Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-869/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1470/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 11 noyabr 2020-ci il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlamış və yükdaşıyan sürücü vəzifəsinə işə qəbul olunmuşdur.
2. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında 11 noyabr 2020-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.
3. İddiaçı MMC ilə "xxxx" MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır.
4. Tərəflər arasında mübahisə "xxxx" MMC şirkətinə məxsus malların İran İslam Respublikasından Rusiya Federasiyasına daşınması zamanı malların məhv olmasına görə dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC məhkəmədə iddia qaldıraraq cavabdehdən 20.000 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azər baycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş 222 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nə verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 30 aprel 2021-ci il tarixdə idarə etdiyi DAF TE 47 markalı yük dartıcı və KRONE SD ** ZA *** dövlət nömrə nişanlı furqon soyuducu ilə Rusiya Federasiyasının Moskva şəhərinə apardığı kələm-Aysberq salatını sifarişçi tərəfə təhvil verərkən məlum olmuşdur ki, soyuducuda temperaturu lazım olan dərəcədə qoymaması səbəbindən həmin məhsul tam donaraq yararsız hala düşmüş, bununla da müəssisəyə 20000 ABŞ dolları məbləğində ziyan vurmuşdur. Cavabdeh ziyanı ödəyəcəyinə söz versə də z iyanı ödəməmişdir.
7. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-320/2023 nömrəli iş üzrə 28 aprel 2023cü il tarixli qətnaməsi ilə (hakim Anar Sadıqov) iddia təmin edilməsi, Cavabdeh (maddi zərərin əvəzi olaraq) 20.000 ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla və ödənilmiş 222 manat dövlət rusumu alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı MMC-nin balansında olan İddiaçı MMC-nin sürücüsü Cavabdeh təhkim edilmiş və onun tərəfindən idarə edilmiş DAF TE 47 markalı yük dartıcı və KRONE SD ** ZA *** dövlət nömrə nişanlı furqon soyuducu ilə Rusiya Federasiyasının Moskva şəhərinə kələm məhsulu aparmış, sifarişçi tərəfə məhsulu təhvil verərkən məlum olmuşdur ki, soyuducu lazım olan dərəcədə qoyulmaması səbəbindən daşıyıcı şirkətə 20000 ABŞ dollar məbləğində ziyan vurmuş, İddiaçı MMC-nin ofisinə qayıdarkən sürücü Cavabdeh həqiqətən də 20000 ABŞ dollar ziyan vurmasını etiraf etmiş və həmin məbləği də ödəyəcəyini bildirmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 10.Məhkəmə qeyd et mişdir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrinin, mexanizmlərin, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən, və i.a istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəx sin öhdəsinə qoyulur. Mülki Məcəlləyə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 11.Məhkəmə əsaslandırmasında qeyd etmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 12.Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə isti nad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 13.Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından aşkar şəkildə görünür ki, tərəflər arasındakı münasibət yükdaşıma münasibətidir və həmçinin tərəflər arasında bağlanmış “tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən cavabdeh ona tapşırılan yükü təyinat yerinə vaxtında və heç bir zərər yetirmədən çatdırmağı öhdəsinə götürür və daşıdığı yükə hər hansı bir zərər dəyərsə tam şəkildə məsuliyyət daşıyır. İddiaçının öhdəliyi isə daşınan yükün daşınma haqqını cavabdehə ödəməkdir. Birinci instansiya məhkəmə si tərəflər arasındakı hüquq münasibətini göstərilən maddi hüquq normasına uyğun əsaslandırmalı olduğu halda bunu etməmiş və nəticədə işin hallarına düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən göstərilən maddi hüquq normasının tələblərini də kobud şəkildə pozmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış “nəqliyyat xidmətlərinin göstərilməsi” müqaviləsindən görünür ki, icraçı, yəni İddiaçı MMC nəqliyyat xidməti göstərərək, ona tapşırılan yükü təyinat yerinə vaxtında və heç bir zərər yetirmədən çatdırmağı öhdəsinə götürür və daşıdığı yükə hər hansı bir zərər dəyərsə tam şəkildə maddi məsuliyyət daşıyır, yəni sifarişçiyə dəymiş zərəri tam şəkildə ödəməyi öhdəsinə götürür. Sifarişçi "xxxx" MMC-nin öhdə liyi isə daşınan yükün daşınma haqqını icraçıya ödəməkdir. Deməli hazırkı işin materiallarından görünür ki, nəqliyyat vasitəsində olan yük sifarişçi "xxxx" MMC-nin yüküdür, İddiaçı MMC-nin işi isə yalnız həmin yükü təyinat yerinə çatdırmaqdır, yükün İddiaçı MMC-yə heç bir aidiyyatı yoxdur. İşdən belə nəticəyə gəlinir ki, əgər hər hansı maddi zərər dəyirsə, bu zərər birbaşa sifarişçi "xxxx" MMC-yə dəyir və bu zərəri də nəqliyyat xidməti göstərən İddiaçı MMC ödəməlidir. Qeyd edilmişdir ki, göstərilən maddi hüquq normasının tələbinə əsasən dəymiş maddi zərər İddiaçı MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə ödənildikdən sonra həmin zərəri Cavabdeh reqress qaydasında tələb etmək hüququ yaranır. Lakin iş materiallarında zərərin, yəni 20000 ABŞ dollarının İddiaçı MMC tərəfindən sifarişçi "xxxx" MMC -yə ödənilməsi barədə heç bir sənəd yoxdur. Belə olan halda İddiaçı MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ olmamışdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin bu halını nəzərə almamışdır. Şikayətdə bildirilmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətini düzgün müəyyən edə bilməmişdir. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə yük daşınması müqaviləsinin və reqress iddia hüququnun tələblərini tətbiq etməli olduğu halda bunu etməmişdir. 15.Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1470/2023 nömrəli mülki iş üzrə 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və İlqar Dəmirov) c avabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Xaçmaz rayon məhkəməsinin 28 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd olunması qət edilmişdir. 16.Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Kollegiya qeyd etmişdir ki, göründüyü kimi işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir, o cümlədən şəxsin geriyə tələb hüququ o zaman yar anır ki, zərər vuran şəxsin vurduğu zərər həmin şəxs tərəfindən ödənilsin. 17.Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı MMC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba istinad edərək, vurulmuş ziyan həcmində yaranmış borca görə qarşılıqlı hesablaşma aparıldığını, 20000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MMC-yə ödənildiyini bildirir. 18.Məhkəmə kollegiyası qeyd etmişdir ki, mövcud mübahisə üzrə iddianın təmin edilməsi üçün təqdim edilmiş həmin məktubu mötəbər sübut kimi qəbul etmir və qeyd edir ki, aralarında hesablaşma aparılmış həmin şəxslər müstəqil balansa malik olan hüquqi şəxslərdirlər. Əgər iddiaçı tərəfin bildirdiyi kimi istinad olunan hesablaşma bank hesabı vasitəsilə aparılmışdırsa, bunun ödəniş tapşırıqları ilə hesablaşmalara və ya ödəniş tələbna mə-tapşırıqları ilə hesablaşmalara aid hansı formada aparıldığı iş materialları ilə müəyyən olunmur və bu barədə iddiaçı məhkəməyə sənəd (nağdsız hesablaşmanın aparılması üçün iddiaçı tərəfindən kağız və ya elektron daşıyıcıda verilən sərəncam, iddiaçı tərəfindən pul vəsaitinin bank hesabına mədaxil edilməsi, köçürülməsi və ya bank hesabından məxaric edilməsi, borcun əvəzləşdirilməsi barədə) təqdim edə bilmir. Bildirilmişdir ki, nağdsız hesablaşma nağd puldan istifadə etmədən ödəniş sənədləri əsasında bank hesabları vasitəsilə həyata keçirilən ödənişdir. Nağdsız hesablaşmalar və pul köçürmələri banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru vasitəsilə aparılır. 19.Məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilənlərə və sadalanan qanunvericilik aktları normal arına əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehin vurduğu zərərin əvəzini ödəməsini, bununla da real olaraq ona ziyan dəyməsini sübuta yetirə bilməmişdir və iddiaçı tərəf istinad etdiyi həmin məktubun əslini və ya lazımı qaydada təsdiq edilmiş surətini də məhkəməyə təqdim etməmişdir. 20.Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək hazırkı iş üzrə iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. 21.Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 1114.1-ci maddəsinə, Əmək Məcəlləsinin 199, 200-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 22.İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzr ə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 23.Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıda rəsmi əmək müqaviləsi əsasında və onun maddi məsuliyyəti barədə iltizamları imzalamaqla sürücü kimi işləmiş və onun təqsiri üzündən vurulmuş ziyan OOO EŞFREŞ şirkətinə İddiaçı MMC-tərəfindən ödənildiyindən 20.000 ABŞ dolları cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq OOO EŞFREŞ şirkətinin İddiaçı MMCyə göndərdiyi pretenziya və zərərin ödənilməsi barədə rəsmi məktubu sübut kimi qəbul etməmiş və bununla da İddiaçı MMC-nin hüquqları pozulmuş, cavabdeh tərəfindən vurulmuş ziyan heç bir təqsiri olmayan İddiaçı MMC-nin üzərində qalmışdır. Apellyasiya instansiyası məhkəməsi OOO EŞFREŞ şirkətinin pretenziya və qarşılıqlı hesablaşma ilə 20.000 ABŞ dolları İddiaçı MMC-nin hesabından tutulması barədə İddiaçı MMC-yə göndərdiyi möhürlü rəsmi məktubu haqsız olaraq qəbul etməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 25.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 26.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 27.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 28.Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələ rinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 29.Maddə 199.İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya d igər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. 30.Maddə
