Məhkəmə qərarları › İş №2(102)-869/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-869/2023

17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-869/2023 17.01.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-xxxx/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı vəkili (nümayəndəsi) Vəkil kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı vəkili (nümayəndəsi) Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-xxxx/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin apellyasiya baxışına qaytarılmasını x ahiş etmişdir. İşdən görünür ki, iddiaçının vəkili (nümayəndəsi) Q. Cənnətov kassasiya şikayəti verdikdən sonra, iddiaçı özü Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, vəkilinə verdiyi etibarnamənin qüvvədən düşmüş hesab edilməsini bildirmiş, Q. Cənnətovun işdə vəkil kimi iştirakına xitam verilməsini və həmin vəkilin verdiyi kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 408.1.6-cı maddəsinə görə kassasiya şikayəti işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz nümayəndəsinin verdiyi kassasiya şikayətinin həmin şikayətin kassasiya instansiyası məhkəməs inə göndərilməsinədək geri qaytarılmasını xahiş etsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin ərizəsinə baxmadan işi kassasiya instansiyası məhkəməsinə göndərməklə səhvə yol vermişdir. Halbuki Mülki Prosessual Məcəllənin 408.1.6-cı maddəsinə görə belə olan halda apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin qaytarılması məsələsinə baxmalı idi. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı vəkili (nümayəndəsi) Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-xxxx/2022 nömrəli, 2 8 iyun 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsini və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar