Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-868/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X5 cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-868/22 (Açar sözlər: maddi və mənəvi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı X7 və vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1182/2021 nömrəli, 06.05.2021-ci il tarixli qətnaməsindən iddia çı X7 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Mülki işin materiallarında olan X7, Cavabdeh1 və Vüsal İsmayılovun imzalamış olduğu sadə formada tərtib edilən 02.09.2019-cu il tarixli qəbzdən müəyyən edilir ki, Yusifov X18 Respublikasından ət məhsullarının gətirilməsi üçün X4 97800 ABŞ dolları pulu aldığını və həmin pulu Ukrayna Şirkətinin hesabına köçürdüyünü qeyd etmişdir. İş materiallarında olan "xxxx" şirkəti ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 18/7/2-2018 saylı, 14 dekabr 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" şirkəti "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə donmuş mal əti və onun hissələrini gönd ərməyi, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti isə malı almağı öhdələrinə götürmüşlər. İş materiallarında olan xarici valyutada köçürmə orderlərinin surətlərindən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən "xxxx" şirkətinin hesabına 07.03.2019-cu il tarixdə 20000 ABŞ dolları, 15.03.2019-cu il tarixdə 20000 ABŞ dolları, 18.03.2019-cu il tarixdə 10000 ABŞ dolları, 27.03.2019-cu il tarixdə 3763 ABŞ dolları, 28.03.2019-cu il tarixdə 3056 ABŞ dolları, 04.04.2019-cu il tarixdə 2432 ABŞ dolları, 09.04.2019-cu il tarixdə 3500 ABŞ dolları, 11.04.2019-cu il tarixdə 12750 ABŞ dolları, 15.04.2019-cu il tarixdə 4700 ABŞ dolları, 18.04.2019-cu il tarixdə 6000 ABŞ dolları, 24.04.2019-cu il tarixdə 3930 ABŞ dolları köçürülmüşdür. İşin materiallarında olan invoysdan görünür ki, Ukrayna Respu blikasında fəaliyyət göstərən "xxxx" Şirkəti 02.12.2019-cu il tarixdə "xxxx"LLC-nin hesabına Azərbaycana 7000 kq. ət göndərmişdir ki, bu 17850 ABŞ dollarında qiymətləndirilmişdir. 24.02.2020-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Cavabdeh1 cəmiyyətdə sahib olduğu 100 % 2 manat dəyərində payını nizamnamə kapitalındakı dəyərini 000Cavabdeh4 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X7 cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fonduna qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraci ət edərək, 97.800 ABŞ dolları, həmin pul üzrə hesablanmış 5.000 ABŞ dolları faiz, 30.000 manat maddi zərər, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumunun və 1.000 manat hüquqi xidmət üçün ödənilmiş pulun əvəzinin, cəmi 102.800 ABŞ dolları və 36.030 manat pulun Cavabdeh1, Cavabdeh1 direktoru (və təsisçisi) olduğu Cavabdeh2ndən birgə qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 direktoru (və təsisçisi) olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ukrayna Respublikasından ət məhsulları gətirmək istədiyini və bunun üçün X4 97800 ABŞ dolları pul istəmiş, həmin sümüksüz ət məhsullarını Ukraynada olan dostu Andreydən, yəni “Saudi Xalal” adlı şirkətindən alacağını, hətta 97800 ABŞ dolları puldan əlavə olar aq özünə şərik edəcəyini bildirmişdir. X3 Yusif Aydın oğluna inanıb ayrı-ayrı vaxtlarda sonuncuya 97800 manat pul vermiş və bunu Cavabdeh1 və sürücüsü Vüsal İsmayılovun imzaladığı qəbzlə təsdiq etmişdir. Bundan başqa, Cavabdeh1 X4 pul tələb edəndə ət məhsullarını gətirmək fəaliyyət ilə məşğul olan digər tanışı Cavabdeh3 həmin işin gəlirli olub-olmadığını soruşmuş və həmin şəxs həmin sahənin gəlirli olduğunu bildirdikdən sonra 97800 manat pulu Cavabdeh1 vermişdir. Bundan başqa Cavabdeh1 dediyi ət məhsullarının Bakıya gəlməsinə nail ola bilmək üçün X7 müxtəlif şəxslərə əlavə olaraq pul ödəmişdir. X7 97800 manat pulu qardaşından alıb Cavabdeh1 vermişdir. Lakin Cavabdeh1 X5 qardaşına zəng edərək sonuncunun ona pul vermədiyini bildirdikdən sonra X7 ilə qardaşı arasında münasibətlər pozulmuşdur. Cavabdeh1 bu hərəkəti nəticəsində X7 ciddi mənəvi iztirab keçirmiş, müalicə almış və sonradan qardaşını inandıra bildirmişdir ki, Cavabdeh1 yalan deyir. Cavabdeh1 X6 vurduğu mənəvi zərərin dəyəri 5000 manat müəyyən edilməlidir. İddiaçı X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 000Cavabdeh4 cavabdeh qismində tanınması və Cavabdeh1 Cavabdeh2ndə olan payının 000Cavabdeh4 verilməsinə dair əqdin əhəmiyyətsiz hesab olunması, 97800 ABŞ dolları, həmin pul üzrə hesablanmış 5000 ABŞ dolları faiz, 30000 manat maddi zərər, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmət üçün ödənilmiş pulun əvəzinin, cəmi 102800 ABŞ dolları və 36030 manat pulun Cavabdeh1, Cavabdeh1 direktoru (və təsisçisi) olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və 000Cav abdeh4 birgə qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi vəkili Vəkil2 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, X7 2019-cu ilin əvvəllərindən başqayaraq bir neçə dəfəyə Cavabdeh1 97800 ABŞ dolları pul vermiş və həmin puldan 90131 ABŞ dolları pulu Cavabdeh1 MMC-nin vasitəsilə bank köçürməsilə Ukrayna Respublikasında fəaliyyət göstərən "xxxx" Şirkətinin hesabına köçürmüşdür. İş materiallarında olan №18/7/2-2018 saylı müqaviləyə əsasən 07.03.2019-cu il tarixdə 20000 ABŞ dolları, 15.03.2019-cu il tarixdə 20000 ABŞ dolları, 18.03.2019-cu il tarixdə 10000 ABŞ dolları, 27.03.2019-cu il tarixdə 3763 ABŞ dolları, 28.03.2019-cu il tarixdə 3056 ABŞ dolları, 04.04.201 9-cu il tarixdə 2432 ABŞ dolları, 09.04.2019-cu il tarixdə 3500 ABŞ dolları, 11.04.2019-cu il tarixdə 12750 ABŞ dolları, 15.04.2019-cu il tarixdə 4700 ABŞ dolları, 18.04.2019-cu il tarixdə 6000 ABŞ dolları, 24.04.2019-cu il tarixdə 3930 ABŞ dolları olmaqla, cəmi 90131 ABŞ dolları pul köçürmüşdür. Həmin vəsaitin içərisində Yusifin özünə aid olan pul məbləğ də olmuşdur. Ukrayna Respublikasında fəaliyyət göstərən "xxxx" Şirkəti tərəfindən onlara 02.12.2019-cu il tarixdə dəyəri 17850 ABŞ dolları olan 7000 kq ət məhsulları göndərilmişdir. Qeyd edilən məhsulun gətirilməsi üçün yol, nəqliyyat, gömrük, sürücü xərcləri 7669 ABŞ dolları pul xərclənmişdir. X7 ət məhsullarının gətirilməsi üçün ona 7000 manat pul da vermişdir. Ət məhsullarının Ukraynada alınmasında, Azərbaycana gətirilməsində, gömrük r əsmiləşdirilməsində və məhsulların satılmasında X7 özü iştirak etmişdir. X1 ilə Cavabdeh1 şərikli iş birliyi olması, malin gəlməməsinin səbəbinin Ukraynada olan Şirkətin təqsiri üzündən olması, pulların həmin Şirkətinin hesabına köçürülməsi qeyd edilmişdir. Həmin işlərin aparılmasına dair Cavabdeh1 və X7 əvvəlcədən işi araşdırmış, sonra razılıq vermişlər. X7 ət məhsullarının gec gəlməsindən narahat olduğundan də olmuşdur. Ukrayna Respublikasına gedərək "xxxx" Şirkətinin rəhbəri Andreylə görüşmüş, ət məhsullarının gətirilməsi məsələsi həll etmişdir. X7 Azərbaycana gəlmiş invoys dəyəri 17850 ABŞ dolları 7000 kq olan ət məhslunun gömrük sənədləşməsini aparmış, hətta həmin məhsulu sataraq əldə edilmiş 30150 manat pulu götürmüş, həmin puldan nə Cavabdeh1, nə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyy ətinə vermişdir. Bundan başqa, qeyd edilən mübahisənin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aidiyyəti yoxdur. Belə ki, Ukrayna Respublikasından ət məhsullarının gətirilməsinə dair sövdələşmə fiziki şəxs olaraq Cavabdeh1 ilə olmuşdur. Cavabdeh1 adına yazılmış əlyazmada isə sonuncunun özünü Cavabdeh2 direktoru kimi adlandırması əvvəlki yaranmış münasibətlərin X7 ilə Cavabdeh2 arasında yaranmasına əsas kimi göstərilə bilməz. Cavabdeh2 təsisçisinin nizamnamə kapitalındakı payının başqa şəxsə satılmasının əhəmiyyətsiz sayılması barədə iddia tələbi də əsassızdır. Belə ki, X5 Cavabdeh2nə və onun direktoruna olan iddia tələbləri Cəmiyyətinin təsisçisinin nizamnamə kapitalındakı payının başqa şəxsə satılmasına mane olan hal deyil və bu hüquq heç nə ilə məhdudlaşdırıla bilməz. Çünki iddia tələbini n predmeti tam başqa məsələlər barəsindədir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 yükdaşıyan avtomaşının sürücüsü olmaqla Cavabdeh1 Ukraynadan verməli olduğu əti Ukraynadan Azərbaycana gətirməli idi, nədənsə bu proses ləngiyirdi, ona görə də 69 gün orada qalmalı oldu. Lakin onun pulu günə gün hesablanıb ona verilirdi. Pulları ona Hüseynqulu göndərmişdi, 6300 ABŞ dolları. Bu 2019-cu ilin hansısa ayı idi. Onun iştirakı ilə qəbz tərtib olundu. Həmin qəbzdən sonra Yusif Bakıya Hüseynqulu üçün 7 ton ət göndərdi. Abşeron rayon məhkəməsinin (hakim C.Səfiyeva) 2(012)-788/2020 nömrəli, 18.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 79950 ABŞ dolları borc olaraq, 3150 ABŞ dolları maddi ziyan olaraq, cəmi 83 100 ABŞ dolları ödəniş günü Azərbaycan manatı məzənnəsinə uyğun, dövlət rüsumuun əvəzi 20 manat məbləğində pul alınaraq X6 ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, Cavabdeh1 İ.Y. MMCnin təsisçisi və direktoru olmuş, müxtəlif vaxtlarda Ukrayna Respublikasından ət gətirilməsi ilə məşgul olmuş, iddiaçının iddiasına görə iddiaçı gəlir əldən etmək məqsədi ilə müxtəlif vaxtlar da hissə-hissə olmaqla, cəmi 97.800 ABŞ dolları məbləğində pulu Cavabdeh1 vermişdir. Məhkəmə bu hissədə iddianı dəlillərini araşdıraraq qeyd etmişdir ki, işin bu halı tərəflərin izahatları, şahidin ifadəsi və işdə olan olan X7, Cavabdeh1 və Vüsal İsmayılovun imzalamış olduğu sadə formada tərtib edilən 02.09.2019-cu il tarixli qəbzdən müəyyən edilir ki, Yusifov X18 Respubl ikasından ət məhsullarının gətirilməsi üçün X4 97.800 ABŞ dolları pulu aldığını və həmin pulu Ukrayna Şirkətinin hesabına köçürdüyünü qeyd etmişdir. Bundan başqa, işin araşdırılan hallarından görünür ki, tərəflər arasında 02.09.2019-cu il tarixli qəbz tərtib edildikdən sonra Cavabdeh1 iştirakı ilə Ukrayna Respublikasından MMC-nin adına 7000kq. ət göndərilmiş və həmin ət iddiaçı tərəfindən qəbul olunaraq artıq realizə olunmuşdur ki, bu iddiaçının özü tərəfindən də etiraf olunur. O halda, məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə vermiş olduğu 97.800 ABŞ dollarında pulunun 17850 ABŞ dollarında hissəsi artıq ona qaytarılmış hesab olunduğundan, iddia tələbi 97800 ABŞ dolları pul tələbi hissəsində qismən təmin edilməli, 79.950 ABŞ dolları məbləğində pul Cavabdeh1 alınıb iddiaçıya verilmə lidir. İddia tələbinin 97800 ABŞ dolları üzrə hesablanmış 5000 ABŞ dolları faiz, 5000 manat mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflərin izahatlarından və şahidin ifadəsindən göründüyü kimi Ukraynadan ət məhsullarının göndərilməsində baş verən gecikmələr Cavabdeh1 təqsirindən baş verməmişdir. Ona görə də, bu hissədə iddia tələbləri əsassızdır və təmin edilməməlidir. İddia tələbinin 30000 manat maddi zərər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, 30000 manatın 6300 ABŞ dolları hissəsi iş üzrə şahid İsmayılov Vüsal Nizami oğluna yükdaşıyan avtomaşının sürücüsü kimi iddiaçı tərəfindən verilən puldur ki, qeyd edilənlərdən göründüyü kimi bu halda tərəflərin hər ikisi eyni dərəcədə məsuliyyət daşıdıqlarından 6300 ABŞ dollarının ½ hissəsini təşkil edən 3150ABŞ do lları məbləğində pul Cavabdeh1 alınıb iddiaçıya verilməlidir. İddia olunan qalan pul məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, icranın gecikdirilməsi cavabdehin təqsirindən baş verməsi təsdiq olunmadığından iddia həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında Ukraynadan ət gətirilməsi və qazanc əldə edilməsi barədə münasibətləri cavabdeh MMC-nin iştirakı olmadan aparılmışdır.Ona görə də, məhkəmə hesab edir ki, həmin MMC-nin iddiaçı qarşısında hər hansı bir öhdəliyi mövcud olmadığından ona qarşı iddia tələbi və iddia tələbinin Cavabdeh1 Cavabdeh2ndə olan payının 000Cavabdeh4 verilməsinə dair əqdin əhəmiyyətsiz hesab olunması hissəsi əsaslı deyildir və təmin edilməməlidir. İddiaçı X5 vəkili-nümayəndəsi Vəkil1 tərəfindən hüquqi yardımın göstərilməsinə dair hər hansı hesab təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı X5 1000 manat hüquqi xidmət üçün ödənilmiş pulun əvəzinin alınması hissədə iddiası təmin edilməməlidir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21, 23, 445, 1091, 1092, MPM-nin 119,121-ci maddələrinə istinad etmişdir. Rayon məhkəməsinin qətnaməsindən iddiaçı X7 və Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı YYY Apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilməsi, Cavabdeh1 "xxxx" məhdud məsuliyyətli cəmiyyətində olan payının 000Cavabdeh4 verilməsinə dair əqdin əhəmiyyətsiz hesab olunması, 97800 ABŞ dolları, həmin pul üzrə hesablanmış 5000 ABŞ dolları faiz, 30000 manat maddi zərər, 5000 manat mə nəvi zərər, 30 manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmət üçün ödənilmiş pulun əvəzinin, cəmi 102800 ABŞ dolları və 36030 manat pulun Cavabdeh1, "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən və 000Cavabdeh4 birgə qaydada alınaraq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına ziddir, həm də ədalətsiz və əsassızdır. Belə ki, iş materiallarında olan 02.09.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh1 "xxxx" MMC-nin direktoru olaraq ondan 97800 ABŞ dolları pul almışdır. Bu bir açıq etirafdır ki, Cavabdeh1 həmin tarixdə yeganə təsisçisi və direktoru olduğu "xxxx" MMC-ni bir vasitə kimi istifadə edərək ondan 97800 ABŞ dolları almışdır. Hazırda "xxxx" MMC-ni n məsuliyyətdən azad edilməsinin yeganə məqsədi isə "xxxx" MMC-nin ləğv edilmiş “Dəmirbank”ın hesabında olan və məhkəmə qərardadı ilə üzərinə həbs qoyulan vəsaitdir ki, bu yolla Cavabdeh1 həmin vəsaiti əldə etmək istəyir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadığı üçün qanuna zidd nəticəyə gəlmiş, bununla da "xxxx" MMC-ni məsuliyyətdən azad etmişdir. iş materiallarında olan və məhkəmənin qətnamədə nəzərə alıb qəbul etdiyi invoysdan görünür ki, Ukrayna Respublikasında fəaliyyət göstərən "xxxx" şirkəti 02.12.2019cu il tarixdə (əslində həmin invoysda tarix 2018-dir) "xxxx" MMC-nin hesabına Azərbaycana 7000 kq ət göndərmişdir ki, bu da 17850 ABŞ dollarında qiymətləndirilmişdir. Məhkəmə 7000 kq ətin qiyməti olan 17850 ABŞ dollarını onun 97800 ABŞ dollarından çıxaraq 79950 ABŞ dollarını tə min etmişdir. Məhkəmə "xxxx" MMC-nin bu işə heç bir dəxili olmadığını, onun qarşısında heç bir öhdəliyi olmadığını qəbul etdiyi halda, "xxxx" MMC-nin hesabına daxil olan 7000 kq ətin qiyməti olan 17850 ABŞ dollarını ona olan borcun ödənilməsinə sərf edildiyi nəticəsinə gəlmişdir. Bu onu göstərir ki, məhkəmə "xxxx" MMC-nin onun qarşısında məsuliyyət daşıdığını qəbul etmiş, lakin nədənsə daha sonra cəmiyyəti məsuliyyətdən azad etmişdir. Məhkəmə heç bir əsas göstərməsə də, iddia tələbini 000Cavabdeh4 qarşı olan hissədə də təmin etməmişdir. Belə ki, Cavabdeh1 "xxxx" MMC-də olan payının hamısının Cavabdeh4 Əlibəyliyə satılmasına dair 4.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi məhkəmə işi davam edərkən, "xxxx" MMC-nin ləğv edilmiş “DəmirBank”ın hesabında olan pulun üzərinə məhkəmə qərardadı ilə həbs qoyulandan sonra, tamamilə pulu qaçıra bilmək məqsədi ilə Cavabdeh1la Cavabdeh4 000arasında formal qaydada bağlanmışdır və buna görə də etibarsızdır. Məhkəmə Mülki Məcəlləsinin337.3-cü, 340.1-ci, 87.4-cü, 61.10- cu, 89cu, 90-cı, 94.1-ci və digər normalarını pozaraq qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamə ləğv edilməlidir. Məhkəmənin 97800 ABŞ dolları tələbini azaldaraq 79950 ABŞ dollarının təkcə Cavabdeh1 tutması əsassız, ədalətsiz və qanunvericiliyə ziddir. Belə ki, 7000 kq ət həqiqətən "xxxx" MMC-nin hesabına "xxxx" şirkəti tərəfindən göndərilmişdir. Lakin bu ət göndəriləndən sonra o, "xxxx" MMC-nin direktoru olaraq Cavabdeh1 97800 ABŞ dolları pul vermişdir, yəni 7000 kq ətin, 97800 ABŞ dollarına heç bir dəxli yoxdur. Ukrayna Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin "xxxx" MMC-nin hesabına Azərbaycana 7000 kq ət göndərdiyinə dair invoysun tarixinə baxıldıqda da bu hal təsdiq edilir. Belə ki, həmin tarix 2018-ci ildir. Bütün bunlardan məlum olur ki, məhkəmənin 97800 ABŞ dolları iddia tələbini 17850 ABŞ dolları qədər azaldaraq 79950 ABŞ dolları təmin etmiş olması əsassız, ədalətsiz və qanunvericiliyə ziddir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki mübahisə üzrə münasibətlər iddiaçı Hüseynqulu Əmrəliyevlə onun arasında olmuşdur. İddia ərizəsində və məhkəməyə verdiyi izahatında da iddiaçı özü bu halları etiraf etmişdir. Ət məhsullarının Ukraynadan alınmasında, Azərbaycana gətirilməsində, gömrük rəsmiləşməsində və məhsulların satılmasında iddiaçı özü iştirak etmişdir. Əlyazmada da onun iddiaçı ilə şərikli iş birliyi olması, malın gəlməməsinin səbəbinin də Ukraynadakı şirkətin günahı üzündən olması, pulların Ukraynadakı şirkətin hesabına köçürülməsi qeyd olunur. Göründüyü kimi, iddiaçı ilə onun arasında birgə sahibkarlıq fəaliyyətinə dair sövdələşmə olmuş və həmin sövdələşmə əsasında Ukraynadakı "xxxx" adlı şirkətə bank vasitəsilə pul vəsaiti köçürülmüşdür. Yəni iddiaçı ilə onun arasında ət məhsullarının haradan (Ukraynadan), hansı əsaslarla (şərikli gəlirə əsaslanaraq) gətirilməsi, bu işin gəlirli olub-olmaması, məhsulların kimdən, hansı şirkətdən gətirilməsinə, pulların köçürülməsinə, yol, nəqliyyat və digər xərclərə dair əvvəlcədən müvafiq araşdırmalar olmuş və sonda bu hallara dair konkret razılaşmaları olmuşdur. Həmçinin iddiaçının məhkəmədə verdiyi izahatlardan göründüyü kimi, pulların "xxxx"MMC -nin vasitəsi ilə Ukrayna Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin hesabına köçürülməsindən məlumatı və razılığı olmuşdur. İddia olunan pullar Hüseynqulu Əmrəliyev tərəfindən ona borc verilməmiş, əksinə hər iki tərəfin özlərinə məxsus pulların birgə sahibkarlıq fəaliyyətlərinə yatırılan vəsait olmuşdur. Pulların haraya və necə köçürülməsi iddiaçıya da məlumdur. Belə ki, iddia olunan pullar iddiaçı və onun razılığı və sərəncamı ilə müqavilə əsasında Ukraynadakı "xxxx" adlı şirkətə bank vasitəsilə köçürülmüşdür. "xxxx" şirkətinə köçürülən pullara görə müqavilə üzrə vəd olunmuş malların göndərilməsinə görə isə o deyil, "xxxx" şirkəti cavabdehlik daşıyır. İşdə malların gətirilməsinə görə nə "xxxx"MMC-nin, nə də onun cavabdehlik daşımasını təsdiq edən heç bir sübut yoxdur. Həmin müb ahisənin "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur. Ona görə ki, yuxarıda qeyd olunduğu kimi, Ukrayna Respublikasından ət məhsullarının gətirilməsinə dair sövdələşmə "xxxx" MMC ilə deyil, fiziki şəxs olaraq onun arasında olmuşdur. O isə həmin sövdələşməni "xxxx" MMC-nin adından deyil, əvvəlki dostluq münasibətlərinə əsaslanaraq birgə sahibkarlıq fəaliyyətinə əsasən etmişdir. Onun adından yazılmış əlyazmada isəözünü "xxxx" MMC-nin direktoru kimi adlandırması əvvəlki yaranmış münasibətlərin iddiaçı Hüseynqulu Əmrəliyevlə "xxxx" MMC arasında yaranmasına əsas kimi göstərilə bilməz. Çünki həmin əlyazma baş vermiş münasibətlərin əvvəlində deyil, tam sonunda yazılmışdır. Bundan başqa, iddiaçının ona verdiyi pulların guya onun tərəfindən ət məhsullarının alınması üçün göndərilməməsi, pulların mənimsə nilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1182/2021 nömrəli, 06.05.2021-ci il tarixli (X16 (sədrlik edən, məruzəçi hakim), X12 və X17) qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, Abşeron rayon məhkəməsinin 18.