində iddiaçının istinad etdiyi yazılı qəbzdəki pul məbləğinin əslində eyni zamanda onların verdiyi borc pul məbləği olmasını bildirmiş və cavabdehin həmin pulu onlara artıq ödədiklərini təsdiq etmişlər. Hansıki, əvvəlki məhkəmələrdə, tərəflər arasında bundan əvvəlki digər mübahisələrdə (mənzillə bağlı mülki işdə) belə bir dəlil heç vaxt irəli sürülməmişdi. Həmin mübahisələrdən açıq-aydın bilinirdi ki, iddiaçı həmin qəbzin tərtib olunması ilə 58000 manat pulu cavabdehlərə vermiş və cavabdeh həmin puldan hazırda onun xeyrinə izahatlar vermiş şəxslərə olan borcunu ödəmişdir. Yeni sübutların araşdırılması MPM-nin 372.2. maddəsinə ziddir. Cavabdehlərin həmin dəlili səsləndirməyə kifayət qədər vaxtları və məhkəmə çəkişmələri olmuşdur. Hətta qəbzi imzalayanlardan Cavabdeh2, N.Binyətov, X9, X21 həmin qəbzlərdəki imzaların onlara məxsus olmadığını bildirirdilər, hansıki, məhkəmə baxışı zamanı ekspert rəyi ilə həmin dəlil təkzib olundu. Ümumiyyətlə əvvəlki proseslərdə onlar dinlənilmiş, izahatlar vermiş, mübahisə ilə bağlı fərqli fikirlər bildirmişdilər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yeni dəlillərin hətta kassasiya instansiyasının qərarında şərh edilməsi özü də əsas verə bilməzdi ki, işə baxan apellyasiya instansiyası məhkəməsi onları MPM-nin 372.2-ci maddəsinin ziddinə araşdırsın. Çünki yeni dəlillərin irəli sürülməsi faktiki halların yenidən araşdırılmasını tələb edir. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov, iş № 2(105)-2578/2020) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şamaxı rayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 keçirilmiş ekspertizanın dəyəri 260 manat alınaraq X6 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər araların da yazılmış qəbz əsasında iddiaçıdan götürdüyü məbləği geri qaytarmalı olduğu halda bu öhdəliklərini kobud şəkildə pozaraq 53000 (əlli üç min) manat məbləğində pulu qaytarmamaqla, iddiaçıya maddi ziyan vurduğundan, iddiaçının hazırki tələblə məhkəməyə müraciət edərək iddia tələbində göstərilən məbləğində pulu 53000 (əlli üç min) manatını cavabdehlərdən tələb etməkdə haqlı olması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında əvvəllər ev alqı-satqısına dair məhkəmə mübahisəsi olmuş, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında bağlanan Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsi, 35 nömrəli evə dair Şamaxı rayon Notariat kontorunda təsdiq olunmuş 21.10.2015-ci il tarix li AN-İ ******* nömrəli, reyestrdə 4Ə-643 sayla qeyd olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edildiyi və həmin qətnamə ilə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək şərti ilə, yəni borcun əvəzinə bağlanmış əqd olmasının müəyyən edilmişdir Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda, cavabdehlər iddiaçının tələbinin əksini təsdiq edən hər hansı bir sübut təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Qeyd etmək lazımdır ki, iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2019-cu il tarixli 4818 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə mübahisə olunan qəbzdəki imzanın şahid A.Ma hmudov tərəfindən icra olunması göstərilmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə də razılaşmır. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 31 may 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və İ.Xələfov, iş № 2(102)3388/2021) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2578/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarı ilə iş Sumqay ıt Apellyasiya Məhkəməsində yenidən baxılan zaman mülki kollegiyanın hakimləri Qafari Səyyad Ağaəli oğlu, X10 və X13 prosessual hüquq normalarının kobud şəkildə pozulması hallarına yol verilmişdir. Belə ki, mülki iş kassasiya məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarı ilə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və hakim Səyyad Qafarinin icraatına verilmişdir. İşə hakim Qafari Səyyad Ağaəli oğlunun sədrliyi ilə, hakimlər X16 və X12 ibarət tərkibdə baxılması barədə 21 oktyabr 2020-ci il, 18 noyabr 2020-ci il, 25 noyabr 2020-ci il və 27 noyabr 2020-ci il tarixli məhkəmə iclas protokolları tərtib edilmişdir. Məhkəmənin 21 oktyabr 2020-ci il tarixli iclasında tərəflərə məhkəmə tərkibi elan edilmiş və işə Səyyad Qafari, Elman Əhmədov və Zaur Məmmədovdan ibarət tər kibdə baxılması elan olunmuşdur. Lakin iş üzrə qəbul edilmiş 27 noyabr 2020-ci il tarixli qətnamə işə baxan hakimlər Səyyad Qafari, Elman Əhmədov və Zaur Məmmədov tərəfindən deyil, digər hakimlər, yəni Şəmsəddin Abbasov və Telman Məmmədov tərəfindən imzalanmışdır. Şəmsəddin Abbasov və Telman Məmmədov hazırki iş üzrə daha öncə işə həmin apellyasiya məhkəməsində baxılan zaman məhkəmə tərkibində işin baxılmasında iştirak etmişlər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sonradan qəbul etdiyi 18 dekabr 2020-ci il tarixli yanlışlıq qərardadı ilə bağlı həmçinin qeyd edir ki, həmin məsələyə məhkəmənin öz təşəbbüsü ilə baxılsa da, qətnamədə düzəlişlər üzrə məhkəmə iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslər xəbərdar edilməmiş, qərardadın surətinin işdə iştirak edən ş əxslərə rəsmi qaydada verilməsi də işdən görünmür. Apellyasiya instansiyası məhkəməsində dördüncü icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), H.Babayeva və R.Ağayev, iş № 2(105)-2723/2021) Cavabdeh1 oglunun apellyasiya şikayəti qismən təmin edilərək, Şamaxı rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv olunması, iddia tələbinin ona aid hissədə təmin olunmaması, qətnamənin Cavabdeh1 53000 (əlli üç min) manat məbləğində pulun alınıb İddiaçı verilməsinə dair hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh1 keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 142 manat və 260 manat, cəmi 402 manat alınıb X6 kod 210005 VÖEN **********, m/h AZ41NABZ ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda qeyd olunan müəyyən edilməsi hallarından, iddia ərizəsinin özünün məzmunundan, iş materiallarına əlavə edilmiş və ekspertiza tədqiqatının obyekti olmuş yuxarıda qeyd olunan qəbzin məzmunundan göründuyü kimi borc münasibətləri İddiaçıla Cavabdeh1 arasında mövcud olmuşdur. İddiaçı verdiyi 58000 manat borc məbləğindən yalnız ona 5000 manat qaytarıldığını bildirmişdir. Buna görə Mülki Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə yalnız Cavabdeh1 53000 manat tutulub İddiaçı verilməlidir. Həmin maddəyə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kredi tor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Buna görə birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı digər cavabdeh olan Cavabdeh2 münasibətdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Buna görə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli, iddia tələbi ona aid hissədə təmin olunmamalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)2723/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində tamamilə ləğv edərək, işin yenidən baxılması üçün təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə kollegiyası iddiaçı ilə cavabdeh arasında münasibəti öhdəlik kimi xarakterizə etsə də, hansı növ müqavilə münasibətlərindən əmələ gəldiyini aydınlaşdırmamışdır. Əgər məhkəmə tərəflər arasında olan münasibətin borc münasibəti olması nəticəsinə gəlmişdirsə onda hansı səbəbdən Mülki Məcəllənin 739 və 740-cı maddələrini tətbiq etməm işdir. Məhkəmə cavabdehin iddiaçı da daxil olmaqla 4 nəfərə 58000 manat borcu olmasına əhəmiyyət verməmiş, həmin borcun hamısının yalnız iddiaçı tərəfindən tələb edilməsinə münasibət bildirməmişdir. Məhkəməyə vəsatət verilsə də qəbzdə göstərilən şəxslərin izahatlarını dinləməmişdir. Vəsatət verilməsinə baxmayaraq məhkəmə nəyə görə təkrar ekspertiza keçirilməsini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2723/2021 nömrəli 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apel lyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın t ələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddə sinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 529-cu maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəb ul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər işt irakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərin dən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarak terli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Qeyd edilməlidir ki, cavabdehin kassasiya şikayətində göstərilənlər əvvəlki apellyasiya icraatlarında irəli sürülməmiş, yalnız hazırki kassasiya şikayətinə həmin dəlillərlə əsaslandırılmışdır. Bunlar isə işin faktiki hallarının araşdırılmasına yönəlmişdir ki, bu isə hazırki icraatda mümkünsüzdür. Mümkün dəlillər isə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlarla birlikdə qarşılıqlı olaraq qiymətləndirilmişdir. Bu baxımdan təkrarlanan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq norm alarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2723/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-866/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-866/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver