Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-868/2024 02.02.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu(məruzəçi),Əhmədov Əhməd Abbas oğlu X1 ibarət tərkibdə, Cavabdeh X və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1400/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh x və vəkili Vəkil3 tərəfindən kassasiya şikayəti verilmişdir. Cavabdeh Xaliq qızı və vəkili Vəkil3 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1400/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qət naməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərkibi kassasiya şikayətini nəzərdən keçirib hesab edir ki, şikayət icraata qəbul edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, şikayət cavabdehin vəkili olaraq Vəkil3 tərəfindən imzalansa da, iş materiallarına onun nümayəndə kimi səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələ rinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti icraata qəbul olunmamalı və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1400/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh X və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. AZƏRBAYC AN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14,1193-cü məhəllə Tel: (994 12) ***-**-** Faks: (994 12) 493-18-84, www.supremecourt.gov.az 25 iyun 2020-ci il №- 2(102)-3222/2020 Şəki Apellyasiya Məhkəməsinin sədri cənab Mübariz Əkbərova Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-116/2020 saylı mülki iş üzrə 21 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti geri qaytarılır. Qoşma: mülki iş-2(102)-3222/2020 cəmi: 02 cild – İ cild “264” vərəq, İİ cild “50” vərəq, kasasiya şikayətinin surəti 2 nüsxə. Hakim Ələsgər Əliyev
Məhkəmə qərarları › İş №2(102)-868/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-868/2024
02.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver