Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-87/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia tələbinə dair QƏRARİ Açar sözlər: cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1597/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-629/2014 saylı, xx xxxxxxxx 2014-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, üzərində qəti olaraq 8 il, 11 ay, 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, zərərçəkmiş şəxslərə dəymiş olan ziyanın təqsirləndirilən Cavabdeh tutularaq İddiaçı3 23.500 manat, İddiaçı1 35.600 manat, İddiaçı2 7.000 manat, X1 4.000 manat ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-663/2015 saylı, xx xxx 2015-ci il tarixli qərarına əs asən, hökm dəyişdirilmiş, hökmdən zərərşəkmiş şəxslərin xeyrinə pulun tutulmasına dair göstəriş mülki iddia verilmədiyindən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə aktı ilə müəyyən edilmişdir ki, cavabdeh İddiaçı3 23.500 manat, İddiaçı1 35.600 manat, İddiaçı2 7.000 manat pulunu aldatma yolu ilə ələ keçirib, vədinə əməl etməyərək həmin şəxslərə ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 İddiaçı2 və İddiaçı3 Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən İddiaçı3 xeyrinə 23.500 manat, İddiaçı1 xeyrinə 35.600 manat və İddiaçı2 xeyrinə 7.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olunma sını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onların etibarından sui-istifadə edərək, aldatma yolu ilə külli miqdarda əmlaklarını ələ keçirmiş və onlara maddi ziyan vurmuşdur. Məhkəmə hökmünə əsasən, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ondan iddiaçıların xeyrinə göstərilən məbləğdə maddi ziyan tutulması müəyyən edilmişdir. Lakin sonradan həmin hökm apellyasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilərək maddi ziyanla bağlı hissə hökmdən xaric edilmişdir. Qeyd olunanlara əsasən mülki məhkəmə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Cavabdeh birinci instansi ya məhkəməsinə göndərdiyi ərizəsində iddianı etiraf etdiyini bildirmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-9387/2015 nömrəli iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) iddia ərizəsi təmin olunmuş, cavabdehdən İddiaçı3 xeyrinə 23.500 manat, İddiaçı1 xeyrinə 35.600 manat, İddiaçı2 xeyrinə 7.000 manat məbləğində vəsaitin tutularaq ödənilməsi, iddia təmin edildiyindən, iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların cavabdehə qarşı iddia tələbi əsaslıdır. Belə ki, cavabdehin iddiaçılara maddi zərər vurması məhkəmə hökmü ilə təsdiq olunmuşdur. Həmçinin ca vabdeh ərizəsində iddianı etiraf etdiyini bildirmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1091, 1092, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 42, 77.1, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1597/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya sı məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, məhkəmə müəyyən edilmiş hallara uyğun tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsindən xxxxxxxxx saylı cinayət işi tələb edilmiş və tədqiq edilmişdir. Qeyd olunan cinayət işinin materialları əsasında məhkəmə müəyyən etmişdir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıların qanunla qorunan hüquqları pozulmuş, bunun nəticəsində onlara ziyan vurulmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddia tələbini qəbul etməsinə dair ərizə imzalasa da, həmin ərizə ilə tanış olmamasına istinad etmiş, lakin həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1091, 1092.1, 1096, 1097, 1115-ci maddələrinə, MPM-nin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanunvericiliyin tələblərini pozmuş, qətnamə qanuna zidd və əsassızdır. Kassator qeyd et mişdir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində çəkişmə prinsipi pozulmuş, birinci instansiya məhkəməsində onun həbsdə olmağından istifadə olunaraq, işə onun iştirakı olmadan baxılmış, apellyasiya məhkəməsi isə iddiaçı tərəfin iştirakını təmin etməyərək, işi obyektiv araşdırmamışdır. Kassasiya şikayətində qeyd olunmuşdur ki, qətnamə qəbul olunarkən işin bütün faktiki halları araşdırılmamışdır. Belə ki, o, İddiaçı1 notariat qaydasında 10000 manat borc pul almış, sonradan 12500 manat bankdan pul götürərək həmin borcu qaytarmışdır. Bununla bağlı müqavilənin surətini, bank sənədlərini həm istintaq orqanına, həm də məhkəməyə təqdim etmişdir. Lakin qeyd olunan hallara əhəmiyyət verilməmişdir. Kassator qeyd etmişdir ki, digər iddiaçılar İddiaçı1 yaxın qohumları olmaqla, barəs ində yalan pul tələbləri irəli sürürlər. Əslində, onlardan hər hansı məbləğdə pul almamışdır. Apellyasiya məhkəməsi isə iddiaçıları dəvət etmədən, işi araşdırmadan, həqiqəti üzə çıxarmadan qətnamə qəbul etmişdir. Onun adından yazılan etiraf ərizəsi ilə tanış deyildir, belə bir ərizə yazmamışdır, ona tələsik bir neçə sənədə imza atdırmışlar, məzmunu ilə tanış olmamışdır. Ərizədəki imzanın ona məxsus olması şübhəlidir. Ona görə də, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmalıdır. Kassasiya şikayətinin əsası kimi MPM-nin 9, 388, 390-cı maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassa siya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etdi. İddiaçılar məhkəmə iclasına vəkilsiz gəldiklərindən, MPM-nin 67-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin ə vəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). MPM Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (maddə 82.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, cavabdeh apellyasiya baxışı zamanı nümayəndə (vəkil) vasitəsilə təmsil olunmuşdur. Cavabdehin dələduzluq cinayət əməli nəticəsində iddiaçılara tələb olunan həcmdə maddi zərər vurduğu qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir və MPM-nin 82.4-cü maddəsinə əsasən həmin hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Kasssiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə ara şdırma aparılmır, onlara qiymət verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1597/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-87/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-87/2021
15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver