Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-869/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər xxxx MTK-ya, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliyinin icra edilməməsinə görə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6274/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3, nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx Mənzil-Tikinti Kooperativi ilə payçı İddiaçı arasında bağlanmış “xxxx MTK-da yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında xx.xx.2013-cü il tarixli, 23 №li müqaviləyə əsasən MTK tərəfindən inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan 1 otaqlı, 58,0 kv.m 191 saylı mənzil İddiaçı adına keçirilmişdir. “xxxx Mənzil-Tikinti Kooperativinin xx.xx.2013-cü il tarixli, 27 №-li arayışa əsasən Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M saylı evin 3-cü giriş 8-ci mərtəbəsi, 191 saylı 1 otaqlı (58,0 kv.m) mənzili Cavabdeh3 tərəfindən dəyəri ödənilərək alınmış mənzil xx.xx.2013-cü il tarixdə İddiaçı adına keçirilmişdir və ona məxsusdur. İddiaçı MTKnə borcu yoxdur. İddiaçı mübahisə predmeti olan mənzilin alğı-satqı müqaviləsinin öz adına keçirilməsi üçün Cavabdeh3 23000 manat pul vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə X3 qarşılıqlı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən 191 saylı və həmin binanın 9cu mərtəbəsində yerləşən 197 saylı mənzillərinin X2 təhvil verilməsi və mənzillərdən istifadə edilməsində ona edilən maneələrin aradan qaldırılması “xxxx” MTK-ya həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər xxxx MTK-ya, həmin MTK-nın sədri Cavabdeh2 və C avabdeh3 qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 23000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MTK ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 23 №-li müqaviləyə əsasən cavabdehin inşa etdiyi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində yerləşən 13 M saylı evin 191 saylı mənzilini almışdır. Həmin mənzil digər Cavabdeh3 adına olmuşdur. Cavabdehlə aralarında müqavilə bağlanarkən 1 otaqlı sahəsi 58 kv.m olan həmin mənzilin pulunu, yəni 23000 manat məbləğində pulu kooperativin rəhbəri Cavabdeh2 iştirakı ilə Cavabdeh3 verib. Mənzilin pulunu verdikdən sonra mənzilə köçmək istəyərkən məlum olmuşdur ki, qeyd edilən mənzil ondan əvvəl başqa b ir şəxsə satılmışdır. Ona görə də, kooperativin rəhbərliyinə müraciət edərək onu başqa bir mənzillə təmin etməsini tələb etmiş, lakin kooperativ onu başqa mənzillə təmin etməmişdir. Beləliklə, ona aydın olmuşdur ki, cavabdehlər onun pulunu mənimsəmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Tural Məmmədov) xx xxxxxx 2020-ci il tarixli 2(010)-440/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh3 23000 (iyirmi üç min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh2 aid hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh3 tərəfindən “xxxx” M TK-dən alınmış mübahisəli mənzili İddiaçı Cavabdeh3 23000 manat verməklə öz adına rəsmiləşdirmişdir. Sonradan, məhkəmə aktları ilə mübahisəli mənzilin Cavabdeh3 yox, üçüncü şəxsə məxsus olması müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, alıcı razılaşdırılmış pul məbləğini satıcıya versə də, satıcı tərəfindən satış predmeti olan mənzil ona təqdim edilə bilməmişdir. Ona görə də, tərəflər arasında müqavilə baş tutmamışdır. Mənzilə görə pul məbləği Cavabdeh3 verildiyindən, MTK yalnız müqavilənin addan-ada dəyişdirilməsi prosedurunu həyata keçirdiyindən və Cavabdeh2 iddiaçı tərəfindən verilən pul məbləğindən hər hansı şəkildə faydalanması işin halları ilə müəyyən edilmədiyindən tələb edilən pul məbləği Cavabdeh3 tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 38 9.1, 389.3, 567, 646.1, 646.2, 425.1, 430.1, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Vahid Sadıqov) 2(103)-6274/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti ni qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Cavabdeh3 və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-6274/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi iş üzrə vacib olan bir sıra halları araşdırmadan belə bir əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə iclasları zamanı Cavabdeh3 Masallı rayonunda qeydiyyatda olması və onun məhkəmə iclaslarında iştirak imkanı araşdırılmamışdır. Həmçinin Cavabdeh3 mübahisəli mənzilə hüquqları əldə edərkən həmin mənzilə dair X3 hər hansı hüquqa malik olub olmaması, Cavabdeh3 mənzilə dair hüquqlarını iddiaçıya ötürərkən həmin mənzilə X3 hər hansı hüququnun olub-olmadığını bilməsini və ya bilmək imkanının eləcə də bilmək vəzifəsinin olub olmadığını da məhkəmələr tərəfindən araşdırılmamışdır. Eyni zamanda iddiaçının həmin mənzilə faktiki sahibliyə başlayıb-başlamaması barədə də məhkəmə qətnamələrində hər hansı bir qeyd mövcud deyildir. Halbuki bu hal da işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün vacib idi. Həmçinin mənzillə bağlı Azad Mahmudovla bağlanmış müqavilənin bağlanma tarixini və həmin müqavilənin bağlanmasından digər cavabdehlərin xəbərinin olub-olmaması, mənzilə dair Azad Mahmudovla müqavilə bağlanması faktının digər cavabdehlər tərəfindən Cavabdeh3 və iddiaçıya bildirilib bildirilmədiyi halla r da araşdırılmamışdır. Bütün bu sadalananlar məhkəmələr tərəfindən işə obyektiv yanaşılmadığını, işin tam və hərtərəfli araşdırılmadığını sübut edir. Bu isə həmin qətnamələrin ləğv edilməsi üçün əsasdır. Mübahisəli mənzil mülkiyyət hüququnun predmeti olmamışdır. Həmin mənzilə dair iddiaçının və sonradan cavabdehin MTK üzvləri kimi payçı hüquqları mövcud olmuşdur. Lakin Suraxanı rayon Məhkəməsi nədənsə burada alqı-satqı müqaviləsinə dair normalara istinad etmişdir. Eyni zamanda məhkəmə Mülki Məcəllənin 442-ci maddəsinə istinad etmiş Öhdəliyin icra edilməməsi ilə bağlı normanı tətbiq etmişdir. Bu qeyri-dəqiq istinada apelyasiya məhkəməsi tərəfindən də düzgün qiymət verilməmişdir. Hesab edirik ki, bu norma da düzgün tətbiq edilməmişdir. Çünki iddiaçı öz iddiasında hər hansı öhdəliyin icra ed ilməməsini əsas gətirmir. İddiaçı “xxxx” MTK-nın və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ona zərər dəydiyini və beləliklə də delikt öhdəliyinin yarandığını iddia edir. Lakin məhkəmə müqavilə öhdəliklərinin pozulması ilə bağlı normalara istinad edərək yanlış hüquqi nəticəyə gəlmişdir. Bununla da Suraxanı Rayon Məhkəməsi mülki və mülki prosessual qanunvericiliyin tələblərini pozaraq Cavabdeh3 hüququnun kobud surətdə pozulması ilə nəticələnən əsassız qətnamə qəbul edilməsi ilə yekunlaşmışdır. Bakı Apellyasiya Məhkəməsi də eyni pozuntulara yol verərək əsassız qətnamənin qüvvədə saxlanılmasını qət etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh3 vəkili Vəkil Bak ı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6274/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surə tdə tətbiq edilir. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğısatqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Maddə 573.1. Alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya inst ansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh3 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnamə sini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilənlər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir. Belə ki, MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında müqavilə olsa da və həmin müqavilədə Cavabdeh3 tərəf kimi göstərilməsə də, Cavabdeh3 mənzilin iddiaçının adına keçirilməsi və bunun müqabilində iddiaçıdan 23000 manat alması barədə MTK-ya ünvanlanmış ərizəsi onunla iddiaçı arasında daşınmaz əmlakın alqı-satqısı barədə əqd bağlandığını göstərir, lakin həmin daşınmaz əmlak dövlət reyestrində qeydə alınmadığından satıcı mənzilin onun adından alıcının adına keçirilməsi üçün MTK-ya müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka dair bu qaydada sərəncam verilməsi Mülki Məcəllədə müəyyən edilmiş qaydalara uyğun olmamışdır və bu əqd özü-özlüyündə əhəmiyyətsiz olmuşdur. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə həmin mənzilin MTK ilə X5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə əsasında A.Mahmudova məxsus olması müəyyən edilmiş və mənzilin ona təhvil verilməsi qət edilmişdir. Belə olan halda, iddiaçının dəyərini Cavabdeh3 ödədiyi mənzilə dair 3-cü şəxsin hüquqları məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən və mənzilin iddiaçıya təhvil verilməsi mümkün olmadığından iddiaçı mənzilə görə ödənilmiş vəsaiti ödədiyi şəxsdən, yəni Cavabdeh3 geri tələb etmək hüququna malikdir. Kassasiya şikayətinin işin faktiki hallarının, Cavabdeh3 mübahisəli mənzilə hüquqları əldə edərkən həmin mənzilə dair X3 hər hansı hüquqa malik olub olmamasının, Cavabdeh3 mənzilə dair hüquqlarını iddiaçıya ötürərkən həmin mənzilə X3 hər hansı hüququnun olub-olmadığını bilməsini və ya bilmək imkanının eləcə də bilmək vəzifəsinin olub-olmadığının məhkəmələr tərəfindən araşdırılmaması, iddiaçının həmin mənzilə faktiki sahibliyə başlayıb-başlamaması barədə də məhkəmə qətnamələrində hər hansı bir qeyd olmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi-nin 407.2ci maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. İddiaçının “xxxx” MTK-nın və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ona zərər dəydiyi və beləliklə də delikt öhdəliyinin yarandığını iddia etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onun iddiasının digər cavabdehlərə qarşı rədd edilməsi hissəsi ilə razılaşmış və qətnamənin həmin hissəsini mübahisələndirməmişdir. Kassasiya şikayətinin işə baxılarkən ərazi aidiyyəti qaydalarının pozulması barədə dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir, belə ki, iş üzrə digər iki cavabdehin ünvanı Suraxanı rayonuna aid olduğunda, Mülki Prossesual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən işə Suraxanı rayon Məhkəməsi tərəfindən baxılarkən ərazi aidiyyəti qaydaları pozulmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunm amalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6274/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.