Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-87/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 Cavabdeh İddiaçı X3 cavabdeh LPO İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2na qarşı iş üzrə QƏRARİ iş № 2(102)-87/22 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması, kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin etibarsız hesab edilməs) Bakı şəhəri, 24 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı 2 vəkili xxx iştirakı ilə, İddiaçı Bank of Azerbaijan” ASC ASC-nin ləğv edicisi İddiaçı2 Cavabdeh qarşı k redit müqaviləsi üzrə borcun qaytarılması” və iddiaçı X1 cavabdeh LPO İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2na qarşı “kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-160/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh (iddiaçı) Cavabdeh kassasiya şikayətinə 24 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 ASC C43/12nömrəli,19 mart 2012- ciil tarixli kredit müqaviləsinə əsasən illik 12 faizlə 36 ay müddətinə 2.000.000(iki milyon avro) EUR Cavabdeh məbləğində kre dit vermişdir.
2. Cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq krediti qaytarmamışdır. a) Birinci iş üzrə Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 iddia ərizəsi ilə Bakı şəhəri Sabail Rayon Məhkəməsinə müraciət edərək, 22.08.2016-cı il tarixə, C43/12 nömrəli, 19 mart 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 1,999,554.81 (bir milyon doqquz yüz doxsan doqquz min beş yüz əlli dörd avro səksən bir sent) EUR əsas, 767,139.90 (yeddi yüz altmış yeddi min yüz otuz doqquz avro doxsan sent) EUR faiz, 681,847.14 (altı yüz səksən bir avro səkkiz yüz qırx yeddi avro on dörd sent) EUR cərimə borcu olmaqla, cəmi 3.448.541,85 (üç milyon dörd yüz qırx səkkiz min beş yüz qırx bir avro səksən beş avrosent) EUR borcun və dövlət büdcəsinə ödənilmiş 3 1 (otuz bir) manat dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin 1 saylı filialı ilə Cavabdeh arasında bağlanmış C43/12 nömrəli,19 mart 2012- ci il tarixli kredit müqaviləsinə əsasən illik 12 faizlə 36 ay müddətinə 2.000.000 (iki milyon avro) EUR məbləğində kreditlər verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən aparılmalıdır. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə, Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir.
5. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 445.2.1 və 445.2.1-ci maddələrinə istinad etmişdir.
6. Cavabdeh kredit müqaviləsindəki imzanın ona məxsus olmamasını bildiriərək, xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsi 07 mart 2018-ci il tarixli qərardadı ilə xətşünaslıq ekspertizası təyin etmişdir.
8. Məhkəmə Ekspertizası Mərkəzinin 14.06.2018-ci il tarixli 9343 №-li rəyinə əsasən İddiaçı1 ASC ilə Cavabdeh arasında olan 19 mart 2012-ci il tarixli, C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin 2-ci vərəqəsində “Borc alan” qrafasındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur.
9. İddiaçının nümayəndəsi mühasibatlıq, cavabdehin nümayəndəsi təkrar xətşünaslıq ekspertiza sının təyin edilməsini xahiş etmilər.
10. Birinci instansiya məhkəməsi 02 avqust 2018-ci il tarixli qərardadla mühasibatlıq və xətşünaslıq ekspertizaları təyin edilmiş, ekspertlərin qarşısında borcun məbləği və kredit müqaviləsindəki imzanın cavabdehə məxsus olub-olmaması barədə suallar qoyulmuşdur.
11. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının 20.09.2018-ci il tarixli 22722 №-li rəyinə əsasən İddiaçı1 ASC ilə Cavabdeh arasında olan 19 mart 2012-ci il tarixli, C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin 2-ci vərəqəsində “Borc alan” qrafasında “Мəмəд” yazısından ibarət imza – Cavabdeh tərəfindən icra olunmuşdur.
12. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 21.01.2019-cu il tarixli 22912 №-li rəyinə əsasən iş materiallarında olan ödəniş qəbzi, hesabdan çıxarış məlumatları və 19 mart 2012-ci il tarixli, C43-2012 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə 02 avqust 2018-ci il tarixə (sualda soruşulan tarixə) 2.006.778,13 Avro əsas, 1.162.905,88 Avro faiz borcu vardır.
13. Cavabdehin nümayəndəsi qismində çıxış etmiş şəxs iddia müddətinin tətbiqi barədə ərizə verib, ərizəni onunla əsaslandırıb ki, müqavilənin müddəti 19 mart 2013-cü ildə bitib, iddiaçı məhkəməyə 10 oktyabr 2016-cı ildə müraciət etməklə müddəti ötürüb.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 2(009)112/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Məmmədov (Kərimova) Yeganə Sabir qız ından Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 22.08.2016-ci il tarixə C43/12 nömrəli, 19 mart 2012-ciil tarixli kredit müqaviləsinə əsasən 1.999.554.81 (bir milyon doqquz yüz doxsan doqquz min beş yüz əlli dörd avro səksən bir sent) avro məbləğində əsas borc, 767.139,90 (yeddi yüz altmış yeddi min yüz otuz doqquz avro doxsan sent) avro məbləğində faiz borcu və 300.000 (üç yüz min) avro məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3.066.694,71 avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsinin tutulması, dövlət rüsumunun və məhkəmə xərclərinin iddianını təmin edilən hissəsinə mütənasib olaraq bölüşdürülməsi, iddianın qalan hiss ədə təmin edilməməsi qət edilmişdir.(hakim Rəna Qafarova)
15. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında 19 mart 2012-ci il tarixli C43/12 saylı Kredit kartı ilə verilən kredit xətti müqaviləsi bağlanmış və Bank kredit alana istehlak xərclərinin ödənilməsi məqsədilə 12 (on iki) ay müddətinə 50.000 (əlli min) AVRO məbləğində, müqavilə ilə müəyyən edilmiş müvafıq faiz dərəcəsi, istifadə və ödəniş qaydaları çərçivəsində Visa Gold plastik kartı vasitəsi ilə bərpa olunan kredit xətti vermiş, Kredit müvafiq məbləğin "Borcalan"ın bankdakı kart hesabından ödənildiyi gündən verilmiş sayılmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə borc alan Cavabdeh 19.03.2012-ci il tarixli müqaviləyə əsasən 06.09.2016-cı il tarixinə əsas borc üzrə 1,999,554.81 (bir milyon doqquz yüz doxsan doqquz min beş yüz əlli dörd avro səksən bir sent) EUR, faiz borcu üzrə 767,139.90 (yeddi yüz altmış yeddi min yüz otuz doqquz avro doxsan sent) EUR, cərimə borcu üzrə 681,847.14 (altı yüz səksən bir avro səkkiz yüz qırx yeddi avro on dörd sent) EUR, cəmi 3,448,541.85 (üç milyon dörd yüz qırx səkkiz min beş yüz qırx bir avro səksən beş sent) EUR borcu mövcud olmuşdur. Həmçinin Cavabdeh tərəfindən istifadə olunan pulun miqdarı 4.415.269,85 Avro məbləğindədir və Cavabdeh tərəfindən istifadə olunan pulun müqabilində banka 18 iyun 2012-ci il tarixdən 02.08.2018-ci il tarixədək 2.429.587,71 Avro məbləğində öd əniş aparılmışdır. Ödənilmiş 2.429.587,71 Avro məbləğində pulun 2.408.491,72 Avro məbləğində pul vəsaiti əsas borcdan, 21.095,99 Avro məbləğində pul vəsaiti isə faiz borcundan silinmişdir.
16. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 442, 739-cu maddələrinə istinadən hesab edib ki, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit almış, tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.
17. Birinci instansiya məhkəməsinin kredit müqaviləsi üzrə tutulmalı olan pul məbləğləri hissəsində mövqeyi belə olub ki, c avabdehin 19 mart 2012-ci il tarixli, C432012 saylı kredit müqaviləsinə əsasən 22 avqust 2018-ci il tarixinə 2.006.778,13 Avro əsas, 1.162.905,88 Avro faiz borcu təşkil etməsinə baxmayaraq, iddiaçı həmin müqavilə üzrə 1,999,554.81(bir milyon doqquz yüz doxsan doqquz min beş yüz əlli dörd avro səksən bir sent) EUR məbləğində əsas borc və 767,139.90(yeddi yüz altmış yeddi min yüz otuz doqquz avro doxsan sent ) EUR məbləğində faiz borcu tələb etdiyinə görə həmin müqavilə üzrə iddia tələbi həcmində iddia ərizəsi təmin edilməli, cavabdehdən 19 mart 2012-ci il tarixli, C43-2012 saylı kredit müqaviləsi üzrə 1,999,554.81 EVR əsas borc və 767,139.90 EVR faiz borcu tutulmalıdır.
18. Birinci instansiya məhkəməsi işin hallarını və müqavilələr üzrə ödənilməli ola əsas borcun məbləğini nəzərə alaraq bor clunun ödənişi gecikdirməsinə görə hesablanmış 681,847.14(altı yüz səksən bir avro səkkiz yüz qırx yeddi avro on dörd sent) EUR cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edib və həmin dəbbə pulunun azaldılaraq müvafiq qaydada 300.000 EUR məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd edib ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri EUR (Avro) ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir.
20. Birinci instansiya məhkəməsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 16.04.2019-cu il tarixli iddia müddətinin tətbiqi” barədə ərizəsini nəzərə almayıb və bunu onunla əsaslandırıb ki, 02 fevral 2018-ci il tarixli (iş vərəqə 62) etibarnaməyə əsasən Kərimova (Məmmədova) Yeganə Sabir qızı 1 il müddətinə, yəni 02.02.2019-cu il tarixədək onun adından bütün hərəkətləri etməyi Vəkil1 etibar etmişdir. “İddia müddəti tətbiqi barədə” ərizə isə Vəkil1 etibarnamə ilə verilən səlahiyyət müddəti bitdikdən sonra – 16.04.2018-ci il tarixdə verilmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 439.1, 442, 467, 739-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) İkinci iş üzrə Birinci instansiya məhkəməsində icraat
22. İddiaçı X3 cavabdeh LPO İddiaçı1 ASC-nin ləğvedicisi İd diaçı2na qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 ASC ilə onun arasında 19.03.2012-ci il tarixdə bağlandığı göstərilən C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 iddiaçıya qarşı “kredit borcu, ona hesablanmış faiz və cərimə məbləğlərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi verərək, iddiaçının banka 3.448.541,85 Avro məbləğində borcu olduğunu iddia edir. Cavabdeh tələbinin əsası kimi də onu göstərir ki, guya iddiaçı 19 mart 2012-ci il tarixdə İddiaçı1 ASC ilə C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsi bağlamış və həmin müqavilə əsasında qeyd olunan məbləğ kart hesabına köçürülmüş, iddiaçı da həmin məbləği götürmüşdür.
24. Bir il bundan əvvəl bu barədə iddiaçıya Səbail rayon Məhkəməsindən bildiriləndə, iddiaçı bankla bu barədə aralarında hər hansı müqavilənin olmadığını bildirmişdir. Pul tələbi ilə bağlı Səbail rayon Məhkəməsində 15 iyul 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında adı çəkilən 19 mart 2012-ci il tarixli C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin kserosurəti məhkəmə tərəfindən iddiaçıya təqdim edilmişdir. Həmin müqaviləni iddiaçı əvvəllər heç görməmişdir. Bankla aralarında belə bir müqavilə mövcud olmamışdır. Həmin müqavilədə qeyd olunmuş adı, soyadının qarşısındakı imza iddiaçıya məxsus deyil. Kreditlə bağlı da bankla aralarında hər hansı münasibət mövcud olmamı şdır və indiyə kimi də kredit barəsində iddiaçıya heç nə deyilməmiş, ödənişlərin edilməməsi ilə bağlı da irad bildirilməmişdir. Adı çəkilən 19.03.2012-ci il tarixli kredit müqaviləsinin, eləcə də onun əsasında verildiyi qeyd olunan kredit məbləğindən yaranmış borcların tələbi üzrə məhkəməyə qədər ümumiyyətlə iddiaçıya qarşı bildirilməyib. Bu məsələ iddiaçıya yalnız məhkəmə bildirişi alandan sonra məlum olmuşdur. Bu səbəbdən, cavabdehdən müqavilənin əslinin və onunla əlaqəli sənədlərin iddiaçya təqdim edilməsi tələb edilsə də, indiyə kimi təqdim edilməmişdir.
25. Kserosurəti iddiaçıya təqdim edilmiş 19 mart 2012-ci il tarixli C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsində istehlak xərclərinin ödənilməsi məqsədi ilə iddiaçıya 12 ay müddətinə 50.000 Avro məbləğində kredit xəttinin açıldığı qeyd edilir. Amma ona verildiyi kreditin əsas məbləği üzrə borc 1.999.554,81 Avro olduğu qeyd edilir. Bundan başqa, kreditin verilməsi yalnız kredit xətti müqaviləsi ilə deyil, onun daxilində kredit müqavilələri ilə, kassa məxaric orderləri və ya ödəniş tapşırıqları, kreditin qaytarılması üçün qrafik, kredit alınması üçün ərizə, hesabın açılması və ya kartın verilməsi üçün ərizə, müqavilə və s. kimi sənədlər mövcud olmalıdır və həmin sənədlərdə imzanın olması mütləqdir. Lakin bunlarla bağlı sənədlər təqdim edilmir. Adı çəkilən 19.03.2012-ci il tarixli kredit xətti müqaviləsində kredit alan qrafasında qeyd olunan ad və soyadının qarşısında «Məməd» sözü yazılmış və sonunda da «sonlu işarə» icra olunmuşdur ki, bu iddiaçıya aid olan imza deyil və iddiaçı tərəfindən də icra olunmamışdır.
26. Ümumiyyətlə iddiaçının imzası “Məmə” və ya “Məmməd” söz yazılışı kimi deyil, qız soyadı “Kərirnova”nın baş hərfi olan “K” hərfi ilə başlayır, sonradan isə hərflər deyil, cizgilərlə davam etdirilən şəkildədir. “Məməd” sözü imzasının əvəzində, həyatında bir dəfə 07.11.2001-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeyd edilmişdir. Onda da həmin, yəni əvəzində çəkilən imzanın sonunda «d» hərfi qeyd edilməmiş, onun yerinə sonlu işarə qeyd olunmuşdur. Buna da səbəb, vəsiqənin alınmasına iddiaçının özü getməməsi olub. Həyat yoldaşı köməkçilərindən birini göndərmişdi. Sürücü də ər soyadının “Məmmədov” olduğu baxımından, imzanın əvəzində sadəcə «Məmə» sözünü yazmış, sonunu «sonlu işarəsi» ilə bitirmişdir.
27. Həmin kredit müqaviləsinə iddiaçının 07.11.2001-ci il tarixli ş əxsiyyət vəsiqəsinin kserosurəti əlavə edilmişdir. Görünür, kredit müqaviləsinə həmin şəxsiyyət vəsiqəsinə baxıb, oradakı imzaya oxşatmaq istəmişlər və burada da sonunda «d» hərfi yazmaqla səhvə yol vermişlər.
28. Göründüyü kimi, mübahisələndirilən 19.03.2012-ci il tarixli 043/12 saylı kredit müqaviləsi iddiaçıya münasibətdə aşkar şəkildə həqiqəti əks etdirməyən, məzmumuna yanlış məlumatlar daxil edilməklə, imzanı saxtalaşdırmaqla təsdiqlənib bağlanmışdır. Həmin müqavilənin hansı məqsədlə və kimin marağından tərtib edildiyi və imzalandığı, eləcə də, qeyd olunan kredit məbləğinin hansı mənbəyə aid olduğu, ümumiyyətlə, bankdan məxaric olunub-olunmaması iddiaçıya məlum deyil. Hər bir halda həmin müqavilənin tərtib edilməsi və əvəzindən imzanı saxtalaşdırılmaqla qeyd edilməsi, müqavilənin tərt ibinə səlahiyyəti olan şəxsin ona aid olan hakimiyyətdən (vəzifəsindən) sui-istifadə etməsi aşkar haldır. Bu baxımdan həmin müqavilə Mülki Məcəllənin 339-cu maddəsinin tələbinə əsasən etibarsız əqddir.
29. Həmçinin etibarsız əqdlər üzrə müddətlər təsbit olunmuş Mülki Məcəllənin 354 və 377.1-ci maddələrinə əsasən, mübahisələndirilən kredit xətti müqaviləsi iddiaçıya 15.07.2019-cu il tarixdə təqdim edildiyindən, iddia müddətinin axımı həmin tarixdən başlanır.
30. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-848/2020 saylı, 25 fevral 2020ci ll tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.(hakim Səməd Cəfərov)
31. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcllənin 77.1-ci maddəsinə əsasən qeyd edib ki, istinad olunan maddəyə görə sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın 'əsasında duran faktların mövcud olmadığına dai r ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
32. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
33. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi 25 fevral 2020-ci il tarixdə xüsusi qərardadda çıxarmışdır. c) Apelyasiya instansiyası məhkəməsindəki icraat
34. Cavabdeh (iddiaçı) Cavabdeh (Kərimova) hər iki qətnamədən apellyasiya şikayəti vermişdir.
35. Bakı Apellyasiya Məhkəməsinin 0 4 sentyabr 2020-ci ll tarixli, 2(103)-6538/2020 saylı qərardadı ilə iddiaçı İddiaçı1 ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə mülki iş iddiaçı X3 cavabdeh LPO İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2na qarşı «kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işlə bir icraatda birləşdirilmişdir.
36. Apellyasiya şikayətləri Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən həll edilmiş “kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddianın dəlilləri və eyni zamanda 19 mart 2012-ci il tarixli C43/12 saylı kredit kartı ilə verilən kredit xətti müqaviləsindəki imzanın X2 məxsus olduğunun təsdiqini tapdığı halda, 50.000 avro məbləğinə bağlanmış müqavilə üzrə 2 milyon avro məbləğində kreditin verilməsinin, ən əsası isə limit həcmi 50.000 avro məbləğində məhdudlaşdırılmış plastik kartla 2.000.000 avro məbləğin götürülməsinin mümkünlüyü, 2 milyon avro kredit mövcud olduğu baxımından, müqavilə müddətində 3.546.019,16 avro ödənildiyi təqdirdə, borcun qala biləcəyinin mümkün dəlillərinin aydınlaşdırılmalı, iddia müddətinin tətbiqi ilə bağlı məsələyə hüquqi qiymət verilməli olması ilə əsaslandırılmışdır.
37. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-160/21 nömrəli 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-112/2019 saylı, 15 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh olaraq, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-848/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsindən i ddiaçı olaraq verdiyi apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-112/2019 saylı, 15 iyul 2019-cu il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-848/2020 saylı, 25 fevral 2020-ci il qətnamələri verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova)
38. Apellyasiya məhkəməsi müqavilədəki imzanın şəxsə məxsus olması barədə, mübahisənin öz xeyirlərinə həllində maraqlı olan tərəflər arasında fikir ayrılığının olduğunu, rəyləri vermiş şəxslərin isə xətşünaslıq sahəsində xüsusi biliklərinin olduğunu və bu mübahisənin həllində tərəf olmadıqlarını nəzərə alaraq, həmin rəylərlə razılaşmış və bu rəyləri mübahisənin həllində digər sübu tlara münasibətdə daha mötəbər sübut saymışdır.
39. Apellyasiya məhkəməsi həmin rəylərlə müəyyən olunanlara uyğun olaraq "xxxx" ASC ilə olan 19 mart 2012-ci il tarixli, C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin Cavabdeh tərəfindən imzalandığını işin hallarına uyğun hesab etmişdir.
40. Apellyasiya məhkəməsi işdəki sübutlara əsasən 19 mart 2012-ci il tarixli, C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin etibarsız sayılması üçün əsaslar müəyyən etməmiş və belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
41. Apellyasiya məhkəməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyaisya şikayəti üzrə qeyd edib ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzi və hesabdan çıxarış məlumatları ilə cavabdeh tərəfindən istifadə olunan pulun miqdarı apellyasiya şikayətində göstəriləndən də artıq – 4.415.269,85 avro məbləğində olmuş, cavabdeh bundan 2.429.587,71 avro məbləğində pulu qaytarmışdır. Qaytarılmış pulun 2.408.491,72 avro hissəsi əsas borcun qaytarılmasına, 21.095,99 avro hissəsi isə faiz borcunun ödənilməsinə yönəldilmişdir.
42. Apellyasiya məhkəməsi istifadə edilmiş kreditin miqdarı, geri ödəmələr, ödəmələrin təyinatı, tətbiq edilmiş cərimələr, buna uyğun qalıq borcun hesablanıb müəyyən edilməsinin hüququn tətbiqi ilə deyil, mühasibat bilikləri əsasında riyazi hesablamalarla həll edilməli olan məsələ olduğunu, rəyi vermiş şəxsin də mühasibatlıq sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşıb və 19 mart 2012ci il tarixli, C43-2012 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 2.006.778,13 avro əsas, 1.162.905,88 avro faiz borcu qaldığı barədə rəylə müəyyən olunanları işin hallarına uyğun saymışdır.
43. Apellyasiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçı əsas borc üzrə 1.999.554,81 avro, faiz borcu üzrə 767,139.90 avro borcun tutulmasını tələb etdiyindən, Bakı şəhəri Səbail rayon məhkəməsi qətnaməni məhkəmə-mühasibatlıq ekspertizasının 21.01.2019-cu il tarixli 22912 №-li rəyi ilə müəyyən edilmiş əsas və faiz borcları nəzərə alınmaqla deyil, verilmiş tələb üzrə çıxarmaqda Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri baxım ından haqlı olmuşdur.
44. Apellyasiya məhkəməsi kreditin limiti ilə bağlı göstərib ki, istənilən halda, cavabdeh tərəfindən iddiaçıya məxsus 4.415.269,85 avro məbləğində pul vəsaitinin istifadə olunması iş üzrə sübutlarla təsdiq olunmuşdur. Bundan başqa, limit həcmi 50.000 Avro məbləğində məhdudlaşdırılmış plastik kartla 2.000.000 avro və daha artıq məbləğin istifadə edilməsi mümkün olan haldır. Qanunvericilik bu halı pul vəsaitinin öhdəlikdən kənar ödənilməsi sayır. İndiki halda iddiaçının cavabdehə 50.000 Avro məbləğində kredit vermək öhdəliyi olsa da, o, 4.415.269,85 Avro məbləğində pul vəsaiti vermişdir.
45. Apellyasiya məhkəməsi iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə ərizəyə münasibtədə birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, adından bütün hərəkətləri etməsi barədə cavabdeh tərəfindən nümayəndəsinə verilmiş 02.02.2018-ci il tarixli etibarnamənin müddəti 02.02.2019-cu il tarixdə bitdiyindən və cavabdeh bundan sonra nümayəndəsinə bir daha eyni səlahiyyətləri etibar etmədiyindən, bununla da iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə 16.04.2019-cu il tarixli ərizə təmsilçiliyinə xitam verilmiş şəxs tərəfindən verildiyindən, birinci instansiya məhkəməsi həmin ərizəyə hüquqi qiymət verməməkdə haqlı olmuşdur. Çünki Mülki Məcəllənin 365.1.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir. Cavabdehin özü isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmişdir.
46. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin tənasübsüz su rətdə yüksək olan cərimənin miqdarını azaltması və məhkəmə xərclərini tərəflərə aid etməsini də qanunvericiliyin tələblərinə uyğun hesab etmişdir.
47. Apellyasiya məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 331.1, 337.1 və 407.2-ci maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
48. Cavabdeh (iddiaçı) xxx (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, bankın iddiasının rədd, öz iddiasının və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
49. Kassasiya şikayəti apellyasiya şikayətlərinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
51. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 vəkili Rəsulova Aysel Ələddin qızı kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
52. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh (iddiaçı) xxx və onun vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməl i, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəy yənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsi nin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir
54. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
57. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətlərinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
58. Bankın iddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
59. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh xxx arasında kredit müqaviləsi bağlanıb, cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.
60. Cavabdehin borcunun məbləği keçirilmiş ekspertiza rəyi ilə çox müəyyən edilsə də, qətnamə iddia tələbi həddində çıxıb. İddia müddətinin tətbiqi barədə ərizənin qəbul edilənliyi məsələsinə qiymət verilib.
61. Cavabdeh (Kərimovanın) iddiası kredit müqaviləsinin etibarsızlığı barədə olub, idd iaçı müqavilədəki imzanın ona məxsus olmamasını bildirsə də, kredit müqaviləsinin etibarsızlığı ilə bağlı əsaslar müəyyən edilməyib.
62. Məhkəmə kollegiyası hər iki iddia tələbi və apellyasiya şikayətinin dəlilləri üzrə apellyasya məhkəmədinin hazırki qərarın 38-46-cı bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Belə ki, həmin bəndlərdə qeyd edilənlərdən görünür ki, apellyasiya məhkəməsi hər iki tələb üzrə işin zəruri hallarını araşdırmış, kredit müqaviləsi, borcun məbləği, müqavilədəki imza ilə bağlı ekspert rəyi, iddia müddətinin tətbiqi barədə ərizənin qəbul edilənliyi və s.-lə bağlı bütün məsələlərə prosessual qanunverciliyin tələbləri baxımından tam qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna görə də məhkəmə kollegiyası həmin bəndlərdə əks olunanlardan savayı, hər hansı başqa şərhə zərurət görmür.
63. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdeh Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-160/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.