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin təsisçisinin 000Cavabdeh4 və qanuni təmsilçisinin Cavabdeh1 olması 05.02.2020-ci il tarixdə qeydə alınmışdır. X3 Yusif Aydın oğlunun "xxxx" məhdud məsuliyyətli cəmiyyətində olan payı nı 000Cavabdeh4 satmasına dair əqdin əhəmiyyətsiz hesab olunmasını xahiş etmişdir. Lakin əqdin etibarsız hesab olunması üçün Mülki Məcəllədə müəyyən edilmiş şərtlər mövcud olmalıdır. "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi Cavabdeh1 ilə 000Cavabdeh4 arasında bağlanmış 4.02.2020-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinin əhəmiyyətsiz sayılaraq etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan hər hansı bir əsas yoxdur. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Cavabdeh1 "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və direktoru olmuş, müxtəlif vaxtlarda Ukrayna Respublikasından ət gətirilməsi ilə məşğul olmuş, iddiaçı Hüseynqulu Əmrəliyev müxtəlif vaxtlarda hissə-hissə olmaqla, cəmi 97800 ABŞ dolları məbləğində pulu Cavabdeh1 vermişdir. Bu hal iş mat eriallarında olan 02.09.2019-cu il tarixli qəbzlə təsdiq olunur. Tərəflər arasında 02.09.2019-cu il tarixli qəbz tərtib edildikdən sonra Ukrayna Respublikasından "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adına 17850 ABŞ dolları dəyərində 7000 kq ət göndərilmiş, həmin ət iddiaçı tərəfindən qəbul olunaraq realizə olunmuşdur və bunu iddiaçının özü də etiraf etmişdir. X5 Cavabdeh1 verdiyi 97800 ABŞ dollarından 17850 ABŞ dollarında hissəsi artıq iddiaçıya qaytarılmış hesab olunmasını, 30000 manatın 6300 ABŞ dolları hissəsi X11 yükdaşıyan avtomobilin sürücüsü kimi iddiaçı tərəfindən verilən pul olması, bu halda tərəflərin hər ikisi eyni dərəcədə məsuliyyət daşıdıqlarından 6300 ABŞ dollarının ½ hissəsinin 3150 ABŞ dolları təşkil etməsini nəzərə alan birinci instansiya məhkəməsi 79950 ABŞ dolları mə bləğində pulun və 3150 ABŞ dolları maddi ziyanın Cavabdeh1 alınıb iddiaçıya verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Pulun vaxtında ödənilməməsi səbəbindən əldən çıxmış fayda olaraq 5000 ABŞ dolları faiz tələbi üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki tələbin bu hissəsinin hüquqi əsasını Azərbaycan Respublikası MM-nin 449-cu maddəsi təşkil edir. Məhkəmə kollegiyası hesab etmişdir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımi qaydada icra edilməməsi faktı özü-özlüyündə Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinin tətbiqi üçün əsas sayıla bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bu maddənin şərhi ilə bağlı qərarındakı hüquqi mövqeyinə görə borclu şəxsdən Azərbaycan Respublikası MM-nin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə Ukraynadan ət məhsullarının göndərilməsində baş verən gecikmələr Cavabdeh1 təqsirindən baş verməsi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir iş materialları ilə sübut olunmur. İddianın 5000 ABŞ dolları mənəvi ziyan tələb üzrə məhkəmə qeyd etmişdir ki, X5 fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlər Cavabdeh1, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin və 000Cavabdeh4 hərəkətləri nəticəsində baş verməsi iş materialları ilə sübut olunmur. X2 ilə cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyəti və 000Cavabdeh4 arasında Ukraynadan ət gətirilməsi və qazanc əldə edilməsi barədə münasibətlər olmamış, onların iddiaçı qarşısında hər hansı bir öhdəliyi mövcud olmamışdır. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın bu cavabdehlərə aid hissələrində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmçinin hüquqi xidmət üçün ödənilmiş 1000 manat pul tələbi də X5 hüquqi yardımın göstərilməsinə görə nümayəndəsi və vəkili Vəkil1 1000 manat pul ödənilməsinə dair iş materiallarında hər hansı sənəd olmadığına görə düzgün rədd edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən iddiaçının və cavabdehin apellyasiya şikayətlərində göstərdikləri dəlilləri əsassız hesab etmişdir. Apellyasiya Məhkəməsi öz mövqeyini əsaslandırarkən MM-nin 21, 23, 337, 445, 449, 1097, MPM-nin 14,77,121-ci maddələrinə istinad etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı YYY qeyd etmişdir ki, Apelyasiya Məhkəməsi işi təfsilatlı və ya obyektiv araşdırmadığı üçün bu qanuna zidd nəticəyə gəlmiş, bununla iddiaçı qarşısmda məsuliyyət daşıyan "xxxx" MMCnin məsuliyyətdən azad etmişdir. İş materiallarında olan sənədlərdən məlum olur ki, Cavabdeh1 "xxxx" MMC-nin yeganə təsisçi olaraq 10.05.2007-ci ildə təsis edib və həmin tarixdən bəri də (hələ də) həmin İY MMC-nin direktorudur (qanuni təmsilçisidir). Cavabdeh1 adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri dövlət reyestrinə "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) olaraq 10.05.2007-ci ildə daxil edilib. Belə ki, Abşeron Rayon Məhkəməsində məhkəmə prosesi davam edərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin payının alqı satqısına dair Cavabdeh1 ilə formal müqavilə bağlayan və məhkəmə işinin tamamilə qarışıq bir hal almasına səbəb olan 000Cavabdeh4 qarşı olan birgə borclu olaraq məsuliyyətə cəlb olunmasına dair iddia tələbimiz barədə heç bir əsaslandırma aparmadan təmin etmədi. Məhkəmə araşdırmamışdır ki, nə üçün Cavabdeh1 10.05.2007-ci ildə tək başına təsis etdiyi İ.Y MMC-nin payının hamısını onlar barəsində məhkəmə işi başlanıb, İ.Y MMC- nin Ləğv edilmiş Dəm ir Bankdakı hesabındakı pulun üzərinə həbs qoyulduqdan sonra öz yaxın qohumu 000Cavabdeh4 satıb. Məhkəmə işi təfsilatlı araşdırmadan qətnamə qəbul edərək qanunvericiliyin maddi və prosessual normalarını pozmuşdur. Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan payının hamısının 000Cavabdeh4 satılmasına dair 24.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi məhkəmə işi davam edərkən, "xxxx" MMC-nin Ləğv edilmiş Dəmir Bankdakı hesabında olan pulun üzərinə məhkəmə qərardadı ilə həbs qoyulandan sonra, tamamilə pulu qaçıra bilmək məqsədi ilə Cavabdeh1 tərəfindən 000Cavabdeh4 arasında formal qaydada bağlanıb, bu səbəblə də etibarsızıdır. Kassator öz mövqeyini əsaslandırarkən MM-nin 10,61,87, 89, 90, 91-ci maddələrə istinad etmişdir. Cavabdeh1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmiş dir ki, iddia tələbindən və işin hallarından göründüyü kimi, hazırkı mübahisə üzrə münasibətlər İddiaçı ilə Cavabdeh1 arasında olmuşdur. İddia ərizəsində və məhkəmədə verdiyi izahatında iddiaçı özü etiraf etmişdir ki, "mən 2018-ci ilin dekabr ayında iddiaçıya demişəm ki, təsisçisi və direktoru olduğum "xxxx" MMC ilə Ukrayna Respublikasından ət məhsulları gətirmək istəyirəm. Mən, onu da bu işə cəlb etmək istəyirəm. Mən ət məhsullarını Ukraynadakı "xxxx" adlı şirkətdən alacam. Çox gəlirli və problemsiz işdir. Mən iddiaçını da bu işdə gəlirə şərik edəcəyimi bildirmişəm. Daha sonra o, bu işin gəlirli olub olmadığını digər Cavabdeh3 soruşmuş və o da bu işin gəlirli olduğunu bildirmişdir. Bundan sonra o mənə 97800 ABŞ dolları pul vermişdir. Bundan başqa da o həmi ət məhsullarının Bakıya gətirilm əsi üçün əlavə olaraq 30000 manat ödəmişdir. Ət məhsullarının Ukraynadan alınmasında, Azərbaycana gətirilməsində, gömrük rəsmiləşməsində və məhsulların satılmasında özü iştirak edib. Əlyazmada da mənimlə iddiaçının şərikli iş birliyi olması, malın gəlməməsinin səbəbinin də Ukraynadakı şirkətin günahı üzündən olması, pulların Ukraynadakı şirkətin hesabına köçürülməsi qeyd olunur." Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında birgə sahibkarlıq fəaliyyətinə dair sövdələşmə olmuş və həmin sövdələşmə əsasında Ukraynadakı "xxxx" adlı şirkətinə bank vasitəsilə pul vəsaiti köçürülmüşdür. Yəni, iddiaçı ilə cavabdeh arasında ət məhsullarının haradan (Ukraynadan), hansı əsaslarla (şərikli gəlirə əsaslanaraq) gətirilməsi, bu işin gəlirli olub-olmaması, məhsulların kimdən, hansı şirkətdən gətirilməsi nə, pulların köçürülməsinə, yol, nəqliyyat və digər xərclərə dair əvvəlcədən müvafiq araşdırmalar olmuş və sonda bu hallara dair konkret razılaşmalar olmuşdur. Həmçinin iddiaçının məhkəmədə verdiyi izahatlardan göründüyü kimi, pulların "xxxx" MMC-nin vasitəsilə Ukrayna Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin hesabına köçürülməsindən məlumatı və razılığı olub. Çünki, o özü əvvəllər də gömrük işçisi olub və bilir ki, xaricdən mal alınması hansısa şirkətin vasitəsilə və qanuni əsaslarla olmalıdır. Bundan sonra isə iddiaçı ət məhsullarının gec gəlməsindən narahat olmuş və bir neçə dəfə Ukrayna Respublikasına getmiş, orada "xxxx" adlı şirkətin rəhbəri Andrey Xarçenko ilə görüşmüş, araşdırmalar aparmış, malların Azərbaycana gəlməsi üçün bir sıra işlər görmüş, sonradan Azərbaycana qa yıtdıqdan sonra yenə malları gətirəcək sürücü ilə əlaqələr saxlamış, Azərbaycana gəlmiş invoys dəyəri 17850 ABŞ dolları 7000 kq mal əti məhsulunun gömrük sənədləşməsini aparmış, hətta həmin məhsulu sataraq əldə olunmuş 30150 manat pulunu götürmüş və pullardan nə Cavabdeh1, nə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verməmişdir. Buradan hasil olan məntiq ondan ibarətdir ki, iddia olunan pullar iddiaçı tərəfindən cavabdehə borc verilməyib, əksinə hər iki tərəfdən özlərinə məxsus pulların birgə sahibkarlıq fəaliyyətlərinə yatırılan vəsait olmuşdur. Pulların haraya və necə köçürülməsi iddiaçıya və məhkəməyə də məlumdur. Belə ki, iddia olunan pullar iddiaçı və cavabdehin razılığı və sərəncamı əsasında müqavilə əsasında Ukraynadakı "xxxx" adlı şirkətə bank vasitəsilə köçürülmüşdür. "xxxx" ad lı şirkətə köçürülən pullara görə müqavilə üzrə vəd olunmuş malların göndərilməməsinə görə isə Cavabdeh1 deyil, "xxxx" şirkəti cavabdehlik daşıyır. İşin hallarında malların gətirilməməsinə görə nə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, nə də Cavabdeh1 cavabdehlik daşımasını təsdiq edən heç bir sübut yoxdur. Cavabdeh1 kassasiya şikayətini əsaslandırarkən MPM-nin 385, 386, 387, 390-cı maddələrə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1182/2021 nömrəli, 06.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin və kili Vəkil2 kassasiya şikayətinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1182/2021 nömrəli, 06.05.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə digər şəxslər lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilə n əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq sur ətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzün dən yaranmamışsa, bu qayda tətbiq edilmir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı və cavabdeh kassasiya şikayəti verdklərindən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara q iymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi- prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X7 və C avabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1182/2021 06.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. nömrəli,