200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması - İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. - İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. - Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. - İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana g örə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. - Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 31.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bi r sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 35.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 36.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Kassasiya baxışının hədləri 37.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 38.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 39.Kassasiya instansiyası məhkəməsi apelly asiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 40.İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmır. 41.Belə ki, hazırkı işin hallarından görünür ki, cavabdeh 11 noyabr 2020-ci il tarixdə id diaçı ilə əmək müqaviləsi bağlamış və yükdaşıyan sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Eyni zamanda tərəflər arasında 11 noyabr 2020-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. 42.Həmçinin iddiaçı ilə "xxxx" MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, müqavilənin predmetini daşımaların planlaşdırılması və həyata keçirilməsi, avtomobil nəqliyyatı kommunikasiyası ilə yüklərin daşınması ilə bağlı sair nəqliyyat xidmətlərinin göstərilməsi zamanı sifarişçi və icraçı arasında yaranan qarşılıqlı münasibətlərin qaydası təşkil etmişdir. 43."xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktub görünür ki, xx.xx.2021-ci ildə Kaluqa şosesi 22 km ünvanında Food city bazarının ərazisinə anbar termina lı 37-yə "xxxx" MMC-yə məxsus olan yüklə İddiaçı MMC şirkətinin 27AC801/27ZA342 nömrəli yük maşını gəlmiş, malı qəbul edən zaman maşını açdıqdan sonra nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh iştirakı ilə malın tam donmuş olması aşkar olunmuşdur. 44.Hazırda isə İddiaçı MMC "xxxx" MMC-yə 20000 ABŞ dollar pulun ödənilməsinə, tərəflərin razılığına əsasən vurulan ziyan həcmində yaranmış borcla bağlı qarşılıqlı hesablaşma aparıldığına istinad edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 45.Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 46.Mülki Məc əllənin 859.4-cü maddəsinə əsasən, daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqress hüququ saxlanılır. 47.Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 48.Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir, o cümlədən şəxsin geriyə tələb hüququ o z aman yaranır ki, zərər vuran şəxsin vurduğu zərər həmin şəxs tərəfindən ödənilsin. 49.İddiaçı MMC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba istinad edərək, vurulmuş ziyan həcmində yaranmış borca görə qarşılıqlı hesablaşma aparıldığını, 20000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MMC-yə ödənildiyini bildirir. 50.Apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə iddianın təmin edilməsi üçün təqdim edilmiş həmin məktubu mötəbər sübut kimi qəbul etməmiş və haqlı olaraq qeyd etmişdir ki, aralarında hesablaşma aparılmış həmin şəxslər müstəqil balansa malik olan hüquqi şəxslərdirlər. Əgər iddiaçı tərəfin bildirdiyi kimi istinad olunan hesablaşma bank hesabı vasitəsilə aparılmışdırsa, bunun ödəniş tapşırıqları ilə hesablaşmalara və ya ödəniş tələbnamə tapşırıqları ilə h esablaşmalara aid hansı formada aparıldığı iş materialları ilə müəyyən olunmur və bu barədə iddiaçı məhkəməyə sənəd (nağdsız hesablaşmanın aparılması üçün iddiaçı tərəfindən kağız və ya elektron daşıyıcıda verilən sərəncam, iddiaçı tərəfindən pul vəsaitinin bank hesabına mədaxil edilməsi, köçürülməsi və ya bank hesabından məxaric edilməsi, borcun əvəzləşdirilməsi barədə) təqdim edə bilmir. 51.Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, nağdsız hesablaşma nağd puldan istifadə etmədən ödəniş sənədləri əsasında bank hesabları vasitəsilə həyata keçirilən ödənişdir. Nağdsız hesablaşmalar və pul köçürmələri banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru vasitəsilə aparılır. 52.Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin vurduğu zərərin əvəzini ödəməsini, bununla da real olaraq ona ziyan dəyməsini sübuta yetirə bilməmişdir. 53.Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassa siya instansiyası məhkəməsi Qərara aldı: İddiaçın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(105)-1470/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.